Məhkəmə qərarları › İş №2-2(102)-361/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-361/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-361/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-361/2023 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)86/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 10 sentyabr tarixli, 24-MZ4-2-0-237-20 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə 2022-ci il 10 sentyabr tarixədək hissə-hissə qaytarmaq şərti ilə biznes məqsədi ilə 30.000 manat məbləğində kredit verilmişdir. 2. 2020-ci il 10 sentyabr tarixli, 24-MZ4-2-0-237-20 (Z1), 24- MZ4-2-0-237-20 (Z2), 24MZ4-2-0-237-20 (Z3) və 24-MZ4-2-0-237-20 (Z4) saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

3. Maliyyə arayışına əsasən, Cavabdeh1 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 2022-ci il 26 may tarixə banka 14.611,23 manat məbləğində krеdit bоrcu, 1.639,48 manat məbləğində faiz bоrcu və 899,52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.150,23 manat məbləğində bоrcunun olması göstərilmişdir. 4. 2022-ci il 24 fevral tarixli xəbərdarlıq məktubunun surətinə əsasən, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər.

5. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədikləri və iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 200 manat məbləğində med iasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 17 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 14.611,23 manat əsas borc, 1.639,48 manat faiz borcu və 224,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16.475,59 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 22 faizlə 24 ay müddətinə 30.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ilə 2020-ci il 10 sentyabr tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdülər. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2022-ci il mayın 25-dək Cavabdeh1 banka 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə 14.611,23 manat əsas borc, 1.639,48 manat faiz borcu və 899.52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.150,23 manat borcu vardır. Ümumi cərimə borcu 899.52 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olu nan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 224.88 manat məbləğində tələb olunur.

8. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(115)2286/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 10 sentyabr tarixli, 24-MZ4-2-0-237-20 saylı kredit müqaviləsi üzrə yaranmış 14.611 manat 23 qəpik kredit borcu, 1.639 manat 48 qəpik məbləğində faiz borcu, 224 manat 88 qəpik cərimə borcu olmaqla, cəmi 16.475 manat 59 qəpik məbləğində borc və ödənil miş 200 manat mediasiya xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi və cavabdehlərdən müştərək qaydada 139 manat 43 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – G.Quliyeva).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 2020-ci il 10 sentyabr tarixində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə 2022-ci il 10 sentyabr tarixədək hissə-hissə qaytarmaq şərti ilə biznes məqsədi ilə Cavabdeh1 30.000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etm əmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 14.611,23 manat kredit borcu, 1.639,48 manat faiz borcu və 224,88 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

12. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.

13. Məhkəmə § 13-də göstərilən maddi hüquq normalarına əsasan qeyd etm işdir ki, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. X1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə yaranmış 14.611 manat 23 qəpik kredit borcu, 1.639 manat 48 qəpik məbləğində faiz borcu, 224 manat 88 qəpik cərimə borcu olmaqla, cəmi 16.475 manat 59 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

15. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən m əhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 139 manat 43 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh 2023-cü il 11 yanvar tarixində apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsini ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)-86/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

20. Cavabdeh, tərəfindən edilmiş ödənişlərin nəzərə alınmadığını iddia etsə də konkret olaraq hansı ödənişinin n əzərə alınmadığını şikayətində göstərə bilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda cavabdeh tərəfindən edilmiş ödənişlərin tarixi və məbləği görünməkdədir. Cavabdeh konkret olaraq hansı ödənişinin nəzərə alınmadığını şikayətində göstərməməklə yanaşı nə birinci, nə də ki, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasılarına gəlməyərək bu etirazına aydınlıq gətirməmişdir.

21. Cavabdeh apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi ilə bağlı olmuşdur ki, cavabdeh hansı əsasla ekspertiza təyin edilməli olmasını da əsaslandıra bilməmişdir. Cavabdehdən tələb edilən borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar isə hər hansı bir şübhə olmamamaqla yanaşı, cavabdeh də buna dair hər hansı bir arqument i rəli sürə bilməmişdir.

22. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 2020-ci il 10 sentyabr tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30.000 manat borc pul götürmüş və həmin müqavilə üzrə ümumilikdə 21.399,62 manat ödəniş etmiş, həmin məbləğin 15.388,77 manatı əsas borc məbləğinə, 6.010,85 manatı isə hesablanmış faiz məbləğlərinə silinmişdir.

23. İş materiallarında olan ödəniş cədvəlinə əsasən maliyyə arayışının verildiyi tarixə, yəni 2022-ci il 26 may tarixə cavadbehin banka qalıq əsas borcu 5.950,5 manat olmalı olduğu halda, 14.611,23 manat təşkil etmişdir ki, bununla da cavadbehin müqavilə üzrə öhdəliyini lazımı qaydada icra etməməsi təsdiq olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş ödənişlərə dair hesabdan çıxarışa əsasən, cavabdeh ödəniş cədvəli üzrə 2021-ci ilin noyabr ayına kimi ödənişləri etsə də, 2021-ci ilin noyabr ayından etibarən ödəniş etməmiş, yalnız 2022-ci ilin fevral ayında natamam şəkildə, 1.320 manat ödəniş etmiş, daha sonra isə yenidən iddia qaldırılan tarixədək ödəniş etməmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2021-ci ilin noyabr ayına qalıq əsas borcunun 15.377,19 manat olması və həmin məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin 281,92 manat olması nəzərə alındıqda 2021-ci ilin noyabr ayından maliyyə arayışının verildiyi tarixə, yəni 2022-ci il 26 may tarixədək olan dövr üzrə hesablanmış faiz məbləğinin 1.639,48 manat məbləğində olması da real olmaqla, hər hansı bir şübhə yaratmamışdır. Buna görə də məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 421.2, 442, 739; MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 9 mart tarixində tərəflərə göndərilmişdir.

26. Cavabdeh 2023-cü il 8 may tarixində kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)-86/2023 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayətində iş üzrə ekspertizanın keçirilməsi xahiş edilsə də məhkəmə öz qətnaməsində eksperti zanın hansı məqsədlə keçiriləcəyini əsaslalndırılmaması ilə bağlı məqsədə müvafiq hesab etməmişdir. Lakin Apellyasiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, iş üzrə cavabdehin əsas və faiz borcları düzgün hesablanıb və ardıcıllığa uyğun olaraq silinmişdir.

28. Məhkəmə praktikasında bu kateqoriya işlərlə bağlı məhkəmələr tərəfindən birmənalı olaraq ekspertizalar keçirilir. Məhz ekspertiza qərar ilə banka edilən ödənişlərin həcmi və ardıcıllğı müəyyən olunur. Gəncə Apellyasiya Məhkəməsi işdə olan sübutlara istinad edərək təqdim edilmiş maliyyə sənədlərini sadalamaqla kifayətlənmişdir. Bununla yanaşı apellyasiya məhkəməsi işi cavabdehlərin iştirakı olmadan bir dəfə baxmaqla yekunlaşdırmaq qərarına gəlmişdir.

29. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur - cavabdeh tərəfindən bank qarşısın da götürülmüş öhdəliyə lazımınca əməl edilmişdir. İşə baxan məhkəmə isə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirmişdir. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4 bəndinin tələbi pozulmuşdur qətnamədə işə aid edilən mötəbər sübutlarla təsdiq olunmuş faktlar əks etdirilməmişdir və göstərilən hallar işin materiallarına uyğun deyildir.

31. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur - sübutlar hərtərəfli və tam araşdırılmamış və tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməmişdir. Məhkəmə işdə təqdim edilmiş sübutlarla kifayətlənmişdir.

32. MPM-in 185.4-cü maddəsinin tələbi pozulmuşdur - məhkəmə iclasında cavabdehin iştirakı təmin olunmamışdır. Məhkəmə isə bu no rmanın tələblərini pozaraq cavabdehlərin iştirakı olmadan işə baxmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üç ün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli ol an işin halları başqa sübutlarla təsdiq oluna bilməz” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)-86/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə praktikasında bu kateqoriya işlərlə bağlı məhkəmələr tərəfindən birmənalı olaraq ekspertizalar keçirilir. Məhz ekspertiza qərar ilə banka edilən ödənişlərin həcmi və ardıcıllğı müəyyən olunur. Gəncə Apellyasiya Məhkəməsi işdə olan sübutlara istinad edərək təqdim edilmiş maliyyə sənədlərini sadalamaqla kifayətlənmişdir. Bununla yanaşı apellyasiya məhkəməsi işi cavabdehlərin iştirakı olmadan bir dəfə baxmaqla yekunlaşdırmaq qərarına gəlmişdir.

41. Məhkə mə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

42. Belə ki, iş materiallarında olan ödəniş cədvəlinə əsasən maliyyə arayışının verildiyi tarixə, yəni 2022-ci il 26 may tarixə cavadbehin banka qalıq əsas borcu 5950,5 manat olmalı olduğu halda, 14611,23 manat təşkil etmişdir ki, bununla da cavadbehin müqavilə üzrə öhdəliyini lazımı qaydada icra etməməsi təsdiq olunmuşdur. Həmçinin ödənişlərə dair hesabdan çıxarışdan cavabdehin ödəniş cədvəli üzrə 2021-ci ilin noyabr ayına kimi ödənişlər etməsinə baxmayaraq, 2021-ci ilin noyabr ayından etibarən ödəniş etmədiyi, yalnız 2022-ci ilin fevral ayında natamam şəkildə 1320 manat ödəniş etməsi, daha sonra isə yenidən iddia qaldırılan tarixədək ödəniş etmədiyi aydın olmuşdur.

43. MPM-in 97.1 -ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

44. Hazırkı halda, işdən göründüyü kimi cavabdehin əsas və faiz borcu iş materiallarında olan maliyyə arayışında öz əksini tapmış və həmin borcların təkrar olaraq hesablanması üçün xüsusi bilik tələb edən ekspert rəyinin əldə olunmasına zərurət yaranmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin onun borcunun müəyyən edilməsi üçün ekspertizanın keçirilməməsinə dair dəlili əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin isə belə ekspertizanı təyin etməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz. 4

5. Bundan başqa, işdən göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatların əks olunduğu məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh1 2023-cü il 27 yanvar tarixdə məhkəmə bildirişini rəsmi qaydada əldə etməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

46. MPM-in 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

47. Göründüyü kimi qanunvericilik apellyasiya instansiyası məhkəmələrində birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayətə baxılması üçün məhkəmələrə 3 ay müddət vermiş, lakin məhkəmə tərəfindən işə ən azı bir neçə məhkəmə iclası keçirilməklə baxılması ilə bağlı hər hansı tələb qoyulmamışdır.

48. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)-86/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

50. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli, 2-2(104)-86/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar