Məhkəmə qərarları › İş №2-2(102)-362/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-362/2024

23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-362/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə Q Ə R A R DADİ Açar sözlər: kassasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi- kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə; kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərki bdə, iddiaçı X2 Cavabdehnə qarşı “əşyaların geri qaytarılması və s.” tələbinə dair” ilk iddiası və Cavabdeh Kiçik X1 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)140/2024 nömrəli, 2024-cü il 20 fevral tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona məxsus olan 82 kisə un – hər kisənin qiyməti 42 manat olmaqla cəmi 3444 manat, 1 ədəd üç gözlü peç- dəyəri 500 manat, xəmir qarışdıran dəyəri 1500 manat, 10 kisə duz – dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba – dəyəri 500 manat, 55 ədəd çörək bişirən list – dəyəri 500 manat, soyuducu -dəyəri 2 00 manat, 2 ədəd tərəzi-dəyəri 70 manat və çörək şkafı dəyəri 100 olan əmlakların və ya onlarının dəyərinin 6870 manat pulun alınıb ona verilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış 36500 manat gəlirin, mediasiya üçün ödənilən 200 manat, 234 manat dövlət rüsumu, 117 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh X3 qarşı qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 2021-ci il 16 avqust tarixli, 3m1751 reyestr qeydli müqaviləsinə xitam verilməsi, Cavabdeh xeyrinə icarə müqaviləsi üzrə 480 manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 manat pulun, ümumilikdə 1445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq geri ödənilməsi və əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(113)-1245/2023 saylı qərardadı ilə qarşılıqlı iddianın 2021-ci il tarixli 16 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyab r tarixli e-2-2(113)-1245/2023 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdehnə məxsus ünvan 1 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan 15 kisə un, 01 ədəd üçgözlü peç, 01 ədəd xəmir qarışdıran, 02 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu, 02 ədəd tərəzi və 01 ədəd çörək şkafının Cavabdehndən alınaraq X3 verilməsi, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri olan 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pulun Cavabdehndən tutularaq X3 verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdehndən tutularaq X3 verilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdehnə məxsus ünvan 1 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsindən bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çaynik, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 un dolu kisələrin X5 tərəfindən çıxarılması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov). Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli, 2-2(103)-140/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1245/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2023-cü il 16 oktyabr tarixli qətnaməsinin hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilməsi, Cavabdehnə məxsus ünva n 1 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan hər kisəsinin dəyəri 40 manat, ümumilikdə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 01 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 01 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 02 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 02 ədəd tərəzi və dəyəri 70 manat olan 01 ədəd çörək şkafı, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyərinin Cavabdehndən alınaraq X3 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim R.Qur banov, hakimlər V.Baxışova və A.Hüseyn). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin qismən ləğv edilərək, işə qarşılıqlı iddia hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, hər iki kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mə tndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda iddiaçı kassasiya şikayəti formal olaraq (cədvəl forması və s.) MPMnə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib edilsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl edilməmiş, şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin müvafiq maddələri sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilmə məsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət verilərkən MPM-nin 402-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə ə sasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İstinad olunan normanın tələbləri baxımından kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya qaydasında yoxlanıla bilməz. Hazırki iş üzrə cavabdehin qarşılıqlı iddiası 3 hissədən ibarət olmuşdur; tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin 2021-ci il 16 avqust tarixli, 3m1751 reyestr qeydli müqaviləsinə xitam verilməsi (1-ci tələb); Cavabdeh xeyrinə icarə müqaviləsi üzrə ümumilikdə 1445 manat pulun tutulması (2-ci tələb); əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması (3-cü tələb). İş üzrə qəbul edilmiş məhkəmə aktlarından göründüyü kimi, iddiaçının 2-ci tələbi təmin edilməmiş, 3-cü tələbi təmin olunmuş, 1-ci tələb üzrə isə işin icraatına xitam verilmişdir. İddiaçının kassasiya şikayətində məhkəmə aktının ümumiyyətlə qarşılıqlı iddiaya aid hissədə ləğvi xahiş edilsə də, nəzərə alınmalıdır ki, MPM-nin 403.1-ci maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Qeyd olunduğu kimi, cavabdehin qarşılıqlı tələbinin yalnız 1445 manatın onun xeyrinə tutulması hissəsi təmin olunmamışdır. Bundan əlavə, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi həm də ümumi dəyəri 200 manat olan çörək dayışan arabanın, cəmi dəyəri 550 manat olan 55 ədəd çörək bişirən listin ilkin iddiaçıya verilməsi hissəsində də mübahisələndirilir. Göründüyü kimi, cavabdehin hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan azdır. Bu baxımdan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsindən cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kolle giyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-140/2024 nömrəli, 2024-cü il 20 fevral tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli V.M.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar