Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-356/2025 05.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual məsələlər, kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)222/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı işin apellyasiya məhkəməsinə qaytarılması barədə yazılı icraat qaydasında aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı 1. "xxxx" (bundan sonra – “iddiaçı”) 2022-ci il 27 oktyabr tarixində Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 MMC-yə (bundan sonra birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək: - cavabdehlərdən iddiaçının xeyrinə 2019-cu il 28 iyun tarixli 759 nömrəli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə sazişə əsasə n 1-ci tranş üzrə 180.783,09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9.861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19.986,57 ABŞ dolları, cərimə borcu 24.173,41 ABŞ dolları olmaqla cəmi 234.804,56 ABŞ dolları; - 2-ci tranş üzrə 349.218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8.226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49.378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları; - 3-cü tranş üzrə 369.926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18.805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41.462,63 ABŞ dolları, cərimə bor cu 55.533, 71 ABŞ dolları olmaqla cəmi 485.728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə 167.177,5 ABŞ dolları məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.702,10 manat dövlət rüsumu və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması; - tələbin 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişi klərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi; - həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin 2019-cu il 28 iyun tarixli 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 2020-ci il 21 iyul tarixli 1 nömrəli əlavə saziş üzrə cəmi borcunun 1.167.177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.782,10 manat dövlət rüsumunun və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya se ssiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; - ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər X3 və Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli 2-2(113)-42/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - iddiaçı ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu i l tarixində bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180.783,09 ABŞ dolları əsas borc, 5.047,87 ABŞ dolları faiz borcu, 5.430 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 19.986,57 ABŞ dolları, 2-ci tranş üzrə 345.470,28 ABŞ dolları əsas borc, 5.207,86 ABŞ dolları faiz borcu, 10.400 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 39.393,14 ABŞ dolları; - 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17.111,28 ABŞ dolları faiz borcu, 11.000 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 41.439,9 ABŞ dolları olmaqla ümumilikdə 1.050.994,22 ABŞ dolları pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - tutma Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 416.000 manat müəyyən edilməklə ünvan 1ys ünvanında yerləşən 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 4.182.000 manat müəyyən edilməklə Bakı şəhəri, ünvan 4 ünvan ında yerləşən 1.338,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılması; - əmlakların satışından əldə olunan vəsait iddiaçı ilə Cavabdeh4 MMC arasında 2019-cu il 28 iyun tarixində bağlanmış 759 nömrəli kredit xətti üzrə 1.050.994,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 400 manat mediasiya xərcinin ödən ilməsinə yönəldilməsi; - ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçı ilə Cavabdeh4 MMC arasında 2019-cu il 28 iyun tarixində bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ekspertiza xərci olaraq cavabdehlərdən müştərək qaydada 405 manat, iddiaçıdan 45 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – N.Əhmədova).
3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh Qanuni nümayəndə apellyasiya şikayətləri təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
4. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, sözügedən şikayət Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il 1 may tarixli 2-2(102)-356/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.
5. Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsindən 2025-ci 15 iyul tarixli məktub daxil olmuş, məktubda Cavabdeh1 tərəfindən kassasiya şikayətinin verildiyi bildirilmiş və işin apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə
417. Kassasiya instansiyası məhkəməsin in səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsindən kassasiya şikayətini iddiaçının həmin qətnamədən kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin qərardadı çıxarıldıqdan sonra elektron ka binet vasitəsilə apellyasiya məhkəməsinə göndərmişdir.
8. Nəzərə alınmalıdır ki, MPM-in 417.1.7-ci maddəsinə əsasən Ali Məhkəmənin belə qərardadı ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
9. Belə olan halda, Cavabdeh1 kassasiya şikayətinin mümkünlüyünə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır.
10. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərin yoxlanılması, nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir.
11. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 417.1.7-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il 1 may tarixli 2-2(102)-356/2025 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-222/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uy ğunluğunun yoxlanılması üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin.