Məhkəmə qərarları › İş №2-2(102)-360/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-360/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 22(104)-35/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) ilə İddiaçı ASC (bundan sonra – “ASC”) arasında 2022-ci il 17 fevral tarixli 6-MCR-1-121-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış və həmin razılaşmaya əsasən, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100.000 manat məbləğində kredit xətti açılmışdır.

2. Cavabdeh1 ilə ASC arasında bağlanmış 2022-ci il 17 fevral tarixli 6-MCR-1-121-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən, Cavabdeh1 biznes məqsədi ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla 30.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 3. 2022-ci il 17 fevral tarixl i Z/02428/22 nömrəli, 2022-ci il 18 fevral tarixli Z/02539/22 və Z/02540/22 nömrəli zaminlik müqavilələrinə əsasən, Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə 19.095,53 manat əsas borc, 1.312,16 manat faiz borcu və 25,59 mana t cərimə borcu olmaqla, cəmi 20.433.28 manat borcun, 151,30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci il 18 fevral tarixli kredit müqaviləsinə 2023cü il 23 iyun tarixli Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 22.374,31 manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti 2025-ci il 10 may tarixinədək uzadılmışdır. 2024-cü ilin fevralın 23-dək Cavabdeh1 iddiaçıya 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə 19.095,53 manat əsas borc, 1.312,16 manat faiz borcu və 102,34 manat cərimə borcu olmaqla cəmi 20.510,03 manat borcu vardır. Cavabdeh1 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə banka ümu mi cərimə borcu 102,34 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 25,59 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

6. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 28 oktyabr tarixli e-2-2(115)-679/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə 19.095,53 manat əsas borc, 1.050,13 manat faiz borcu və 25,59 manat cərimə borcu olmaqla, cəmi 20.171,25 manat borc, 150,52 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – R.Qələndərzadə).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi üzrə 19.095,53 manat əsas borcu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüklərindən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.

8. Məhkəmə qeyd etmişdir ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 25 sentyabr tarixli 9/5142 nömrəli rəyinə əsasən Cavabdeh1 2024cü il 23 fevral tarixinə faiz borcu 1.050,13 manat məbləği ndə müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir.

9. Həmçinin, məhkəmə iddia tələbinin 25,59 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1 217.1, 217.3, 217.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(104)-35/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və R.Məcidov).

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunverciliyin normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Müqavil ə şərtlərinə görə öhdəliyin icrası ilə bağlı zamin də əsas borclu ilə eyni dərəcədə, yəni müştərək məsuliyyət daşıyır. Ona görə də məhkəmə iddia tələbini zaminlərə münasibətdə də təmin etməkdə haqlı olmuşdur.

14. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi göndərmiş (o cümlədən SMS xəbərdarlığı edilmiş), cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmənin heç bir iclasında iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilində işə onların iştirakı olmadan baxıldığını, beləliklə də çəkişmə prinsipinin pozulduğunu vurğulasa da, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına da gəlməmişdir.

15. Apellyasiya şikayətinin digər dəlili məhkəmənin iddiaçıda ola biləcək sübut əhəmiyyətli sənədləri tələb etməməsidir ki, cavabdeh hansı sənədləri nəzərdə tutduğunu göstərməmişdir. Halbuki, iş materiallarından göründüyü kimi iddiaçı hazırkı tələblə bağlı zəruri hesab etdiyi sənədləri məhkəməyə təqdim etmişdir.

16. Apellyasiya şikayətinin növbəti dəlili 30.000 manat kreditə görə kartda 5.0058,29 manat dövriyyənin əmələ gəlmə səbəblərinin araşdırılmaması ilə bağlıdır ki, həmin dövriyyə işə əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə təsdiqini tapır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 472.1, 739-cu maddələri və MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 185.2, 185.5, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MPM-in 9-cu maddəsi üzrə - məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, məhkəmədə Cavabdeh1 iştirakı təmin olunmamışdır.

20. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə bu işə hərtərəfli və tam baxmamış, bu da qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur.

21. Həmçinin kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin adına 2022-ci il 18 fevral tarixli kredit müqaviləsi bağlanıldığı iddia edilsə də, həmin müqavilənin surə ti işə əlavə edilməmiş, eləcə də şərtləri Cavabdeh1 və digər cavabdehlərə izah olunmamışdır. İddiaçı öz sənədlərində müştərinin Bankın internet səhifəsində yerləşdirilmiş xidmət şərtləri toplusu ilə tanış olduğunu göstərsə də, bu sənəd cavabdehlərə təqdim olunmamışdır. Bundan əlavə, iş materiallarında 2022-ci il 18 fevral tarixində cavabdehə plastik kart verildiyi qeyd olunmuşdur. Lakin cavabdeh həmin kartı heç vaxt görməmiş və ondan istifadə etməmişdir. Bu barədə yalnız məhkəmə sənədləri ilə tanış olduqdan sonra məlumatlı olmuşdur. Bundan başqa, iddia ərizəsinə əsasən, cavabdehə 30.000 manat məbləğində kredit verilmiş və bu kreditə görə 40.689,11 manat qaytarılmalı olduğu göstərilmişdir. Cavabdeh uzun müddət krediti vaxtında ödəmiş, lakin sonradan maliyyə çətinlikləri səbəbi ilə bankla bo rcun yenidən tənzimlənməsi və müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Bank isə onu aldataraq 2023-cü ildə qalan borcun kapitallaşdırıldığı bildirilmiş, lakin kapitallaşdırmanın mahiyyəti cavabdehə açıqlanmamışdır. Nəticədə, aylıq ödəniş məbləği azalmamış, əksinə artmışdır. Cavabdehin adına açılmış kart üzrə çıxarışda 50.058,29 manat məbləğində dövriyyə olduğu göstərilmişdir. Halbuki kredit məbləği 30.000 manat təşkil etmiş, faizlə birlikdə isə 40.689,11 manat qaytarılmalı idi. Buna baxmayaraq, bank əlavə olaraq 20.171,25 manat məbləğində borc iddiası qaldırmışdır. Birinci instansiya məhkəməsi bu uyğunsuzluğu araşdırmamış, tərəfləri qarşılıqlı dindirməmiş və mübahisəli məqamları aydınlaşdırmamışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyini verən ekspert iş materiallarını tam tədqiq etməmiş, nə bankın ilkin müqavilə və limit açılması ilə bağlı sənədlərinə, nə də cavabdehin təqdim etdiyi çıxarışlara istinad etmişdir. Məhkəmə də işin hərtərəfli və obyektiv araşdırılması istiqamətində addım atmamış, yalnız iddiaçının mövqeyini təmin etməklə kifayətlənmişdir. Apellyasiya instansiyası da bu çatışmazlıqları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilsə də, kassasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verilmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin cavabdehə aid hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çə kişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apel lyasiya qaydasında şikayət etmək hüququ verilir.” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kass asiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

27. Məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, Cavabdeh1 və onun nümayəndəsi və vəkili apellyasiya instansiyasında keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda isə işə cavabdehin iştirakı olmadan baxılması MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olmuş və çəkişmə prinsipinin pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində işin faktiki hallarının tam araşdırılmaması, işin hallarına və sübutlara düzgün qiymət verilməməsinə istinad edilməsi isə əsassızdır.

29. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrin in səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxl amır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

32. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi bütün dəlillərə qiymət verilmiş və MPM-in 392.2-ci maddəsinin tələblərinə uyğun olaraq hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyi qətnamədə göstərilmişdir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(104)-35/2025 nömrəli qətnaməsi həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar