Məhkəmə qərarları › İş №2-2(102)-36/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-36/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-36/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(106)-116/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 30 aprel tarixli 22D/ 2020 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh arasında müəssisədə istehsal olunan qida məhsullarının və digər malların alqısatqısı barədə müqavilə bağlanmışdır. 2. 2021-ci il 16 aprel tarixli, hər iki tərəfin imzası ilə təsdiq edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına görə, İddiaçı ilə Cavabdeh malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması barədə qarşılıqlı nəticəyə gəlmişlər.

3. Elektron qaimələrə görə, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 773.509,85 manat məbləğində un məhsulları göndərilmişdir.

4. Masallı Rayon Polis Şöbəsinin iddiaçının nümayəndəsi X1 2021-ci il 15 noyabr tarixində Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciətlərin yoxlanılmasının nəticəsinə dair 2021-ci il 22 noyabr tarixli arayış ında qeyd edilmişdir ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavabdeh izahatında ölkədə olan pandemiya ilə əlaqədar iddiaçıdan götürdüyü un məmulatlarının satışında problemlər yarandığını, şirkətdən götürdüyü un məmulatlarının satışında alacağı pulun qaytarılmasında gecikmələr yarandığını, pulu vaxtında qaytara bilmədiyini, lakin şirkətin müraciətdə göstərdiyi kimi 84.900 manat deyil, təxminən 50.000 manat pul borcu olduğunu, həmin borcu da yaxın vaxtlarda ödəyəcəyinə söz versə də, qarşı tərəfin ona həmin məbləğdə borcunun olmasını bildirdiyini, aralarında qaytarılmalı olan pulla bağlı mübahisənin olduğunu bildirmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 84.900 manat borcun 10 gün ərzində ödənilmə si tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 8 fevral tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış 84.900 manat əsas borcun, gecikdirilmiş borca görə hesablanmış faiz 8.490 manatın və 400 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 30 aprel tarixli 22D/2020 saylı alqı-satqı müqaviləsinə əsasən, “Satıcı ” “Alıcı”nın sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını (“Kristal”, "xxxx" və s. un məhsullarla yanaşı, kəpək və s.) hissə-hisssə olmaqla “Alıcı”ya satmalı, “Alıcı” isə 5 iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir. Cavabdehlə iddiaçı arasında qarşılıqlı etimad olmuş, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi halda da ona nisyə mal verilmişdir. Bu da onun işgüzar fəaliyyətinin daha da genişləndirilməsinə partnyor kimi inam və etimadı daha da möhkəmləndirirdi. Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında 2021-ci il 16 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdehin borcu 102.490 manat təşkil etmişdir. Bundan sonra da işgüzar münasibətlər davam etmiş, cavabdehə hissə-hissə mal verilmişdir ki, işləsin və dövriyyə göstərməklə iddiaçıya olan borcunu qaytarsın. Cavabdeh isə, əksinə, nə dövriyyə göstərmiş, nə də ki, borcunu ödəmişdir. Bununla bağlı cavabdehə telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar edilmiş, 2021-ci il 24 sentyabr tarixli 154 saylı pretenziya məktubu ünvanlamışdır. Cavabdeh isə 2021-ci il 10 oktyabr tarixinə kimi möhlət verilməsini və yenə mal buraxılmasını xahiş etmişdir. Müəssisə rəhbərliyi onun xahişini nəzərə alsa da, o, verdiyi sözə əməl etməyərək borcu ödəməkdən yayınmışdır. 2021-ci il 5 oktyabr tarixində mediasiya prosesinin təklifi barədə cavabdehə 84.900 manat borcu məhkəmədən kənar qaydada ödənilməsi təklif edilmişdir. Mediatorun dəvət inə uyğun olaraq mediasiya sessiyası keçirilmiş və prosesi davam etdirməmək qərarına gəlinmişdir. 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21.2, 385.1, 459.1, 1096.1, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə tələbin hüquqi əsası kimi əlavə olunmuş 2020-ci il 30 aprel tarixli 22D/2020 saylı alqı-satqı müqaviləsini və 2021-ci il 1 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını araşdırdıqda məlum olur ki, sözügedən müqaviləsini n sonunda “Alıcı” qrafasının altındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim Cavabdeh, 2021-ci il 1 aprel” yazısı cavabdehə məxsus deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, həmin üzləşdirmə aktında cavabdehin imzası yoxdur.

10. İddiaçı tərəf “şablon” müqavilə formalarından dəfələrlə istifadə etməklə əməkdaşlıq etdikləri alıcıları çətin vəziyyətə salmışdır. Həmin “şablon” müqavilə formalarından hazırda cavabdehdə bir neçə nüsxə vardır və o müqavilələrdə də müqavilənin son səhifəsində yalnız “Satıcı” qrafasında imza və möhür olduğu görünməkdədir. Müqavilələrə diqqət yetirildikdə aydın olur ki, həmin müqavilələrin bitmə müddəti əlyazma şəklində qeyd edilməklə 2020-ci il 31 dekabr tarixinə kimi müəyyən edilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilmiş müqavilə isə sonradan, yəni 2021-ci il 1 aprel tarixində aparılmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının müqaviləyə əlavə edilə bilməsi üçün tərtib olunmuş, saxta yolla imzalanmışdır. Bundan başqa, cavabdehə göndərilmiş pretenziyada və iddia ərizəsində qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi 2021-ci il 16 aprel, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin sonunda əlavə kimi qeyd olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi isə 2021-ci il 1 aprel olaraq göstərilmişdir.

11. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli e-2-2(121)-481/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir (sədrlik edən – E.Abdullayev).

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında un məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən mallar cavabdehə “Müqavilə”nin 2.2-ci və 3.2-ci bəndlərinə əsasən elektron qaimələrə əsasən verilmiş və cavabdeh tərəfindən qəbul olunmuş, lakin malların dəyərini tam olaraq ödəməmişdir. Bundan əlavə, tərəflər arasında 2021-ci il 16 aprel tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı imzalanaraq malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması bar ədə qarşılıqlı nəticəyə gəlinmişdir. Sonradan cavabdeh tərəfindən həmin borcdan 17.590 manat ödənilsə də, 84.900 manat məbləğində borc pulun ödənilməsini təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra – “VM”) və Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun cavabdehə təhvil verilmişdir.

14. İddiaçı cavabdehə “Müqavilə”yə əsasən un məhsulları göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə b u hal mövcud deyildir. Bu isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.

15. Cavabdeh iddiaya dair etirazını tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Cavabdeh 2022-ci il 16 mart tarixində keçirilən məhkəmə iclasında alqı-satqı müqaviləsinin və qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının onun tərəfindən imzalandığını bildirmişdir. Eyni zamanda, iş materiallarında olan alqı-satqı müqaviləsinin və üzləşmə aktının saxtalığı və ya həqiqəti əks etdirməməsi cavabdeh tərəfindən mötəbər sübutlarla təkzib olunmamışdır. Halbuki bununla bağlı sübutetmə vəzifəsi məhz cavabdehin üzərinə düşürdü. Ümumiyyətlə, cavabdeh ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda üzləşmə aktını imzalamaql a sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür.

16. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, elektron qaimələrlə və qarşılıqlı üzləşmə aktı ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 84.900 manat borcunun olması öz təsdiqini tapdığından iddia əsas borca münasibətdə təmin edilməlidir.

17. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yol verilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 425 manat məbləğində penya (dəbbə pulu) tutulmalıdır.

18. Məhkəmə bu qənaətini MM-in 386.1, 425.1, 445.2.1, 460.1, 462.3, 567, 600.1-ci, VM-in 16.1.11-6, 71-1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2, 1.4, 2.1, 2.4, 3.2, 3.4, 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9-cu yarımbəndlərinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(106)-116/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyun tarixli e-22(121)-481/2022 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – T.Kərimov və T.Heydərov).

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə (bax yuxarıda §§ 12-17) ilə razılaşmış və apellyasya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu, apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edi lə bilməz.

22. Alqı-saqı müqaviləsinin sonunda “Alıcı” qrafasının altındakı imza və kirli əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imzanın və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısının, eləcə də üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim. Cavabdeh oğ, xx.xx.2021” yazısının cavabdehə məxsus olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız, iş üçün sübut əhəmiyyəti daşım ayan formal mülahizələr hesab edilir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalına (bax yuxarıda § 18) və əlavə olaraq MM-in 462.1, 467-ci, MPM-in 9.1, 9.3, 88, 217.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

24. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 sentyabr tarixində tərəflərə göndərilmişdir.

25. Cavabdeh 2022-ci il 30 noyabr tarixində kassasiya şikayəti verər ək, qətnamənin tamamilə ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 386.1, 425.1, 427, 445.2.1, 567, 600.1-ci maddələri üzrə - İddiaçı ilə cavabdeh arasında öhdəliklə bağlı müqavilə olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə isə cavabdehin iradə ifadəsini əks etdirmir. Yəni sözügedən müqaviləyə cavabdeh imza etməmişdir. Məhkəmələr isə bunu araşdırmadan iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir. Çünki iddiaçı ilə cavabdeh arasında rəsmi müqavilə olmadan fəaliyyət göstərmişlər və onların pulu da vaxtlı-vaxtında ödənilmişdir.

27. MPM-in 4, 14.1, 85.1, 88, 217.1, 217.3-cü maddələri üzrə - Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə müdafiə hüququnu pozmuşdur. Qəbul edilən qətnamənin 4-cü vərəqinin 1-ci abzasında məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdehin iştirak etmədiyini (təmsil olunmadığını) qeyd etmişdir. Cavabdeh həmin iclasdan əvvəl teleqram vasitəsilə işə sədrlik edən hakimə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir.

28. Məhkəmə işə baxarkən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan cavabdehə aid sübuta baxmamış və qiymət verməmiş, ona hansı maddi hüquq normasını tətbiq etməklə necə qiymət verdiyini göstərməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandır mamışdır. Çünki işin həqiqi hallarını özündə əks etdirən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunsa da, heç bir qiymət verilməmişdir.

29. Alqı-satqı müqavilsiənin sonunda “Alıcı” qrafasının altındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim. Cavabdeh oğ, xx.xx.2021” yazısı cavabdehə məxsus deyildir. Eyni zamanda, həmin üzləşdirmə aktında cavabdehin imzası yoxdur.

30. İddiaçı tərəf cür “şablon” müqavilə formalarından dəfələrlə istifadə etməklə əməkdaşlıq etdikləri alıcıları çətin vəziyyətə salırlar. Həmin “şablon” müqavilə formalarından hazırda cavabdehdə bir neçə nüsxə vardır və o müqavilələrdə də müqavilənin son səhifəsində yalnız “Satıcı” qrafasında imza və möhür olduğu görünməkdədir. Müqavilələrə diqqət yetirilikdə aydın olur ki, həmin müqavilələrin bitmə müddəti əlyazma şəklində qeyd edilməklə 2020-ci il 31 dekabr tarixinə kimi müəyyən edilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilmiş müqavilə isə sonradan, yəni 2021-ci il 1 aprel tarixində guya aparılmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının müqaviləyə əlavə edilə bilməsi üçün tərtib olunmuş, saxta yolla imzalanmışdır.

31. Cavabdehə göndərilmiş pretenziyada və iddia ərizəsində qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi 2021-ci il 16 aprel, iddia ərizəsinə əlavə edilmiş alqısatqı müqaviləsinin sonunda əlavə kimi qeyd olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi isə 2021-ci il 1 aprel olaraq göstərilmişdir. c) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən daxil olmuş etiraz əsas etibarilə hazırkı iş üzrə verilmiş iddia ərizəsində qeyd olunmuş hallarla (bax yuxarıda § 7) əsaslandırılmışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya in stansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna ol maqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zamin lik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq t ənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş mü ddətdə həyata keçirməlidir.” 37. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında müəyyən edilmişdir ki: “Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbu l olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında — birinci instansiya mhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər....”

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanara q vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.4. Elektron qaimə-faktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir:...

2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.2.2. malların qaytarılması barədə (2 nömrəli əlavə) 2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən (3 nömrəli əlavə)... 2.4. Elektron qaimə-fakturanın növündən asılı olaraq, elektron qaimə-fakturada bu Qaydaların 2.3-cü bəndində qeyd olunan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar və uçotun qurulması üçün zəruri olan digər məlumatlar da əks etdirilir.... 2.2.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalətverənə (komitentə) qaytarılması barədə (6 nömrəli əlavə)... 2.2.9. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən (9 nömrəli əlavə)... Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir....”

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Vergi ödəyicisinin vəzifələri... 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslə rə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək...” “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir...”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında qeyd edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, ö z qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir....” “Maddə

217. Qətnamənin qanunil iyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.” “Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər...” “Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin f aktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 26-31) iş material ları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 22(106)-116/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Kassasiya şikayətində göstərilən dəlillərin əksəriyyəti hazırkı məhkəmə icraatının əvvəlki mərhələlərində də bildirilmiş dəlillərlə eyniməzmunludur. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

44. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

45. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin eyniməzmunlu dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa pro sessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 41) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iy un tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 40) görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi tərəflər arasında imzalanmış 2020-ci il 30 aprel tarixli 22D/2020 saylı alqı-satqı müqaviləsinin 1.1, 2.2, 2.3, 3.2-ci bəndlərinin şərtlərindən aydın olur ki, “Satıcı” tərəfindən “Alıcıya” təqdim edilmiş elektron-qaimə faktura və ya elektron vergi-hesab fakturalar həmin müqavilədə malın təhvil ver ilməsini təsdiq edən sənəd kimi qiymətləndirilmişdir.

48. İstinad olunan müqavilə müddəaları apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı tərəfindən mallar məhz sözügedən elektron qaimələrə əsasən verilmiş və cavabdeh tərəfindən də qəbul olunmuşdur.

49. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət nəticə etibarilə tərəflər arasında bağlanmış müqaviləyə, deməli, həm də Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyinə uyğun olmuşdur.

50. Bundan başqa, kassator tərəflər arasında tərtib edilmiş üzləşdirmə aktının saxtalaşdırılmasına dair gətirdiyi dəlillərin məhkəmə tərəfindən nəzərə alınmadığını bildirsə də, işə baxan məhkəmələrin qətnamələrindən aydın olur ki, cavabdeh 2022-ci il 16 mart tarixində keçirilən birinci instansiya məhkəməsinin iclasında alqı-satqı müqaviləsinin və qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının onun tərəfindən imzalandığını bildirmişdir.

51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçının nümayəndəsinin Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciətlərin yoxlanılmasının nəticəsinə dair həmin şöbənin 2021-ci il 22 noyabr tarixli arayışında qeyd edilmişdir ki, cavabdeh izahatında pandemiya ilə əlaqədar iddiaçıdan götürdüyü un məmulatlarının satışında problemlər yarandığını, şirkətdən götürdüyü un məmulatlarının satışında alacağı pulun qaytarılmasında gecikmələr yarandığını, pulu vaxtında qaytara bilmədiyini, lakin şirk ətin müraciətdə göstərdiyi kimi 84.900 manat deyil, təxminən 50.000 manat pul borcu olduğunu, həmin borcu da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir.

52. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyinin qanunsuz və əsassız hesab edilməsi üçün hər hansı hüquqi əsas tapmır.

53. Kassatorun mahiyyət etibarilə yeni və prosessual xarakterli dəlili yalnız ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin müdafiə hüququnu pozmuşdur. Qətnamənin 4-cü vərəqinin 1-ci abzasında məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdehin iştirak etmədiyi (təmsil olunmadığı) qeyd edilmişdir. Cavabdeh həmin iclasdan əvvəl teleqram vasitəsilə işə sədrlik edən hakimə məhkəmə iclasında üzrlü sə bəbdən iştirak edə bilməyəcəyi barədə məlumat vermişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassatorun həmin dəlili də əsassızdır.

55. Kassatorun istinad etdiyi qətnamənin 4-cü vərəqinin 1-ci abzasında qeyd olunmuşdur ki: “Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir, məhkəməyə teleqram göndərərək vəkilin üzrlü səbəbdən iştirak edə bilmədiyini, 07.09-xx.xx.2022ci il tarixlərdə keçirilən əmək və ailə mediasiyası təlimləri, eləcədə yekun imtahanlarda iştirak edəcəyi üçün məhkəmə iclasında iştirakı mümkün olmadığı üçün məhkəmə iclasına gələ bilməmələrinin səbəbinin üzrlü hesab edib məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etməsinə baxmayaraq c avabdehin və vəkilinin məhkəmə iclasına gələ bilməmələrinin üzrlü səbəbləri barədə rəsmi sübut təqdim etməmişlər, teleqrama hər hansı sənəd əlavə etməmişlər. Ona görə də işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.”

56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan davam etdirilməsini cavabdehin və vəkilinin məhkəmə iclasına gələ bilməmələrinin üzrlü səbəbləri barədə rəsmi sübut təqdim etməməmələri ilə əlaqələndirmişdir.

57. İş materiallarında bunun əksini təsdiq edən cavabdeh tərəfin təqdim etdiyi hər hansı sənəd mövcud deyildir.

58. Eyni zamanda, kassasiya şikayətində də qətnamə müvafiq hissədə tutarlı dəlillərlə təkzib olunmamışdır.

59. Halbuki MPM-in 185.1 və 185.5-ci maddələrinin (bax yuxarıda § 41 ) tələbləri ondan ibarətdir ki, işdə iştirak edən şəxslər məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

60. Həmin imperativ prosessual tələblər MPM-in 365-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq apellyasiya icraatı üçün də keçərlidir.

61. Bundan başqa, cavabdeh tərəf istər birinci instansiya məhkəməsinin iclaslarında, istərsə də apellyasiya instansiya sı məhkəməsinin əvvəlki iclaslarında iştirak etmiş, öz izahatlarını və etirazlarını vermiş, habelə malik olduqları sübutları işə baxan məhkəmələrə təqdim etmək üçün yetərincə vaxtı və imkanı olmuşdur.

62. Odur ki, məhkəmə kollegiyası kassatorun sözügedən dəlilini işin ümumi nəticəsinə təsir etməyən formal xarakterli dəlil kimi qiymətləndirir.

63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(106)-116/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar