Məhkəmə qərarları › İş №2-2(102)-359/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-359/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-359/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı”-nın cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə borc tələbi, ipoteka yüklülüyünün növbəliliyi, qətnamənin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb olunmaqla “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə tutulmas ı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-4/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 MMC (bundan sonra – “cavabdeh”) hüquqi şəxs kimi qeydə alınmış, əvvəlki adı "xxxx" MMC olmuşdur.

2. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə (bundan sonra – “iddiaçı”) "xxxx" ASC (bundan sonra – “ASC”) arasında 2015-ci il 16 noyabr tarixdə KBQ15-1786 nömrəli kredit müqaviləsi (bundan sonra – “Kredit müqaviləsi”) bağlanmışdır. Kredit müqaviləsinə əsasən, iddiaçı müqavilənin bağlandığı tarixdən ASC-yə 360 gün müddətində 3.000.000 manat məbləğdə banklararası kredit verməyi, ASC isə iddiaçıya 3 faiz məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür.

3. Kredit müqaviləsində kredit üzrə borcun 2016-cı il 10 noyabr tarixədək tam ödənilməli olması, kredit üzrə öhdəliklər vaxtında icra edilmədikdə əsas borc məbləğinə illik 3 faiz dəbbə pulunun ASC tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur (Müqavilənin 1.5 və 3.1-ci bəndləri).

4. İddiaçı ilə ASC arasında 2015-ci il 16 noyabr tarixdə İBQ15-1786 nömrəli ipoteka müqaviləsi (bundan sonra – “İpoteka müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyət hüquqi ilə cavabdehə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi – Lökbatan yolu, 22 A ünvanında 0,23874 hektar sahəsində yerləşən 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (inzibat i bina) ipoteka predmetini təşkil etmiş, ipoteka predmetinin ümumi dəyəri 4.000.000 manat qiymətləndirilmişdir.

5. İpoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən, müqavilə əsasında ipoteka qoyulan əmlak kredit müqaviləsinə əsasən iddiaçının ASC-yə verdiyi 3.000.000 manat kreditin 2016-cı il 10 noyabr tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* n ömrəli dövlət reyestrindən çıxarışa əsasən ASC ilə cavabdeh arasında bağlanmış 2014-cü il 21 noyabr tarixli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinə ASC-nin xeyrinə yüklülük reyestrdə 2014cü il 13 dekabr tarixində qeydə alınmışdır (iş.v 87, İİ cild).

7. Digər RX seriyalı, ******* nömrəli çıxarışa əsasən isə müəyyən olunur ki, iddiaçının xeyrinə iddiaçı ilə ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli KBQ15-1786KV nömrəli kredit müqaviləsinə görə alınmış kreditin təminatı olaraq ipotakaya qoyulmuş cavabdehə məxsus qeyri-yaşayış sahəsinə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 2015-ci il 21 noyabr tarixində qeydə alınmışdır (iş.v 29, İ cild).

8. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ASC-nin və “X1” ASC-nin iflas prosed uruna başlanması və bankların müflis elan edilməsi, ASC-nin və “X1” ASC-nin nizamnamə kapitalı və aktiv öhdəliklərinin ASC-yə keçirilməsi və onun lisenziyasının bərpa edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2016-cı il 10 may tarixli, 2-1(103)-940/2016 saylı qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 19 fevral tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək ərizəçi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ASC-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin olunmuş, ASC müflis elan edilməklə ona ləğvedici qismində "xxxx" MMC təyin olunmuşdur. Qətnamə ilə “X1” ASC-nin nizamnamə kap italının, habelə aktiv öhdəliklərinin ASC-yə köçürülməsi barədə, həmçinin ASC-nin “X1” ASC-nin nizamnamə kapitalının, habelə aktiv öhdəliklərinin ASC-yə köçürülməsi və ASC-nin lisenziyasının bərpa olunması barədə ərizələri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1471/2016 nömrəli, 2016-cı il 11 avqust tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 10 may tarixli, 21(103)-940/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır

9. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2016-cı il 1 sentyabr tarixli, 05-007612076 nömrəli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə 3.000.000 manat və 55.750 manat məbləğində hesablanmış faizlər vaxtında ödənilmədiyindən iddiaçı ipoteka müqaviləsinə müv afiq olaraq məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamış, bununla əlaqədar ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi üçün cavabdeh dəvət olunmuş, əks təqdirdə bildirişdən 30 gün sonra öhdəliklərin icrasının ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hesabına ödənilməsinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 2016-cı il 21 sentyabr tarixli, **********35 nömrəli məktubundan görünür ki, cavabdehə məxsus Bakı şəhəri Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu 22A ün vanında yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

11. İddiaçının 2017-ci il 14 sentyabr tarixli maliyyə arayışında ASC-nin kredit müqaviləsi üzrə borcunun 3.000.000 manat, faiz borcunun isə 55.750 manat təşkil etdiyi öz əksini tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı 2017-ci il 23 iyun tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan ASC-nin 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000,00 manat əsas, 55.750 manat faiz borcu olmaqla, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilməsi, həmin daşınmaz əmlakın ləğv prosesində olan ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs ASC arasında 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli, 3.000.000,00 manat məbləğində kreditin illik 3% olmaqla 360 gün müddətinə qaytarılması şərt ilə kredit müqaviləsi bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 2016-cı il 10 noyabr tarixə kimi ödənilməli olduğu göstərilmiş və kredit alanın öhdəliyinin təminatı olaraq 2015-ci il 16 noyabr tarixli, İBQ151786 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanaraq xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti üzrə iddiaçı ilə yanaşı, hazırda ləğvetmə prosesində olan ASC-nin də ipoteka saxlayan qismində çıxış etməsinə baxmayaraq, iddiaçının ipoteka saxlayan kimi hüquqları daha əvvəl dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə qalıq borc məb ləği həcmində iddiaçının kreditor tələbləri ASC-nin ləğvedicisinə 2016-cı il 1 sentyabr tarixli, 05-00745-2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi mümkün olmamışdır. ASC-nin 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 3.000.000,00 manat əsas, 55.750,00 manat faiz borcu mövcud olmaqla, faiz borcları 2016-cı il 11 avqust tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 36.1, 39.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci, “İcra haqqınd a” Azərbaycan Respublikası Qanunun 4.2-ci maddələrinə istinad olunmuşdur.

15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır. 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli, 2-2(82)645/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən – ASC-nin 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 55.750 manat faiz borcu olmaqla ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi, Lökbatan yolu 22A ünvanında 0,23874 hektar torpaq sahəsində yerləşən, 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi hissəsində təmin edilmiş, həmin daşınma z əmlakın açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına ASC-nin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borc və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması qət edilmiş, iddia tələbi ipoteka predmetinin ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən satılması hissəsində rədd edilmişdir.

17. Məhkəmə qanunvericiliyin bir sıra normalarına istinad etməklə iddia tələbinin ASCnin iddiaçıya olan əsas və faiz borcunun mülkiyyət hüququ ilə cavabdehə məxsus ipoteka predmetinə yönəldilərək tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə cavabdeh tərəfindən ASC-nin hesabına 201.752 manat məbləğində ödəniş olunmasını iddia tələbinin rədd edilməsi üçün əsas olaraq qəbul etməmişdir. Belə ki, iddia tələb i cavabdehin iddiaçıya deyil, ASC-nin iddiaçıya olan borcunun ödənilməməsi ilə bağlı olmuşdur və cavabdehin ASC-yə kredit ödənişləri edib-etməməsi hazırki işin həlli üçün əhəmiyyət kəsb etməmişdir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ipoteka predmetinin ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən satılması hissəsində əsaslı olmamışdır. Belə ki, həmin tələb cavabdehə qarşı deyil, Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir ki, sonuncu hazırki iş üzrə iddia ərizəskində cavabdeh olaraq deyil, üçüncü şəxs kimi göstərilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni MM-in 269.1, 270.1, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 462.1, 739.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 16.1, 33, 34-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, müstəqil qiymətləndirici rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Qətnamədən həmçinin, cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas və faiz borcu yenidən hesablanmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli, 2-2(103)-65/2018 saylı qət naməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Nağıyeva, hakimlər – H.Həmidov və X.Sarıyev).

23. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh kredit üzrə ödənişlərin olunduğunu qeyd etsə də nə birinci instansiya məhkəməsinə, nə də işin apellyasiya baxışı zamanı bununla bağlı sübutlarını təqdim etməmişdir. Cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair verilən vəsatətə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsinə dair dəlilinə cavab olaraq qeyd olunmuşdur ki, göstərilən vəsatətə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilmiş və vəsatət təmin olunmamışdır.

24. Apellyasiya məhkəməsi gəldiyi nət icəni MM-in 739.1, 739.2, 385.1, 442 və 445.2.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Qətnamədən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

26. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun qismən – iddiaçının kassasiya şikayətinin təmin olunmadığı hissədə ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Qətnamədən həmçinin, cavabdeh də kassasiya şikayəti verərək onun tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul olunmasını xahiş etmişdir.

28. Daha sonra, 2019-cu il 1 mart tarixdə üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə əlavə təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir (iş.v 154, İİ cild). c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 iyun tarixli, 2-2(102)-250/19 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti tam, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri isə qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – İ.Hüseynov, hakimlər – N.Rəsulbəyova və Z.Quliyev).

30. İp oteka haqqında qanunvericilikdə məhkəmənin ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olmasına dair imperativ tələb nəzərdə tutulmuşdur. Bu səbəbdən, iddiaçının şikayətinin ilkin satış qiymətinin qətnamədə göstərilməli olmasına dair dəlili əsaslı olmuşdur.

31. Cavabdehin onun tərəfindən kredit müqaviləsi üzrə ASC-nin hesanına 201.752 manat məbləğində ödəmə aparıldığına dair şikayətinin dəlili əsaslı olmamış, iddiaçı haqlı olaraq cavabdehin ödədiyini iddia etdiyi vəsaitin hazırki iş üzrə heç bir əhəmiyyətinin olmadığını qeyd etmişdir. Belə ki, bu vəsaitlər cavabdehin kredit müqaviləsi üzrə öhdəlik daşıdığı ASC qarşısında icra edilmiş, cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş əmlak isə iddiaçı ilə ASC a rasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə ASC-nin kredit öhdəliklərinin təminatıdır.

32. Cavabdehin və üçüncü şəxsin şikayətlərinin ipoteka ilə təmin edilmiş tələblərin ödənilməsinin ardıcıllığı ilə bağlı qanunda nəzərdə tutulmuş tələblərə dair işin hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmədiyinə, bununla da MPM-in 88-ci və 217-ci maddələrinin tələblərinin pozulmasına dair dəlilləri əsaslı olmuşdur. Belə ki, iş materiallarına görə ipoteka predmeti olan əmlak 2014-cü il 21 noyabr tarixli, KBQ14-1633 nömrəli kredit müqaviləsinin təminatı kimi eyni tarixli ipoteka müqaviləsi üzrə Mərkəzi Bankın xeyrinə yüklü edilmiş, yüklülük 2014-cü il 29 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçının ilkin ipote ka saxlayan kimi verdiyi yazılı razılıq əsasında əmlakın sonrakı ipoteka müqaviləsi ilə ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsini iddiaçı da təsdiqləmiş, iddiaçı ilə ASC arasındakı 2014-cü il 21 noyabr tarixli, KBQ14-1633 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyi 2015-ci il 17 noyabr tarixdə icra olunmuşdur.

33. Bundan başqa, qanunvericilik qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda əvvəlcədən ipoteka qoyulmuş əşyanın yenidən həm eyni, həm də digər ipoteka saxlayanın xeyrinə, digər öhdəliklər üzrə yüklü edilməsi imkanını nəzərdə tutmuşdur. Bu zaman, yüklü edilmənin növbəliliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Girov hüquqlarının yaranmasının zamana görə iyerarxiyası bütün hallarda, o cümlədən əvvəlki və sonrakı girov saxlayanı n eyni şəxs olduğu hallarda da, qüvvədə olur. Yəni, yeni (digər) öhdəliyin təminatı olaraq əmlakın eyni girov saxlayanın xeyrinə girova qoyulduğu halda da, sonrakı girov yaranır. Buradan, iddiaçının sonrakı girov hüququnun qeydə alındığı anda onun eyni əmlak üzrə əvvəlki girov hüququna xitam verilməməsi yüklü edilmənin növbəliliyi ilə bağlı tələbə təsir etmir. Çünki, bu növbəlilik öhdəliyin icrası və ya girova xitam verilmə anı ilə deyil, girovun (o cümlədən sonrakı girovun) qeydə alınma anı ilə müəyyən edilir. Hazırki işdə olan Dövlət reyestrindən çıxarışdan göründüyü kimi, iddiaçının əsaslandığı 2015-ci il 16 noyabr tarixli, İBQ15-1786 nömrəli müqavilə üzrə sonrakı ipoteka 2015-ci il 21 noyabr tarixdə qeydə alınmış, əvvəlki yüklülük sətirində ASC də qeyd olunmuş, əsas öhdəlik kimi isə 20 15-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsi göstərilmişdir. İddiaçı isə hazırki tələbini məhz həmin müqavilələrə əsasən irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarına istinad olunan normaların tələblərinə uyğun qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırarkən həmin tələbləri, həmçinin girov hüquqlarının zamana görə yaranma anını nəzərə almamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə də riayət olunmadığından, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri əsaslı olmuşdur.

35. İş üzrə icraata xitam verilməsinə dair cavabdehin və üçüncü şəxsin şikayətlərinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh və üçüncü şəxs iddiaçının əsaslandığı müqavilə üzrə verilmiş kreditin təminatı kimi çıxış edən girov əmlakın (həmin əmlaka olan hüquqlar, o cümlədən girov hüququ) ləğv prosesində olan bankın aktivlərinə aid olmasını sübut etməli idilər. Hazırki halda isə bu müəyyən olunmamışdır.

36. Ali Məhkəmə gəldiyi nəticəni MM-in 270, 281.1, 282, 309.1, 310-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4, 9, 39.3, 39.3.3-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.3, 81.1.1, 81.1.2, 81.1-1, 81.2, 81.3, 81.4-cü, MPM-in 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 sentyabr tarixli, 2-2(103)-586/2019 iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur. 38. "xxxx" MMC tərəfindən tərtib olunmuş 2021-ci il 9 iyun tarixli, MB14/0739 saylı rəylə ipoteka predmeti olan qeyri-yaşayış binasının bazar dəyəri 6.000.000 manat, likvid dəyəri isə 5.000.000 manat müəyyən edilmişdir (iş.v225, İİ cild).

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-4/2021 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, yeni qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia qismən – iddiaçı ilə ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 55.750 manat faiz borcu, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilm əsi üçün tutma – ipoteka predmeti olan cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu, 22A ünvanında 0,23874 hektar torpaq sahəsində yerləşən 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi hissəsində təmin edilmiş, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 4.000.000 manat müəyyən olunmaqla, tutmanın ipoteka predmetinə yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9.3, 42-43 və 47.2.3-cü maddələrinin tələblərinə müvafiq aparılmaqla, satışından əldə olunan gəlir hesabına əvvəlki ipoteka saxlayan ASC-nin tələbi ödənildikdən sonra, növbəlik qaydasında ipoteka predmetinin dəyərindən sonrakı ipoteka saxlayan iddiaçının tələbinin icra müddətindən asılı olmayaraq ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rəd d edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər Z.Babayev və V.Baxışova).

40. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı ilə ASC arasında kredit müqaviləsinin bağlanması, ASC-yə 3.000.000 manat kreditin verilməsi, lakin sonuncu tərəfindən alınmış kreditin müqavilə müddətində banka qaytarılmasının təmin edilmədiyi və iddiaçı qarşısında 2016-cı il 11 avqust, bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi tarixinədək onun 3.000.000 manat əsas, 55.750 manat faiz borcunun yaranması işin bu müqavilə tərəfləri arasında mübahisələndirilməyən halı olmuşdur. Cavabdeh tərəfindən üçüncü şəxsdən aldığı kredit üzrə aparılmış ödənişlər isə iddiaçı ilə ASC arasında bağlanmış borc münasibətlərinə şamil edilə və iki tərəf arasındakı kredit münasibətləri üçün əhəmiyyət kəsb edə bilməz. Belə ki, həm in vəsaitlər cavabdehlə ASC arasında bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq həmin bank qarşısında icra edilmişdir.

41. Üçüncü şəxs tərəfindən 2015-ci il 16 noyabr tarixdə KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun nə əsas, nə də ki faiz hissəsi mübahisələndirilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən də apellyasiya şikayəti verilməmişdir.

42. Bundan başqa, 2015-ci il 16 noyabr tarixdə iddiaçı, cavabdeh və ASC arasında üçtərəfli qaydada İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsinin bağlandığı və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyi də işin mübahisələndirilməyən halını təşkil etmişdir. Konkret halda işin mübahisələndirilən halı isə iddiaçının qənaətinə görə həmin ipoteka predmetinə yüklülük ilk öncə reyestrdə onun xeyrinə qeydə alınmasından, həmin qeyri-yaşayış sahəsinə dair ASC-nin xeyrinə olan yüklülük isə daha sonra qeydə alındığından üstünlüyün iddiaçıya məxsus olmasından ibarətdir. Cavabdeh və üçüncü şəxs tərəfindən isə iddiaçının bu mövqeyinə etiraz olunaraq, sonuncunun xeyrinə qeyri-yaşayış sahəsinə yüklülüyün daha əvvəl qeydə alındığı və üstünlüyün ona məxsus olması mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka haqqında qanunvericiliyin tələbləri baxımından üstünlük ASC-yə məxsus olmuşdur. Belə ki, sonrakı ipoteka saxlayan hüquqlarını həyata keçirdikdə onun tələbləri icra müddətindən asılı olm ayaraq, əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra, növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Hazırki halda, iddiaçının xeyrinə yüklülük 2015-ci il 21 noyabr tarixdə, ASC-nin xeyrinə isə daha əvvəl 2014-cü il 13 dekabr tarixdə qeydə alınmışdır. RX0538434 nömrəli çıxarışa əsasən mübahisəli əmlaka dair 2014-cü il 29 noyabr tarixində reyestrdə iddiaçının xeyrinə qeydə alınan yüklülük isə hazırkı mübahisənin predmetinə aid olmayan 2014-cü il 21 noyabr tarixli KBQ14-1633KM nömrəli kredit müqaviləsi üzrə öhdəliyə aid olmuşdur ki, həmin öhdəliyin artıq 2015-ci il tarixində icra olunduğu iddiaçı tərəfindən də təsdiq edilmişdir.

43. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin ipoteka predmetinin ilkin satış qiymətinə də münasibət bildirilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qərarında göstərilməli olması imperativ tələb kimi müəyyən olunmuşdur. İddiaçı və ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 hektar torpaq sahəsində yerləşən, 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) ümumi dəyərinin 4.000.000 manat məbləğində qiymətləndirilməsi barədə razılaşmışlar. Cavabdehin sifarişi əsasında hazırlanmış və işə əlavə olunmuş "xxxx" MMC tərəfindən 2014-cü il 21 noyabr tarixində tərtib olunmuş hesabatdan isə görünür ki, mübahisəli əmlakın likvid dəyəri 5.500.000,00 manat dəyərində müəyyən edilmişdir. Hazı rkı apelyasiya mərhələsində məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC Qiymətləndirmə Şirkətinin MB 14/0737 nəmrəli, 2021-ci il 9 iyun tarixli qiymətləndirmə hesabatında ipoteka predmetinin likvid dəyəri 5.000.000,00 manat məbləğində müəyyənləşdirilmişdir.

44. Məhkəmə kollegiyası həm "xxxx" MMC-nin hesabatında ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə qoyulan likvid dəyəri, həm də hazırkı mərhələdə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən qoyulan likvid dəyərlərini - həmin əmlakın reallıqda satıla bilən likvid dəyəri kimi qəbul olunmasını mümkün hesab etməmişdir. Ən azından ona görə ki, mövcud pandemiya şəraitində daşınmaz əmlak bazarında qeyri-yaşayış sahələrinə olan tələbatın əhəmiyyətli dərəcədə azaldığı və qiymətlərin düşd üyü sübuta yetirilməsinə ehtiyacı olmayan və hamıya bəlli olan bir haldır. Qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, 2015-ci il 16 noyabr tarixdə iddiaçı, cavabdeh və ASC arasında üçtərəfli qaydada bağlanmış İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsində ipotekaya qoyulan qeyriyaşayış sahəsinin dəyəri barədə qarşılıqlı razılığa gəlinərək 4.000.000 manat məbləğində müəyyənləşdirilən dəyəri, həmin əmlakın satıla bilən likvid dəyəri kimi qiymətləndirilməli və həmin qiymət onun ilkin satış qiyməti kimi qəbul edilməlidir.

45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 739.1, 739.2, 387.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 9.1, 9.2, 9.3, 9.4, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 81.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

46. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 6 sentyabr tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

47. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh 2021-ci il 13 oktyabr tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli, 2-2(102)672/2021 saylı qərardadı ilə kassasiya şikayəti MPM-lə nəzərdə tutulmuş forma tələblərinə uyğun olmayaraq tərtib edildiyindən qeyri-mümkün hesab olunaraq geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm işdir.

49. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 26 yanvar tarixli, 2-2(103)-4/2021 saylı qərardaı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır.

50. Daha sonra cavabdeh 2022-ci il 14 yanvar tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını, eyni zamanda apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmaını xahiş etmişdir.

51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 mart tarixli, 2-2(103)-4/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ O NA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 52. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.3 və 9.4-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair kommersiya işi üzrə verilmiş kassasiya şikayətlərinə 2021-ci il 21 sentyabr tarixdə baxılaraq, 2-2(102)-323/2021 saylı qərar qəbul olunmuşdur. Həmin iş üzrə Ali Məhkəmə tərəfindən yoxlanılan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-2(103)-529/2020 saylı qətnaməsi ilə ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin qismən təmin e dildiyi Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, 2-2(113)-343/2020 saylı qətnaməsində qət edilən hissə, yəni cavabdehin ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcunun ipoteka predmeti olan əmlaka yönəldilməklə açıq hərracdan satılması ilə əldə edilmiş vəsaitin hesabına ödənilməsi və satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə olduqda məhkəmə qətnamələri arasında ziddiyyət yaranır. Belə ki, hazırda mübahisələndirilən 22(103)-4/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması və gələcəkdə icraya yönəldilməsi icra prosesinin qanunauyğun tənzimlənməsində ciddi maneələr yarada bilər. Yəni, ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçı olduğu iş üzrə qətnamədə əmlakın satı şından əldə ediləcək vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması, hazırda mübahisələndirilən qətnamədə isə əmlakın satışından əmlakın satışından əldə olunacaq vəsaitin artıq qalan hissəsinin iddiaçıya ödənilməsi qət olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.3 və 9.4-cü bəndlərinə əsasən, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. Bu səbəbdən, göstərilən kommersiya işləri üzrə yekun qərarların qüvvəyə minmə perspekti nəzərə alındıqda gələcəkdə əmlakın satışından əldə olunan vəsaitdən artıq qalan hissəsinin b ölüşdürülməsi baxımından qətnamələrin icrası çətinləşə, hətta qeyri-mümkün ola bilər.

53. MPM-in 254.1.4-cü maddəsinin tələbi pozulmuşdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 25 mart tarixli Qərarında təsbit olunmuşdur ki, icraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız e lə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırda mübahisələndirilən qətnamə ilə qət olunan tələbin əsas mahiyyəti cavabdehə məxsus əmlaka ipoteka qaydasında yönəltmə olduğundan, həmin əmlaka dair tələb hüququnun məxsus olduğu digər tərəf hesab edilən ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası üzrə Ali Məhkəmədə 2-2(102)-323/2021 saylı işə baxılıb yekun qərar qəbul edilənədək 2-2(103)-4/2021 saylı işin icr aatı dayandırılmalı və yalnız həmin qərarın qəbul edilməsindən sonra yeni qərara uyğunlaşdırılan qətnamə qəbul edilməli idi. Çünki, hər iki mübahisənin həll edilməsi üçün əsas meyar hesab edilən predmetin bir-birindən ayrılmaz bağlılığı mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu cavabdehin kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, üçüncü şəxsin cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli, 2-2(102)-323/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır.

55. Hazırda ipoteka predmeti olan əmlak qüvvədə olan 2 müqavilə ilə yüklü edilmişdir. Biri ncisi ipoteka saxlayan ASC ilə ipoteka qoyan və borcalan cavabdeh arasında bağlanmış 2014-cü il 21 noyabr tarixli, İM 01 nömrəli sonrakı ipoteka müqaviləsi, ikincisi ipoteka saxlayan iddiaçı ilə ipoteka qoyan cavabdeh və borcalan ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsi. MM-nin 310 və 320-ci maddələrinə görə, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliliyi ipotekanın qeydiyyat anı ilə müəyyənləşdirilir. Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyatı növbəliliyinə uyğun ödənilir. 56. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.3 və 9.4-cü maddələrinə görə, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.

57. Cavabdehin istinad etdiyi qətnamələrin icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və həmin Qanunun 54-cü maddəsinə əsasən, qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci ma ddəsinə əsasən, icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür, hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. Həmçinin, həmin Qanunun 74.3-cü maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Odur ki, qanunvericiliklə nəzərdə tutulmuş hallara əsasən qətnamələrin icrası ilə bağlı çətinləşmə ola bilməz.

58. Cavabdüh mübahisələndirdiyi hallar barədə qanunvericiliklə nəzərdə tutulmuş hərhansı əsasın mövcud olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

60. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbi q edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin “Maddə

269. Girov və ipoteka hüququ anlayışı müvafiq müddəalarında 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə

271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka q oyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir....” “Maddə

281. Girov hüququnun əmələ gəlməsi 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir....” “Maddə

282. Sonrakı girov 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. 282.2. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. 282.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallar nəzərə alınmaqla, sonrakı girov zamanı sonrakı girov saxlayanın t ələbləri əvvəlki girov saxlayanın tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir.” “Maddə

309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır....” “Maddə

310. Əşyanın ipoteka ilə dəfələrlə yüklü edilməsi Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6” “Maddə

410. Yeni oferta 410.1. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. 410.2. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır.” “Maddə

420. Müqavilənin standart şərtlərinin etibarsızlığı 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.1. təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə gös tərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları v ə sair nəzərə alınmalıdır. 420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar; 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsini n qadağan edilməsi); 420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar; 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb); 420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar; 420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilən in digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar; 420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar; 420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar.” “Maddə

739. Borc müqavilə si 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 63. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrində aşağıdakılar nəzərdə tutulmuşdur: “M a d d ə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlay ışlar aşağıdakı mənalan daşıyır:... 1.0.4 ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər;...” “M a d d ə

4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “M a d d ə

9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qa yda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur....” M a d d ə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipo teka predmetinə tutma yönəldilə bilər. “M a d d ə

47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tut ulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə....” 64. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur: M a d d ə 5

4. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. 54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. 54.3. Eyni borclu barəsində ayrı-ayrı icra qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir. 54.4. Bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə icra xidməti tərəfindən ayrı-ayrı icra qurumunda icra sənədləri üzrə başlanılmış icraatlara dair müvafiq məlumat bankı yaradılır. M a d d ə 7

4. Borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satıl masından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. 74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.

65. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

66. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

68. Cavabdehin kassasiya şikayətinin dəlillərinin ümumi məzmunu bundan ibarət olmuşdur ki, ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçı olduğu Ali Məhkəmənin icraatında olmuş 2-2(102)-323/2021 saylı iş üzrə əmlakın satışından əldə ediləcək vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması, hazırda mübahisələndirilən qətnamədə isə əmlakın satışından əldə olunacaq vəsaitin artıq qalan hissəsinin iddiaçıya ödənilməsi göstərilən kommersiya işləri üzrə yekun qərarların qüvvəyə minmə perspekti nəzərə alındıqda gələcəkdə əmlakın satışından əldə olunan vəsaitdən artıq qalan hissəsinin bölüşdürülməsi baxımından qətnamələrin icrası çətinləşə, hətta qeyri-mümkün ola bilər.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində girovda olan əmlakın digər girovun pre dmeti olması imkanı nəzərdə tutulub (Mülki Məcəllənin 228-ci maddəsi). Həmçinin o da vurğulanmalıdır ki, ipoteka ilə bağlı münasibətləri tənzimləyən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda ikili ipoteka olduğu təqdirdə ipoteka saxlayanların tələblərinin ödənilməsinin qaydası da nəzərdə tutulmuşdur. Belə ki, adıçəkilən statut qanununun 9.3-cü maddəsinə görə sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.

70. İş materiallarından göründüyü kimi hazırda ipoteka predmeti olan əmlak qüvvədə olan 2 müqavilə ilə yüklü edilmişdir (bax §4, 6, 7). Mülki Məcəllənin 310 və 320-ci maddələrinə görə, eyni bir əşya ipoteka ilə bir neçə dəfə y üklü edilə bilər. Yüklü edilmənin növbəliliyi ipotekanın qeydiyyat anı ilə müəyyənləşdirilir. Bir neçə ipoteka saxlayan olduqda ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyatı növbəliliyinə uyğun ödənilir. 71. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.3 və 9.4cü maddələrinə görə, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir.

72. Məhkəmə kollegiyas ı cavabdehin məhkəmə qətnamələrinin icrasının çətinləşməsinə dair dəlili ilə bağlı qeyd edir ki, qətnamələrin icrası ilə bağlı tənzimləyici normaları özündə əks etdirən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən, qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir.

73. Həmin Qanunun 75-ci maddəsinə əsasən, icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür, hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir.

74. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı ilə və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə, ipoteka predmetinin satılmasında n əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Qanunvericiliklə nəzərdə tutulmuş sadalanan hallar baxımından cavabdehin qətnamələrin icrası ilə bağlı çətinliyin yaranacağına dair dəlili əsaslı olmamışdır.

75. Göstərilənlərə əsasən məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual pozuntulara yol verməmişdir.

76. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 22(103)-4/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

77. MPM-in 417.1.1-ci maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

78. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 avqust tarixli, 2-2(103)-4/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar