Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-362/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MTRK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTRK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 22 avqust tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsindən görünür ki, xidmət təqdim edən – İddiaçı alıcıya – "xxxx" MMC-yə “X1” radio verilişində baş sponsor kimi reklam xidmətləri təqdim edir, alıcı isə xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini xidmət təqdim edənə ödəyir. Bu müqavilə imzalandığı tarixdən 3 il müddətinə qüvvədədir. 2. 2020-ci il 07 sentyabr tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 14:00-dan 15:00dək) radio verilişlər, layihələr hazırlayır, ap arır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2.360 manat ödəməlidir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 2021-ci il 07 sentyabr tarixinədək etibarlıdır. 3. 2020-ci il 07 sentyabr tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 17:00-dan 18:00dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2.360 manat ödəməlid ir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 2021-ci il 07 sentyabr tarixinədək etibarlıdır.
4. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413360 nömrəli, 2020-ci il 16 oktyabr tarixli elektron qaiməyə əsasən, (2020-ci il 23 sentyabr tarixinə) Cavabdeh MTRKnın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101 FM-də saat 14:00-dan 15:00-dək gedən efir yayımının) ümumi dəyəri 1.287,26 manat (ƏDV daxil) məbləğində təşkil edir.
5. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413251 nömrəli, 2020-ci il 16 oktyabr tarixli elektron qaimədən görünür ki, (2020-ci il 22 sentyabr tarixinə) Cavabdeh MTRK-nın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101FM-də saat 17:00-dan 18:00-dək gedən efir yayımının) ümumi dəyəri 1.287,26 manat (ƏDV daxil) mə bləğində təşkil edir. 6. 2020-ci il 16 sentyabr tarixli hesab-fakturanın sürətindən müəyyən edilir ki, 2020-ci il 07 sentyabr tarixli müqavilə üzrə (xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üçün) Cavabdeh 101FM-də müvafiq olaraq saat 17:00-dan 18:00-dək gedən efir yayımı üçün İddiaçı borcu 2.360 manat (ƏDV daxil) məbləğində təşkil edir. 7. 2020-ci il 23 sentyabr tarixli Cavabdeh MTRK-nin səlahiyyətli əməkdaşı ilə İddiaçı arasında elektron poçt (e-mail) vasitəsilə aparılan yazışmanın sürətindən görünür ki, Cavabdeh MTRK İddiaçı bildirilmişdir ki, 2020-ci il 07 sentyabr tarixli müqavilələrin 2.4-cü bəndinə (ödəniş hər ayın 15-dək həyata keçirilməldir) əsasən 2020-ci il 23 sentyabr tarixdən etibarən saat 17:00-18:00-dək, sabahdan etibarən isə saat 14:00-dan 15:00-dək yayımlanan v erilişlərin yayımı dayandırılır və hər iki efir saatı üçün 2020-ci il 07 sentyabr tarixində imzalanan müqavilələrə Cavabdeh MTRK tərəfindən birtərəfli xitam verilir. 8. 2020-ci il 23 sentyar tarixli məktubun sürətinə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 2020-ci il 22 avqust tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsinə xitam verilmiş və xidmət haqqının ödənilməsi məqsədə müvafiq hesab edilməmişdir. 9. 2020-ci il 09 oktyabr tarixli Cavabdeh MTRK tərəfindən birtərəfli təsdiq edilmiş iki nüsxədən ibarət olan aktlara əsasən, 2020-ci il 07 sentyabr tarixində imzalanmış müqavilələrə əsasən 2020-ci il 07 sentyabr tarixindən 2020-ci il 07 oktyabr tarixinə qədər ƏDV daxil olmaqla 2.360 manat dəyəri olan radio efirinin yayımını Cavabdeh MTRK-nın menece ri Çinarə Cəfərova təsdiq etmişdir. 10. 2020-ci il 04 dekabr tarixli, 275 nömrəli ödəniş tapşırığına əsasən, 2020-ci il 04 dekabr tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 1000 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. 11. 2020-ci il 09 dekabr tarixli, 281 nömrəli ödəniş tapşırığına əsasən, 2020-ci il 09 dekabr tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 500 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTRK (bundan sonra – “cavabdeh”) arasında bağlan ılmış 07 sentyabr 2020-ci il tarixli hər iki əməkdaşlıq müqavilələləri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, yəni bir il müddət ərzində hər gün ayrı-ayrılıqda saat 14:00dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək radio efirinin ona təqdim olunması və həmin müqavilələrdən irəli gələn hüquqlarının məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi, müqavilələrdə nəzərdə tutulmuş 1 (bir) il müddətinin axımının başlanğıcının qətnamənin faktiki icra olunacağı tarixdən hesablanması və Cavabdeh MTRK-dan əldən çıxmış fayda qismində 105.000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20.000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20.000 manat məbləğində, cəmi, 145.000 manat məbləğində pul vəsaitinin tu tulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh MTRK-nın xeyrinə 2574,52 manat məbləğində borcun və ona 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbənin, habelə hüquqi xidmətlərə görə 1500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 4158,12 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 mart tarixli, e-2-2(113)-490/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qətnamənin faktiki icra olunma tarixindən başlayaraq 2020-ci il 07 sentyabr tarixli iki əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək Cavabdeh MTRK tərəfindən İddiaçı radio efir təqdim olunması, həmin müqavilələrdən irəli gələn hüquqlarının məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsi və Cavabdeh MTRK-dan əldən çıxmış fayda qismində 105.000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20.000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20.000 manat məbləğində, cəmi 145.000 manat məbləğində pul vəsaitinin tələbi hissəsində iddianın rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə qismən təmin edilmiş, İddiaçı 2574,52 manat, habelə hüquqi xidmətlərə görə 200 manat və dövlət rüsumu kimi ödənilmiş 20,16 manat cəmi 2794,68 manat məbləğində pul tutularaq Cavabdeh MTRK-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – E.Əliyev ).
15. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)-1062/2021 saylı qətnaməsi ilə Cavabdeh MTRK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-490/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər V.Baxışova (sədrlik edən), R.Qurbanov, H.Həmidov) 17. 2022-ci il 27 yanvar tarixində cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir.
18. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli, 22(103)-1062/2021 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), V.M.Məmmədov və R.Ə.Qurbanov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-2(103)- 1062/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə işdə iştirak edən şəxslərin nümayəndələrinin elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh qarşılıqlı iddiaçının həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı xx.xx.2022-ci il tarixdə bitmiş, cavabdeh/qarşılıqlı iddiaçı xx.xx.2022-c i il tarixdə kassasiya şikayəti vermiş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir.
20. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 10-1, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və kassasiya şikayətinin mümkünlüyünə dair yeni qərardad qəbul edərək, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh tərəfindən 3 dəfə eyni məzmunlu kassasiya şikayəti verilmişdir: xx.xx.2022ci il (AP(103)-10801/2022), xx.xx.2022-ci il (AP(103)-10900/2022) və xx.xx.2022-ci il (AP(103)- 11167/2022) tarixlərdə. xx.xx.2022-ci il və xx. xx.2022-ci il tarixdəki şikayətlər prosessual müddətə riayət edilməklə verilib (xx.xx.2022-ci il bazar gününə təsadüf etdiyi üçün xx.xx.2022-ci il tarixi də müddətə daxildir). Lakin həmin şikayətlərin mətnini Bakı Apellyasiya Məhkəməsi cavabdehə məlum olmayan texniki səbəblərdən görə bilməmişdir. xx.xx.2022-ci il tarixdə şikayətin təkrar verilməsi də elə məhz xx.xx.2022-ci il tarixdə verilən şikayəti məhkəmənin görə bilməməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə həmin şikayəti də görə bilməmişdir. Bununla bağlı hətta cavabdeh tərəfindən Ədliyyə Nazirliyinin müvafiq əməkdaşı (Nərgiz Murguzova, telefon 050 9851010) ilə də əlaqə saxlanılıb, problem izah edilib. Buna görə də xx.xx.2022-ci il tarixdə şikayət əlavə olaraq PDF formatında da təqdim edilmişdir. Məhkəmə də məhz bu tarixi şikayətin ve rildiyi tarix hesab edir. Halbuki, şikayət xx.xx.2022-ci il tarixdə verilmişdi. Elektron məhkəmə informasiya sistemindəki problemə görə cavabdeh məsul deyil. Vəkil1 elektron məhkəmə informasiya sistemindəki kabinetindən açıq-aydın görünür ki, şikayət artıq xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Orada şikayətin mətni də tam görünür. Bununla bağlı heç vəkilin iştirakı ilə onun elektron kabinetinə baxışın keçirilməsi kifayətdir (oradan şəkillər bu şikayətə əlavə olunur). Görünən odur ki, sistemdəki problem vəkillə məhkəmənin sənəd mübadiləsindədir. Məhkəmə bütün sənədləri görmür. Bunu da müəyyən etmək çətin məsələ deyil.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 408.1.4.-ci maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin madd i və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçir ilir. 10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.6. Məhkəmə iclasının real vaxt rejimində müşahidə edilməsi imkanı iclasda iştirak edə bilməyən tərəfin ərizəsinə əsasən və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı ilə təşkil oluna bilər. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatla şdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağ ıdakı müddətlərdə verilə bilər 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əs asdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli, 22(103)-1062/2021 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin edilməli, kassasiya şikayəti icraata qəbul edilməlidir.
30. Kassasiya şikayətini qaytaran apelyasiya məhkəməsi ona istinad etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 03 noyabr tarixli, 2-2(103)1062/2021 saylı qətnaməsi 2021-ci il 23 noyabr tarixdə işdə iştirak edən şəxslərin nümayəndələrinin elektron kabinetlərinə yerləşdirilmiş, cavabdehin həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2022-ci il 23 yanvar tarixdə bitmiş, cavabdeh/qarşılıqlı iddiaçı 2022-ci il 27 yanvar tarixdə kassasiya şikayəti vermiş, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verməmişdir.
31. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmır.
32. Belə ki, Vəkil1 elektron məhkəmə informasiya sistemindəki kabinetindən təqdim edilmiş çıxarışlara əsasən, cavabdehin kassasiya şikayəti 2022-ci il 23 yanvar tarixdə elektron kabinetə yerləşdirilmiş, bununla da mülki prosessual qanunvericiliklə müəyyən edilmiş iki aylıq pro sessual müddətə riayət edilmişdir. Beləliklə, apelyasiya məhkəməsinin, cavabdehin 2022-ci il 27 yanvar tarixdə kassasiya şikayəti verməklə, şikayət vermə müddətini ötürməsi, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermədiyi barədə gəldiyi nəticə iş materialları ilə təsdiq edilməməklə bərabər, həmçinin sonuncunun məhkəmə qətnaməsindən şikayət vermək hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.
33. Qeyd edilənlərə əsasən, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, kassasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli, 2-2(103)-1062/2021 saylı qərarda dı ləğv edilməli, kassasiya şikayəti təmin edilməli, kassasiya şikayəti icraata qəbul edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ:
35. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 mart tarixli, 22(103)-1062/2021 saylı qərardadı ləğv edilsin. Kassasiya şikayəti icraata qəbul edilsin. kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.