Məhkəmə qərarları › İş №2-2(102)-364/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-364/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-364/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(103)-318/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.” 30.03.207-ci i l tarixli BA seriyalı 659927 nömrəli Daşınmaz Əmlakın Sığorta Şəhadətnaməsinə əsasən "xxxx" Firmasına məxsus Sabunçu rayon Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 11 ünvanında yerləşən Avto Servis 20.03.2017-ci il tarixdən 29.03.2018-ci il tarixədək 144446 manat dəyərində sığortalanmış, 400 manat məbləğində sığorta haqqı ödənilmiş və 100 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur 2. 2017-ci il 11 iyun tarixində həmin daşınmaz əmlakda yanğın hadisəsi baş vermiş, "xxxx" ASC tərəfindən.”Anar 99» firmasına ünvanlanmış 2018-ci il 4 iyul tarixli 0650/S/H nömrəli bildiriş ünvanlanaraq 5087 manat sığorta ödənişinin ödənilməsinə razı olduqları göstərilmişdir. 3. "xxxx" Hüquq və qiymətləndirmə Şirkətinin "xxxx" firmasına verdiyi 2018-ci il 25 iyul tarixli 02 nömrəli “X2 Edilməsi” barə də Mütəxəssis Rəyindən görünür ki, 2017-ci il 11 iyun tarixdə "xxxx" Firmasına məxsus təmir sexində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın məbləği 293358 (iki yüz doxsan üç min üç yüz əlli səkkiz) manat müəyyən edilmişdir. 4. "xxxx" Firması 2018-ci il 23 iyun tarixind "xxxx" ASC–yə pretenziya ünvanlanaraq 144446 (yüz qırx dörd min dörd yüz qırx altı) manat dəyərində sığorta ödənişinin 5 gün müddətində ödənilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Firması (bundan sonra mətndə iddiaçı) 2018-ci il 10 avqust tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus Sabunçu rayonu Bakıxanov qəsəbəsi, B.Bünyatov küçə si 11 ünvanında yerləşən, Avto servisə yanğın nəticəsində dəymiş zərərin əvəzi kimi sığortalanmış 144.446 manat məbləğdən azadolma 100 manat çıxılmaqla, 144.346 manat məbləğində nəğd pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində nəğd pul, və həmin məbləğin bugünədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik faiz dərəcəsi 5% olmaqla 7.218 manat ümumilikdə 151.624 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan 30.03.2017-ci il tarixli BA seriyalı 659927 saylı Daşınmaz əmlakın Siğorta Şəhadətnaməsinə əsasən İddiaçı Firmasına məxsus Sabunçu rayon Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 11 ünvanında yerləşən, Avto servis 144.446 manat məbləğində sığortalanmışd ır və sığortadan azadolma məbləği 100 manat razılaşdırılmışdır. Həmin zərər cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli idi. cavabdeh "xxxx" ASC-yə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq sığorta şirkətindən baş vermiş hadisə ilə bağlı azadolma məbləği çıxıldıqdan sonra 5087 manat məbləğ ödənilməsi bildirilmişdir.

7. Hadisə zamanı dəymiş zərərin miqdarının hesablanması məqsədi ilə mütəxəsis dəvət edilmiş və LEX FORİ Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən Dəymiş zərər hesablanaraq 293258 manat dəyərində müəyyən edilmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, "xxxx" Firmasına məxsus Sabunçu rayon Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 11 ünvanında yerləşən Avto Servisin tavan hissəsinin profinastil örtüyünün dəyişdirilməsinə 840 manat; tavana lambi rin vurulması 400 manat, fasad, divar və tavanın alçılanıb emusiya ilə üzlənməsinə 360 manat, köməkçi otaqların plastikdən yığılmasına 1750 manat, elektrik işinə görə 1850 manat, cəmi olaraq 5200 manat zərər hesablanmışdır. Sığortalanmış əmlak daşınmaz əmlakdır. Qiymətləndirilən əmlakların böyük bir hissəsi daşınar əmlakdır. Bunlar isə sığorta predmeti deyil. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-994/2018 nömrəli 10 oktyabr 2018-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir.

10. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 28 avqust tarixli 17058 nömrəli ekspert rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, birinci sual üzrə İddiaçı Firmasına məxsus ünvan 1 ünvanında yerləşən avto servisin yanğın nəticəsində 875 kv.m hissəsində təmir və yenidənqurma işləri aparılmışdır. Həmin tikiliyə 11.06.2017-ci il tarixində yanğın nəticəsində dəymiş zərəin aradan qaldırılması üçün təmirbərpa işlərinin dəyəri hazırki bazar qiymətinə uyğun olaraq 123358 (yüz iyirmi üç min üç yüz əlli səkkiz) manat təşkil edir. İkinci, üçüncü, dördüncü və beşinci suallar üzrə, materiallarda göstərilmiş və baxış zamanı əldə edilmiş məlumatlarına görə ünvan 1 ünvanında yerləşən avtoservisin arxasından 1-ci və 2-ci təmir sexlərinə (bokslarda) və 3cü sexin bir hissəsində tikinti materialların (lambirin, elektrik kabel, lövhələrin, taxta konstruksiyaların, metal profillərin, kafel plitələrin, plastik qapı pəncərə, boya və s. yenisi ilə əvəzlənmədən bərpası mümkün deyildir. Həmin konstruktiv materiallarına aid lambirin təbəqələri, plastik qapı və pəncərələr, elektrik kabel, lövhə və çıraqlar, kafel plitələri, divarlara vurulmuş boya və s.) tərmiki təsirindən və hislənmədən öz vizual görünüşü itirə bilərlər. Termiki təsirinə və qatı hislənməyə məruz qalmış həmin konstruktiv hissələrin kimyəvi təmizlənməsi ilə əvvəlki vəziyyətə gətirilməsi mümkün deyildir.

11. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/20 nömrəli, 2020-ci il 19 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 123.358 manat və 30 manat məbləğinə dövlət rüsumunun tutulması qət edilmişdir.

12. Həmin məhkəmə müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən avtoservi cavabdeh "xxxx" ASC də 144449 manat dəyərində sığortalanmışdır. 11.06.2017-ci il tarixd ə obyektdə yanğın baş vermişdir. Yanğın nəticəsində obyektdə dəymiş zərərin əvəzi olaraq cavabdeh "xxxx" ASC tərəfindən 5087 manat sığorta ödənişinin ödənilməsi iddiaçıya təklif edilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC tərəfindən sığorta hadisəsi nəticəsində dəymiş zərəri 5.087 manat müəyyən edilməsi cavabdeh tərəfindən sığorta hadisəsinin baş verməsini təsdiq edir.

14. Məhkəmə iddiaçıya vurulmuş zərərin miqdarı ilə bağlı verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 123.358 manat məbləğində pul vəsaiti tutulmalıdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 467, Azərbaycan Respublikası MPM-in 119.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Re spublikasının Qanununun 5.2, 5.3, 6.1, 6.2, 13.1, 13.2, 15.1, 15.2, 15.3, 17.1, 18.1, 18.2, 21.1, 35.1, 35.2, 36.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli, 2-2(103)-318/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus qeyri- yaşayış sahəsinin (avtoservisin) tərəflər arasında bağlanmış 30.03.2017-ci il tarixli BA seriyalı 659927 saylı daşınmaz əmlakın siğorta müqaviləsinə əsasən sığortalandığı və 11 iyul 2017-ci tarixində baş vermiş yanğın nəticəsində sığorta hadisəsi baş verdiyi işin mübahisələndirilməyən hallarını təşkil edir.

19. Cavabdeh apellyasiya şikayətində məhkəmənin istinad etdiyi məhkəmə ekspertinin rəyi ilə razılaşmayaraq, “İcbari sığorta haqqında” Qanunun 35.4-cü maddələrinə istinadən mübahisələndirir ki, həmin rəydə göstərilən havalandırma və avtoservisdə istifadə edilən suvurma sistemləri, siqnalizasiya və internet avadanlığına təminat verilmədiyi hakim tərəfindən nəzərə alınmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə razılaşmamış adı çəkilən Qanunun 35.4-cü maddəsinə istinadla göstərmişdir ki, həmin normada yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə, hansı eleməntələrinə dəyən zərərlərə təminat verildiyi sadalanır. Odur ki, Qanunun qeyd olunan 35.4-cü maddəsi yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına aid xüsusi bir normanı təşkil etdiyindən, hazırkı mübahisəli əmlaka münasibətdə həmin maddi hüquq normasının tətbiq edilməsi mümkünlüyü istisna edilir. Çünki, sığorta müqaviləsinə əsasən 144.446 manat məbləğində sığortalanmış avtoservis binasıdır - qeyri-yaşayış sahəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə münasibətdə mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi “İcbari sığorta haqqında” Qanunun 35.1- ci və 36.1-ci maddələri tətbiq olunmalıdır. Həmin Qanunun 35.1, 36.1, 39.1.2, 41.1-ci maddələrinin tələbləri onu deməyə əsas verir ki, yanğın nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması nəticəsində sığortalıya vurulmuş real zərərin əvəzi sığorta məbləği həddində ödənilməlidir.

21. Sığortalanmış daşınmaz əmlakın yanması nəticəsində onun bərpasına çəkilməli olan xərclərlə bağlı cavabdeh tərəfindən tərtib olunmuş hesabatda 5.200,00 manat məbləğində olduğu, iddiaçı isə məhkəməyə təqdim etdiyi "xxxx" Şirkətinin 28 avqust 2019cu il tarixli mütəxəsis rəyində 293.258,00 manat təşkil etdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli avtoservisin bərpasına çəkiləməli xərclərin müəyyən olunması üçün məhkəmə-mühəndis texniki ekspertizası təyin olunmuş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28.08.2019-cu il tarixli 170058 saylı ekspert rəyində dəymiş zərərin dəyəri 123.358,00 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin rəydən görünür ki, yanğın baş verən avtomobillərin təmir sexinə baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, 1622,7 kv m ümumi sahəsi olan sexin yanğın baş verən 2-ci və 3-cü sexlərinin 875 kv m olan hissəsi təmirə məruz qalmışdır.

22. Məhkəmə kollegiyası tədqiq olunan rəydə ekspertin gəldiyi həmin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirmişdir. Belə ki, avtoservisin yanğın nəticəsində itkiyə məruz qalmış sahələri işə əlavə olunmuş ilkin fotoşəkillərindən də aydın görünür. Bundan əlavə, sığorta şirkətinin hazırkı mərhələdə məhkəməyə təqdim etd iyi 22.12.2020-ci il tarixli 684 saylı müstəqil məhkəmə ekspert rəyinə gəldikdə isə həmin rəydə ekspertin tərtib etdiyi smetada havalandırma sisteminə qiymət verilməmişdir.

23. Cavabdehin istinad etdiyi müstəqil ekspert rəyini verən ekspertlər - Şükür Hüseynovun və tikinti mühəndisi XXin isə özəl məhkəmə ekspertləri kimi dövlət reyestrində qeydiyyata alınmaları, başqa sözlə onların rəy vermək səlahiyyətinə malik olmalarını təsdiq edən sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, həmin rəydə gəlinmiş nəticələrin mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul edilməsi istisna olunur.

24. Cavabdehin ilk öncə iddiaçıya 5.200,00 manat məbləğində sığorta ödənişi təklif etməsi, hazırkı mərhələdə isə qeyd olunan müstəqil məhkəmə eksperti rəyini təqdim etməklə, həmin rəydə yanmış qeyri- yaşayış sahəsinə çəkilən xərcin 70.263,00 manat təşkil etməsini mübahisələndirməsi nəzərə alınsa, onun bütün bu qeyrisəmimi hərəkətləri sığorta ödənişindən əsassız olaraq imtina etdiyini deməyə əsas verir. Ən azından, onun istinad etdiyi müstəqil məhkəmə ekspert rəyi ilə razılaşdığı 70.263,00 manat zərər məbəlği ilə birinci instansiya məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində havalandırma sistminə qoyulan 31.500 manat məbləğində qiymətlə toplandıqda, 100.000 manatdan yuxarı olan bir məbləğ alınır.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, havalandırma sistemi mübahisəli qeyriyaşayış sahəsinin əsas elementlərindən biri olmasını mübahisələndirmək heç ağlabatan deyil. Çünki, təmirə ehtiyacı olan avtomobillərin matorlarının çalışması nəticəsində insan sağlamlığına zərə rli olan işlənmiş qazların istehsalat sahəsindən xaric edilməsi və havanın zərərli qazlardan təmizlənməsi avtoservis binası üçün əsas və vacib meyarlardan biridir. Müasir istehsalat zərurəti daxilində wi-fi avadanlığı, habelə, yanğından mühafizə “şitləri” də bu qəbildən olan elemətlərdən sayılır. Bu baxımdan, həmin eləmentləri kimi qeyriyaşayış sahəsinin elementlərinə aid edilməməsi mümkün ola bilməz.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 922.1-ci, “İcbari siğorta haqqında” Qanunun 35.1, 35.4, 36.1, 39.1.2, 39, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 27. 2021-ci il 16 iyun tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri: 28. “İcbari sığorta haqqında “ Azərbaycan Respublikası Qanunun 35.1 və 35.4-ci maddələrinin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığorta təminatı yalnız daşınmaz əmlak ilə bağlı verilir. Ekspert rəyində göstərilən havalandırma sistemi, avtoservisdə istifadə edilən suvurma sistemi, siqnalizasiya və internet avadanlığı olan daşınar əmlaka təminat verilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən normada yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin qeyd ediləməsinə istinad edərək, həmin normanın qeyr-yaşayış sa hələrinə aid edilməməsini əsas gətirmişdir. Lakin qeyr-yaşayış obyektlərin icbari sığortası hansı maddi normaları ilə tənzimlənməsini də qeyd etməmişdir.

29. MPM-nin 102-ci maddəsinə və 17058 saylı 2019-cu il 28 avqust tarixli ekspert rəyində olan nöqsanlara əsaslanaraq cavabdeh tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilmişdir. 1 saylı Bakı inzibati-iqtisad məhkəməsinin hakimi Səbinə Nuriyevanın 2019-cu il 08 oktyabr tarixli qərardadına əsasən qeyd edilən iş üzrə məhkəmə-texniki ekspertizasının keçirilməsi təyin edilmişdir. X1 tərəfindən 2019-cu il 18 noyabr tarixində iş üzrə rəy verilməsi üçün tədqiqat obyektinə baxiş keçirilməsi barədə 28250 nömrəli vəsatət verilmişdi. Lakin hakim qeyd edilən vəsatətin icrasını təmin etməmişdi və ekspert Xəyyam İsgəndərov məhkəmə ti kinti-texniki ekspertizası keçirilməsi barədə 2019-cu il 08 oktyabr tarixli qərardadı icra etmədən mülki işi geri qaytarmışdır. Buna baxmayaraq iş üzrə icraat təzələnmişdir.

30. Qeyd edilən pozuntuların aradan qaldırması məqsədi ilə apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə baxılması zamanı təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilsə də təmin edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi «Müstəqil Məhkəmə Ekspertiza Mərkəzi» tərəfindən verilən rəy ağlabatan dəlil gətirilmədən nəzərə alınmamışdır.

31. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 125.2, 127.7, Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 14.1, 81, 88, 97.1, 217, “İcbari siğorta haqqında” Qanunun 35.1, 35.4-cü mad dələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. II. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh kassasiya şikayətinin nəticə hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xa hiş etsə də, cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, iddiaçı kassasiya şikayəti verməmişdir. Başqa sözlə, məhkəmə qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası “İcbari siğorta haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.... 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid bor ulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir....” “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi;..” “Maddə

39. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri 39.1. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:... 39.1.2. Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texnik i vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində”. “Maddə

41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir”.

38. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pr insipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsin ə təqdim edilir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda iddianın qismən təmin edilməsi barədə məhkəmələrin gəldikləri nəticə MM-in 922.1-ci və «İcbari sığorta haqqında» Qanunun 35.1, 36.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur. 41.Cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar ekspertizanın keçirilməməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 18-ci maddəsi).

42. Hazırki halda, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə 2019-cu il 28 avqust tarixli, 17058 saylı rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Bu isə istinad olunan hüquq normalarının tələblərinə görə, təkrar ekspertizanın keçirilməsini istisna edir.

43. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiyməldəndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir.

44. Cavabdehin kassasiya şikayətinin digər dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 18-25). Kollegiya hesa b edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 45.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli, 2-2(103)-318/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar