Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz qurğunun sökülməsi 29.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli 2-2(103)-41/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2013-cü il 4 aprel tar ixli 112 nömrəli sərəncamı ilə (bundan sonra-“112 nömrəli sərəncam”) İddiaçı MMC-nin 2013-cü il 22 yanvar tarixli 17/13 nömrəli müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Qaradağ rayonu, Səngərqaya -1 adlanan yatağın(bundan sonra-“Səngərqaya -1 yatağı”) cənub-qərb hissəsi ünvanında yerləşən “Qızıldaş” Sement zavodunun xammal ilə təmin edilməsi məqsədi ilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir.
2. «Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə» 2017-ci il 14 fevral tarixli 139/3020 nömrəli müqaviləyə əsasən icarəyə verən-Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən icarəyə ver ilən Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246.147,5 kv.m torpaq sahəsi icarəçi İddiaçı MMC tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir.
3. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyi(bundan sonra-“EMTA”) Bakı filialının 2019-cu il 18 noyabr tarixli məktubun surətindən görünür ki, İddiaçı Sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə, Quşçuluq fermasına məxsus 6/0,4 kVluq, 400 kVa gücündə mövcud KTm-dən Cavabdeh MMC-yə(bundan sonra-“cavabdeh”) məxsus üzlük daş sexinə 0.4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti çəkilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5-ci dayaqları İddiaçı Sement zavoduna gedən əsas yola tərəf təqribən 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Mövcud 0.4 kvlıq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra cavabdeh) (Azərbaycan Respublikası Energetika Nazirliyi üçüncü şəxs qismində olmaqla, bundan sonra-“EN”) «qanunsuz qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə 2020-ci il 21 yanvar tarixində Bakı şəhər Qaradağ rayon məhkəməsinə müraciət edərək, iddiaçının qanuni icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246.147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması və cavabdehdən 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 4 aprel tarixli, 112 saylı, iddiaçıya yeni avtomobil yolunun tikintisinin layihələndirilməsinə icazə verilməsi" haqqında Sərəncamının 1-ci bəndinə əsasən, Səngərqaya-1 yüksəkliyinin cənub-qərb hissəsində yerləşən "Qızıldaş" sement zavodunun xammal ilə təmin edilməsi məqsədilə həmin zavoddan Səngərqaya-1 yüksəkliyinin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir. Sözügedən sərəncama uyğun olaraq iddiaçı tərəfindən həmin avtomobil yolunun layi həsi hazırlanmışdır. Bundan sonra ƏMDK ("xxxx") və iddiaçı ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, 2017-ci il 14 fevral tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, "xxxx"in icarəyə verdiyi Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsi "İcarəçi" tərəfindən müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən torpaq sahəsi yeni avtomobil yolunun tikintisi üçün verilir; 3.1-ci maddəsinə əsasən, torpaq sahəsinin illik icarə haqqı 98.459,01 manat təşkil edir; 4.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə 2032-ci il 14 fevral tarixinə qədər verilir. Bundan sonra iddiaçı həmin torpa q sahəsində avtomobil yolunu salmışdır. Lakin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində salınmış avtomobil yolunun "xxxx" Sement zavoduna gedən hissəsində-yolun girişində sağ tərəfdə 2 ədəd hava elektrik veriliş xətti çəkilmiş dayaqlar quraşdırılmışdır. Bu dayaqlar qanunsuz qaydada, o cümlədən, iddiaçı ilə razılaşdırılmadan quraşdırıldığından, yoldan istifadə edən nəqliyyat vasitəsilərinə maneəçilik törətdiklərindən, həmçinin yüksək cərəyanlı elektrik xəttinin qanunsuz quraşdırılması təhlükəli olduğundan iddiaçı müvafiq tədbirlərin görülməsi məqsədilə EN-ə müraciət etmişdir. EMTA-nın Bakı filialı iddiaçıya 2019-cu il 18 noyabr tarixli cavab məktubu göndərmişdir. Həmin məktubda məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırma nəticəsində "xxxx" sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kV-luq, 400 kVA gücündə mövcud KTMdən cavabdehə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilməsi qeyd edilmişdir. Hava elektrik veriliş xəttinin 4-cü və 5-ci dayaqları "xxxx" sement zavoduna gedən əsas yola tərəf 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Həmçinin məktubda bildirilmişdir ki, mövcud 0,4 kV-luq bir dövrəli hava elektrik veriliş xətti sahibkarlıq subyektinə məxsus olduğundan yaranmış mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdehə məxsus üzvlük daş sexinə 0,4 kV-luq bir dövrəli hava elektrik xətti çəkilmişdir ki, bu xəttin 4-cü və 5-ci dayaqları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində qanunsuz qaydada quraşdırılmışdır.
6. İddia tə ləbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 157.4, 180.1, 180.4-cü maddələrinə istinad edilmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
8. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2020-ci il 18 fevral tarixli, 2(002)567/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə(bundan sonra-“MEM”) tapşırılmış və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur (hakim G.Həşimova). -cavabdehə məxsus olan 2 ədəd hava elektrik xətti keçən dayaqlar iddiaçının qanuni icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində yerləşirmi?
9. M əhkəmə qərardadının icrası qaydasında MEM tərəfindən 2020-ci il 18 sentyabr tarixli 5618 nömrəli ekspert rəyi verilərək göstərilmişdir ki, cavabdehə məxsus olan 2 ədəd hava elektrik xətti keçən dayaqların iddiaçının icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi yerləşən 246.147,5 kv.metr torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
10. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli, 2(002)-567/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının qanuni icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246.147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq müvafiq hesab üzrə dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim G.Həşimova).
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnaməniniddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 15 fevral tarixli 2-2(103)-1694/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya məhkəməsinə göndərilmişdir (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov)
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, 2-2(113)2230/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının qanuni icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246.147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq müvafiq hesab üzrə dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasın ın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə iddianın qanuni əsasını MM-nin 157.4-cü maddəsi təşuil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır. 1.Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2.Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3.Həmin hərəkətlər hüquqazidd olmalıdır.
15. Həmin məhkəmə hesab etmişdir ki, hazırkı işdə də hər üç şərt mövcud olmuşdur. Belə ki, 2020-ci il 18 sentyabr tarixli 5618 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsində çəkilmiş avtomobil yolunun giriş hissəsində yolun sağ tərəfində ardıcıl 2 ədəd hava elektrik xətləri çəkilmiş dayaqların quraşdırıldığı müəyyən edilmişdir və 2 ədəd hava elektrik xətti keçən dayaqların iddiaçının icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsi yerləşən 246147,5 kv.metr torpaq sahəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir.Quraşdırılmış 2 ədəd elektrik dirəklərinin cavabdehə məxsus olması da, işin müəyyən olunmuş və mübahisələndirilməyən halıdır. Belə ki, qeyd olunan hal öz təsdiqini EMTA Bakı filialının iddiaçıya ünvanlandığı 2019-cu il 18 noyabr tarixli məktubla öz təsdiqi tapır. Bu baxımdan həmin 2 ədəd hava elektrik xətti keçən dayaqlar heç bir razılıq alınmadan və özbaşına olaraq iddiaçının qanuni sahibliyində olan torpağa quraşdırılmışdır.
16. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, həmin 2 ədəd hava elektrik xətti ke çən dayaqlar heç bir razılıq alınmadan və özbaşına olaraq iddiaçının qanuni sahibliyində olan torpağa quraşdırılmışdır, iddia tələbi Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246.147,5 kv.m. torpaq sahəsinin ərazisində quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia cavabdehdən 160 manat vəkil xərcinin tutulması ilə bağlı hissədə təmin edilə bilməz. Belə ki, qeyd olunan halın təsdiqi üçün iddiaçı tərəfindən hər hansı bir sənəd (qəbz) təqdim edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 157.4, 157.8, 180.1-ci maddələrinə, 180.4, MPM-in 14.2, 80, 121.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnam ədən apellyasiya şikayəti verilərək, qətnamənin-iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunması və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-878/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. -1-ci sual: iddiaçının icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsində 246147,5 kv.m. torpaq sahəsində yerləşən cavabdehə məxsus 2 ədəd hava elektrik xətti keçən dayaqlar texniki şərtə uyğun quraşdırılmışdırmı? -2-ci sual: həmin 2 ədəd hava elektrik xətti keçən dayaqların quraşdırılması iddiaçının icarəsində o lan torpaq sahəsindən istifadəyə maneə yaradırmı? -3-cü sual: həmin 2 ədəd hava elektrik xətti keçən dayaqların yerlərinin dəyişdirilməsi texniki cəhətdən mümkündürmü?
21. Ekspertiza təyin olunduqdan sonra ekspert vəsatəti əsasında İddiaçı sement zavoduna gedən əsas yolun girişində sağ tərəfdə Quşçuluq fermasına məxsus 6/0,4 kVluq, 400 kVA gücündə mövcud KTM-dən cavabdehə məxsus üzlük daş sexinə 0,4 kV-luq bir dövrəli elektrik hava xəttinə verilmiş texniki şərt və xəttin tikilməsinə dair layihə sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi üçün EMTA-nın Bakı Filialına sorğu göndərilmişdir.
22. EMTA tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bununla əlaqədar cavabdehə məxsus üzlük daş sexinin elektrik enerjisi təchizatına dair müvafiq sənədlərin Agentliyin Bakı fil ialına təqdim edilməsi üçün "xxxx" ASC-nin Qaradağ RETSİ-yə 20/21 E166 nömrəli 2021-ci il 16 noyabr tarixli göstəriş verilmişdir. Qaradağ RETSİ-nin cavab məktubunda "xxxx" ASC-də obyektə məxsus texniki şərtin və enerji təchizatı layihəsinin olmadığı bildirilmişdir.
23. MEM-in 2021-ci il 30 noyabr tarixli 10/5616 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. -1-ci sual üzrə: Ekspert vəsatəti ilə xahiş edilmiş cavabdehə məxsus mübahisəli elektrik hava xəttinə verilmiş texniki şərti və xəttin tikilməsinə dair layihə sənədləri ekspertizaya təqdim edilmədiyindən iddiaçının icarəsində olan Səngərqaya-1 yatağının cənub-qərb hissəsində 246147,5 kv.m. torpaq sahəsində yerləşən cavabdehə məxsus 2 ədəd hava elektrik xəttinin dayaqlarının texniki şərt ə uyğun quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək mümkün deyildir. -2 və 3-cü suallar üzrə: Cavabdehə məxsus daş-emalı sexinə çəkilmiş elektrik hava xəttinin iddiaçının İcarəsində olan torpaq sahəsində yerləşən iki ədəd dayaqlarının altında və həmin xəttinin mühafizə zonasında, iddiaçının sement zavoduna gedən avtomobil yolunun kənarında yük avtomobillərin dayancağının (çibin) yaradılması «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələbiərinə uyğun olmadığına görə, həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yarada bilər. -Baxış zamanı müəyyən edildiyi kimi cavabdehə məxsus daş-emalı sexinə çəkilmiş elektrik hava xəttinin 2 ədəd dayaqlarının əvəzinə elektrik kabel xətti(torpaq altı ilə, qonşu obyektlərin daş hasarının üz əri ilə, yaxud həmin obyektlərin arxası ilə və s) çəkməklə həmin sexi elektrik enerjisi ilə təmin edə bilər.Elektrik hava xəttinin 2 ədəd dayaqların yerlərinin dəyişdirilməsi ilə cavabdehə məxsus daş emalı sexinə elektrik enerjisinin verilməsi texniki cəhətdən səmərəli deyildir.
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli 2-2(103)-41/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Məmmədov).
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına istinad etmiş və həmin hallara münasibətdə verilmiş hüquqi qiymətləndirmə ilə razılaşmışdır. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının məktubu ilə Cavabdeh MMC-yə məxsus elektrik xəttinin heç bir texniki şərt və enerji təschizatı layihəsi olmadan quraşdırıldığı öz təsdiqini tapır.
26. Həmçinin Ekspert rəyləri ilə həmin elektrik hava xəttinin 2 ədəd dayaqlarının iddiaçının icarəsində olan torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yaradılması müəyyən edilmişdir.Bu səbəbdən, iddiaçı həmin dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur, iddia əsaslıdır və təmin edilməlidir.
27. Məhkəmə gəldiyini nəticəni MM-in 157.4, 157.8, 180.1, 180.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Qətnamə 2022- ci il 2 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
29. Cavabdeh 2022-ci il 15 mart tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
30. MM-in 157.4-cü maddəsinin tələbi pozulmuşdur- apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə, habelə işin halları obyektiv araşdırılmadığına görə sübutlara səhv qiymət verilmiş, nəticədə iş üzrə əsassız, qanunsuz və ədalətsiz nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 112 saylı sərəncamına əsasən iddiaçının 2013-cü il 22 yanvar tarixli 17/13 nömrəli müraciəti nəzərə alınaraq Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən “Qızıldaş” Sement zavodunun xammal ilə təmin edilməsi məqsədi ilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Bu məqsədlə ƏMDK ("xxxx") və iddiaçı MMC ("İcarəçi") arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında" 139/3020 saylı, 2017-ci il 14 fevral tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəy ə qəbul edilmişdir. İş materiallarından həmçinin görünür ki, 2002-ci ildən 02/3-639 nömrəli abonent kodu ilə qeydiyyata alınmış cavabdehə məxsus üzlük daş sexinin elektrik enerjisi təchizatının Quşçuluq fermasına məxsus KTMnin 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan birdövrəli HEVX vasitəsi ilə yerinə yetirildiyi və elektrik enerjisi hesabatının KTM-in 0,4 kV-luq tərəfində quraşdırılmış AMPY markalı, A211093594 zavod nömrəli, dövlət möhürü 244104 olan hesablaşma elektrik sayğacı vasitəsi ilə aparılır. Göründüyü kimi, Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m torpaq sahəsində quraşdırılmış və hazırda sökülməsi tələb olunan 2 ədəd hava elektrik veriliş xətti çəkilmiş dayaqlar torpaq sahəsi iddiaçının icarəsinə verilməzdən 15 il əvvəl quraşdırılmışdır. Həmi n torpaq sahəsi 2017-ci ildə iddiaçının icarəsinə verilərkən, bu dayaqlar orada mövcud olmuş, lakin 2017-ci ildən hazırki iddia irəli sürülənədək, dayaqların iddiaçıya mane olması, bununla bağlı onların sökülməsi barədə iddiaçının hər hansı tələbi olmamışdır. Hazırki iddia tələbini irəli sürən iddiaçı bildirir ki, cavabdehə məxsus üzlük daş sexinə gedən hava elektrik veriliş xəttinin 4-cü və 5- ci dayaqları "xxxx" sement zavoduna gedən əsas yola tərəf 2-3 m-ə qədər yeri dəyişdirilmişdir. Bu dəyişmə də iddiaçıya mane törədir. Göründüyü kimi, iddiaçı, onun icarəsində olan torpaq sahəsində quraşdırılan və cavabdeh MMC-yə məxsus üzlük daş sexini elektrik enerjisi ilə təmin edən hava elektrik veriliş xəttinin dayaqlarından yalnız 4-cü və 5-ci dayaqlarının yerinin dəyişdirildiyi üçün həmin dayaq ların sökülməsi barədə cavabdehə qarşı hazırki iddianı irəli sürmüşdür. Lakin həmin dayaqların yerinin 2-3 metrə qədər dəyişməsi cavabdehə hər hansı aidiyyatı yoxdur. Çünki, sadə məntiqlə bu məsələnin həllinə yanaşsaq, həmin iki dayağın əvvəlki vəziyyətdə və ya sonradan yerlərinin 2-3 metr dəyişərək quraşdırılması, cavabdehə məxsus üzlük daş sexinə verilən elektrik enerjisinin verilməsinə təsir göstərmir. Başqa sözlə desək, həmin dayaqların yerinin dəyişməsində cavabdehin hər hansı marağı olmamışdır. Digər tərəfdən bu dayaqların yerinin məhz cavabdeh tərəfindən dəyişdirilməsini təsdiq edən sübutlar da iddiaçı tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Lakin işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinin tələblərini pozmuş, cavabdeh iddiaçının sahiblik hüq uquna qəsd etmədiyi halda, əsassız olaraq cavabdehin üzərinə qəsdin aradan qaldırılması vəzifəsini qoymuşdur. Bunlardan başqa, iddiaçının özünün də bildirdiyi kimi, bir hissəsində sözügedən dayaqların quraşdırıldığı torpaq sahəsi “Qızıldaş” Sement zavodunun xammal ilə təmin edilməsi məqsədi ilə həmin zavoddan Səngərqaya-1 adlanan yüksəkliyin ətrafında yerləşən xammal yataqlarına qədər yeni avtomobil yolunun tikintisinin layihələndirilməsi üçün iddiaçının icarəsinə verilmişdir. İşdə olan izahatlardan da müəyyən edilir ki, həmin avtomobil yolu artıq inşa edilmişdir. Lakin həmin ərazidə 4-cü və 5-ci dayaqlarla verilən elektrik xətti altında iddiaçının inşa etdiyi, iddiaçıya məxsus obyektin olması və ya ilkin layihəyə uyğun olaraq yük avtomobillərin dayancağının (çibin) yaradılması iş materi alları ilə təsdiq olunmur. İddiaçı tərəf bununla bağlı da məhkəmələrə sübut təqdim etməmişdir. İş materiallarında yuxarıda qeyd olunan halla bağlı hər hansı sənəd olmadığına baxmayaraq, MEM-in verdiyi 2021-ci il 30 noyabr tarixli 10/5616 №-li rəyində elektrik hava xəttinin keçdiyi iki ədəd dayaqların altında və həmin xəttin mühafizə zonasında, avtomobil yolunun kənarında yük avtomobillərin dayancağının (çibin) yaradılması ilə bağlı ifadələr işlətmişdir. Lakin bu dayanacağın artıq orda mövcud olubolmaması və ya gələcəkdə inşası nəzərdə tutulmuşdursa, bunun üçün təsdiq olunmuş layihənin olub-olmamasına aydınlıq gətirilməmişdir. Bunlardan başqa, sözügedən rəydə ekspert bu nəticəyə gəlmişdir ki, avtomobil yolunun kənarında yük avtomobillərin dayancağının (çibin) yaradılması «Gərginliyi 1000 vo ltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələblərinə uyğun olmadığına görə, həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yarada bilər. Göründüyü kimi, iddiaçının icarəsində olan və iki ədəd dayağın quraşdırıldığı hissədən istifadə və sahiblik etmək səlahiyyətlərinin həyata keçirilməsinə cavabdeh tərəfindən maneə olan hərəkətlərin edilməsi iş materiaları ilə təsdiq olunmur. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almamış, 2002-ci ildən həmin ərazidə quraşdırılmış, sonradan isə naməlum şəxs(lər) tərəfindən yerləri 2-3 metr dəyişdirilmiş 2 ədəd dayağın sökülməsinin konkret hansı zərurətdən irəli gəldiyini araşdırmamış, ehtimallara əsaslanaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla, iş üzrə səhv nəticəyə gəlmişdi r.
31. MM-in 135.4, 180-cı maddələrinin tələbi pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri ilə elektrik hava xəttinin 2 ədəd dayaqlarının iddiaçının icarəsində olan torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsindən iddiaçı tərəfindən istifadəyə maneə yaradılması müəyyən edildiyinə görə, iddiaçı həmin dayaqların sökülməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu zaman Məhkəmə Mülki Məcəllənin 180.1-ci və 180.4-cü maddələrinə istinad etmişdir. Bildirilir ki, apelyasiya məhkəməsi iş üzrə tərəflər arasında mövcud mübahisəni həll edərkən, Mülki Məcəllənin 180-ci madəsinə istinad etməklə, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 180-ci maddəsi M əcəllənin “Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi; daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi” adlanan 9-cu fəslinə aiddir. Məhkəmə tərəfindən sökülməsi tələb olunan predmet isə elektrik hava xəttinin keçdiyi 2 ədəd dayaqdır. Bu əşyalar isə Mülki Məcəllənin 135.4-cü maddəsinin mənasına görə daşınmaz əşya hesab edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi məhz Mülki Məcəllənin 180-ci maddəsinə əsaslanaraq dayaqların sökülməli olması qənaətinə gəlmiş, bununla da iş üzrə maddi hüquq normalarının tələblərini pozmuşdur.
32. MM-in 1096-cı maddəsinin tələbi pozulmuşdur- işin materiallarından görünür ki, cavabdehə məxsus daş emal sexinin elektrik enerjisi ilə təmin edən elektrik hava xəttinin verildiyi dayaqlar həmin ərazidə, o cümlədən də iddiaçının icarəsində olan tor paq sahəsinin bir hissəsində 2002-ci ildən quraşdırılmışdır. Hazırda isə həmin dayaqların ikisinin yerinin 2-3 metr dəyişməsinin iddia edilməsi absurddur. Çünki, sadə məntiqlə də bu məsələnin müzakirəsinə yanaşdıqda görünər ki, həmin iki dayağın 2-3 metr yerinin dəyişməsi və ya dayaqların əvvəlki vəziyyətdə olması cavabdehə məxsus daş sexinin elekrik enerjisi ilə təmin edilməsinin qarşısını almır. Belə olan vəziyyətdə cavabdehin həmin dayaqların yerinin dəyişməsinə heç bir zərurət olmamışdır. Başqa sözlə, cavabdeh MMC-nin iki dayağın yerini dəyişməmişdir. Bu halı təsdiq edən hər hansı sübut da yoxdur. Belə olan halda, həmin dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması əsassızdır.
33. MPM-in 9, 14, 77-ci maddəsinin tələbi pozulmuşdur-işin obyektiv həlli üçün yalnız mötəbə r sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində təsbit olunmuşdur. Səngərqaya-1 yatağının cənub-qərb hissəsi ünvanında yerləşən 246147,5 kv.m. torpaq sahəsinin ərazisində 2002ci ildən quraşdırılmış 2 ədəd hava elektrik xətti keçən dayaqların iddiaçıya maneə törədilməsinin konkret nədən ibarət olmasını, bu dayaqların sökülməsinin zəruriliyini təsdiq edən sübut işdə mövcud deyildir. İş üzrə yeganə sübut MEM-in 10/5616 nömrəli rəyidir ki, həmin rəydə ekspert onun qarşıs ına qoyulmuş suala konkret cavab verməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bunları nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, 2002-ci ildən həmin ərazidə quraşdırılmış, sonradan isə naməlum şəxs(lər) tərəfindən yerləri 2-3 metr dəyişdirilmiş 2 ədəd dayağın sökülməsinin konkret hansı zərurətdən irəli gəldiyini araşdırmamış, ehtimallara əsaslanaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla, iş üzrə səhv nəticəyə gəlmişdir.
34. MPM-in 54-cü maddəsinin tələbi pozulmuşdur-Azərbaycan Respublikası Nazirlər Kabinetinin(bundan sonra-“NK”) 2013-cü il 19 iyul tarixli 189 №-li qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”nın 18-ci bəndinə görə, Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması xidmətlərini "xxxx " ASC həyata keçirir. NK-nın 2015-ci il 14 may tarixli 190 №-li qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin Nizamnaməsinin 3-cü maddəsinə görə, Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir (maddə 3.1). Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ola raq bağladığı müqavilələr əsasında dövlət elektroenergetika müəssisəsindən və müstəqil enerji istehsalçılarından elektrik enerjisinin satın alınması, habelə istehlakçıların kəmiyyət və keyfiyyətcə (gərginlik, tezlik və təchizatın etibarlılığı) müntəzəm qaydada elektrik enerjisi ilə təchiz edilməsi və mövcud tarif qiymətinə uyğun olaraq haqqın yığımı; fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarım stansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi (maddə 3.2). Qeyd edilən sənədlərdən göründüyü kimi, ölkə ərazisində elekrik enerjisinin satışı, elekrik enerjisinin verilməsi ilə bağlı elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi təbii inhisar subyekti olan "xxxx" ASC-yə məxsusdur. Yuxarıda qeyd etdiyimiz kimi, cavabdehə məxsus daş emalı sexinin elektrik enerjisi ilə təmin edilməsi, bu məqsədlə elektrik xətlərinin, qurğuların, o cümlədən də dayaqların quraşdırılması, sökülməsi və bu sahədə sair hərəkətlərin həyata keçirilməsi yalnız "xxxx" ASC-nin müstəsna səlahiyyətidir. Belə olan halda hesab edilməlidir ki, hazırki iş üzrə iddia tələbi, yəni yüksək gərginlikli elekrik hava xətlərinin verildiyi qurğuların sökülməsi əsl cavabdehə qarşı irəli sürülməmişdir. Bu tələbə cavab verən şəxs cavabdeh deyil, qeyd edilən sahədə təbii inhisar subyekti olan "xxxx" ASC-dir. Lakin iş materillarından göründüyü kimi, işə baxmış nə Bakı Kommersiya Məhkəməsi, nə də ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hazırki iddiaya cavab verməli olmayan cavabdehin(Sementçi MMC) əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və nəticədə yüksək gərginlikli elektrik hava xətlərinin verildiyi dayaqların sökülməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütö vlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
157. Mülkiy yətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur....” “Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.... 180.4. Tiki nti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mad də
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfi ndən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin § 31-34-də göstərilən dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, mübahisəli dayaqların heç bir texniki şər t və enerji təchizatı layihəsi olmadan quraşdırılması, eləcə də iddiaçının hüquqlarını pozması işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir. İşin qeyd olunan hallarını təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin dayaqların sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair nəticəsi MM-nin 157.8 və 180-ci maddəsinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda §39). Odur ki, Kollegiya hesab edir ki, işin yuxarıda qeyd olunan, müəyyən edilmiş hallarına həmin maddi hüquq normaları düzgün tətbiq edildiyindən, kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri əsassızdır.
44. Kassasiya şikayətinin iş üzrə ekspert rəyi ilə bağlı (bax yuxarıda § 34) dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
45. İşin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq ekspert rəyi tərəflərin iştirakı ilə 2022-ci il 11 yanvar tarixində keçirilən məhkəmə iclasında tədqiq edilərkən, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) iş üzrə verilmiş ekspe rt rəyi ilə razı olduğunu bildirmişdir. İşin materiallarından, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim etməsi müəyyən edilmir.
46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin MPM-nin 54-cü maddəsinin pozulması, əsl cavabdehin təbii inhisar subyekti olan "xxxx" ASC olmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işin materiallarına mübahisəli dayaqların "xxxx" ASC-nin balansında olmasına dair hər hansı sübut əlavə edilməmişdir. Əksinə həmin dayaqların mülkiyyət hüququ ilə cavabdehə məxsus olması cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində də təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasın ın Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialının Qaradağ RETSİ-nin məktubuna əsasən məhkəməyə təqdim etdiyi 2021-ci il 19 noyabr tarixli məktubunda "xxxx" ASC-də obyektə məxsus texniki şərtin və enerji təchizatı layihəsinin olmadığı bildirilmişdir.
47. Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-nin 106.3-cü maddəsi). 48.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, işdəki sübutlar ətraflı araşdırılmı ş, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 49.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli 2-2(103)-41/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli