Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-364/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-2(103)-150/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı i craat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2010-cu il 11 fevral tarixli, 1856/1175/03 kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitinin alınması məqsədi ilə borc alana 24 ay müddətinə 1.143.000 manat məbləğində kredit ayrılmasını öhdəsinə götürür. Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. 2. 2022-ci il 14 fevral tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 2019-cu il 8 aprel tarixindən 2022-ci il 14 fevral tarixədək əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 155.552,72 manat borcu vardır. 3. 2012-ci il 14 mart tarixli, 02-2220 nömrəli "xxxx" ASC-nin Bakı şəhərinin notariusu X2 ünvanladığı məktuba əsasən, “Bakı şəhəri, Yasamal rayon u, Dairədən Xaric küçəsində istifadədə olan 0,6393 ha torpaq sahəsində yerləşən 1168,1 kv.m ümumi, 446,9 kv.m əsas, 721,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka yüklülüyündə qalması şərtilə etiraz etmir”. 4. 2012-ci il 14 mart tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı – "xxxx" kiçik müəssisəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2012-ci il 10 mart tarixində verilmiş 11/6538 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində (Qanlı Göl massivinin şimalı) istifadəsində olan 0,6393 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1168,1 kv.m olan qeyri-yaşayış binasını alıcı – "xxxx" MMC-nin m ülkiyyətinə verir. 5. 2021-ci il 21 yanvar tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sifarişçi (borc tələbinin ödənilməsinə) X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində yerləşən qeyri-yaşayış binasını ipoteka saxlayanın tam mülkiyyətinə verməyi, ipoteka saxlayan isə 631.125 manata qiymətləndirilən həmin daşınmaz əmlakı qəbul etməyə razılıq bildirir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda olan 0,077240 ha torpaq sahəsində yerləşən 677,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. 7. 2022-ci il 28 fevral tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı – İddiaçı ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən, ümumi sahəsi 677,8 kv.m olan qeyri-yaşayış binasının 831.700 manata tam mülkiyyət üzrə alıcı – X3 mülkiyyətinə verir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 aprel tarixli, 2(103)3679/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 7 iyul tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X5 və "xxxx" Kiçik Müəssisəsinə qarşı iddiasının qismən təmin edilməsi, kredit müqaviləsi üzrə 808.878 manat əsas, 308.188,83 manat faiz, 111.706 manat dəbbə pulu, cəmi 1.228.772,83 manat borcun "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, t utmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına ilkin satış qiymətinin 990.000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 8 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 2010-cu il 11 fevral tarixli kredit müqaviləsi üzrə 2019-cu il 8 aprel tarixindən 2022-ci il 14 fevral tarixədək illik 5 faizlə hesablanmış 155.552,78 manat məbləğində əldən çıxmış fayda olan borcun, 45.55 manat ödənilmiş dövlət rüsumunun və 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2010-cu il 11 fevral tarixli, 1856/1175/03 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 %-lə 24 ay müddətinə 1.143.000 manat məbləğində kredit götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 8 aprel tarixli, 2(103)-3679/2019 saylı qətnaməsi ilə "xxxx" ASC-nin (iddiaçı İddiaçı ASC) cavabdehə və qeyrilərin ə qarşı iddia tələbi qismən təmin edilərək, cəmi 1.228.772,83 AZN məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda 2010-cu il 11 fevral tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 2019-cu il 8 aprel tarixindən 2022-ci il 14 fevral tarixədək illik 5 faizlə hesablanmış 155.552,78 manat məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alanın üzərinə götür düyü öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi im kanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir.
11. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 467, 501-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına istinad edilmişdir.
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli, e-2-2(113)-3976/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin hallarına və tərəflər arasında bağlanmış 2010-cu il 11 fevral tarixli, 1856/1175/03 №-li kredit müqaviləsinə əsasən 1.143.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit öhdəliklərinin icrasının təminat üsulu kimi sonrakı ipoteka müqaviləsi müəyyən olunmuşdur. İpoteka müqavilələrinə əsasən 2 ipoteka predmeti öhdəliklərinin icrasının təminat üsulu kimi göstərilmişdir: X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası və "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binası. Sonradan "xxxx" ASC notariusa ünvanladığı 2012-ci il 14 mart tarixli, 02-2229 №-li məktubla ipoteka predmetlərindən biri olan "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasının ipoteka yüklülüyündə qalmaq şərtilə və banka olan 1.450.000 manat məbləğində kredit və faiz borcunun kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq ödənilməsi şərtilə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlanmasına etiraz etmədiyini bildirmiş və 2012-ci il 14 mart tarixli alqı-satqı müqaviləsinə əsasən əmlak sonuncuya 1.450.000 manata satılmışdır.
15. Sonradan öhdəliklər icra olunmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 aprel tarixli, 2(103)-3679/2019 saylı qətnaməsinə əsasən kredit müqaviləsi üzrə 808.878 manat əsas, 308.188,83 mana t faiz, 111.706 manat dəbbə pulu, cəmi 1.228.772,83 manat borcun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına ilkin satış qiymətinin 990.000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550.000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qismən, yəni kredit borcunu n ipoteka predmetlərindən biri olan X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına münasibətdə icra olunmuş, 2021ci il 21 yanvar tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən 631.125 manat qiymətlə iddiaçı tərəfindən alınmışdır. Lakin qətnamə digər hissədə, yəni Bakı şəhəri, Yasamal rayonu Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına münasibətdə icra olunmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisi dəyişsə də, iddiaçının ipoteka hüququ hal-hazırda da saxlanılmışdır, borcun həmin əmlaka yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur və “İpotek a haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinə əsasən həmin ipoteka predmetinin satışından götürülən məbləğ tələbin ödənilməsi üçün yetərli olmadığı halda o, çatışmayan məbləği borclunun başqa əmlakından almaq hüququna malikdir.
17. Lakin iddiaçı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda, kredit müqaviləsi üzrə qalıq borc olan 597.647,83 manat məbləğində pul vəsaitinin 2-ci ipoteka predmeti olan "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuş, sonradan isə bankın razılığı ilə "xxxx" MMC-yə satılmış Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi ilə bağlı heç bir prosessual hərəkət aparılmamışdır.
18. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının MM-in 445.7-ci maddəsinin tələbinə əsaslanaraq illik beş faiz məbləği tələb etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra olunaraq hər 2 ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda əsaslı ola bilərdi. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
19. Məhkəmə öz mövqeyini MM-in 269.7, 274.1, 279, 294.1, 294.1.1, 295, 319.1, 427.3, 442.1, 445.7, 739-cu; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4, 47.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli “Azərbaycan Respublikasının MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı 2022-ci il 5 dekabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli, e-2-2(113)-3976/2022 saylı qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-2(103)-150/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli, e-2-2(113)-3976/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
22. Apellyasiya instansiyası mə hkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı işin hallarına əsasən, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmiş mövqeyə uyğun olaraq məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir.
24. Belə ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi mövcud olduğu halda 2-ci ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası məhz iddiaçı bankın razılıq ərizəsi əsasında "xxxx" MMC-yə satılmış və buna görə də, həmin əmlaka tutmanın yönəldilməsi ilə bağlı heç bir prosessual hərəkət aparılmamışdır.
25. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 aprel tarixli, 2(103)-3679/2019 nömrəli icra sənədinin hissəvi icrasında, yən i Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməməsində cavabdehin hərəkət və ya hərəkətsizliyi olmamışdır.
26. İddiaçı tərəfindən həmçinin cavabdehin təqsirli hərəkətləri ilə bağlı da hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Ona görə də, həmin icra sənədinin hazıradək tam icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır.
27. Göründüyü kimi icra sənədinin hissəvi hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır. Bu baxımdan kollegiya hesab etmişdir ki, MM-in 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsinin təl əb edilməsi əsassızdır.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 443.1, 445.7-ci maddələrinə; “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 17 mart tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
30. İddiaçı 2023-cü il 14 aprel tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 7 mart tarixli, 2-2(103)-150/2023 saylı qətnaməsini ləğv edərək iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri
31. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur – cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 2010-cu il 11 fevral tarixli, 1856/1175/03 №-li kredit müqaviləsi illik 18 faizlə 24 ay müddətinə bağlanmış və bu müddət ərzində cavabdeh tərəfindən kreditin tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır.
32. MM-in 449.3-cü maddəsinin tələbi pozulmuşdur – kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmaması banka xeyli miqdarda zərər vurmuşdur. Bu isə özlüyündə kreditorun, yəni bankın ona dəymiş zərəri tələb etmək hüququnu yaratmışdır.
33. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur – iddiaçı tərəfindən məhkəmə qətnaməsin in icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamışdır. Nəticədə isə bankın hüquqları kobud surətdə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi əmlakın 2012-ci il tarixində satılması ilə bağlı təqdim olunmuş sübutlara qiymət verməmişdir. 34. 2010-cu il 11 fevral tarixli kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilmədiyindən iddiaçı tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3718/20217 saylı, 2017-ci il 7 iyul tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş iddianın qismən təmin edilməsi barədə 2019-cu il 8 aprel tarixli, 2(1 03)-3679/2019 saylı qətnamə icraya yönəldilsə də, cavabdeh hazırkı dövrə kimi həmin qətnamənin icrasına maneə yaratmış və qətnaməni icra etməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-150/2023 saylı qətnaməsində cavabdehin icra sənədinin hissəvi hərəkətsiz qalmasında təqsiri olmadığı qeyd edilmişdir ki, bu hissədə də məhkəmənin yanlış qənaətə gəldiyi aydın şəkildə görünməkdədir. Belə ki, məhkəmə qətnaməsinə əsasən həmin əmlaka tutma yönəldilən zaman müvafiq qaydada hərrac keçirilmiş, lakin əmlakın bankın mülkiyyətinə keçirilməsilə bağlı hərəkətlər aparılan zaman müəyyən edilmişdir ki, əmlak cavabdehin mülkiyyətində deyildir və 2012-ci il tarixində alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Məhkəməyə təqdim edilmiş 2012-ci il 14 mart tarixli, AN-İ № *** **** saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bank Çənlibel kiçik müəssisəsinin istifadəsində olmuş, Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində 0.693 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1168.1 kv.m olan qeyri-yaşayış binasını 2012-ci il 14 mart tarixli, 02-2220 saylı razılıq məktubuna əsasən Xaliq Faiqoğlu MMC-yə satılmasına razılıq vermişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa əsasən, 350.000 manat məbləğində vəsait həmin tarixdə əmlakın satılması ilə əlaqədar olaraq cavabdehin kredit müqaviləsi üzrə borcundan silinmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin ipoteka predmeti olduğu halda həmin əmlakın hərracdan satılması hesabına borcun ödənilməsi barədə dəlilləri tamamilə əsassızdır.
36. Artıq məhkəmənin istinad etdiyi ə mlak 2012-ci il tarixində satılmışdır və həmin əmlakın bankın mülkiyyətinə keçirilməsi və borcdan silinməsi qeyri-mümkündür. Məhkəmə bu zaman cavabdeh təşkilatın məsuliyyətinin və təqsirinin olmamasını qeyd etmişdir, lakin məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsinə əsasən, müqavilə tərəflərindən biri cavabdehdir ki, bu da artıq onun həmin əmlakın satılması barədə məlumatlı olmasını, birbaşa müqavilə tərəfi olmasını və borcun tutulması ilə bağlı məhkəmə prosesi davam edən zaman məqsədli olaraq bu halı gizlətməsini, bununla da əsassız olaraq tutulmuş borc məbləğinin güya ipoteka predmeti olan əmlak hesabına silinməsi hesabına ödənilməsini güman etdiyini və məqsədli olaraq məhkəmələri yanıltdığını və təqsirli olduğunu sübut etmişdir. Eyni zamanda, cavabdehin qətnaməni qərəzli formada ic ra etməməsi Yasamal Rayon Məhkəməsinin 3(004)-4084/2022-ci il tarixli, 2022-ci il 31 avqust tarixli qərarı ilə cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilməsinə əsasən də təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin bu halların heç birinə lazımi qaydada qiymət verməməsi, yalnız ipoteka predmeti olduğu halda yönəltmə olmaması və bunun əsasında borclunun təqsirsiz olmasını qeyd etməklə kifayətlənməsi isə onun işi kifayət qədər araşdırmamasını, iş materiallarına əlavə edilmiş sübutları lazımi qaydada tədqiq etməməsini və qiymətləndirməməsini göstərmişdir ki, bu da nəticədə bankın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətb iq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanı n) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə
274. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsinin nəticələri 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir....” “Maddə
279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir “Maddə
294. Girova xitam verilməsi... 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə...” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
427. Öhdəliy in icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Mad də
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-2(103)150/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikay əti təmin edilməməlidir.
44. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında kredit müqaviləsi bağlanmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
45. Eyni zamanda, "xxxx" ASC 2012-ci il 14 mart tarixli, 02-2220 nömrəli məktubla “Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində istifadədə olan 0,6393 ha torpaq sahəsində yerləşən 1168,1 kv.m ümumi, 446,9 kv.m əsas, 721,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutmanın yönəldilməsi qət olunmuş ipoteka predmetlərindən biri) ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə etiraz etməmişdir.
46. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisi dəyişsə də, iddiaçının ipoteka hüququ saxlanılmışdır və borcun həmin əmlaka yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
47. Odur ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 aprel tarixli, 2(103)-3679/2019 nömrəli icra sənədi üzrə tutmanın Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməməsində cavabdehin hərəkət və ya hərəkəts izliyinin olmaması qənaətinə gəlməklə, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu zaman onu da nəzərə almışdır ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının kassasiya şikayətində cavabdeh tərəfindən icranın yubadılması ilə bağlı “ipoteka predmetinin alqı-satqısının 2012ci ildə həyata keçirilməsi”nə dair qeyd etdikləri də əsaslı hesab edilə bilməz. Belə ki, ipoteka predmetinin ipotekada saxlanmaq şərtilə özgəninkilə şdirilməsi məhz ipoteka saxlayan olaraq iddiaçı Bankın razılığı əsasında həyata keçirilmiş, iddiaçı da cavabdeh kimi 2012-ci ildən alqı-satqı barədə məlumatlı olmuşdur.
49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli, 2-2(103)-150/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
51. Bakı Ape llyasiya Məhkəməsinin X1 2023-cü il 7 mart tarixli, 2-2(103)-150/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.