Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-365/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-365/2021 Bakı şəhəri 2021-ci il 2 sentyabr Açar sözlər: kredit müqaviləsi üzrə tələbə iddia müddətinin tətbiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviç ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən borcun tutulmas ı” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(107)-31/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış 2014-cü il 16 may tarixli, 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14.000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafasında nəzər də tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi cərimə və vaxtı keçmiş kredit üzrə 12 faiz ödəyir. 2. 2014-cü il 16 may tarixli, 179/14/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq müqavilədə göstərilmiş Cavabdeh mülkiyyətində olan və İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 9, mənzil 13 ünvanında yerləşən mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 18.000 manat qiymətləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonr a mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 14.000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 2108,78 manat olmaqla cəmi 19.947,28 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə oluna n vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış 2014-cü il 16 may tarixli,179/14/SKMF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 6 faiz ödənilmək şərti ilə heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 14.000 manat kredit verilmiş, həmçinin kredit müqaviləsinin təminatı olaraq cavabdehlə ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əs asən, cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, e-2-2(117)-7/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Rüfət Məcidov).
6. Həmin məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 14.000 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırki mübahisə yara nmışdır və iddiaçının tələbi əsas borca münasibətdə əsaslı olmuşdur. Lakin iddiaçı və cavabdeh arasında bağlanmış 2014-cü il 16 may tarixli kredit müqaviləsinin müddəti 2017-ci il 16 may tarixində bitmişdir. İddia müddətinin axımı isə 2017-ci il 16 may tarixində başlamış və 2020-ci il 16 may tarixində bitmişdir. İddiaçı hazırki tələblə ilk dəfə 2020-ci il 28 iyul tarixində məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən, bitmiş iddia müddətinin axımına təsir etməmişdir. İddiaçının 2020-ci il 28 iyul tarixli iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra iddiaçı 2020-ci il 7 sentyabr tarixində məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təq dim etməmişdir. Məhkəmə hesab etmişdir ki, əsas borc üzrə iddia tələbinə iddia müddəti tətbiq olunduğundan, cərimə və faiz borclarının əsaslılığının araşdırılmasına ehtiyac qalmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 386.1, 442, 445.2, 448, 739.1, 739.2, 373.2, 375.1, 375.2, 376, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
9. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli, 2-2(107)-31/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Gündüz Abbasov, hakimlər Mirbahəddin Hüseynov və Elçin Hüseynov).
10. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edil məlidir. Azərbaycan Respublikası MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
11. Hazırki halda müqavilə öhdəlikləri üzrə icra müddəti bitmiş və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum olmuşdur. Lakin iddiaçı cavabdeh tərəfindən borcun tam ödənilmədiyini bildiyi halda, məhkəməyə yalnız 2020-ci il 28 iyul tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Covid-19 pandemiyası ilə əlqədar sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi elektron kabinet vasitəsi ilə müraciət edilməsinə məhdudiyyət yaratmamışdır. İddiaçı müəssisənin işlərinin həcminin çoxluğu isə müddətin ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 378, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 22 aprel tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
14. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanında banklara Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsini bağlanılmasının təklif olunması, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasının təmin edilməsinə dair tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Tə rəflər arasında bağlanmış kredit müqaviləsi həmin Fərmanın təsir dairəsinə düşdüyündən, iddiaçı məhkəməyə sənədlərin hazırlanmasını dayandırmışdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli qərarına əsasən karantin rejimi tətbiq edilmiş və qərarın 2 nömrəli əlavəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu məlumatları işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısında yer almışdır. Bu səbəbdən, onun yalnız bir əməkdaşının adı portala daxil edilmiş, icraatda iş sayı çox olduğundan iddia müddəti ötürülmüşdür.
17. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərə k, təmin olunmasını xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). III. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbayc an Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qayd ası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli old uğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.” “Maddə
384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsı z sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarı: “... Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın möv cudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə gö rə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)...”
26. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflər arasında bağlanmış 2014-cü il 16 may tarixli 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2014-cü i l 16 may tarixli 179/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş cavabdehin mülkiyyətində olan və İsmayıllı şəhəri, H.Əliyev pr., ev 9 mənzil 13 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən, müqavilə öhdəliklərinə əməl edilməmiş, tələb olunan borc yaranmışdır. İşə baxılarkən, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.
29. İşə baxmış məhkəmələr tərəfindən iddianın qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılması müəyyən edilmiş və iddia təmin edilməmişdir.
30. İddiaçı kassasiya şikayətində iddia müddətinin ötürülməsini mübahisələndirməmiş, lakin bunun üzrlü - koronovirus (Covid-19) infeksiyasının iş rejimində yaratdığı məhdudiyyətlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respubli kasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsir dairəsinə düşməsi və Fərmanın 6-cı bəndinə əsasən məhkəmələrdə olan işlərin geri çağrılması səbəbindən baş verdiyini göstərmişdir.
31. Əvvəla qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır.
32. Bundan əlavə, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Odur ki, MM-in iddia müddətinin bərpasını nəzərdə tutan 382-ci maddəsi (bax yuxarıda 24-cü bənd) hüquqi deyil, fiziki şəxsin şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbinin məhkəmə tərəfindən üzrlü sayıldığı müstəsna hallarda pozulmuş hüququ müdafiə edilməsini müəyyən edir.
33. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının 6-cı bəndinə istinadına gəldikdə, həmin bəndə əsasən, öhdəliklərin icrası üçün hər hansı möhlət verilməsi nəzərdə tutulmamış, banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni g üzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədəolan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir.
34. Həmçinin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 27 mart ********** saylı “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
35. Göründüyü kimi, iddiaçı 2019-cu ilin dekabrın 31-dək, cavabdehin kredit borcunun restruktrizasiya edilməsi məqsədilə banka müraciət etməməsini nəzərə alaraq, həmin tarixdən sonra kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət edə bilərdi.
36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 37.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə ko llegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(107)-31/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.Y.Şamayev