Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin “xxxx” QBKT MMM qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), 04.09.2019 X1, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QBKT MMM-ə qarşı xidmət haqqı borcunun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-92/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il ta rixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh “xxxx” QBKT MMM-ə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” QBKT MMM-dən İddiaçı MMC-nin xeyrinə 120.000 (bir yüz iyirmi min) manat məbləğində xidmət haqqı borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QBKT MMM ilə “xxxx” MMC arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə vasitəçilik xidmətlərinin göstərilməsi barədə razılıq əldə edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən “xxxx” MMC-nin vasitəçiliy i ilə maliyyə qurumlarından 3 il ərzində “xxxx” QBKT MMM-ə cəlb edilmiş vəsaitlərə görə cəlb olunan məbləğin 0.5%-i qədər xidmət haqqı ödənilməlidir. Həmin müqavilə əsasında “xxxx” MMC-nin vasitəçiliyi ilə 2012-ci ildə “xxxx” ASC-dən “xxxx” QBKT MMM-ə 5.000.000 manat kredit verilmiş və həmin vəsaitə görə xidmət haqqı ödənilmişdir. Sonradan 01 noyabr 2012-ci il tarixdən etibarən 3 il müddətinda “xxxx” ASC-dən “xxxx” QBKT MMM-ə cəlb olunmuş kreditlərin olub-olmaması barədə məlumatın verilməsini, olduğu halda isə cəlb olunmuş vəsaitin 0.5%-i həcmində xidmət haqqının “xxxx” MMCyə ödənilməsi barədə dəfələrlə şifahi və elektron poçt vasitəsilə müraciət olunsa da, cavabdeh “xxxx” QBKT MMM tərəfindən heç bir məlumat verilməmişdir. Bu səbəbdən 02.11.2015-ci il tarixində rəsmi olaraq “xxxx” QBKT MMM -ə müraciət olunmuşdur. Lakin cavabdeh “xxxx” QBKT MMM rəsmi müraciətə heç bir cavab verməmişdir. 01.11.201201.11.2015-ci il tarixləri ərzində “xxxx” ASC-dən “xxxx” QBKT MMM-ə cəlb olunmuş kreditlər və onların məbləğləri barədə məlumatların götürülməsi ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən qəbul olunan 2(81)-3198/2015 saylı, 28 dekabr 2015ci il tarixli qərardada əsasən “xxxx” ASC-dən cavab gəlmiş və müəyyən olunmuşdur ki, qeyd olunan dövr ərzində “xxxx” ASC-dən “xxxx” QBKT MMM-ə 3 dəfə və hər birində ******* (dörd milyon) manat, ümumilikdə isə 12000000 (on iki milyon) manat kredit cəlb olunmuşdur. “xxxx” QBKT MMM ilə İddiaçı MMC arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə vasitəçilik xidmətlərinin göstərilməsi ba rədə razılıq əldə edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən “xxxx” MMC-nin vasitəçiliyi ilə maliyyə qurumlarından 3 il ərzində “xxxx” QBKT MMM-ə cəlb edilmiş vəsaitlərə görə cəlb olunan məbləğin 0.5 %-i qədər xidmət haqqı ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən “Borcalan” “Kreditor”dan maliyyə vəsaitləri cəlb etmək istəyi barədə “vasitəçi”yə məlumat verməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən isə “Borcalan”, müqavilənin 4cü bəndində göstərilən müddət ərzində “vasitəçi”nin məlumatı olmadan “Kreditor”dan cəlb etdiyi maliyyə vəsaitlərinə görə “vasitəçi”yə xidmət haqqının 2 mislini ödəyəcəkdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “xxxx” MMQBKT tərəf indən istənilən maliyyə təşkilatları ilə vasitəçinin iştirakı olmadan və vasitəçinin təklif etdiyi şərtlərdən fərqli olan şərtlərlə bağlaya biləcəyi müqavilələr vasitəçinin vasitəsi ilə cəlb edilmiş hesab edilə bilməz, əks halda belə hal MM-nin 390.1-ci maddənin tələblərinə ziddir. Bundan əlavə, cavabdeh tərəfindən bağlanılan müqavilələrdə əks olunmuş məlumatlar kommersiya sirri təşkil etdiyindən, həmçinin müqavilələrə məxfilik haqqında şərtlər daxil edildiyindən həmin müqavilələrin təqdim edilməsi qanunvericiliyə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-16/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” QB KT MMM-dən 60000 (altmış min) manat xidmət haqqı borcu və 6000 (altı min) manat cərimə məbləğinin və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 12.000.000 manat maliyyə vəsaiti cəlb edildiyindən maliyyə vəsaitinin 0.5%-i həcmində xidmət haqqının iddiaçıya ödənilməsi qanunidir. Bundan əlavə, yüksək məbləğdə cərimənin MM-nin 462.1-ci maddəsinə əsasən 6000 manat həddinədək azaldılması ədalətlidir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin cavabdehdən 60.000 manat xidmət haqqı borcunun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-92/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, cavabdeh “xxxx” QBKT MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(81)-16/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh “xxxx” QBKT MMM-dən İddiaçı MMC-nin xeyrinə 120000 (bir yüz iyirmi min) manat məbləğində xidmət haqqı borcu, işə birinci instansiya və apellyasiya qaydasında baxılması üçün ödənilmiş dövlət rüsumuna görə cəmi 45 (qırx beş) manat pul tutulması qət edilmişd ir. Məhkəmə hesab etmişdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdehin“xxxx” ASC-dən cəlb etdiyi 12.000.000 manat məbləğində maliyyə vəsaitinə görə iddiaçıya ödənilməli olan xidmət haqqının 2 misli miqdarında vəsait ödənilməlidir. İddiaçının tələbi, 01 noyabr 2012-ci il tarixli müqavilənin tərəflərin razılaşması ilə öhdəliklərin pozulmasına görə məsuliyyəti müəyyən edən 3.4-cü bəndinin tələbinə uyğun olduğundan, həmin bənddə isə cərimənin deyil, adi mülki dövriyyə şəraitində ödənilməli olan xidmət haqqının 2 misli miqdarında xidmət haqqının ödənilməsi nəzərdə tutulduğundan, tələb olunan vəsaitin miqdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılması üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9 2/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə tərəflər arasında olan müqavilənin 3.3-cü bəndində müəyyən edilən məlumat vermə öhdəliyinin pozulmasına görə həmin müqavilənin 3.4-cü bəndində müəyyən edilən məsuliyyət dəbbə pulu anlayışı ilə üst-üstə düşür və buna görə də mübahisəyə MM-nin 462.1 və 467-ci maddələri tətbiq edilməlidir. Həmçinin iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməməsi də işin mübahisəsiz hallarına aiddir. Bundan əlavə, işə baxan məhkəmə cavabdeh tərəfindən iddiaçıya 50000 manat məbləğində xidmət haqqının ödənilməsini nəzərə almamışdır. Kassator MPM-nin 417, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 2-2(103)-92/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-92/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-92/ 19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı MMC (vasitəçi) ilə Cavabdeh MMQBKT (borcalan) arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli FİN/CLFS/012 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini “Borcalan”a, bank, fond və ya sığorta şirkəti və maliyyə yardımı təqdim edən şirkətlərdən (kreditor) maliyyə vəsaitlərinin cəlb edilməsində “vasitəçi”nin köməklik göstərməsi ilə bağlı münasibətlər təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən “vasitəçi” cəlb edə biləcəyi maliyyə vəsaitinin şərtləri barədə “Borcalan”a bildiriş təqdim edir. Müqavilənin 1.3-cü bəndinə əsasən bildiriş aldıqdan sonra “Borcalan”, cəlb edilə biləcək maliyyə vəsaitinin şərtlərini qəbul edərsə, bu barədə 2 (iki) gün ərzində “Vasitəçi”yə məlumat verir. Müqavilənin 1.4-cü bəndinə əsasən “Vasitəçi” məlumat aldıqdan sonra maliyyə vəsaitinin cəlb edilməsi üçün “kreditor”la danışıqlara başlayır. Müqavilənin 1.5-ci bəndinə əsasən “Borcalan”ın maliyyə vəsaitinin şərtlərini qəbul etməsindən sonra “kreditor”lardan cəlb edilən bütün maliyyə vəsaitləri (kredit, bank qarantiyası, səhm və istiqrazların emisiyası və bu müqavilədə qeyd edilməyən bütün hallar) “vasitəçi”nin vasitəsilə cəlb edilmiş hesab edilir. Müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, bu müqaviləyə əsasən “Borcalan” “Kreditor”dan cəlb etdiyi bütün maliyyə vəsaitlərinə görə “Vasitəçi”yə cəlb olunan məbləğin 0.5 % həcmində xidmət haqqı ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmət haqqı, cəlb edilmiş vəsaitlər “Borcalan”ın hesabına köçürüldükdən sonra 3 (üç) iş günü ərzində “vasitəçi”nin hesabına ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Vasitəçi”, “Borcalan” üçün onun razı olduğu şərtlərlə “Kreditor”dan maliyyə vəsaitlərinin cəlb edilməsinə çalışacaq. Müqavilənin 3.2-ci bəndinə əsasən “Borcalan” bu müqavilənin 2-ci bəndində qeyd edilən xidmət haqqının ödənilməsinə görə “vasitəçi” qarşısında məsuliyyət daşıyırlar. Müqavilənin 3.3-cü bəndinə əsasən “Borcalan”, “Kreditor”dan maliyyə vəsaitləri cəlb etmək istəyi barədə “vasitəçi”yə məlumat verməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Borcalan”, bu müqavilənin 4-cü bəndində göstərilən müddət ərzində “Vasitəçi”nin məlumatı olmadan “kreditor”dan cəlb etdiyi maliy yə vəsaitlərinə görə “Vasitəçi”yə xidmət haqqının 2 (iki) mislini ödəyəcəklər. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan məktubda qeyd olunmuşdur ki, (İ cild, i.v 22) Cavabdeh MMQBKT ilə İddiaçı MMC arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı MMC-nin vasitəçiyi ilə maliyyə qurumlarından 3 il ərzində BOKT Cavabdeha cəlb edilmiş vəsaitlərə görə cəlb olunan məbləğin 0.5 %-i qədər xidmət haqqı ödənilməlidir. Həmin müqavilə əsasında “xxxx” MMC-nin vasitəçiliyi ilə 2013-cü ildə “xxxx” ASC-dən BOKT Cavabdehna 10.000.000 manat kredit verilmiş və həmin vəsaitə görə xidmət haqqı ödənilmişdir. 01 noyabr 2012-ci il tarixli müqaviləyə və qeyd olunanlara əsasən müqavilə müddətinin qüvvədə olduğu dövrdə “xxxx” ASC-dən BOKT Cavabdeha cəlb olunmuş kreditlərin olu b-olmaması barədə məlumatın verilməsini, olduğu halda isə cəlb olunmuş vəsaitin müqavilənin müvafiq bəndi üzrə xidmət haqqının İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Qeyri-Bank Kredit Təşkilatı MMM tərəfindən iddiaçıya ünvanlanan 11.12.2015-ci il tarixli 2015/999/27463 saylı məktubda qeyd olunmuşdur ki, bağlanmış 01 noyabr 2012-ci il tarixli müqavilə münasibətlərinə aid olmayan maliyyə fəaliyyəti ilə bağlı məlumatlar “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Təşkilatın kommersiya sirrini təşkil etdiyindən təqdim edilməsi mümkün deyil. “xxxx” ASC tərəfindən məhkəməyə göndərilmiş 05.02.2016-cı il tarixli PB-263 saylı məktubda qeyd olunmuşdur ki, “xxxx” ASC tərəfindən xxxx QBT MMM-ə K1231 saylı 12.09.2014-cü il tarixli kredit xətti m üqaviləsinə əsasən 4000000.00 manat, K1233 saylı 12.09.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 4000000.00 manat və K1361 saylı 12.12.2014-cü il tarixli kreidt xətti müqaviləsinə əsasən 4.000.000.00 manat məbləğində kredit xətləri ayrılmışdır. “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş 28.09.2018-ci il tarixli D-285 saylı məktubuna əlavə olunmuş “xxxx” QBKT MMM-in “xxxx” ASC-dəki borclarına dair xxxxnun məlumat bazasından çıxarışdan görünür ki, “xxxx” ASC tərəfindən 12.09.2014-cü il tarixdə 4.000.000.00 manat, 12.09.2014-cü il tarixdə 4,000,000.00 manat və 12.12.2014-cü il tarixdə 4.000.000.00 manat kredit xətti ayrılmış və həmin kredit xətləri üzrə ayrılmış vəsait tam olaraq ödənilmişdir. Beləliklə, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyy ən olunmuşdur ki, tərəflər arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli FİN/CLFS/012 saylı müqavilənin qüvvədə olduğu dövrdə cavabdeh iddiaçının göstərdiyi xidmət nəticəsində 2013-cü ildə 10.000.000 manat vəsait cəb etmiş, həmçinin iddiaçının məlumatı olmadan müvafiq kredit xətti müqavilələrinə əsasən “xxxx” ASC-dən 12.000.000 manat məbləğində maliyyə vəsaiti cəlb etmişdir. Tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən “Borcalan”, bu müqavilənin 4-cü bəndində göstərilən müddət ərzində “Vasitəçi”nin məlumatı olmadan “kreditor”dan cəlb etdiyi maliyyə vəsaitlərinə görə “Vasitəçi”yə xidmət haqqının 2 (iki) mislini ödəməlidir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının məlumatı olmadan cəlb edilmiş 12.000.000 manat məbləğində maliyyə vəsaitinə görə 120.000 manatın ödənilməsi tərəflər arasında olan müqavilənin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası kassatorun “müqavilənin 3.3-cü bəndində müəyyən edilən məlumat vermə öhdəliyinin pozulmasına görə həmin müqavilənin 3.4-cü bəndində müəyyən edilən məsuliyyət dəbbə pulu anlayışı ilə üst-üstə düşür və buna görə də mübahisəyə MM-nin 462.1 və 467-ci maddələri tətbiq edilməli” olmasına dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləs inin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə iddiaçının tələbi, 01 noyabr 2012-ci il tarixli müqavilənin tərəflərin razılaşması ilə öhdəliklərin pozulmasına görə məsuliyyəti m üəyyən edən 3.4-cü bəndinin tələbinə uyğun olduğundan, həmin bənddə isə cərimənin deyil, adi mülki dövriyyə şəraitində ödənilməli olan xidmət haqqının 2 misli miqdarında xidmət haqqının ödənilməsi nəzərdə tutulduğundan, tələb olunan vəsaitin miqdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılması üçün əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası kassatorun “cavabdeh tərəfindən iddiaçıya ödənilən 50000 manat məbləğində xidmət haqqının məhkəmə tərəfindən nəzərə alınmaması” na dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.07.2013-cü il tarixli 12 nömrəli invoice əsasında 05.07.2013-cü il tarixdə iddiaçıya ödənilmişdir. Həmin məbləğ isə iddiaçının və cavabdehin izahatlarına əsasən iddiaçının cavabdehə göstərdiyi xidmət nəticəsində cəlb edilmiş 10.000.000 manat məbləğində maliyyə vəsaitinə görə ödənilmişdir. Lakin hazırki iddia tələbi ilə tələb olunan 120.000 manat isə iddiaçının məlumatı olmadan cavabdehə cəlb edilmiş 12.000.000 manat maliyyə vəsaitinə görə tələb olunur ki, sözügedən 12.000.000 manat vəsait isə 2014-cü ilin dekabr ayında cavabdehə verilmişdir. Beləliklə, işin yuxarıda qeyd olunan halları və 01 noyabr 2012-ci il tarixli müqavilənin 3-cü bəndinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdehin“xxxx” ASC-dən cəlb etdiyi 12.000.000 manat məbləğində maliyyə vəsaitinə görə iddiaçıya ödənilməli olan xidmət haqqının 2 misli miqdarında vəsait ödənilməlidir və mü qavilənin tərəflərin razılaşması ilə öhdəliklərin pozulmasına görə məsuliyyəti müəyyən edən 3.4-cü bəndinin tələbinə uyğun olduğundan, həmin bənddə isə cərimənin deyil, adi mülki dövriyyə şəraitində ödənilməli olan xidmət haqqının 2 misli miqdarında xidmət haqqının ödənilməsi nəzərdə tutulduğundan, tələb olunan vəsaitin miqdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə əsaslı nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-2(103)-92/19 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-360/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-360/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver