Məhkəmə qərarları › İş №2-2(102)-36/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-36/2021

02.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-36/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı A-nın cavabdeh B-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: qiymətləndirmə barədə rəyin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 02.02.2021 hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli e-2-2(103)-apm/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Mənzil Kommunal Təsərrufat Birliyi ilə A Müəssisəsi (hazırda "A" MMC adlanır, bundan sonra – İddiaçı) arasında 1996-cı il 26 iyun tarixində X saylı qeyri-yaşayış sahəsinin icarəsi üçün birtipli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında zirzəmidə yerləşən 121,6 m2 olan qeyri-yaşayış sahəsi A-ya icarəyə verilmişdir. Bundan sonra müxtəlif vaxtlarda (1997-ci il 16 iyul, 1998-ci il 2 mart, 11 sentyabr, 1999-cu il 1 aprel, 2005-ci il 14 iyun və 2006-cı il 10 aprel tarixlərində) icarə müqavilələri bağlanmışdır. 2. 2009-cu il 17 noyabr tarixində C-nin (bundan sonra – “C”) Y saylı Ərazi Şöbəsi tərəfindən A-ya göndərilmiş 143-A nömrəli bildirişdə qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirməyə açıq elan edilmiş obyektlərin siyahısına daxil edilməsi qeyd olunmuşd ur.

3. Həmin bildirişə cavab olaraq 2009-cu il 1 dekabr tarixli 04/09 nömrəli məktubla C-yə və bu orqanın Y saylı ərazi şöbəsinə bildirilmişdir ki, A icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyir və buna görə də C-dən müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

4. C-dən A-nın ünvanına daxil olmuş 2016-cı il 30 sentyabr tarixli 160120506652 nömrəli bildirişdə qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi təklif olunmuşdur.

5. A-nın 2016-ci il 12 oktyabr tarixli 07/16 saylı cavab məktubu ilə bildirilmişdir ki, qeyriyaşayış sahəsini almaqdan imtina etmirlər və özəlləşdirilməsində maraqları vardır. Həmçinin qeyr-iyaşayış sahəsini özəlləşdirmək üçün İddiaçı-yə təklif etmələri xahiş edilmişdir. 6. 2018-ci ilin yanvar ayında C-nin nümayəndəsi tərəfindən qeyri-yaşayış sahəsi nin yeni texniki pasportunun hazırlandığı və yaxın vaxtlarda müqavilənin A-ya göndəriləcəyi haqda məlumat verilmişdir.

7. A-nın "inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair" iddia ərizəsi üzrə icraat zamanı 2 saylı İnzibati-İqtisad Məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş B (bundan sonra – “B”) tərəfindən verilmiş 2017-ci il 30 noyabr tarixli ƏEM/N 97-1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəydən görünür ki, qeyd olunan qeyri-yaşayış obyektinə 230.000 manat məbləğində qiymət qoyulmuşdur.

8. Bununla bağlı A B-yə 2019-cu il 25 aprel tarixində pretenziya məktubu təqdim edilmiş, lakin pretenziya məktubuna hər hansı bir cavab verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. A 2019-cu i l 23 may tarixində B-yə qarşı ƏMDK üçüncü şəxs olmaqla 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində iddia qaldıraraq, B tərəfindən verilmiş 2017-ci il 30 noyabr tarixli ƏEM/N 97-1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi yuxarıda §§ 1-8-də göstərilən hallarla əsaslandırılmış və bildirilmişdir ki, icarə haqqı vaxtlı-vaxtında ödənilmiş, hazıradək həmin qeyri-yaşayış sahəsi MMC-nin icarəsindədir. İddiaçı-yə təklif olunmadan C-nin qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə qərar qəbul edildiyi məlum olduqda, A C-yə müraciət edərək hərrac siyahısından mübahisə predmeti olan qeyri-yaşayış obyektinin adının çıxarılmasını xahiş etmişdir. Rəydəki məbləğin hansı meyarlara əsasən q oyulması hələ də aydın deyil. Ekspert qiymət müəyyən edərkən, həmin qeyri-yaşayış sahəsinə daxil olmamış və qiymətləndirmə prosesində A-nin əməkdaşlarının iştirakı təmin edilməmişdir. Bundan əlavə, rəydə fotoşəkili çəkilmiş qeyri-yaşayış sahəsinin A-nin icarəsində olan obyektə heç bir aidiyyəti yoxdur. Şəkildə göstərilən obyekt A-ya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında və 1-ci mərtəbədə yerləşən obyektdir. Belə olan halda ekspertin hansı obyekt üçün, hansı qaydada və hansı meyarlara əsasən qiymət müəyyən etdiyi məlum deyil. 11.

12. Üçüncü şəxsin nümayəndəsi A.H izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, həmçinin rəyin qanuni və əsaslı olduğunu, qiymətləndirilən obyektin A-nın icarəsindəki qeyriyaşayış sahəsi olduğunu bildirmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi məhk əməsinin 2019-cu il 20 avqust tarixli qərardadı ilə kommersiya mübahisəsi üzrə mütəxəsis rəyi alınanadək işin icraatının dayanması qərara alınmışdır.(hakim L.Ə).Əmlakın qiymətləndirilməsi barədə LP-126/19 saylı 2019-cu il 13 sentyabr tarixli mütəxəssis rəyində əmlakın bazar qiyməti 119 000 manat təşkil etmişdir və işin icraatı 2019-cu il 8 oktyabr tarixli qərardadla təzələnmişdir. 14. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2019-cu il 27 noyabr tarixli qərardadı ilə kommersiya mübahisəsi üzrə mütəxəsis rəyi alınanadək işin icraatının dayanması qərara alınmışdır.(hakim L.Əliyeva).Əmlakın qiymətləndirilməsi barədə CEG-1165 saylı 2019-cu il 26 dekabr tarixli mütəxəssis rəyində əmlakın bazar qiyməti 125 500 manat təşkil etmişdir və işin icraatı 2020-ci il 24 yanvar tarixli qərardadla təz ələnmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 iyun tarixli e-2-2(113)-BKM1/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva).

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söhbət gedə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişikliklər yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun.

17. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdə n azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Bu mənada A-nın hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün rəyin onun hüquqi vəziyyətinə təsir edib-etməmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.

18. Hazırkı işdə A-nın həyata keçirmək istədiyi başlıca məqsəd A-nın icarəsində olmuş və dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” 2001-ci il 24 yanvar tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallara əsasən müə yyən edilmiş qiymətlə A-ya təklif edilməsinə və C ilə həmin qeyri-yaşayış obyektinə dair alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir.

19. Qanunvericilik aktlarında özəlləşdirilən qeyri-yaşayış sahəsi icarəçiyə təklif edilərkən sahənin qiymətinin məhz C-nin sifarişi ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Qanunvericilik normaları icarəçi narazı olduğu halda C-nin sifarişi ilə yenidən özəlləşdirilən dövlət əmlakının qiymətləndirməsi ilə bağlı yenidən rəy alınmasını istisna etmir. Belə olan halda isə mübahisə predmeti olan rəy özü-özlüyündə A ilə bağlı hər hansı yeni status yaratmadığına, dəyişdirmədiyinə və xitam vermədiyinə görə onun qəbul edilməsi nəticəsində A-nın hər h ansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyil.

20. Məhkəmə qeyd etmişdir ki, dövlət əmlakının dəyəri özəlləşdirmə məqsədilə müəyyən edildikdə əmlakın C-nin sifarişi əsasında məcburi qaydada qiymətləndirilməsi həyata keçirilir. Belə olan halda isə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəçisinin ona həmin sahənin özəlləşdirilməsi barədə edilmiş təklifdə nəzərdə tutulmuş qiymətlə razılaşmamasından irəli gələn münasibətlər icarəçi ilə qiymətləndirməni aparan şirkət arasında deyil, icarəçi ilə dövlət əmlakının satıcısı qismində çıxış edən C arasında yaranmış inzibati xarakterli münasibətlərdir.

21. Bu baxımdan, qiymətlə bağlı icarəçi ilə ƏMDK arasında belə mübahisə yarandığı təqdirdə icarəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu n tələblərinə uyğun şəkildə inzibati qaydada şikayət vermək və ya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir.

22. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1, 262.1, 262.4-cü, Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 24-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

23. A 2020-ci il 1 iyu l tarixində həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 iyul tarixli e-2-2(113)-BKM2/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – L.Ə). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)-bam/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 iyun tarixli e-2-2(113)-BaM/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və V.B).

26. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinad edərək əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 15-22).

27. Qərardad 2020-ci il 18 avqust tarixində tərəflərə göndərilmişdir.

28. A-nın nümayəndəsi və vəkili həmin qərardaddan kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2020-ci il 10 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

29. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizalarının rəylərindən də açıq-aşkar görmək olar ki, həmin mübahisələndirilən rəydə göstərilən qey ri-yaşayış obyektinin A-ya heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəfindən təyin olunmuş ekspertizaların da məhz elə məqsədi də ondan ibarət olmuşdur ki, həmin mübahisələndirilən rəydə göstərilən obyektin Aya aidiyyəti olub-olmadığını müəyyən etsin. Biz əmlaka qoyulmuş qiyməti deyil, həmin daşınmaz əmlakın Bizə aidiyyəti olub-olmadığından rəyin etibarsızlığı barədə iddia tələbi ilə müraciət etmişik. Onda sual oluna bilər ki, əgər iş inzibatı məhkəmə qaydasında baxılmalı idisə, nə üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən 2 dəfə ekspertizanın keçirilməsi haqda qərar qəbul edilmişdir. Hər iki ekspertizanın nəticələri də B-nin rəyi ilə ciddi şəkildə fərqləndiyi üçün məhkəmə tərəfindən 2020-ci il 3 iyun tarixində e-2-2(103)-395/2020 saylı qərardad qəbul etmişdir.

30. Kassasiya şikayəti MM-nin 417.1.3-cü maddəsinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. A apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

36. MM-nin müvafiq maddəsində aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

37. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” 38. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları nda aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Dövlət əmlakının satıcısı 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir....” “Maddə

24. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər.” 39. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2.Qiymətləndirmə fəaliyyətinin subyektləri Fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmət lərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir.” “Maddə

5. Məcburi qiymətləndirmə halları Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etmadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə;...” “Maddə 6.Qiymətləndirmə üçün əsas Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.” “Maddə 18.Qiymətləndiricinin və sifarişçinin məsuliyyəti Qiymətləndirici və sifarişçi bu Qanunun və qiymətləndirmə haqqında müqavilədə göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.”

40. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın müvafiq bəndində aşağıdakılar nəzərdə tutulur: “4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası işin materi allarını araşdıraraq şikayətçinin dəlilini (bax yuxarıda § 29) əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.

42. MM-in 386.1-ci maddəsinə (bax yuxarıda § 36) uyğun olaraq, öhdəliyin əmələ gəlməsi əsaslarını müqavilə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar təşkil edir.

43. Eyni zamanda, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun (bax yuxarıda § 38) tələblərinə görə: 42.1. Qiymətləndirmə fəaliyyətinin subyektləri qiymətləndiricilər və onların xidmətlərinin istehlakçılarıdır (sifarişçilərdir) (2-ci maddə). 42.2.Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə qiymətləndirilməsi aparılır (5-ci maddə). əmlakın məcburi qaydada 42.3. Qiymətləndirici tərəfin dən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilə və ya məhkəmənin ekspertiza haqqında təyin edilməsi haqqında qərarıdır (6-cı maddə).

44. İşin materiallarından görünür ki, sözü gedən qiymətləndirmə işinin həyata keçirilməsi məqsədilə 2017-ci il 7 sentyabr tarixində C ilə B arasında müqavilə imzalanmışdır.

45. Xidmət (podrat) müqavilələrində işin keyfiyyətlə yerinə yetirilməsi icraçının ən əsas öhdəliyi kimi müəyyən olunur. Ona görə də hazırkı işdə icraçının funksiyalarını yerinə yetirən qiymətləndirici (B) müqavilə ilə tələb olunan işi lazımi qaydada yerinə yetirmədikdə sifarişçi (C) qarşısında məsuliyyət daşıyır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi – bax yuxarıda § 39).

46. İşin materiallarından görünür ki, hazırkı iş üzrə mülki hüquq poz untusunun (delikt) mövcudluğundan, daha doğrusu, B-nin təqsirli əməli nəticəsində A-ya zərər vurulmasından, eləcə də əsassız varlanmanın və öhdəliyin yaranması üçün MM-də nəzərdə tutulmuş digər əsasların mövcud olmasından söhbət belə gedə bilməz. Əks halda, həmin pozuntularla bağlı iddia tələbləri irəli sürülərdi.

47. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, A ilə B arasında heç bir öhdəlik münasibətləri mövcud deyildir (yaranmamışdır). Ona görə də hazırkı iş üzrə B A qarşısında hər hansı məsuliyyət daşımır, bununla əlaqədar A B-yə qarşı maddi hüquqi tələb irəli sürmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyildir.

48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: A-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli e-2-2(103)-BaM/2020 saylı qərardadı qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar