Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-36/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ilk İddiaçı Cavabdeh1 qarşı pul və əmlak tələbinə dair ilk iddia və Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(103)-742/2024 nömrəli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsi (bundan sonra-“İ icarə müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir.
2. Eyni tərəflər arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə (bundan sonra-“İİ icarə müqaviləsi”) əsasən İddiaçı Bakı şəhər i, Yasamal rayonu, X3 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsini aylıq 5.000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin: 5-ci bəndinə görə, icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
3. İcarəyə verən 2022-ci il 24 noyabr tarixində icarəçiyə bildiriş göndərərək icarə haqqının tam ödənilməməsi əsası ilə icarə müqaviləsinə birtərəfli qaydada 2022-ci il 24 dekabr tarixindən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir İş üzrə məhkəmə icra atı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh1 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək edərək 19.500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin xitam tarixi - 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə 31.665 manat və əldən çıxmış faydanın əvəzi olaraq 50.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,75 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, X3 küçəsi, 18N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq i ddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci icarə müqaviləsinin qüvvəyə minməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış icarə haqqını tam ödəməməklə müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Belə ki, indiyə kimi keçən müddət ərzində cavabdeh cəmi 3.000 manat pul ödəmiş və fərqli bəhanələrlə öhdəliklərindən yayınmışdır. İddiaçı tərəfindən 2022-ci il 24 noyabr tarixli bildiriş təqdim olunaraq icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinə 2022-ci il 24 dekabr tarixindən xitam verildiyi bildirilərək, qalıq icarə haqqının ödənilməsi və müqavilənin şərtinə uyğun qaydada qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələb edilmişdir. Nəticə etibarilə, 2022-ci il 10 avqust tarixindən 2022-ci il 24 dekabr tarixinə kimi keçən dövr üzrə icarə haqqı məbləği 22.500 manat (4,5 ay * 5.000 manat) və ödənilmiş məbləğ 3.000 manat olmaqla, cavabdehin cəmi icarə haqqı borcu 19.500 manat təşkil edir.
6. Tərəflər arasındakı icarə münasibətlərinə 2022-ci il 24 dekabr tarixindən müqavilədə nəzərdə tutulmuş qaydada xitam verilməsinə baxmayaraq, iddiaçı həm mülkiyyətindəki əmlakını, həm də gözlənilən aylıq gəlirini əldə edə bilməmişdir. Cavabdeh daşınmaz əmlakı qanunsuz sahiblikdən geri verməmiş, nəticədə cavabdehin faktiki olaraq əmlakdan istifadə edərək bəhrə götürməsi nəticəsində iddiaçı 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə kimi 31.666 (6 ay * 5.000 + 5.000 /30 * 10 gün) manat gəlirdən məhrum olmuşdur. Bundan başqa, fərdi sahibkar X1 ilə iddiaçı arasında həmi n yerin icarəyə verilməsinə dair notarial qaydada 2023-cü il 2 aprel tarixində ilkin müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, qeyri-yaşayış sahəsi (cavabdehin qanunsuz sahibliyindən azad olunub) icarəyə təhvil verilməyə uyğun olduğu halda tərəflər icarə müqaviləsi bağlayacaqlar. Bunun qarşılığında həmin sahibkar – gələcək icarəçi qismində iddiaçıya 50.000 manat birdəfəlik ödəniş edəcək və aylıq olaraq da, ödəmə mənbəyində vergilər xaric, 5.000 manat icarə haqqı ödəyəcəkdir. İddiaçı hesab edir ki, həmin məbləğ də əldən çıxmış fayda kimi ona ödənilməlidir.
7. Cavabdeh iddiaçıya və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı kimi artıq ödənilmiş 30.600 manat və mağazanın qanuns uz qapadılmaları nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 35.000 manat pulun iddiaçıdan, verilmiş borca görə artıq ödənilmiş 40.000 manat pulun Cavabdeh2 cavabdehin xeyrinə tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (hazırki kassasiya baxışının predmetinə uyğun olaraq, qarşılıqlı iddianın əsasları qeyd edilmir).
8. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 25 iyul tarixli e-2-2(113)-1773/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, tərəflər arasında 2022-ci il 10 avqust tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19.166,67 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixdən 2023- cü il 4 iyul tarixədək hesablanmaqla 31.500 manat icarə haqqı borcu olmaqla ümumilikdə 50.666,67 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim N.Əhmədova).
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edildiyi (əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması) hissəsində qismən ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti ver ərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
11. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən 1.433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinədək hesablanmaql a 6.300 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edənməruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin dəlilləri, ilk iddia tələbinin isə 50.000 manat əldən çıxmış fayda və icarə obyektinin cavabdehin qanunsuz sahibliyindən qaytarılması hissələrinə münasibətdə apardığı hüquqi qiymətləndirmə ilə tam razılaşmışdır.
13. İlkin iddia üzrə icarə haqqı borcunun tutulması və icarə müqaviləsinin xitam tarixi 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbləri ilə bağlı isə qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, tutulan icarə haqqının məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1000 manatdan hesablanması ağlabatan və ədalətlidir. Odur ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 4433 (4 000 + 433) manat təşkil edir: - 4 ay üçün: 4 000 manat (1000 * 4) - 13 gün üçün: 433 manat (1000 / 30) * 13). 15. 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən 3000 manat icarə haqqının ödənilməsi tərəflər arasında mübahisələndirilmədiyindən, ödən ilmiş 3000 manat icarə haqqı çıxılmaqla qalıq icarə haqqı borcu isə 1433 manat təşkil etmişdir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. İcarə müqaviləsinin xitam tarix – 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbi ilə bağlı qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı müqavilənin 2022-ci il 24 dekabr tarixdən ləğvinə dair birtərəfli iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Lakin cavabdeh icarə obyektini hal-hazıradək icarəyə verənə qaytarmamışdır. Odur ki, 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 6300 (6000 + 300) manat təşkil edir: - 6 ay ü çün: 6000 manat ( 1000 * 6) - 9 gün üçün: 300 manat ((1000 / 30) * 9) icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 402.5, 421.1, 421.2, 421.3, 442, 448.1, 448.2, 560, 685.2, 697.2, 700.1, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirildiyi hissədə ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xa hiş etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində (dükanın qanunsuz bağlanması zamanı vurulmuş maddi zərər hissəsində) ləğv edilərək, həmin hissənin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 iyun tarixli 2-2(102)-247/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, qət namənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və Ə.Xıdırov).
21. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti üzrə hüquqi qiymətləndirmə apararaq qeyd etmişdir ki, ilkin iddia üzrə icarə haqqının tutulduğu hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, işin materiallarında mövcud olan sənədlərdən, hər hansı ay üçün icarə haqqı kimi 5.000 manatın ödənilməsi müəyyən edilmir, əksinə, göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəfindən icarə obyektindən istifadəyə görə 1.000 manat məbləğində icarə haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə ha qqının 1.000 manatdan hesablanması ağlabatan və ədalətlidir.
22. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini ziddiyyətli, əsassız və qanunsuz hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən qətnamənin özündən aydın olur ki, müvafiq dövr üzrə icarə haqqının tutulmasına dair iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehə icarəyə verilməsi haqqında 2022-ci il 10 avqust tarixində notarial qaydada bağlanılmış icarə müqaviləsindən irəli gəlmiş və həmin müqavilədə aylıq icarə haqqı 5.000 manat müəyyən edilmişdir. Cavabdehin qarşılıqlı iddia tələblərindən birini isə məhz həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi təşkil etmiş, lakin işə baxan məhkəmələr qarşılıqlı iddianı bütövlükdə, o cümlədən sözügedən iddia tələbini rədd etmişlər.
23. A pellyasiya məhkəməsi bir tərəfdən, 2022-ci il 10 avqust tarixli notarial qaydada bağlanılmış icarə müqaviləsinin etibarsızlığı üçün əsasların mövcud olmaması qənaətinə gəlsə də, digər tərəfdən, həmin müqavilənin tərkib hissəsini təşkil edən şərtlərdən birini (aylıq icarə haqqının 5.000 manat müəyyən edilməsi) hazırkı mübahisəsinin həllinə tətbiq etməmiş, əvəzində isə “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına görə həmin qiymətdən 5 dəfə aşağı olan qiymətə (1.000 manat) istinad etmişdir.
24. Halbuki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və y a MM-də nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə mü əyyən etməlidir.
26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur.
27. Malların, işlərin, xidmətlərin, istifadənin (icarənin) qiymətlərinin müəyyən edilməsi zamanı “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad o zaman mümkündür ki, ya ortada olan yazılı müqavilənin qiymətə dair etibarlı hesab edilən şərtləri mövcud olmasın, ya da tərəflər arasındakı işgüzar münasibətlər faktiki əsaslarla, yəni şifahi qaydada əldə olunmuş razılaşmalar əsasında formalaşmış olsun. Hazırkı halda isə tərəflər arasında etibarlı yazılı müqavilənin və onun qiymətə dair müddəalarının mövcudluğu elə işə baxan məhkəmələrin öz qətnamələrindən görünməkdədir.
28. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunu səhv tətbiq etmiş, nəticədə MPM-in 217.3-cü maddəsinin tələblərini pozaraq tərəflər arasındakı qarşılıqlı münasibətlər barədə yanlış qənaətə gəlmiş, bununla da MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
29. Məhkəmə kgəldiyi nəticəni MM-in 398-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(103)-742/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Z.Allahverdi, hakimlər A.İbrahim və S.Bəhrəmzadə).
31. Apellyasiya instansiyası məhkəməsi MPM-in 372.6-cı maddəsinə istinadla apellyasiya baxışının hədlərini müəyyən edərək qeyd etmişdir ki, kassasiya instansiyası apellyas iya instansiyasının qətnaməsinin ilk iddia tələbinin 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində ləğv etdiyi və yeni baxışa qaytardığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Ona görə də apellyasiya baxışının predmetini yalnız qarşılıqlı iddiaçının apellyasiya şikayətinin ilkin iddianın 19.166,67 manat icarə haqqı borcunun tutulması hissəsində mübahisələndirilməsi təşkil edir. Belə ki, ilkin iddiaçının apellyasiya şikayətinə və qarşılıqlı iddiaçının apellyasiya şikayətinin digər hissələrinə apellyasiya və kassasiya instansiyası tərəfindən münasibət bildirilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsi əsaslı və qanuni olduğundan, qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz.
33. Məhkəmə hesab etmişdir ki, ikinci apellyasiya icraatında iddianın aylıq 5000 manat icarə haqqının cavabdehdən tutulması hissəsinə qiymət verilməlidir.
34. Belə ki, cavabdeh apellyasiya şikayətində icarə haqqının məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə 1000 manat məbləğlə razılaşmış, 12 ay 1000 manat ödəmiş və iddiaçı buna etiraz etməmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahələrini nümayəndələri vasitəsi ilə icarəyə vermiş və nümayəndələri icarə haqqı məbləğlərini alaraq iddiaçıya çatdırmışlar. Cavabdeh ilk 12 ay 1000 manat ödəniş etmiş, sonradan 5000 manat ödəniş edilmiş, lakin bəzən ödənişlərin gecikməsi olmuşdur. İddiaçının şifa hi şəkildə cavabdehlə icarə haqqının 5000 manat məbləğində razılaşması isə yalnız cavabdeh tərəfindən irəli sürülmüşdür və iddiaçı bununla razılaşmamış və müqavilə şərtinə əsaslanmışdır. Belə olduqda isə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə şifahi razılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Yalnız cavabdehin izahatı ilə etibarlı müqavilə şərtində müəyyən edilən xüsusatın inkar edilməsi isə mümkünsüzdür.
36. Məhkəmə cavabdehin iddiaçının hansı səbəbdən icarə pulunu tələb etməməsinə dair dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçının icarə haqqını tələb etməsi onun hüququdur və onun öz hüququndan istifadə etməməsi ziyanına şərh edilə bilməz və müqavilə şərtini qüvvədən sala bilməz. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq icarə haqqı məb ləğini müqaviləyə əsasən müəyyən etmiş və cavabdehdən tutulması qənaətinə gəlmişdir.
37. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 398.1, 398.2, 398.3, 442, 448.1, 448.2, 560, 685.2.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.
38. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin dəyişdirildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
39. MPM-in 420-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin cavabdehin apellyasiya şikayətini təmin etməməsinə baxmayaraq, qətnamənin yeku n hissəsində onun üçün əlverişli hal yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində İİ icarə müqaviləsinə əsasən 19.166,67 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixədək hesablanmaqla 31.500 manat icarə haqqı borcu olmaqla ümumilikdə 50.666,67 manat məbləğində pulun cavabdehdən tutulması qət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin “icarə haqqı borcu” qismində tutduğu məbləğ iki hissədən, 2022-ci il 10 avqust – 2022-ci il 24 dekabr və 2022-ci il 24 dekabr – 2023-cü il 5 iyul dövrlərindən ibarətdir. Ali Məhkəmənin qərarı ilə də, apellyasiya məhkəməsinin iş üzrə ilk qətnaməsi qismən - ilkin iddia üzrə cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilmişdir. Bununla belə, apellyasiya məhkəməsində işə yenidən baxılarkən 2022-ci il 10 avqust – 2022-ci il 24 dekabr dövrü üzrə olan icarə haqqı borcuna hüquqi qiymət verilərək o hissədə ilkin iddia təmin edilmiş, lakin 2022-ci il 24 dekabr-2023-cü il 5 iyul dövrü üzrə isə (həmin hissə qanuni qüvvəsini aldığı əsası ilə) hüquqi qiymət verilməmişdir.
40. Belə olduğu halda sonuncu qətnamə ilə təzadlı bir vəziyyət yaranmışdır. Belə ki, məhkəmələr mübahisəli icarə obyekti üzrə icarə haqqının müqaviləyə əsasən 5000 manat məbləğində olduğunu dəqiq təsbit etmişdir. Bu təsbitə baxmayaraq, cavahdehin icarə obyektini faktiki zəbt etdiyi 2022-ci il 24 dekabr – 2023-cü il 4 iyul dövrü üzrə icarə haqqı borcunun (heç bir hüquqi əsası olmayan şəkildə) aylıq 1000 manatla hesablanmasının hüquqi məntiqə uy ğun olmadığı isə aşkardır. Digər tərəfdən xüsusi vurğulanmalıdır ki, Ali Məhkəmənin qərarında “icarə haqqı borcunun” yaranma dövrləri/əsasları arasında hər hansı fərqləndirilmə aparılmamış, qərarın “nəticə” hissəsində ümumi olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsi “icarə haqqı borcu” hissəsində ləğv edilmişdir. Buradan da açıq şəkildə göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işə yenidən baxarkən Ali Məhkəmənin qərarında göstərilən nöqsanı aradan qaldırarkən qətnamənin 2022-ci il 24 dekabr – 2023-cü il 4 iyul dövrü üzrə icarə haqqı borcuna dair hissədə artıq qüvvəyə mindiyi barədə səhv qənaətə gəlmiş və həmin hissəyə hüquqi qiymət verməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışını n hədləri
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Mə cəlləsinin müvafiq müddəalarında “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli dir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri … 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kir ayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;...” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
45. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “... vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvəni ndən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır....”
46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri..... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhk əməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə tərəflər arasında 2019-cu il 7 dekabr tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsini aylıq 150 manata cavabdehə icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir. Bundan sonra tərəflər arasında 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyriyaşayış sahəsinin 100 kv.m. hissəsini aylıq 5000 manata cavabdehə icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. İcarə haqqı tam ödənilmədiyindən icarəyə verən 2022-ci il 24 noyabr tarixdə icarəçiyə bildiriş göndərərək icarə müqaviləsinə bir tərəfli qaydada 2022-ci il 24 dekabr tarixdən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir.
48. İşin materiallarından, o cümlədən iddia ərizəsindən göründüyü kimi, iddiaçının qeyd olunan icarə müqavilələrinə əsasən icarə haqqının tutulması tələbi iki dövrü əhatə etmişdir; 2022-ci il 10 avqust-2022-ci il 24 dekabr və 2022-ci il 24 dekabr-2023-cü il 5 iyul tarixləri üçün icarə haqqının ödənilməsi.
49. İlk kassasiya baxışında da apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki dövr üzrə icarə haqqı borcunun tutulması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
50. Buna baxmayaraq, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız 2022-ci il 10 avqust-2022-ci il 24 dekabr dövrü üzrə olan icarə haqqı borcuna hüquqi qiymət verilmiş, icarə obyektindən faktiki istifadə edilən ikinci dövr üzrə icarə haqqının tutulması tələbinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, bununla da MPM-nin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri düzgün müəyyən edilməmiş, nəticədə MPM-nin 372-ci maddəsinin də tələbləri pozulmuşdur (bax yuxarıda § 46).
51. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyasının əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, işin yeni apellyasiya baxışı zamanı məhkəmə aktının kassasiya qaydasında ləğv edilən hissəsinə uyğun olaraq, apellyasiyanın hədləri düzgün müəyyən edilməli, iddiaçının həm müqavilə dövrü, həm də icarə obyektindən faktiki istifadə olunduğu dövr üzrə icarı haqqının tutulması tələbinə hüquqi qiymət verilməlidir.
52. Belə ki, MM-in 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
53. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
55. MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı A pellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 sentyabr tarixli, 2-2(103)-742/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.