Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-362/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı «X3 ve Sanayi Tic.” A.Ş.” Şirkətinin cavabdeh «X2” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun və gecikməyə görə faiz məbləğinin ödənilməsi, borc müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı «X3 ve Sanayi Tic.” A.Ş.” Şirkətinin cavabdeh «X2” MMC-yə qarşı “borcun və gecikməyə görə faiz məbləğinin ödənilməsi” tələbi, «X2” MMC-nin «X 3 ve Sanayi Tic.” A.Ş.” Şirkətinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə cavabdeh «X2” MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 aprel tarixli, 2-2(103)-271/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya qurumlarının Dövlət reyestri məlumatına görə, Cavabdeh 20 fevral 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 21 fevral 2019-cu il tarixli borc müqaviləsinə görə, Cavabdeh 135.000 Avro pul məbləğini İddiaçınə ümumi borcdan 3.000 Avro 01.03.2019-cu il tarixindən etibarən hər növbəti ayın 20-dən 30-nadək ödənilməsini öhdəsinə götürmüşdür. 3. 21 ədəd gömrük bəyannaməsinə görə, İddiaçı tərəfindən "xxx x" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına müxtəlif adda mal göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı «X3 ve Sanayi Tic.” A.Ş.” Şirkəti (bundan sonra – “iddiaçı”) cavabdeh «X2” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 135.000 avro əsas borcun, həmçinin öhdəliyin gecikmə faizi olaraq 6.750 avro olmaqla, ümumilikdə 141.750 avro məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ara sında mal və materialların təqdim olunması ilə bağlı kommersiya münasibətləri mövcud olmuş, fəaliyyət nəticəsində cavabdehin 135.000 avro məbləğində iddiaçıya borcu yaranmış, bu səbəbdən tərəflər arasında 21.02.2019-cu il tarixdə borc müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.2-ci maddəsinə görə cavabdehin iddiaçıya olan borcu 135.000 avro təşkil edir. Lakin, aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş icra edilməmişdir. Cavabdehə, öhdəliklərini icra etmədiyinə görə çoxsaylı müraciətlər və yazılı pretenziya məktubu cavabsız və nəticəsiz qalmışdır. Müqavilə ilə ödəmənin gecikdirilməsinə beş faiz müəyyənləşdirilmişdir. Həmin borc məbləğinin beş faizi isə 6750 avro təşkil edir.
6. «X2” MMC «X3 ve Sanayi Tic.” A.Ş.” Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 21.02.2019-cu il tarixli müqavilə cavabdeh tərəfindən imzalandıqdan sonra iddiaçıya göndərilmiş, sonuncu sonradan müqavilənin natamam olmasını əsas gətirərək, cavabdehlə müqaviləyə dair bir sıra dəyişikliklər edilməsini, bu səbəbdən də müqaviləni imzalamamağı qərara almışdır. Borc müqaviləsi həmin ticarət müqaviləsini pərdələmək məqsədi daşımışdır. Lakin şirkət tərəfindən MMC-nin imzalayıb göndərdiyi müqavilənin nüsxəsi geri qaytarılmamışdır. Müqavilə borc müqaviləsi olaraq görülsə də, malların alqı-satqısının həyata keçirilməsini pərdələmək məqsədi daşımışdır. Belə ki, tərəflər malların göndə rilməsi barədə razılığa gəlmiş və şirkət tərəfindən cəmiyyətə razılaşdırılmış malların bir qismi göndərilmişdir. Şirkət iddia ərizəsində 135.000 avro məbləğində pul vəsaitinin cəmiyyətə verildiyini qeyd etsə də, borc pul məbləğinin cəmiyyətin hesabına köçürülməsi faktını sübut edən hər hansı maliyyə-mühasibatlıq sənədləri (kassa məxaric orderi, pul köçürməsi barədə qəbz və s.) təqdim etməmişdir. Əgər qeyd olunan pul məbləği hesablaşma hesabı vasitəsi ilə deyil, gömrük vasitəsi ilə göndərilmişdirsə, bu faktı təsdiq edəcək gömrük bəyannaməsi təqdim etməli idi.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli, e-2-2(113)-2340/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehdən 57.000 avro əsas borc və faiz olaraq 2.375 avro ödənildiyi gün Azərbaycan manatı məzə nnəsi ilə tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 12,56 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 17,44 manat məbləğin isə iddiaçıya aid edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim – Z. Pirverdiyev).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehlə mal və materialların təqdim olunmasına dair kommersiya münasibətləri olmuş, həmin sahibkarlıq fəaliyyəti nəticəsində cavabdehin iddiaçıya 135.000 avro borcu yaranmışdır.
10. Tərəflər arasında bağlanmış müqavilə ilə öhdəliyin icrası müddəti müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasə n cavabdeh bu müqavilə üzrə ümumi borcdan 3.000 Avro 01.03.2019-cu il tarixindən etibarən hər növbəti ayın 20-dən 30-nadək ödənilməsini öz öhdəsinə götürür. Belə olan halda, borc 01 mart 2019-cu il tarixdən məhkəmə qətnaməsinin çıxarıldığı günədək olan dövr üzrə hər ay üçün 3.000 Avro hesablanmaqla tutulmalıdır.
11. Qeyd olunan dövr 19 ay olmaqla, borc 57.000 Avro təşkil etdiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
13. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
14. Belə olan halda, 01.03.2019-cu il tarixdən cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi üzrə ödənilməli məbləğ ümumilikdə 2375 Avro (237,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 19 ay) + 225 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 18 ay) + 212,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 17 ay) + 200 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 16 ay) + 187,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 15 ay) + 175 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 14 ay) + 162,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 13 ay) + 150 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 12 ay) + 137,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 11 a y) + 125 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 10 ay) + 112,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 9 ay) + 100 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 8 ay) + 87,5 Avro (3000 Avro x 5%= 150:12 ay =12,5 x 7 ay) + 75 Avro (3000 Avro x 5%= 150:12 ay =12,5 x 6 ay) + 62,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 5 ay) + 50 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 4 ay) + 37,5 Avro (3000 Avro x 5%= 150:12 ay =12,5 x 3 ay) + 25 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 2 ay) + 12,5 Avro (3000 Avro x 5% = 150:12 ay =12,5 x 1 ay) = 2375 Avro) təşkil edir.
15. Mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç b ir iddia irəli sürülməmişdir.
16. Qeyd olunan müqavilə 21.02.2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra cavabdeh hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.
17. Müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.
18. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
19. Bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
20. Qanunvericiliyə edilmiş dəyişikliklərdən müəyyən edilmişdir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
21. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və x itamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir.
22. Cavabdeh hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, qarşılıqlı iddia rədd edilməlidir.
23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 324.1, 324.4, 324.5, 354.2, 377.1, 385.1, 386.1, 389.1, 427.1, 442, 443.1, 443.5, 448.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
25. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 aprel tarixli, 2-2(103)-271/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli, e-2-2(113)-2340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Cavabdeh tərəfindən mübahisələndirilir ki, 21.02.2019-cu il tarixli borc müqaviləsi cavabdeh tərəfindən imzalandıqdan sonra iddiaçıya göndərilmiş, lakin sonuncu həmin müqavilənin natamam olması əsası ilə həmin müqaviləni imzalamamış, nüsxəsini geri qaytarmamışdır.
27. Halbuki, Cəmiyyət ən azından öz təşəbbüsü ilə şirkət qarşısında ona 135.000 avro məbləğində borcu olduğunu etiraf etmişdir. Həmçinin borc müqaviləsini imzalayıb, həm də müəssisənin möhürü ilə təsdiqləyib şirkətə göndərdiyini bildirsə də, bu göndərməni hansı formada həyata keçirdiyini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmi şdir.
28. Harada və hansı şəraitdə bağlanmasından asılı olmayaraq, hər iki tərəf sadə yazılı formada öz iradə ifadələrini bildirmiş və onu təsdiq etmişlər.
29. Əvvəllər təsis olunana qədər cəmiyyətin təsisçisi və ya onun direktoru və yaxud onların etibar etdiyi digər şəxs arasında hansı öhdəliklərin mövcudluğundan asılı olmayaraq konkret halda tərəflər barışıqla 21.02.2019-cu il tarixində hazırkı borc müqaviləsini bağlamaqla, aralarındakı borc pul münasibətlərinə aydınlıq gətirmiş və bu müqavilə ilə cavabdeh cəmiyyət iddiaçı şirkət qarşısında 135.000,00 avro məbləğində borcu olduğunu təsdiqləmişdir.
30. Cəmiyyət tərəfindən borc müqaviləsinin bağlandığı 21.02.2019-cu il tarixdən 1 il keçdikdən sonra (13.10.2020-ci il tarixində) onun etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmış, bunun la da həmin müqaviləni mübahisələndirmək üçün qanunla müəyyən olunan 1 illik müddəti (kəsici müddət) ötürmüşdür.
31. Beləliklə, mübahisələndirilən borc müqaviləsi etibarlıdır (bax yuxarıda § 10).
32. Cəmiyyət isə müqavilədə nəzərdə tutulan həmin öhdəliyini yerinə yetirməmiş, 2019-cu ilin mart ayından məhkəmədə iddia qaldırılan 2020-ci ilin sentyabr ayına kimi 19 ay ərzində cəmi, şirkətə hər ay 3.000 avro ödəməli olduğu borcunu ödəməmiş, nəticədə 57.000 (3.000x19) avro məbləğində borcu yaranmış, bununla da müqavilə öhdəliyini pozmuşdur.
33. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 351.3, 354.2, 445.7, 881.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Bakı Apelyasiya Məhkəməsi qətnaməsində cavabdehin öz təşəbbüsü ilə Şirkət qarşısında 135.000 avro məbləğində borcu olduğunu etiraf etdiyini və iddiaçı tərəfindən borc müqaviləsinin imzalanıb, möhür ilə təsdiqləyib Şirkətə hansı formada göndərilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyini qeyd etmişdir. Həmçinin mübahisələndirilən müqavilə 21.02.2019-cu il tarixdə bağlandığı, lakin həmin tarixdən 1 il keçdikdən sonra cavabdehin hazırkı tələblə məhkəmədə iddia qaldırdığı da bildirilmişdir.
36. Halbuki, qətnamədə qeyd edilənlər iddiaçı tərəfindən həm apelyasiya şikayətində, həm də məhkəmə prosesində əsaslandırılmışdır. Belə ki, 21.02.2019-cu il tarixli müqavilə cav abdeh tərəfindən imzalandıqdan iddiaçıya göndərilmiş, Şirkət tərəfindən isə müqaviləyə müəyyən dəyişikliklərin edilməsi zərurəti ilə imzalanmaması təklifi irəli sürülmüş, həmçinin iddiaçının imzalayıb göndərdiyi müqavilənin nüsxəsi geri qaytarılmamışdır. Həmin müqavilənin əldən götürülərək Türkiyə Respublikasına göndərilməsi faktı iddiaçı tərəfindən məhkəmə prosesi zamanı da təsdiqlənmişdir. Həmin müqavilənin iddiaçı tərəfindən imzalandıqdan sonra cavabdehə qaytarılması halı Şirkət tərəfindən sübuta yetirilməmişdir.
37. Məhkəmənin Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını əsas gətirərək, borc müqaviləsini etibarlı hesab etməsi əsassız və qanunsuzdur. Çünki müqavilənin faktiki olaraq imzalanma tarixi, cavabdehin öhdəliyinin əmələ gəldiyi tarix bəlli olmadığından, iddiaçı tərəfindən 13 5.000 avro məbləğində borcun olması etirafı hüquqi əhəmiyyət daşımır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
39. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
40. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
41. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kas sasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsi nin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.3. Əgər əqdi onun barəsind ə mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər...”. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur...”. “Maddə
881. Barışıq razılaşması haqqında müqavilə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvə llər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 aprel tarixli, 2-2(103)-271/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidi r ki, Mülki Məcəllənin tələblərinə əsasən əqd həmin Məcəllənin tələblərini pozmaqla bağlandıqda etibarsız hesab edilə bilər. Əqdin etibarlılıq şərtlərinə əqdin məzmununun qanuniliyi, subyektlərin hüquq və fəaliyyət qabiliyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin formasının qanunvericiliyin tələblərinə uyğun olması daxildir. Bu hal mübahisəli müqavilə bağlanarkən həmin müqavilənin məzmunu, forması, subyektləri və ya iradə ifadəsi ünsürü ilə bağlı olan hər hansı qanun pozuntusuna yol verilməsinə dəlalət etmir, belə olan halda isə mübahisəli əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz.
49. İş materiallarına əsasən cavabdeh öz təşəbbüsü ilə iddiaçı Şirkət qarşısında ona 135.000 avro məbləğində borcu olduğunu etiraf etmiş, beləl iklə, hər iki tərəf sadə yazılı formada öz iradə ifadələrini bildirmiş və onu təsdiq etmişlər.
50. Apelyasiya Məhkəməsi şikayətin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, əvvəllər təsis olunana qədər cəmiyyətin təsisçisi və ya onun direktoru və yaxud onların etibar etdiyi digər şəxs arasında hansı öhdəliklərin mövcudluğundan asılı olmayaraq, tərəflər barışıqla 21.02.2019-cu il tarixində hazırkı borc müqaviləsini bağlamaqla, aralarındakı borc pul münasibətlərinə aydınlıq gətirmiş və bu müqavilə ilə cavabdeh cəmiyyət iddiaçı şirkət qarşısında 135.000,00 avro məbləğində borcu olduğunu təsdiqləmişdir.
51. Həmçinin Cəmiyyət tərəfindən borc müqaviləsinin bağlandığı 21.02.2019-cu il tarixdən 1 il keçdikdən sonra (13.10.2020-ci il tarixində) onun etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırı lmış, bununla da həmin müqaviləni mübahisələndirmək üçün qanunla müəyyən olunan 1 illik müddəti (kəsici müddət) ötürmüşdür. Cəmiyyət isə müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmiş, 2019-cu ilin mart ayından məhkəmədə iddia qaldırılan 2020-ci ilin sentyabr ayına kimi 19 ay ərzində cəmi, şirkətə hər ay 3.000 avro ödəməli olduğu borcunu ödəməmiş, nəticədə 57.000 avro məbləğində borcu yaranmış, bununla da müqavilə öhdəliyini pozmuşdur. Qeyd edilən hallar isə bir daha cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir. Bu zaman həmçinin cavabdeh tərəfindən məhkəmələrə iddiaçının qanunsuz hərəkətlərini təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi də nəzərə alınmalıdır.
52. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən işə baxmış məhkəmələrə əqdin etibarsızlığına əsas verən və əqdin bağlanmasına qədər mövcud olmuş hallar barədə, həmçinin qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtlərin pozulmasına dair hər hansı bir sübut təqdim edilmədiyini, mübahisələndirilən əqdin etibarsızlığı üçün hər hansı hüquqi əsasların olmadığını, həmçinin cavabdeh tərəfindən hazırkı tələb üzrə qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici iddia müddətinin də ötürüldüyünü nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.
53. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 aprel tarixli, 2-2(103)-271/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
55. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 aprel tarixli, 2-2(103)-271/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.