Məhkəmə qərarları › İş №2-2(102)-360/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-360/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər “X1 Qrup” MMC, Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər “X1 Qrup” MMC-yə və Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1081/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ: 1. 2019-cu il 21 noyabr tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsindən görünür ki, İddiaçı ASC ( bundan sonra – “iddiaçı”) tərəfindən "X1 Qrup" MMC-yə (bundan sonra – “cavabdeh”) 2029-cu il 21 noyabr tarixədək illik 25 faiz ödəmək şərti ilə kredit limiti üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik 40% (gündəlik 0,1111%) cərimə faiz dərəcəsi ilə 10.000.000,0 manat məbləğində kredit limiti verilməsi barədə aralarında razılığa gəlmişlər. 2. 2019-cu il 21 noyabr tarixli, K3641 saylı maliyyələşdirmə üçün ərizədən (2019-cu il 21 noyabr tarixli GL3640 saylı kredit limiti müqaviləsinə əsasən kre dit əməliyyatı üzrə) görünür ki, cavabdeh iddiaçıdan 2022-ci il 21 may tarixinə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 217.000,0 manat məbləğində birdəfəlik kredit götürmüşdür. 3. 2019-cu il 21 noyabr tarixli, K3641 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıya olan 217.000,0 manat məbləğində əsas borcu 30 ay ərzində (2019-cu il 21 noyabr – 2022-ci il 23 may tarixinədək) 47.829,35 manat məbləğində faiz borcu ilə birlikdə (ümumilikdə 264.829,35 manat məbləği olmaqla) ödəməlidir. 4. 2019-cu il 21 noyabr tarixli, K3640 saylı maliyyələşdirmə üçün ərizədən (2019-cu il 21 noyabr tarixli GL3640 saylı kredit limiti müqaviləsinə əsasən kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh iddiaçıdan 2022-ci il 21 noyab r tarixinə qədər kreditin nominal illik dərəcəsi 16% (illik cərimə faizi 15%, gündəlik 0.04167%) olmaqla 300.000,0 manat məbləğində tranşlarla kredit götürmüşdür 5. 2019-cu il 21 noyabr tarixli, K3640 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıya olan 300.000,0 manat məbləğində əsas borcu 36 ay ərzində (2019-cu il 21 noyabr – 2022-ci il 21 noyabr tarixinədək) 79.845,93 manat məbləğində faiz borcu ilə birlikdə (ümumilikdə 379.845,93 manat məbləği olmaqla) ödəməlidir 6. 2019-cu il 21 noyabr tarixli Z3713 nömrəli zaminlik müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kreditin təminatı kimi zamin – K.Xankişiyev borcalanın müqavilə üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, kom isyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür

7. İpoteka saxlayan iddaçı ilə ipoteka qoyan Qanuni nümayəndə və borcalan cavabdeh arasında bağlanmış 2019-cu il 21 noyabr tarixli, İ3201 nömrəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 21 noyabr tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsinin təminatı kimi Qanuni nümayəndə mülkiyyət hüququ ilə məxsus olan, tərəflər arasında bazar dəyəri 722.000,0 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

8. Azərbaycan Respublikası Əmlak Məsələlər i üzrə Dövlət Komitəsinin (bundan sonra – ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ( bundan sonra – “DƏDRX”) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mülkiyyət hüquqi ilə Qanuni nümayəndə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzil 2019-cu il 21 noyabr tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsi əsasında iddiaçının xeyrinə, hüququn əvvəlki yüklülüyünün olmaması və yüklülüyün müddəti 2029-cu il 21 noyabr tarixi qeyd edilməklə ipoteka ilə yüklü edilmiş, və daşınmaz əmlakın dövlət reyestrində 3145 nömrəli reyestr kitabının 293752 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9. 2021-ci il 8 fevral tarixli, PR-KM/01-2020 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilin 2021-ci il 25 yanvar tarixinə bazar dəyəri 690.000,0 manat məbləğində, likvid dəyəri 650.000,0 manat məbləğində təşkil etmişdir. 10. 2021-ci il 8 fevral tarixli, PR-KM/01-2021 nömrəli "xxxx" MMC tərəfindən təqdim edilmiş məktubdan görünür ki, əmlak üzrə qiymətləndirmə işinin xidmət haqqısı ümumilikdə 250 manat təşkil etmişdir.

11. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 9 mart tarixli, PB/PBLOUT00311-2021 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 2021-ci il 4 mart tarixinə iddiaçı qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - K3640 nömrəli kredit müqaviləsinə əsasən 280.096,65 manat məbləğin də əsas borc, 46.080,16 manat məbləğində faiz borcu, 6.155,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 332.332,49 manat, gecikmə günün sayı – 340 gün. - K3641 nömrəli kredit müqaviləsinə əsasən 198.970,19 manat məblğində əsas borc, 32.923,27 manat məbləğində faiz borcu, 5.612,11 manat məbləğində cərimə borcu olmaqla, cəmi 237.505,57 manat, gecikmə günün sayı – 340 gün.

12. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 2020-ci il 11 mart tarixli, PB/PBL-367 saylı və 2020-ci il 18 mart tarixli, PB/PBL-432 saylı pretenziya məktublarından görünür ki, cavabdehlərdən əsas borc üzrə 479.066,84 manat, faiz borcu üzrə isə 4.258,37 manat məbləğin ödənilməsi xahiş olunmuş, əks təqdirdə borcun geri qaytarılması istiqamətində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi vurğulanmışdır. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə və Qanuni nümayəndə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən 2019-cu il 21 noyabr tarixli K3640 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 280.096,65 manat məbləğində əsas borc, 7.368,72 manat məbləğində faiz borcu, 6,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 287.471,45 manat məbləğində borcun, 2019-cu il 21 noyabr tarixli K3641 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 198.970,19 manat məbləğində əsas borc, 5.412,09 manat məbləğində faiz, 69,03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 204.451,31 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, məhəllə 360, ev 9 D, 2-ci girişdə yerləşən 98 sa ylı mənzilə yönəldilməsi, sözügedən mənzilin ilkin satış qiyməti 722.000,0 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi §§1-8-də göstərilənlərə istinad olunmaqla əsaslandırılmış həmçinin qeyd olunmuşdur ki, tərəflər arasında imzalanmış 2019-cu il 21 noyabr tarixli K3641 saylı maliyyələşdirmə üçün ərizə formasının məqsədi borcalanın digər bankdakı kreditinin yenidən maliyyələşməsi olmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq kredit vəsaitlərini təyinatı üzrə istifadə etməmişdir. Belə ki, bank tərəfindən əldə edilmiş məlumata əsasən cavabdehin "xxxx" ASC-nin qarşısında aktiv kredit öhdəliyi qalmaqdadır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlə rin görüləcəyi bildirilmişdir.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21, 295, 317, 319.1 - 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 4, 34.1.3, 39.1, 59.3, 59.4, Mülki Prossesual Məcəllənin ( bundan sonra – MPM) 26.1, 119.1, 172.3-cü maddələrinə istinad edilmişdir.

16. İddiaçı 2020-ci il 11 iyun tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2019-cu il 21 noyabr tarixli K3640 saylı maliyyələşdirmə ərizəsinə uyğun olaraq 280.096,65 manat məbləğində əsas borcun, 12,844,55 manat məbləğində faiz, 188,05 manat məbləğində cərimə borcu olmaqla cəmi 293.332,49 manat məbləğində, 2019- cu il 21 noyabr tarixli K3641 saylı maliyyələşdirmə ərizəsinə uyğun olaraq 198.970,19 manat məbləğində əsas, 9.212,13 manat faiz, 203,06 manat məbləğində cərimə borcu olmaqla cəmi 237.505,57 manat məbləğində borcun iddiaçının xeyirinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməsi, sözügedən mənzilin ilkin satış qiyməti 722.000,0 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəl iklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2019-cu il 21 noyabr tarixli K3640 saylı maliyyələşdirmə ərizəsinə uyğun olaraq 280.096,65 manat məbləğində əsas borcun, 46.080,16 manat məbləğində faiz, 6.115,68 manat məbləğində cərimə borcu olmaqla cəmi 332.332,49 manat mə bləğində, 2019-cu il 21 noyabr tarixli K3641 saylı maliyyələşdirmə ərizəsinə uyğun olaraq 198.970,19 manat məbləğində əsas, 32.923,27 manat məbləğində faiz, 5.612,11 manat məbləğində cərimə borcu olmaqla cəmi 237.505,57 manat məbləğində borcun iddiaçının xeyirinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360, ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməsi, sözügedən mənzilin ilkin satış qiyməti 722.000,0 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsini, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabde hlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim olunmamışdır.

19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli e-2-2(113)1542/2020 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2020-ci il 25 dekabr tarixli, 9/3682 saylı rəy tərtib olunmuşdur.

20. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 25 dekabr tarixli, 9/3682 saylı rəyinə əsasən, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2019-cu il 21 noyabr tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsi və tərkib hissəsi olan 2019-cu il 21 noyabr tarixli, K3640 nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə cavabdehin 2020-ci il 8 iyun tarixə 280.096,66 manat əsas, 12.967,39 manat faiz olmaqla, ümumilkdə 293.064,05 manat məbləğdə borcu müəyyən edilmiş, cavabdehə müqavilə üzrə cərimənin hesablanması mümkün olmamışdır. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2019-cu il 21 noyabr tarixli, GL3640 nömrəli kredit limiti müqaviləsi və tərkib hissəsi olan 20 19-cu il 21 noyabr tarixli K3641 nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri əsas götürülməklə cavabdehin 2020-ci il 8 iyun tarixə 198.970,19 manat əsas, 9.455,97 manat faiz olmaqla, ümumilkdə 208.426,16 manat məbləğində borcu müəyyən edilmiş, cavabdehə müqavilə üzrə cərimənin hesablanması mümkün olmamışdır.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli e-2-2(113)131/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehlərdən 2019-cu il 21 noyabr tarixli K3640 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 280.096,65 manat əsas borc, 46.080,16 manat faiz borcu, 823.19 manat cərimə borcu olmaqla, cəmi 327.000,0 manat məbləğində borcun, 2019-cu il 21 noyabr tarixli K3641 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 198.970,19 manat əsas, 32.923,27 manat faiz borcu, 606,54 manat cərimə borcu olmaqla, cəmi 232.500 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 saylı mənzilə yönəldilməsi, sözügedən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 650.000,0 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bil dirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqı və həmçinin dövlət rüsumu kimi ödənilmiş 29,45 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin olunmuş, məhkəmə mühasibatlıq ekspertizasının xərci 200 manat məbləğində pulun 196,36 manatının cavabdehlərdən birgə qaydada, 3,64 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 250 manat məbləğində pulun 245,45 manatının cavabdehlərdən birgə qaydada, 4,55 manatının isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanm ış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borc alan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlak 2021-ci il 8 fevral tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən müəyyən edilmiş likvid qiymətə uyğun hərraca çıxarılmalıdır.

24. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün MM-in 385.1, 386, 442, 443.1, 445.1, 445.2-445.2.2, 448.1, 465.2, 467, 567, “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3, 59.3, MPM-nin 107, 222.2-ci maddələrinə istinad etmişdir.

25. Qətnamədən Qanuni nümayəndə apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və ipoteka predmeti olan əmlakın dəyərinin məhkəməəmtəəşünaslıq ekspertizası ilə yenidən müəyyən olunmasını xahiş etmişdir.

26. Qətnamədən həmçinin iddiaçı da apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2-2(103)-1081/2021 saylı qərardadı ilə Qanuni nümayəndə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – A.Hüseynov və V.Baxışova).

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1081/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 640 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 823,19 manat, 641 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 606,54 manat cərimə məbləğini n tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia eyni hissədə iddia təmin edilmiş və 640 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 6.155,68 manat, 641 nömrəli maliyyələşdirmə ərizəsi üzrə 5.612,11 manat məbləğində cərimənin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).

29. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabd ehlər müqavilə üzrə iddiaçıya olan bütün borcları, o cümlədən dəbbə pulu borcunu ödəməlidirlər.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə pulu) ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası bildirmişdir ki, cərimənin əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, əsas borcun cavabdehlər tərəfindən tam şəkildə ödənilmədiyini, eləcə də bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçının tutul masını tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmamaqla, əsas borc məbləğinin onda birindən də azdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin həmin dəbbə pullarını tənasübsüz surətdə yüksək hesab edərək, 823,19 və 606,54 manata azaltması qanuni, əsaslı və ədalətli olmamışdır və iddia tələb olunan cərimə məbləğləri hissəsində tam təmin olunmalıdır.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 427.3, 442, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2, MPM-nin 14.2, 77.1, 217.1, 217.3–cü maddələrinə istinad edərək əsaslandırılmışdır.

33. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 yanvar tarixdə iş üzrə tərəflərə göndərilmiş və 2022-ci il 11 yanvar tarixdə iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

34. Cavabdeh Qanuni nümayəndə həmin qətna mədən kasasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. a) Kasasiya şikayətinin dəlilləri:

35. MM-nin 467-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticənin dəbbə pulunun rədd edildiyi hissədə qanunsuz və əsassız olması nəticəsinə gəlmiş, qətnaməni qismən ləğv etməklə iddianı həmin hissədə tam təmin edərək borclunun əsaslı mənafelərinə zidd və onu daha da pis vəziyyətə salan qətnamə qəbul etmişdir. Halbuki, 2020-ci il 25 dekabr tarixli 9/3682 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən, cavabdehə müqavilə üzrə cəri mənin hesablanması mümkün olmamışdır. Ekspert rəyi ilə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı arasında faiz borcunun hesablanmasında K3640 nömrəli kredit müqaviləsi üzrə faiz borcunda 33.112,77 manat, K3641 nömrəli kredit müqaviləsi üzrə isə 23.467,30 manat fərq mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mövcud borca dair iddiaçının təqdim etdiyi arayışla ekspertiza rəyi arasında olan ziddiyyəti nəzərə almadan iddiaçının təqdim etdiyi maliyyə arayışını əsas tutaraq iddia tələbini tam təmin etmişdir.

36. MPM-nin 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cərimələrin iddia ərizəsində tələb edildiyi məbləğdə təmin olunması tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə kimi qiymətləndirilməli və işin hallarına uy ğun olmayan hesab edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, maliyyələşdirmə ərizələri üzrə kreditin illik cərimə faizi 15%, gündəlik 0,04167%, kreditin müddəti bitdikdən sonra isə illik 31%, gündəlik 0,0861% müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində qeyd edilir ki, müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Eyni zamanda müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə pulu) ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqavilələri üzrə dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz sürətdə yüksək olmamışdır. Bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla əsas borc məbləğinin onda birindən də az məbləğdə dəbbə pulu hesablanmışdır.

38. Ekspert rəyində göstərilən faiz borcu 2020-ci il 8 iyun tarixinə hesablanan faiz borcudur. Lakin İddiaçı ASC-nin təqdim etdiyi 2021-ci il 9 mart tarixli PB/PBLOUT00311-2021 nömrəli maliyyə arayışında isə gecikmə günün sayı artıq 340 gün olduğundan və kredit müqavilələri qüvvədə olduğundan “X1 Qrup” MMC- nin 2021-ci il 4 mart tarixinə olan faiz borcu üzrə öhdəlikləri daha yüksək olmuşdur. Məhz bu səbəbdən 2021-ci il 10 mart tariixndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir.

39. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh lər tərəfindən şikayət verilməmiş, qətnamə əsas və faiz borcuna münasibətdə mübahisələndirilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə, yəni cərimə borcunun tutulması tələbinə dair iddia rədd olunan hissədə iddiaçının apellyasiya şikayəti həddində yoxlamışdır. Faiz yoxlanılması apellyasiya baxışının predmeti olmamışdır. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ.

40. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.

4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “M addə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənlə şdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm d ə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 56.Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prossesual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1081/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

58. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Qanuni nümayəndə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

59. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən, cərimənin əsas borc məblə ğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, əsas borcun cavabdehlər tərəfindən tam şəkildə ödənilmədiyini, eləcə də bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tutulmasını tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmamaqla, əsas borc məbləğinin onda birindən də azdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq, cavabdehin kassasiya şikayətinin, MM-in 467-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlillərini əsaslı hesab etmir.

60. Bu zaman həmçinin qeyd edilməlidir ki, ekspert tərəfindən müqavilə üzrə cərimə məbləğinin hesablanmaması, cavabdehi son nəticədə məhkəmə tərəfindən müəyyən edilmiş cəriməni - dəbbə pulunu ödəmək öhdəliyindən azad etm ir.

61. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

62. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ:

64. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1081/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar