Məhkəmə qərarları › İş №2-2(102)-361/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-361/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-361/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), dövlət mülkiyyətində olan torpaqların icarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)-66/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli qərarından çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənubşərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 kv.m torpaq sahə si Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin istifadəsinə verilmişdir.

2. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 kv.m torpaq sahəsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 3629 nömrəli İnşaat pasportu verilmişdir. Adı çəkilən torpaq sahəsinin təhvil-təsliminə dair 1975-ci ilin yanvar ayında Akt və cizgi sxemi tərtib edilmişdir.

3. İcarəyə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 2021-ci il 16 aprel tarixli 305 nömrəli müqavilə b ağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənubşərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 kv.m torpaq sahəsini icarəçiyə icarəyə verməyi, sonuncu isə aylıq 500 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 2500.0 kv.m torpaq sahəs inin (bundan sonra – “əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi”) icarəyə verilməsi barədə 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən 305 nömrəli icarə müqaviləsi üzrə 11.250 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat, cəmi 11350 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq (VÖEN **********) onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı bildirmişdir ki, icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənil məsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, onun tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 11250 manat icarə haqqı borcu mövcuddur. Odur ki, icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən 11250 manat icarə haqqının tutulması xahiş olunmuşdur.

6. Cavabdeh iddiaya qarşı göndərdiyi etirazda icarə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı iddia tələbinə qarşı olmadığını, lakin bunun icarǝ haqqının ödənilmədiyi deyil, həmin icarə müqaviləsinin qanunazidd və vəzifə səlahiyyətin dən irəli gələn hüquq səlahiyyətindən sui-istifadə edilməklə, tərəfi mühüm yanılma ilə icarə müqaviləsinin təsdiqinə vadar edilməklə bağlanılması əsasından irəli gəldiyini bildirmişdir. Daha doğrusu, həmin icarə müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməlidir. İcarə müqaviləsinin mahiyyəti cavabdehə aydın olan gündən onu mübahisələndirmiş, bununla bağlı iddiaçıya dəfələrlə müraciətlər etmiş, müqavilənin bağlandığı gündən ləğv olunması qanuni əsaslarla tələb edilmişdir. Lakin iddiaçı bununla bağlı hərəkətsizlikdə davam etmiş, icarə müqaviləsi ilə bağlı əsaslı mübahisəni həll etmək əvəzinə ondan irəli gələn öhdəliklərin icrası tələbi ilə məhkəmə qarşısında çıxış etmişdir. Cavabdeh bildirmişdir ki, 0,25 ha torpaq sahəsi iddiaçıya məxsus olmaqla ona sərəncam vermə hüququ da iddiaçıya aid olmuş, torpaq sahəsi cavabdehin əməli istifadəsində olmaqla ona icarəyə verilmişdir. Halbuki, həmin torpaq sahəsi hələ keçən əsrin 70-80-ci illərindən cavabdehin əməli istifadəsindədir, qanuni əsaslarla müddətsiz onun istifadəsinə ayrılmışdır. Cavabdeh kommersiya təşkilatı deyildir. Adı keçən torpaq sahəsindən biznes və qazanc əldə olunması üçün istifadə edilmir. Cavabdehin əmlakı onun fəaliyyəti müddətində sərəncamında olur. Fəaliyyətinə son veriləndən sonra bütün əmlakı dövlətə keçir. Cavabdeh keçən əsrin ortalarından fəaliyyət göstərir və mübahisəli torpaq sahəsi 50 ildən çoxdur ki, onun əməli istifadəsindədir. İddiaçının cavabdehin əməli və müddətsiz istifadəsinə verilmiş və kommersiya məqsədləri üçün nəzərdə tutulmamış torpaq sahəsini onun özünə hansı məntiqlə icarəyə verməsi anla şılan olmamışdır. Həmin torpaq sahəsinə dair əldə olunmuş və uzun müddət iradsız hüququn qeydiyyata alınması üçün iddiaçıya müraciət edilmişdir. Bu işin aparılması həmin torpaq sahəsinə nəzarət edən işçi koordinatora həvalə edilmiş və onun adına etibarnamə verilmişdir. İddiaçı ona torpağa olan hüququ qeydiyyata alınması üçün öncədən icarə müqaviləsi, ondan dərhal sonra da daimi istifadə hüququnun reyestrdə qeydə alınacağı, bu müddət ərzində də bir aylıq icarə haqqının ödənilməli olacağı bildirilmiş, qaydanın bu şəkildə olduğu izah edilmişdir. Lakin bir ay müddətində razılaşmaya, daha doğrusu məcburi olan qayda kimi izah olunanlara riayət edilmədiyindən, bu tərəflər arasında mübahisəyə yol açmışdır. İcarə müqaviləsi əsasında verilmiş çıxarışın məzmununda 0,25 ha torpaq sahəsi, qəsəbə torpağ ı, sənaye, nəqliyyat və digər təyinatlı torpaq sahəsi kimi qeyd edilmiş, icarə haqqı da qəsəbə torpağı kimi müəyyən edilmişdir. Əslində, həmin torpaq sahəsi, qəsəbədə deyil, dəniz sahilində yerləşir və həmin ərazidə 1 ha özəl torpağın dəyəri 2000-3000 manat arasındadır. Yəni həmin ərazidə 0,25 ha torpaq sahəsinin bazar dəyəri maksimum 600 manatdır. Belə olan halda onun aylıq icarə haqqı üçün 500 manatın müəyyən edilməsinin hansı məntiqlə hesablanması aydın deyildir. Həmin sahə cavabdehin üzvlərinin ovçuluq məşğuliyyətinin təşkil edilməsi, onların bu istiqamətdə səriştələrinin artırılması, boş zamanlarını daha səmərəli keçirilməsi üçün istifadə olunur. Cavabdeh onun üzvlərinin üzvlük haqları hesabına maliyyələşir, kommersiya fəaliyyət göstərmir və həmin torpaqdan qazanc, mənfəət əldə edilmə si məqsədi olmamışdır. Cavabdeh hesab etmişdir ki, icarə müqaviləsi bağlandığı gündən ləğv olunmalıdır. Həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə gəldikdə isə cavabdeh bildirmişdir ki, həmin sahənin qanuni əsaslarla cavabdehə ayrılması və 50 ildən çox müddətdə əməli istifadəsində olması, orada ovçu evlərinin inşa etməsi və s. kimi hallar baxımından tələbin bu hissəsi əsassız və məntiqsiz olmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 avqust tarixli e-2-2(113)-2661/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin iddiaçı ilə cavabdeh arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 avqust tarixli e-2-2(113)-2661/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 305 nömrəli icarə müqaviləsi üzrə 11.250 manat icarə haqqı borcu və 100 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 11.350 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutularaq (VÖEN: **********) onun Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, icarə müqaviləsinin predmeti olan, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim – Z.Axundova).

9. İşdə olan sübutları qiymətləndirən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlandığı tarixdən məhkəməyə müraciət edilən tarixədək 24 ay 15 gün müddət keçmişdir. Həmin müddət üzrə ödənilməli icarə haqqı borcu 12250 manat təşkil edir. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən cəmi 1000 manat məbləğində icarə haqqı ödənişi edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 2021-ci il 16 aprel tarixdə bitmiş və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmağa borcludur, icarəyə götürülmüş torpaq sahəsinin müqavilənin müddəti başa çatdıqdan sonra geri qaytarmaq icarəçinin vəzifəsidir. Buna görə də məhkəmə hesab etmişdir ki, idd iaçı torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

11. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etiraza münasibətdə qeyd etmişdir ki, sonuncu müqavilənin aldatma yolu ilə bağlandığını bildirsə də, bu fakt öz təsdiqini tapmamış, o cümlədən icarə müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması, müqavilənin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cavabdehin etiraz ərizəsində göstərdiyi halların iddianın rədd edilməsi üçün əsas ola bilməməsi nəticəsinə gəlmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.1, 337.2, 339.2, 339.3, 354.2, 385.1, 386.1, 700.1, 700.2, 722.1, 442 və 448.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublika sı Qanununun 23-cü və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, iddianın təmin olunmuş hissəsində ləğv, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)-66/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - icarə müqaviləsinin predmeti olan əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi hissəsində ləğv olunması və həmin hissədə iddia nın rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi icarə müqaviləsinin predmeti olan, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.

16. Belə ki, məhkəmənin mövqeyinə görə cavabdehin mübahisələndirilən torpaq sahəsinə istifadə hüququ icarə müqaviləsi əsasında deyil, ondan daha əvvəl Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli sərəncamı əsasında yaranmışdır.

17. Mübahisəli 2500.0 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının bundan irəli gələn mülkiyyətçi yə məxsus hüquqları mövcud olsa da, cavabdehin mövcud vəziyyətdə sahiblik və istifadə hüququ isə Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli sərəncamı əsasında yaranmış, cavabdehin mübahisəli torpaq sahəsinə qanuni əsas olmadan sahiblik etməsi müəyyən edilməmişdir.

18. İddiaçı cavabdehin sahiblik və istifadə hüququnun qanunsuz olmasını iddia edərək mülkiyyət hüququnun qorunmasını tələb etsə də, cavabdehin bu hüquqları sərəncam əsasında yarandığından və iddiaçı tərəfindən bu aktın mübahisələndirilməsi və bilavasitə cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilmədiyindən cavabdehin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilə bilməz.

19. Bununla yanaşı, məhkəmə ica rə haqqının tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və bu tələbə münasibətdə eyni qaydada əsaslandırma aparmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 157.2, 157.4, 700.1, 700.2, 722.1-ci, 2001-ci il 27 fevral tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14 və 23-cü, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48 və 84-cü maddələrinə istinadən əsaslandırmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində rədd olunması hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 139.1, 152.3, 241.2, 389.1, 390.1, 712.1.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66 və 67-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələri üzrə - qanunvericiliyin tələblərindən görünür ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsi cavabdehin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının hansı əsaslarla yaranması və qeydiyyata alınmasını araşdırmadan, formal olaraq hazırkı mübahisə predmeti olan torpaq sahəsinə hər hansı bağlılığı müəyyən edilməyən Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 19 75-ci il 7 mart tarixli 91/1649 nömrəli sərəncamına əsaslanmaqla qanunsuz qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2021-ci il 29 aprel tarixli ********** nömrəli çıxarışdan görünür ki, cavabdehin hazırkı mübahisəli torpaq sahəsi üzərində hüquqları iddianın predmeti olan 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsi əsasında yaranmışdır. Hazırda Bakı Apellyasiya Məhkəməsinin qərarında cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğuna əsas kimi istinad olunan Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli sərəncamının, eləcə də digər sənədlərin iddianın predmeti olan torpaq sahəsinə hər hansı bağlılığının olmaması, qeyd olunan sə nədlər əsasında cavabdehin torpaq sahəsi üzərində hər hansı hüquqlarının yaranmaması, hazırkı mübahisənin predmeti olan torpaq sahəsi ilə bağlı baxılmış digər işlər üzrə müvafiq məhkəmə qərarları ilə sübut olunmuşdur. Hazırkı iş üzrə cavabdehin X1 qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma tələbi barədə” iddiası Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 aprel tarixli 2(103)-293/2021 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan məhkəmə işinə baxılan zaman “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli qərarına və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3629 nömrəli “İnşaat pasportuna” əsasən hazırkı mübahisə predmeti olan torpaq sahəsinin birliyin istifadəsinə verildiyini qeyd etmişdir. Həmin işə baxan Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan sənədlər əsasında birliyə ayrılmış torpaq sahəsinin mübahisəli torpaq sahəsi (hazırkı iddia predmeti olan torpaq sahəsi) olması sübut olunmadığından, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin həmin torpaq sahəsi üzərində hər hansı subyektiv hüquqa malik olmadığını bildirərək iddia tələbini təmin etməmişdir. Bundan dərhal sonra “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi qeyd olunan məhkəmə işi üzrə öz xeyrinə qərar qəbul edilməsinə nail olmaq məqsədilə qeyd olunan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, eyni zamanda torpaq sahəsinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisəsinin mövcudluğuna d air Xidmətə hər hansı məlumat verməmişdir. Cavabdeh hazırkı mübahisə predmeti olan torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsi əsasında hüquqlarını reyestrdə qeydiyyata aldırdıqdan sonra, sonradan müvafiq sənədləri məhkəmə icraatı gedişində yuxarı instansiya məhkəməsinə təqdim edərək məhkəmə mübahisənin xeyrinə həll edilməsinə nail olmuşdur (Məhkəmə qərarları və sənədlər əlavə olunur). Göründüyü kimi, hazırda cavabdeh mübahisə predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ yalnız Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsi əsasında yarandığı təqdim olunmuş məhkəmə qərarları və digər sənədlər əsasında sübut olunduğundan, apellyasiya məhkəməsinin ha zırkı işə baxılarkən cavabdehin torpaq sahəsi üzərində hüququnun qeyd olunan icarə müqaviləsi bağlanmazdan əvvəl Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 nömrəli sərəncamı əsasında yaranması ilə bağlı gəldiyi nəticə əsassız sayılmalıdır. Tərəflər arasında bağlanmış 2021-ci il 16 aprel tarixli 305 nömrəli icarə müqaviləsinin 2.1-ci bəndindən görünür ki, cavabdeh icarə haqqını vaxtında və tam ödəyəcəyinə və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, icarəçi qeyd olunan icarə müqaviləsi üzrə yalnız 2021-ci ildə 2 aylıq qismən ödənişlər həyata keçirmiş, qeyd olunan tarixdən bugünədək ödəməli olduğu aylıq icarə ha qlarının dövlət büdcəsinə köçürülməsini təmin etməmişdir. Eyni zamanda hazırkı işin apellyasiya icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətini məlumatlandırmadan yuxarıda qeyd olunan icarə müqaviləsinə əsaslanaraq mübahisə predmeti olan torpaq sahəsinin ayrı-ayrı şəxslərin istifadəsinə verərək həmin şəxslərdən icarə haqqı formasında vəsaitlər toplayır. Beləliklə, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsas olmuş icarə müqaviləsinin müddəti başa çatdığından, qeyd olunan müqavilənin və müvafiq münasibətləri tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin iddiaçıya geri qaytarılm ası cavabdehin vəzifəsidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin iddianı “torpaq sahəsinin boşaldılması” hissəsində rədd edilməsi barədə qərar qəbul edərkən, əsaslandığı sənədlərin cavabdehin mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı hüququnun yaranmadığı, torpaq sahəsi üzərində hüquqların yalnız tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında yarandığı və hazırda icarə müqaviləsinin müddəti başa çatdığından cavabdehin torpaq sahəsini geri qaytarmağa borclu olduğunu nəzərə alaraq, məhkəmənin iddianın qeyd olunan hissədə rədd edilməsi barədə mövqeyi əsassız sayılmalı iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir.

23. MPM-in 217.3, 372.7, 417.1.4-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi işin halları üzrə kifayət qədər araşdır ma aparmadan və natamam sübutlar əsasında qanunsuz qərar qəbul etmiş, nəticədə dövlətin mübahisəli əmlak üzərində Azərbaycan Respublikası Konstitusiyası ilə digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. MPM-in 403 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni yalnız iddianın əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələblərin rədd olunması hissəsində yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən iş in faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əs asla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” 28. 1971-ci il 7 iyul tarixindən 1991-ci il 9 noyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Torpaqdan istifadə edənlər Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir:... ictimai müəssisələrə...” “Maddə

12. Torpaqdan istifadə müddətləri torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi) istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir.... Torpaqdan müvəqqəti istifadə qısamüddətli 3 ilədək və uzunmüddətli - 3 ildən 10 ilədək ola bilər....” “Maddə

13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keç irilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı yaxud da müvafiq zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsinin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələblərə qiymət verərkən haqlı olaraq 2001-ci il 27 fevral tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14 və 23-cü maddələrinə istinad etmişdir.

33. Həmin nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, MPMin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisənin həllində həm də tətbiq edilməli olan 1971-ci il 7 iyul tarixində qəbul edilmiş və 1991-ci il 9 noyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin 10,12 və 13-cü maddələrinin müddəaları baxımından 91/1649 saylı qərarı qəbul etmiş Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyəti Bakı ş əhəri, Qaradağ rayonu, Şıxlar kəndinin cənub-şərq hissəsi ünvanındakı əmlak kompleksinin yerləşdiyi 2500 m2 torpaq sahəsinin cavabdehin istifadəsinə verməkdə səlahiyyətli qurum olmuş, istinad olunan qanunvericilikdə torpağın istifadə üçün hazırki cavabdeh də daxil olmaqla ictimai müəssisələrə verilməsi, o cümlədən torpaq sahəsinin ayrılması ilə bağlı müddətlər də nəzərdə tutulmuşdur.

34. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq cavabdehin mübahisələndirilən torpaq sahəsinə istifadə hüququnun iddiaçı ilə bağlanan icarə müqaviləsi əsasında deyil, ondan daha əvvəl Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 1975-ci il 7 mart tarixli 91/1649 saylı sərəncamı əsasında yaranmasını təsbit etmişdir.

35. Həmçinin apellyasiya instansiyası m əhkəməsinin həmin tələbə qiymət verərkən istinad etdiyi 2001-ci il 27 fevral tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsində də onun həmin Məcəllə qəbul edildiyi tarixdən əvvəl istifadəyə verilmiş torpaq sahələrinə aidiyyətini istisna edən hər hansı norma nəzərdə tutulmamışdır.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq cavabdehin mübahisəli torpaq sahəsinə qanunsuz sahiblik etməsi faktı müəyyən edilmədiyindən cavabdehin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbini təmin etməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

38. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)-66/2024 nömrəli qətnaməsi müba hisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar