Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, müqavilə üzrə dəbbə pulu tələbi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(106)-198/2024 nömrəli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594,7 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsusdur.
2. İcarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında 2022-ci il 1 aprel tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan əmlak kompleksinin 180 kv.m sahəsini icarəyə verməyi və icarəçi isə qeyri-yaşayış sahəsini qəbul etməyi və İcarəyə verənə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. - 1.4-cü bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin icarə məqsədləri üçün İcarəçiyə təhvil verilməsi 2 nüsxədə tərtib edilən və hər iki tərəfdən imzalanan təhvil-təslim aktı üzrə həyata keçirilir və bu müqavilə üzrə icarə haqqının hesablanması həmin sahənin İcarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacaqdır. Qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən icarəçiyə 2022-ci il 1 aprel tarixindən təhvil verilmişdir. - 3.1-ci bəndinə əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə icarəçi icarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7.500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10.000 manat məbləğində aylıq icarə haqqı ödəyir. - 3.2-ci bəndinə əsasən, icarəçi icarəyə verənə may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını 2022-ci il 15 avqust tarixinədək, növbəti ayların aylıq icarə haqqını isə hər ayın 15dək İcarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəyir. - 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5%-dən artıq olmayan miqdarda İcarəyə verənin xeyrinə ödənilməli olan cərimə sanksiyaları şəklində məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarə müddəti 2022-ci il 1 aprel tarixindən 2023-cü il 1 aprel tarixinə qədər olan 12 aylıq dövrü əhatə edir.
3. Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 2022-ci il 6 sentyabr tarixində 33.898,3 və 6.101,7 manat, 2022-ci il 8 oktyabr tarixində 8.474,5 8 və 1.525,42 manat, 2022-ci il 3 noyabr tarixində 8.474,58 və 1.525,42 manat, 2022-ci il 10 dekabr tarixində 8.474,58 və 1.525,42 manat, 2023-cü il 10 yanvar tarixində 8.474,58 və 1.525,42 manat, 2023-cü il 5 may tarixində 14.406,78 və 2.593,22 manat olmaqla, ümumilikdə cəmi 97.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında mövcud olan 43.000 manat icarə haqqı üzrə borcu və müqavilənin ləğv edildiyi 2023-cü il 1 iyul tarixinədək hesablanmış 2.250 manat penya borcu olmaqla, ümumilikdə 45.250 manat pul, ilkin mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225,75 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi icarəyə verən tərəfindən icarəçiyə 2022-ci il 1 aprel tarixindən təhvil verilmişdir. Lakin cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü icarə haqqının ödənilməsinə dair öhdəlikləri tam şəkildə yerinə yetirməyərək müqavilə şərtlərini pozmuş və bununla da onun icarə haqqı üzrə borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 9 iyun tarixli ərizədən də göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2023-cü il 1 iyul tarixində ləğv olunmasını xahiş etmiş və həmin tarixə qədər icarə haqqı üzrə gecikdirilmiş məbləğin ödənilməsi barədə öhdəliyi üzərinə götürmüşdür. Cavabdehin müqavilənin ləğv edildiyi 2023-cü il 1 iyul tarixinə qədər, həmin ilin fevral, mart, aprel, may və iyun ayları üçün icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır ki, bu da ümumilikdə cəmi 43.000 manat təşkil edir. Bundan başqa, müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə icarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 %-dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 2023-cü il 1 iyul tarixindən xitam verildiyi nəzərə alındığında cavabdehin icarə haqqının gecikdirilməsinə görə müqavilə üzrə 202 3-cü il 1 iyul tarixinə qədər hesablanmış 2.250 manat məbləğində penya (cərimə) borcu mövcuddur.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594,7 kv.m olan qeyri-yaşayış sahəsinin 180 kv.m hissəsinin 2022-ci il 1 aprel tarixində ona təhvil verilməmiş, həmin sahənin istifadəçisi 2022-ci il 24 oktyabr tarixinə kimi X3 olmuş, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən ona 2022-ci il 24 oktyabr tarixində təhvil verilmiş, həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edilmiş, 2022-ci il 6 sentyabr tarixindən 2023-cü il 5 may tarixinədək iddiaçıya ümumilikdə 86.999,84 manat pul ödəmişdir.
7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 aprel tarixli e-2- 2(121)-338/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 2022-ci il 1 aprel tarixli icarə müqaviləsi üzrə 43.000 manat əsas borc, 200 manat cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və 225,75 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43.625,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Z.Abbasov).
8. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin q üvvədə olduğu müddətdə cavabdeh tərəfindən ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7.500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10.000 manat icarə haqqı ödənilməsinin razılaşdırıldığı, cavabdeh tərəfindən icarə müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçıya ümumilikdə 97.000 manat icarə haqqı məbləği ödənildiyi, icarə müqaviləsinə tərəflərin razılaşmasında əsasən 2023-cü il 1 iyul tarixindən etibarən xitam verildiyi işin mübahisəsiz hallarını təşkil etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndi ilə icarə obyekti olan qeyri-yaşayış sahəsinin icarəçiyə təhvil verilməsi təhvil-təslim aktı üzrə həyata keçirilməsi və müqavilə üzrə icarə haqqının da həmin sahənin icarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacağı şərtləşdirilmişdir. Cavabdeh məhz müqavilənin bu qeyd olunan bəndinə istinad edərək iddiaçı ilə aralarında icarə obyektinin təhvil verilməsinə dair müvafiq aktın tərtib edilmədiyinə görə, icarə obyektinin ona müqavilə bağlandığı tarixdə təhvil verilməsinə dair sübutun olmadığını bildirmişdir.
10. Məhkəmə cavabdehin bu arqumentinə tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən bəndinin son cümləsindən göründüyü kimi, tərəflər öz imzaları ilə təsdiq etmişlər ki, qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən icarəçiyə 2022-ci il 1 aprel tarixindən təhvil verilmişdir. Müqavilədə icarə obyektinin müqavilə bağlandığı tarixdən təhvil verildiyi təsbit edildiyinə görə, bu faktın təsdiqi üçün ayrıca təhvil-təslim sənədinin tərtib olunmasına z ərurət qalmamışdır. Digər tərəfdən, işin mübahisəli halını təşkil edən göstərilən xüsusat iş üzrə müəyyən edilmiş digər hallarla da öz təsdiqini tapmışdır. Belə ki, işdə olan 2022-ci il 6 sentyabr tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2022-ci il 1 aprel tarixli müqavilənin icrası ilə əlaqədar cəmi 40.000 manat pul vəsaiti ödənilmişdir. Bu məbləğ isə tərəflərin arasında bağlanmış müqavilə üzrə icarə haqlarının ödənilməsi barədə razılaşmaya tam uyğun gəlir. Belə ki, müqavilə şərtlərinə (3.1-ci bənd) əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə İcarəçi İcarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7.500 manat, sonrakı aylar üçün isə ƏDV daxil 10.000 manat aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqavilə sinin bağlandığı tarixdən sonrakı ilk aylar üzrə ödəmələrin cəmi 30.000 manat təşkil edir (4 ay x 7.500 manat). 2022-ci ilin avqust ayı üçün icarə haqqının 10.000 manat təşkil etdiyini nəzərə aldıqda, buradan belə nəticə hasil olur ki, cavabdeh 2022-ci il 6 sentyabr tarixində məhz əvvəlki 5 ay (2022-ci ilin aprel, may, iyun, iyul və avqust ayları) üçün istifadəsində olan icarə obyektinin icarə haqqının cəmini təşkil edən 40.000 manat ödənişi həyata keçirmişdir.
11. Məhkəmə cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclasında 2023-cü il 6 sentyabr tarixindəki ödənişləri icarə obyektinin əldən çıxmaması üçün həyata keçirmələri barədə dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin arqument işdə olan sənədlərlə təkzib olunmuşdur. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının idar ə heyətinin sədri Kamran Məcidova ünvanlanmış 2023-cü il 9 iyun tarixli ərizənin məzmunundan aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin 2023-cü il 1 iyul tarixindən etibarən xitam verilməsini xahiş etməklə yanaşı, həmin tarixədək icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd vermişdir. Halbuki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etdiyini bildirir və işdə olan ödəniş tapşırıqlarından göründüyü kimi, cavabdeh tərəfindən son ödəniş 2023-cü il 5 may tarixində həyata keçirilmişdir. Belə olan halda son ödəniş tarixindən 1 ay sonra cavabdehin iddiaçıya ünvanladığı ərizəsində icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd verməsi təsdiq edir ki, cavabdehin icarə müqaviləsinə xitam verilərkən ödənilməmiş icarə haq qı borcu mövcud olmuşdur.
12. Məhkəmə, həmçinin cavabdehin icarə obyekti olan qeyri-yaşayış sahəsinin 2022ci ilin oktyabr ayına kimi digər şəxsin istifadəsində olması barədə dəlilinin sübutu kimi istinad etdiyi vergi orqanının arayışına hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, həmin arayışlara əsasən sözügedən icarə obyektinin icarə müqaviləsinin bağlandığı tarixdə cavabdehin istifadəsinə verilib-verilməməsi faktının müəyyən edilməsi mümkün deyil. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyriyaşayış sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslı o lmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 445.2.1, 445.1, 445.7, 449.1, 462.1, 465.2, 467 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(106)-198/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən h akim – C.İmanov, hakimlər – P.Əhmədov və F.Hüseynov).
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, icarə müqaviləsi 2022-ci il 1 aprel tarixində bağlanmış və həmin müqaviləyə 2023-cü il 1 iyul tarixinədək qüvvədə olmuş, beləliklə qeyri-yaşayış obyekti 1 il 3 ay, yəni 15 ay cavabdehin istifadəsində olmuşdur. İcarə müqaviləsinə əsasən ilk 4 ay üçün icarə haqqı 7.500 manat olmuş, qalan aylar üçün isə cavabdeh 10.000 manat icarə haqqı ödəməli olmuşdur. Belə olan halda cavabdeh ilk 4 ay üçün icarə haqqı (4-7.500=30.000) 30.000 manat, yerdə qalan (15-4=11 ay) 11 ay üçün isə icarə haqqı 110.000 manat, cəmi 140.000 manat icarə haqqı ödəməli idi.
17. Cavabdeh apellyasiya şikayətində bir halda icarə haqqı kimi 86999.84 manat (səh. 84), bir halda isə 97.000 manat (səh. 85) icarə haqqı ödənildiyini bil dirmişdir. Belə olan halda cavabdehin ödəməli olduğu 140.000 manat icarə haqqından daha çox ödəniş etdiyi 97.000 manatı pul vəsaitini çıxdıqda (140.000-97.000 = 43.000 manat), 43.000 manat edir. Bu da iddia tələbi ilə eyniyyət təşkil etməklə, iddianın nə qədər əsaslı olmasına dəlalət etmişdir.
18. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, qətnamənin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə qəbul edilməsi qənaətinə gəlmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 445.2.1, 445.7, 449.1, 462.1, 465.2 və 700.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində MM-in 14.1, 404.1, 404.2, 324.1, 389.1, 441.1, 441.2, 441.3, 447.2-ci maddələrinin və MPM-in 9.1, 9.2, 9.3, 14.1, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinin tələblərinin pozulmasına istinad edilməklə qeyd edilmişdir ki, qeyriyaşayış sahəsinin ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil olmaqla 7.500 manat, sonrakı aylar üçün isə ƏDV daxil olmaqla aylıq 10.000 manat icarə haqqı müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icarəçi qeyri-yaşayış sahəsini qəbul etməyi və icarəyə verənə icarə haqqını ödəməyi, 3.2-ci bəndinə əsasən isə cavabdeh may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını 2022-ci il 15 avqust tarixinədək, növbəti ayların aylıq icarə haqq ını isə hər ayın 15-dək icarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh qeyri-yaşayış sahəsini müqavilədə qeyd olunan müddətdə təhvil vermədiyini nəzərə almadan, 101.000 manat puldan ümumilikdə 97.000 manat pul rəsmi olaraq iddiaçının hesabına ödəmiş və rəsmi ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə isə çəkişmə prinsipinə əməl etməmiş, cavabdeh tərəfindən verilən heç bir sübutlar və göstərilən faktlar müfəssəl araşdırılmamış və öz mülahizəsinə əsaslanmış, sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol vermiş, təqdim olunmuş sübutlara düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
27. Kassasiya şikayətində isti nad olunan MM-in və MPM-in maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
28. Həmin maddələrin tələblərinin pozulmasının işin faktiki hallarının tam araşdırılmaması, işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılması isə əsassızdır.
29. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiya sı məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fev ral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqey i xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya o nun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
32. Məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, cavabdeh apellyasiya instansiyasında keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək məhkəmə iclasının onların iştirakı olnmadan baxılmasını xahiş etmişdir. Göründüyü kimi işə cavabdehin iştirakı olmadan baxılması MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
33. Cavabdehin dəlillərinə və təqdim etdiyi süb utlara qiymət verilməməsi barədə dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmiş və MPM-in 392.2-ci maddəsinin tələblərinə uyğun olaraq hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyi qətnamədə göstərilmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 noyabr tarixli 2-2(106)-198/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.