Məhkəmə qərarları › İş №2-2(102)-357/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-357/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-357/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması, müqavilənin ləğv edilərək lizinq obyekti nin və onun yerləşdiyi tikilinin kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli, 2-2(106)27/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2014-cü il 10 dekabr tarixli arayışına və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin 2014-cü il 11 dekabr tarixli məlumatına əsasən, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN 41**040141) 1998-ci il 27 aprel tarixdə D-2665 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, 2**5-ci il 15 yanvar tarixində 6 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış, hüquqi ü nvanı AZ 1311, Biləsuvar rayonu, Səmədabad kəndi olmuşdur. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 2012-ci il 6 aprel tarixli, 13-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən qiyməti 2.180.**0,0 manrat olan bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən saatda 15** baş məhsuldarlığı olan quş kəsim sexinin avadanlıqlarının quraşdırılması ilə birlikdə (bundan sonratexnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavədə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətinədək lizinqə verir. Texnoloji avadanlıq Biləsuvar rayonunda qaruşdırılmışdır (1.1-ci bənd); 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Texnikaların, texnoloji avadanlı qların, ehtiyyat hissələrinin tədarükü və təminatı» şöbəsinin baş mütəxəssisi X2, «Swisspoint Merehants LTD» şirkətinin nümayəndəsi Elşad Yusibovun, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X3 iştirakları ilə tərtib edilmiş 2012-ci il 6 aprel tarixli aktın təsdiq edilmiş surətinə əsasən, lizinq obyekti lizinq götürən X4 «Swisspoint Merehants LTD» şirkətinin səlahiyyətli nümayəndəsi Elşad Yusibovun iştirakı ilə işə salınaraq və işçiləri mütəxəssislər tərəfindən təlimatlandırılaraq tam normal şəkildə təhvil verilmişdir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 2014-cü il 30 yanvar tarixli, ASC/2-216 nömrəli pretenziya məktubunda 2012-ci il 6 aprel tarixli, 13-LA/12 nömrəli müqaviləyə əsasən, cavabdehin ödəniş qrafiki üzrə 2014-cü il 1 yanv ar tarixinədək 167.**0 manat borcunun yarandığı, gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməli olduğu, ödəməyəcəyi təqdirdə müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı 2014-cü il 17 iyul tarixli, ASC/2-1667 nömrəli məktubuna əsasən, cavabdeh lizinqə götürdüyü, ümumi dəyəri 2.180.**0 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 218.**0 manat ilkin ödəniş etmiş, qalan 1.962,**0 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə 2014-ci il 1 aprel tarixədək 218.**0 manat ödəməli olduğu halda 58.**0 manat ödəniş olunmuşdur. Cavabdehi n 2014-cü il 6 iyun tarixə borcu 160.**0 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu 24.645 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 160.**0 manat əsas borcun, 24.645 manat cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 184.675 manat pulun tutularaq iddiaçıya ödənilməsi, 2012-ci il 6 aprel tarixli, 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13-LA/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 2.180.**0 manat olan, saatda 1.5** baş məhsuldarlığı olan quş kəsim sexinin avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə götürmüş, cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi dəyərindən 218.**0 manat məbləğində ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafi ki üzrə 2014-cü il 1 iyun tarixədək 218.**0 manat ödəməli olduğu halda cavabdeh tərəfindən 58.**0 manat ödəniş olunmuş, lakin müqavilə üzrə 160.**0 manat borcu qalmışdır. Qeyd olunan borc məbləğinin ödənilməsi barədə cavabdehə 2014-cü il 30 yanvar tarixli, ASC/2-216 nömrəli pretenziya məktubu göndərilsə də borc öhdəliyi tam şəkildə yerinə yetirilməmişdir. Müqavilələrin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (iddiaçı) lizinq alandan (cavabdeh) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə 2014-cü il 1 iyun tarixədək olan borcun məbləği 160.**0 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 24.645 manat təşkil etmişdir.

8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35.2-ci maddələrinə istinad edilmişdir.

9. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 iyul tarixli, 2-2(86)-66/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 160.**0 manat əsas borc, 24.645 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 184.675 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilinin (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə cavabdeh dən alınaraq iddiaçıya geri qaytarılması qət edilmişdir (hakim M.Həsənov).

10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 13-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış, ilkin ödənişin ödənilməsi, ödənişin qalan hissəsinin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə iddiaçı lizinq obyektini cavabdehə lizinqə vermiş, lizinq obyekti olan məhsuldarlığı saatda 1.5** baş olan quş kəsim sexi texnoloji avadanlığı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

11. Həmin müqavilə üzrə tərəflərin mülki hüquq və vəzifələri müəyyən edilmiş, müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirmədiyi halda lizinq verənin lizinq alandan gecikdirilən hər bi r günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ müəyyən edilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə onun 160.**0 manat əsas, 24.645 manat cərimə borcu yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 445.2.1, 747.1, 748-1.12, 748- 1.8, 7481.11, 748-1.12.4, 748-2.1, 748-10.1, 750 və 751-ci maddələri, MPM-in 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 8 dekabr tarixli, e-2-2 (106)-47/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Eyvazov, hakimlər Z.Zeynalov və Q.Kərimov).

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtlərinə və ödəniş qrafiklərinə uyğun qaydada iddiaçının hesabına vaxtında lizinq ödənişləri aparılmamış, bununla da müqavilə şərtləri lizinq alan tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmçinin məhkəmə müəyyən etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə 2014-ci il 1 aprel tarixinədək 218.**0 manat ödəməli olduğu halda, 58.**0 manat ödəniş etmiş, cavabdehin 2014-cü il 6 iyun tarixinə yaranmış əsas borc u 160.**0 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu 24.645 manat təşkil etmişdir.

16. Lizinq müqaviləsin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirmədiyi halda lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ müəyyən edilərək, lizinq müqaviləsində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə onun 160.**0 manat əsas borcu yaranmış, həmin borca müqavilə şərtlərinə uyğun olaraq 24.645 manat cərimə hesablanmışdır. Cavabdeh isə bunun əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

17. MM-nin 46 7.1-ci maddəsi ilə yüksək dəbbə pulunun azaldılması imkanını müəyyən edilsə də, məhkəmə 160.**0 manat əsas borca hesablanmış 24.645 manat cərimənin tənasübsüz yüksək həddə olması qənaətinə gəlməmiş, həmçinin, cavabdeh apellyasiya şikayətində cərimənin yüksək həddə olmasını mübahisələndirməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 462.1, 463.1, 467.1, 747.1, 747-1.1, 747-5.1, 747-5.2, 748.1, 748-1.12.4, 748-10.1, 748-10.2 və 74810.4-cü maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməs inin Kommersiya Kollegiyasının 2022-ci il 11 noyabr tarixli, 2-2(102)-610/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və A.Abbasov).

21. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsində 2015-ci il 23 sentyabr, 2015-ci il 28 oktyabr, 2015-ci il 16 noyabr və 2015-ci il 8 dekabr tarixlərə təyin edilmiş məhkəmə iclaslarına dair bildirişlər tərəflərə göndərilsə də, həmin bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən sənədlər (poçt qəbzi, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir.Bu səbəbdən də cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydad a məlumatlandırılmış hesab edilə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxılmaqla ədalət mühakiməsinin konstitusion prinsipləri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur.

23. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 418.4, 418.4.5, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli, 2-2(106)-27/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilmiş, 24.645 manat məb ləğində cərimə(dəbbə) pulunun məbləği azaldılaraq 2**0 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov).

25. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış, cavabdeh "xxxx" ASC lizinqə götürdüyü və ümumi dəyəri 218**** manat məbləğ olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 218**0 manat məbləğdə ilkin ödəniş etmiş, qalan 1962**0 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Həmin ödəniş qrafiki üzrə 01 aprel 2014-ci il tarixədək 218**0 manat məbləğdə pul vəsaiti ödənilməli olduğu halda cəmi 58**0 manat məbləğ ödəniş olunmuşdur. Cavabdehin 06 iyun 2014-cü il tar ixə borcu 16**** manat məbləğ və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə isə 24645 manat məbləğ təşkil edir. cərimə borcunun tutulması hissədə dəyişdirilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işdə olan sübutlardan - lizinq müqaviləsi, maliyyə arayışı və s.-dən məlum olur ki, iddiaçı "xxxx" ASC hazırkı iddianı qaldırmağa lizinq müqaviləsindən irəli gələn müvafiq subyektiv hüquqlara malikdir. Qeyd edilməlidir ki, tərəflər arasında mübahisə predmeti olan 06 aprel 2012-ci il tarixli lizinq müqaviləsinin bağlanması və adıçəkilən müqaviləyə uyğun olaraq izinq obyekti olan müvafiq texnikaların cavabdeh "xxxx" ASC-yə təhvil verilməsi işin mübahisəsiz halları olmaqla, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

27. Məhkəmə, bir inci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcunun tutulması hissəsində dəyişdirilməsinə dair nəticəsini əsaslandıraraq göstərmişdir ki, lizinq müqaviləsi, maliyyə arayışı və s.-dən məlum olur ki, iddiaçı hazırkı iddianı qaldırmağa lizinq müqaviləsindən irəli gələn müvafiq subyektiv hüquqlara malikdir. Qeyd edilməlidir ki, tərəflər arasında mübahisə predmeti olan 2012-ci il 6 aprel tarixli lizinq müqaviləsinin bağlanması və adıçəkilən müqaviləyə uyğun olaraq izinq obyekti olan müvafiq texnikaların cavabdehə təhvil verilməsi işin mübahisəsiz halları olmaqla, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

28. Qanunvericiliyə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana ə mlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bununla da, lizinq verəni maraqlandıran şərt haqqın vaxtında və tam həcmdə ödənilməsi, gecikdirmə yarandığı halda isə müqavilə ilə müəyyən olunmuş cərimə və ödənişlərin tələb edilməsidir. Bu baxımdan lizinq müqaviləsində lizinq obyektindən gəlir götürülməsi mütləq şərt kimi qoyulmur. Lakin lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər.

29. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövl ət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

30. Beləliklə birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, MM-in göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımı ndan cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı onun və digər cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir.

31. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi işin materiallarında olan sənədlərin (sübutların) tərəflərin izahatları ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissədə dəyişdirilməli, 2012-ci il 6 aprel tarixli 13LA/12 saylı müqavilə üzrə hesablanmış 24.645 manat məbləğdə cərimə (dəbbə) pulunun məbləği azaldılaraq 2**0 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 15-ci, MM-in 385.1, 442, 460.1, 462.1, 463.1, 467, 747.1, 747-1.1, 747-2, 747-5.1, 748.1, 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.4-cü; MPM-in 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun(bundan sonra-“KMP”) “Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və MM-in 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 yanvar 2017-ci il tarixli və “MM-in 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi nə dair” 2020-ci il 28 dekabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

34. MM-nin 747-751-ci maddələri pozulmuşdur-Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2**5-ci il 24 noyabr tarixli qərarının 6cı bəndində qeyd olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, həmin hissədə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər n ormativ hüquqi aktlar göstərilməli, sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Lakin məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmadığından, sübutlarımıza qiymət verilməmişdir.İiş üzrə obyektiv araşdırma aparılmamış, məhkəmə tərəfindən qəbul etmiş olduğu qətnamədə məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışdır.

35. MPM-nin 418.4, 418.4.9, 418.5-ci maddələri pozulmuşdur- müqavilənin 8-ci maddəsinin tələblərinə əsasən “Müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəfl ər lizinq verənin yerləşdiyi (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi 12) ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər." Qeyd olunanlardan aydın olur ki, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir. MPM-in 418.4.1 - 418.4.4-cü və 418.4.6 - 418.4.10-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

36. MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur- qeyd olunan normanın tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Lakin hazırki mübahisədə apellyasiya instansiyası tərəfindən şikayətin təmin edilməməsi təqdim olunan sübutları birmənalı olaraq sübut qismində qiymətləndirməməsi, nəticədə maddi və prosessual hüquqlarımın pozuntusunu gətirib çıxarmışdır.

37. Kəsimxana binasının tərəflər arasında bağlanmış 2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı müqaviləsinə heç bir aidiyyatı yoxdur. Bina daha əvvəlki tarixlərdə cavabdehin əmlakı olub. Lizinq alınarkən artıq həmin binanın mülkiyyəti cavabdehə aid olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə 2022-ci ildə bitdiyi üçün tələb olunan 160.**0 manat borc və hesablanmış dəbbə pulunun cavabdehin hazırki səhmdarı olan "xxxx" MMC tərəfindən qarşılana bilməz. MMC olaraq bu fabrikin 94,72% səhmləri bankdan satın alınm ışdır. Alqı-satqı zamanı yeni səhmdarla heç bir təhvil-təslim aktı imzalanmamış, heç bir avadanlıq, sənəd və s mallar təhviltəslim edilməmişdir. Müqaviləyə əsasən verilmiş avadanlığın qiyməti həmin vaxt 545.2** (460456 manat) təşkil etmişdir. Hansı səbəbdən iddiaçı tərəfindən avdanlığın qiymətinin 2.180.**0 manat müəyyən edilməsi məlum deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

39. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəl iyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)....” “Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyek ti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. “Maddə

748. Lizinq müqaviləsinin forması 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. “Mad də 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir..... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir..”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq m üddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini n dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

46. İddiaçı hazırki iddiasında tərəflər arasında bağlanmış 2012-ci il 6 aprel tarixli, 13LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsini; lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılmasını; cavabdehdən 160.**0 manat əsas borcun, 24.645 manat cərimənin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

47. İşin apellyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflər arasında 13-LA/12 nömrəli 2012-ci il 6 aprel tarixli lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq, ümumi dəyəri 2.180.**0 manat olan texnoloji avadanlıqlar cavabdehə lizinq obyekti olaraq təhvil verilmişdir. Cavabdeh iddiaçının hesabına 218.**0 manat məbləğində ilkin ödəniş etmiş, qalan 1.960.**0 manat məbləğində pulun isə ödəniş qrafikinə əsasən ödənilməsi öhdəliyini götürmüşdür.

48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh həmin ödəniş qrafiki üzrə 2014-cü ilin 1 aprel tarixinədək 218.**0 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, cəmi 58.**0 manat ödəmiş və 2014-cü ilin 6 iyun tarixinə sonuncunun borcu 160.**0 manat, lizinq müqaviləsinin 4.2-ci bəndinə əsa sən hesablanmış cərimə isə 24.645 manat məbləğ təşkil etmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirməməsini və iddia olunan miqdarda borcunun olmasını əsas götürərək, birinci instansiya məhkəməsinin iddianın əsaslı olmasına dair nəticəsi ilə razılaşmış, iddia olunan dəbbə puluna münasibətdə isə MM-nin 467-ci maddəsinin tələblərinə istinad edərək, iş üzrə qəbul edilmiş qətnaməni yalnız dəbbə pulunun tutulması hissəsində dəyişdirmişdir. Məhkəmə kollegiyası cavabdehin müqavilə üzrə ödəniş qrafikinə əsasən borcunun mövcudluğunu nəzərə alaraq, iddianın tərəflər arasında bağlanmış 2012-ci il 6 aprel tarixli, 13LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların geri qaytarılması hissəsind ə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni MM-nin 7481.12 və 748-1.12.4-cü maddələrinin tələblərinə uyğun hesab edir. Həmin maddələrin tələblərinə görə lizinq alanın müqavilə ilə nəzərdə tutulan ödənişləri, müəyyən olunmuş müddətlər üzrə ardıcıl iki dəfədən artıq ödəməməsi, lizinq alan üçün lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ verir, lizinq alan üçün isə, lizinq obyektinin lizinq verənə qaytarmaq öhdəliyini yaradır (mətni üçün bax bu qərarın «Tətbiq edilən hüquq» hissəsinə).

50. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən iddianın 2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160.** manat əsas borc, 2.**0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ö dənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində gəldiyi nəticə ilə razılaşmır və həmin tələblərə qiymət verilərkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqedən çıxış edərək, sözügedən müqavilənin 1.2 və 5.2-ci bəndlərinin qanuniliyinə qiymət verilməsini zəruri hesab edir.

51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında göstərilmişdir ki, “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir......Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istina d olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”

52. Mülki Məcəlləyə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəal arı nəzərə alınmaqla həyata keçirilir (748-10.2). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751).

53. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır.

54. Baxılan işdə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən sözügedən lizinq müqaviləsi üzrə lizinq obyektinin dəyərindən 218.**0 manatın ilkin ödəniş olaraq ödənilməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən ha lıdır. Lizinq müqaviləsi üzrə ilkin ödənişin ödənilməsi tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır.

55. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

56. «...nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlər indən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). 57. “...Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair 339342-ci maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip Mülki Məcəllənin 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarı).

58. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Mülki Məcəllənin 6.2 və 337.1-ci maddələri).

59. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödənişin verilməsini nəzərdə tutmur. Belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterikdir. Bununla belə, baxılan işdə olduğu kimi, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Lakin MM-nin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də müqavilənin «əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır» müddəası əsasında ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə, lizinq verəndə saxlanılması lizinq h üquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər. Odur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan, «əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır» müddəası qanuna zidd olduğu üçün özü-özlüyündə etibarsız şərtlərdir.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulması tələbinə qiymət verilərkən, lizinq obyektinin saz vəziyyətdə geri qaytarılması və eyni zamanda cavabdehin avans ödənişi nəzərə alınmalı, avansın məbləği (218.**0 manat) lizinq müqaviləsi üzrə qalıq borcdan çox olduğundan iddia 160.**0 manat əsas borcun və dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir (id diaçı dəbbə pulunun məhkəmə tərəfindən 2.**0 manat müəyyən edilməsini mübahisələndirməmişdir).

61. Lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması tələbinə gəldikdə, Mülki Məcəllənin 747-2-ci maddəsinin digər əlaqəli normalarla təhlilindən göründüyü kimi, lizinq obyekti-lizinq verən tərəfindən lizinq alanın istifadəsinə verilən daşınar və daşınmaz əşyalardır. Qanunda bu obyekt üzərində lizinq alanın mülkiyyət hüququnun yaranmasının əsasları müəyyən edilməklə yanaşı, mülkiyyət hüququ yarananadək tərəflərin hüquqları və vəzifələri müəyyən edilmişdir.

62. Göründüyü kimi qanunda lizinq müqaviləsi şərtlərinin pozulmasına görə müqavilə ləğv edildikdə, lizinq obyektindən əlavə, onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə lizinq verənə qaytarılmasını müəyyən edən norma yoxdur. Lizinq alanın lizinq obyektinin yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə lizinq verənə qaytarmaq barədə müqavilənin 5.2-ci bəndində müəyyən edilmiş şərtlə bağlı, məhkəmə kollegiyası lizinq müqaviləsinin 1.2-ci bəndinə münasibətdə apardığı hüquqi qiymətləndirməni əsas götürərək hesab edir, müqavilənin 5.2-ci bəndi də lizinq haqqında qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsızdır. Odur ki, iddiaçının lizinq obyekti olmayan, tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması tələbi əsassızdır, təmin olunmamalıdır.

63. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianı 2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160.**0 manat əsas borc, 2.**0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması təmin etməklə, mülki qanunvericiliyin lizinq müqaviləsinə dair yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən-2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160.**0 manat əsas borc, 2.**0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya ge ri qaytarılması hissəsində ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

64. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 04 aprel tarixli, 22(103)-726/2022 saylı qətnaməsi qismən-2012-ci il 6 aprel tarixli, 13-LA/12 saylı lizinq müqaviləsi üzrə yaranmış 160.**0 manat əsas borc, 2.**0 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlığın yerləşdiyi tikili (bina) kommunikasiyanın cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması his səsində ləğv edilsin. Yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar