Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-365/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə əldən çıxmış fayda, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC qarşı “kredit müqaviləsi üzrə borcun əmlaklara yönəldilməklə tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-2(103)-234/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında 2011-ci il 1 aprel tarixində 10770 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC-yə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi məqsədilə zəruri olan texnikanın gətirilməsi üçün illik 16 % tətbiq edilməklə, 36 ay müddətinə 5.770.000 manat məbləğində kredit xətti açılmışdır. 2014-cü il 9 aprel tarixində müqaviləyə 1 saylı əlavə edilərək müqavilənin müddəti 36 ay uzadılmaqla, kredit vəsaitindən istifadə müddətinin 2017-ci il 11 aprel tarixində bitməsi razılaşdırılmışdır. 2011-ci il 1 aprel tarixli 10770 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilmə üsulu kimi Nümayəndə2 mülkiyyətində olan Bünvanda yerləşən, ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (X2) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının və Nazirləri Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. 3. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 2017-ci il 21 aprel tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101S nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxsus problemli aktivlərin bankdan satın alınmasnı və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda, bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 16 sentyabr tarixli 2(001)111/2019 saylı qətnaməsi ilə İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh MMC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Nümayəndə2 qarşı “kredit və zaminlik müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə da ir iddiası qismən təmin edilmiş, 2.295.404,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməsi, tutmanın Nümayəndə2 məxsus, ipoteka ilə yüklü edilmiş ünvanında yerləşən, ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“X2”) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 5.800.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına 2.295.404,07 manat məbləğində borcun ödənilməsi, ünvanında yerləşən, ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (X2) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ö dənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 21 may tarixli 2(103)4558/2021 nömrəli qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 16 sentyabr tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilmiş, faiz borcunun tutulması barədə tələb qismən təmin edilmiş, faiz borcu kimi 965.174, 24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi, iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi qət olunmuşdur.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2(102)-14/22 saylı qərarı ilə İddiaçı QSC BOKT cavabdeh Nümayəndə2 və digərlərinə qarşı işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 21 may tarixli 2(103)-4558/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT və cavabdeh X1 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2021-ci il 21 may tarixli 2(103)-4558/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı ş əhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun 2022-ci il 12 aprel tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 may tarixli 2(103)- 4558/2021-002 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
8. İddiaçı QSC BOKT tərəfindən 2022-ci il 19 iyul tarixində Cavabdeh MMC-yə pretenziya məktubu göndərilərək məhkəmə qərarları ilə təsdiq edilən borcdan 1.542.989,74 manat əldən çıxmış fayda və zərərin 5 gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı QSC BOKT (bundan sonra - "iddiaçı") 2022-ci il 19 avqust tarixində Cavabdeh MMC-yə (bundan sonra - "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2011-ci il 1 aprel tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2017-ci il 11 aprel tarixindən 2022-ci il 10 may tarixinədək 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.085.949,29 manat məbləğində əldən çıxmış faydanın, əsas borca Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli Fərmanlarına əsasən iddiaçı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457.040,45 manat məbləğində zərərin, həmçinin ödənilmiş 1.561,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.544.551,24 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; b orc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2011-ci il 1 aprel tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehə 2017-ci il 11 aprel tarixindən 2022-ci il 10 may tarixinədək məhkəmə qərarları ilə təsdiq edilmiş 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən əldən çıxmış fayda və dəymiş zərərin iddiaçıya qaytarılması mümkün deyil və o, borcun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz etmir. Buna görə də qeyd edilən borcun hüquqi şəxsə məxsus daşınar və daşınmaz əmlaklara, bank hesablarındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır.
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında 2011ci il 1 aprel tarixli 10770 saylı kredit müqaviləsi üzrə 2016-2022-ci illərdə məhkəmə mübahisələri olmuş və hazırkı mübahisəyə məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Həmçinin iddiaçıya cavabdehin "xxxx" ASC-yə olan 4.484.575,58 manat borc üzrə tələb hüququ keçdiyindən hazırda iddiaçı yaranmış borca görə əldən çıxmış fayda və zərər tələbinə dair iddia ərizəsi ilə iddia qaldıra bilməzdi.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli e-2-2(113)-4879/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).
13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müq avilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Bu səbəbdən məhkəmə cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməli olması qənaətində olmuş və bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsirinin müəyyən edilmədiyini bildirmişdir.
14. Məhkəmə bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2019-cu il 16 sentyabr tarixli 2(001)-111/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən şikayət verilməmiş, qətnam ə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır.
15. Bundan başqa, "xxxx" MMC tərəfindən Xəzər rayon icra şöbəsinə göndərilmiş 2022-ci il 26 sentyabr tarixli, 348 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 may tarixli 2(103)-4558/2021-02 saylı icra vərəqi və Xəzər rayon icra şöbəsinin 2022-ci il 7 sentyabr tarixli 2412Q saylı sifariş məktubuna əsasən Nümayəndə2 məxsus ünvanında yerləşən ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinin (X2) dəyərinin yüksəkliyini və işin həcmini nəzərə alaraq qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün qısa müddət ərzində mütəxəssis dəvət edilməsi və texniki pasportun işə əlavə olunması xahiş olunmuşdur.
16. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2022-ci il 27 sentyabr tarixli 13507 12Q nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin, dəqiq sərhədlərinin müəyyən olunması üçün mütəxəssis dəvət olunması ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda, həmin əmlak kompleksinə dair sənədlərin əldə olunması üçün müvafiq sorğular göndərilmişdir.
17. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş məktubda göstərilmişdir ki, Nümayəndə2 məxsus ünvanında yerləşən ümumi sahəsi 1.602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün mütəxəssis iştirakının təmin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. 18. "xxxx" MMC tərəfindən Bakı şəhər, Xəzər rayonu İcra Şöbəsinə göndərilmiş 2022-ci il 28 sentyabr tarixli 349 nömrəli məktubda göstərilmişdir ki, Nümayəndə2 məxsus ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin və dəqiq sərhədlərinin müəyyən olunması üzrə dəvət etdikləri mütəxəssis rəyinin və həmin əmlak kompleksinə dair digər sənədlərin əldə olunması üçün göndərdikləri müvafiq sorğulara cavabın işə əlavə edilərək sifarişin yenidən göndərilməsi üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.3.3 və 61.3.4 -cü maddələrinin tələblərinə əsasən sifariş üzrə təyin olunmuş 2022-ci il 29 sentyabr tarixli açıq hərrac təxirə salınaraq sənədlər toplusu icra olunmadan qaytarılmışdır.
19. Beləliklə, məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 may tarixli 2(103)-4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi, icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.
20. Məhkəmə iddia tələblərinin birinci hissədə əsassız hesab edilərək təmin edilməməsi qənaətinə gəldiyindən iddia tələbini digər hissələrində də əsassız hesab edərək həmin hissələrdə əlavə əsaslandırılma aparılmasına zərurət görülmədiyini bildirmişdir.
21. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 21.1, 425.1, 425.2, 445.7, 449.1, 449.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin şikayəti üzrə” 2021-ci il 14 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-2(103)-234/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş mövqeyindən də göründüyü kimi, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.
25. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqa vilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
26. Bu səbəbdən, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməli olması qənaətinə gəlmiş, bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2021-ci il 21 may tarixli 4558/2021-002 saylı icra sənədi cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır.
27. Bu baxımdan, MM-in 21.2, 443.1, 445.7 və 449.1-ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin və zərərin əvəzinin ödənilməsinin tələb edilməsi əsassız olmuşdur.
28. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 21.2, 443.1, 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və apellyasiya məhkəməsind ə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşi etirazin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 2014-cü il, 24 dekabr tarixli Qərarı, MM-in 21. 1, 21.2, 399.3, 399.4, 445.1,445,2, 445.7, 448.1, 448,2, 449.1, 449.3, 449.4-cü maddələri üzrə – Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi hüquq normalarının tələbləri pozulduğuna və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqelər tam nəzərə alınmadığına görə, həmin qətnamə ləğv edilməli və iddiaçının tələbi təmin edilməlidir. İddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tələbindən də göründüyü kimi, iddiaçı cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra 2017-ci il 11 aprel - 2022-ci il 10 may tarixinədək dəymiş zərər və əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş maliyyə arayışında və iddia ərizəsində dəymiş zərərin və əldən çıxmış faydanın məbləğləri əks edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesab lanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zərərin tərkibinə həm MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi, həm də 449.1-ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm MM-nin 21.2-ci maddəsinə əsasən kreditorun, vəsaitindən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun, zərərin və əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Cavabdeh 2011-ci il 1 aprel tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2017-ci il 11 aprel tarixindən 2022-ci il 10 may tarixinədək 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərərin ödənilməsini tələb etmək hüququndan istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi səhvən bu nəticəyə gəlmişdir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 21 may tarixli 2(103)-4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə iddiaçı qarşısında məsuliyyət daşımır. Halbuki iddiaçı icra sənədinin icrasından cavabdehin yayınması ilə bağlı deyil, müqavilə öhdəliklərindən əmələ gələn hüquq pozuntularına görə məhkəmədə iddia qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə obyektiv qiymət verməmiş, yaranmış münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normaları bu münasibətlərə tətbiq etmişdir ki, son nəticədə bu da düzgün olmayan bir qətnamənin çıxarılmasına gətirib çıxarmışdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 372.1, 372.6, 372,7, 386-cı maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmiş, qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, eləc ə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-in 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında 2011-ci il 1 aprel tarixli 10770 saylı kredit müqaviləsi üzrə 2016-2022-ci illər tarixində məhkəmə mübahisələri olmuşdur. Sonradan bank hazırkı iddiaçı ilə əvəz olunmuş, iddia tələbi dəyişdirilmiş, iddianın həcmi artırılmış və hazırkı mübahisəyə məhkəmə aktı ilə qiymət verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. İddiaçı göstərmişdir ki, 2017-2022-ci illər ərzində məhkəmə prosesləri keçirildiyindən və borc ödənilmədiy indən həmin müddət cavabdeh ona 1.542.989,74 manat zərər vurmuş, cavabdehin təqsiri ucbatından fayda əldən çıxmışdır. Halbuki iddiaçının məhkəmə aktlarından şikayətləri əsasında dəfələrlə məhkəmə prosesləri keçirilmiş və sonda real borc müəyyənləşərək yekun məhkəmə aktı qəbul edilmişdir. Cavabdehin məhkəmə aktlarından şikayət verərək borcun ödənilməsindən yayınmasına münasibətdə qeyd olunur ki, məhkəmə aktlarından şikayət vermək iş üzrə tərəflərə verilmiş prosessual hüquqdur və bu hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra oluna bilməməsində isə cavabdeh təqsirli olmamışdır. Kassasiya baxişinin hədləri
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olm a müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki: “... Qeyd olunanl arı nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “...kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək ge cikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qa nunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün pul tələbi olaraq 2017-ci il 11 aprel tarixindən 2022-ci il 10 may tarixinədək 2.295.404,07 manat əsas borca: - Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.085.949,29 manat məbləğində əldən çıxmış faydanın; - iddiaçı tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457.040,45 manat məbləğində zərərin tutulmasını xahiş etmişdir.
40. İddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı cavabdehlə onun arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə əvvəllər məhkəməyə müraciət etmiş və ilkin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmiş, qətnamə icraya yönəldilmişdir.
42. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz. Ona görə də Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Əvvəlki məhkəmə mübahisəsi üzrə icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır. Bu baxımdan, MM-in 21.2, 443.1, 445.7 və 449.1-ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin və zərərin əvəzinin ödənilməsini tələb edilməsi əsassızdır.
43. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında əvvəllər mübahisə predmeti olmuş kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə müddətinin 2017-ci il 11 aprel tarixində bitməsi razılaşdırılmışdır.
45. Hazırkı mübahisə üzrə iddiaçı özünün iddia tələblərini sözügedən kredit vəsaitindən istifadə müddətinin bitməsi tarixindən (2017-ci il 11 aprel) 2022-ci il 10 may tarixinədək olan 5 illik dövr üzrə əsaslandırmışdır.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, əvvəlki mübahisə üzrə icra sənədi məhkəmə tərəfindən yalnız 2021-ci il 21 may tarixində verilmiş və həmin icra sənədi üzrə icraata başlamaq haqqında müvafiq icra qurumunun qərarı 2022-ci il 12 aprel tarixində, yəni hazırkı iddia ilə tələb olunan dövrün (tələb dövrünün son tarixi - 2022-ci il 10 may) başa çatmasından cəmi 1 ay əvvəl qəbul olunmuşdur.
47. Beləliklə, hazırkı iddia ərizəsi cavabdeh tərəfindən əvvəlki mübahisə üzrə məhkəmənin verdiyi icra sənədinin icrasının gecikdirilməsi ilə əlaqədar deyil, kreditdən istifadə dövrü bitdikdən sonrakı 5 illik dövr, yəni hələ sözügedən icra sənədi üzrə icraatın başlamadığı dövr üzrə müqavilə öhdəliklərinin pozulması nəticəsində kreditora vurulduğu iddia edilən zərərin əvəzinin tutulması ilə bağlıdır.
48. O da qeyd olunmalıdır ki, hazırkı iddia tələbinə əvvəlki mübahisə üzrə məhkəmə icraatı zamanı artıq hüquqi qiymət verildiyi hazırkı işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
49. Bu təqdirdə isə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr öz araşdırmalarını hazırkı iddianın predmeti və əsasları üzrə aparmamış, müvafiq olaraq maddi hüququn tətbiqində səhvə yol vermiş və yanlış da nəticəyə gəlmişlər.
50. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən dig ər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir.
51. Öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində (bax § 35) öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.
52. Həmçinin MM-in 399.3 və 399.4-cü maddələrinin (bax § 35) tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurta rması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 36) görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
54. Sözügedən mövqenin davamı ki Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında (bax § 37) vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məh rum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
55. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 38) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
56. Odur ki, kassasiya şika yəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 2-2(103)-234/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
57. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, yuxarıda göstərilənləri nəzərə almaqla, tələb olunan zərərin hüquqi əsaslarını, mövcud olub-olmamasını, davam etdiyi dövrü və həcmini düzgün müəyyən etməli, iddia tələblərinə qanuni və əsaslı hüquqi qiymət verməlidir.
58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC BOKT-un kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 mart tarixli 22(103)-234/2023 saylı qətn aməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.