Məhkəmə qərarları › İş №2-2(102)-365/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-365/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-365/2024 16.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması, kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X2 məruzəsi ilə, hakimlər Elşanə Rafiq qızı Vəliyeva və X3 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “iddiaçı”) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı “kredit borcunun qa ytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-64/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında tərtib edilmiş (imzalanmış və möhürlənmiş) 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabehə 12 ay müddətinə illik 6% dərəcəsilə 19.680.909 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edib, ondan 1.2-ci bəndlə müəyyən olunan məqsəd (dövriyyə vəsaitlərinin artırılması) üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

2. Kreditin verilməsi və ödən ilməsi ilə bağlı müqavilənin müvafiq bəndlərində aşağıdakı şərtlər nəzərədə tutulmuşdur: - Müqavilənin 2.4.12-ci yarımbəndində göstərilən vəzifə kredit alan tərəfindən icra edildikdən sonra, kredit kredit verən tərəfindən bankda onun üçün açılan ssuda hesabına köçürülməsi yolu ilə verilir (3.2-ci bənd). - Kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq müddətin sonunadək kredit verənin hesabına nağd və köçürmə yolu ilə müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənilməlidir (3.3-cü bənd). - Kredit verən krediti, faziləri və kredit alana qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bilər (3.9-cu bənd). - Kredit alan tərəfindən müqavilənin 3.3. və 3.6 bəndləri ilə müəyyənləşdirilən vəzif ələr tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiqlənən ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir (7.4-cü bənd).

3. İddiaçının təqdim etdiyi 2019-cu il 29 mart – 2021-ci il 6 sentyabr dövrlərini əhatə edən hesabdan çıxarışa əsasən, 2019-cu il 29 mart tarixində 19.680.909 ABŞ dolları məbləğində vəsait cavabdehin cari hesabına köçürülmüş və həmin tarixdə digər bank hesabına transfer edilmişdir.

4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 2 fevral tarixli pretenziya məktubunda 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə cəmi 22.639.059,08 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.680.909 ABŞ dolları əsas, 1.184.134,69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22.639.059,08 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam icra etsə də, cavabdeh öhdəliklərini yerinə yetirməmiş, borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, borcun qaytarılmas ını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən 2021-ci il 3 fevral tarixli maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh borcu ödəniş cədvəlinə uyğun qaytarmış olsaydı, bank öz fəaliyyətində həmin vəsaitdən istifadə edərək, mənfəət əldə edə bilərdi.

7. Cavabdehin nümayəndəsi və vəkili izahatında iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında imzalanmış əqd etibarsızdır. Belə ki, cavabdeh iddia tələbində qeyd edilən məbləği almamışdır. 20.000.000 ABŞ dolları məbləğində kreditin heç bir zamin və ya girov olmadan verilməsi əqdin etibarsız olmasını daha da möhkəmləndirir. Bu faktın əksinin təsdiqlənməsi üçün bank tərəfindən kreditin ödəni ş cədvəli, ssuda hesabından çıxarış, hesabdan çıxarışda göstərilən məbləğlərin çıxışını təsdiq edən qəbzlər (ödəniş tapşırığı və kassa məxaric orderləri), müşahidə şurasının kredit ayrılmasına dair qərarı, Kredit komitəsinin və İdarə heyətinin kreditin verilməsinə dair qərarı məhkəməyə təqdim edilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin (hakim X9) 2021-ci il 23 sentyabr tarixli e-22(113)-3028/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini po zmuş və nəticədə iddiaçıya müqavilənin bitdiyi tarixə tələbdə qeyd olunan məbləğlərdə əsas, faiz, cərimə borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə illik 5 %-lə hesablanmış faiz borcu yaranmışdır.

10. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 442, 443.1, 445.2, 445.7, 448.1, 462.1, 739-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad edilməklə əsaslandırılmışdır.

11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdu r. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il 18 oktyabr tarixli arayışda qeyd edilmişdir ki, tərəflər arasında 2015-ci ildən etibarən müxtəlif tarixlərdə 13 fərqli kredit və kredit xətti müqavilələri bağlanmışdır. Hər növbəti kredit və ya kredit xətti müqaviləsi üzrə ayrılmış vəsait özündən əvvəl açılmış kredit xəttinin bağlanmasına yönəlmişdir. Həmin kredit öhdəliklərindən yalnız 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit xətti müqaviləsi aktivdir. Bu müqavilə üzrə cavabdeh tərəfindən banka heç bir ödəniş edilməmişdir. Digər kredit və kredit xətti müqavilələri üzrə cavabdehin bank qarşısında icra edilməmiş borc öhdəliyi mövcud deyil. 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ olları vəsait 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit öhdəliyinin bağlanmasına yönəlmişdir.

13. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 15 fevral tarixli 9/8041 saylı ekspert rəyinə əsasən, tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Kredit müqaviləsinin 3.9-cu bəndində kredit verənin krediti, faizləri və kredit alana qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iş materiallarında belə bir məlumat, tələbnamə öz əksini tapmamışdır. Göstərilə n hallara əsasən (kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi, sərəncam, ödəniş tapşırığı, tələbnamə olmadan digər kredit borcuna silindiyi nəzərə alınmaqla) hazırkı ekspertiza zamanı borcalana 2019-cu il 29 mart tarixli saziş üzrə ayrılmış 19.680.909 ABŞ dolları kredit məbləği üzrə faiz borcu hesablanıb-hesablanmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. Bank tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında tərəflər arasında rəsmiləşdirilmiş müqavilələr (rəyin tədqiqat hissəsində həmin müqavilələr dəqiq göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqat zamanı qeyd edilən müqavilələrin bir neçəsinin iş materiallarında mövcud olmadığı müəyyən edildi, o cümlədən tərəflər arasında rəsmiləşdirilmiş 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi. Həmin kredit müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin 19.343.149 ABŞ dolları olması qeyd edilmişdir. Hesabdan çıxarış, o cümlədən bank tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində vəsaitin həmin iş materiallarında mövcud olmayan 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X6, hakimlər X5 və X12) 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) və ya onun mövcud olan əvvəlki kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldiyini, ümumiyyətlə həmin pul vəsaitinin cavabdehin sərəncamına verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və bununla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda cavabdeh də bildirir ki, ona həmin m üqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində kredit verilməmişdir.

16. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış, o cümlədən 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində vəsaitin 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir. Cavabdeh isə bildirir ki, tərəflər arasında 024 BFHŞ nömrəli kredit müqaviləsi bağlanmamış və belə müqavilə mövcud olmamışdır. Qeyd olunanların aydınlaşdırılması məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən və iş materiallarından müəyyən edilir ki, tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.9cu bəndində kredit verən krediti, faizləri və kredit alana qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmiş, lakin iddiaçı tərəfindən belə bir məlumat, tələbnamə, sərəncam, ödəniş tapşırığı və s. təqdim edilməmişdir.

17. Ekspert rəyindən də göründüyü kimi, tədqiqat zamanı tərəflər arasında bağlandığı qeyd edilən müqavilələrin bir neçəsinin, o cümlədən 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin iş materiallarında mövcud olmadığı müəyyən edilmişdir. Halbuki iddiaçı hazırkı iddianın əsasını təşkil edən kredit müqaviləsi üzrə verilməli ola n 19.680.909 ABŞ dolları məbləğində vəsaitin məhz 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyini qeyd etmişdir. İddiaçı tərəfə dəfələrlə təklif edilməsinə baxmayaraq, 024 BFHŞ nömrəli kredit müqaviləsinin mövcud olmasını və həmin müqavilənin real icra olunaraq cavabdehə kredit verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi 024 BFHŞ nömrəli kredit müqaviləsinin əslini deyil, kserosurətini məhkəməyə təqdim etmiş və həmin müqavilənin əslini əldə edə bilmədiklərini bildirmişdir. Həmin kserosurət mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki cavabdeh 024 BFHŞ nömrəli kredit müqaviləsinin mövcudluğunu mübahisələndirir və təqdim edilmiş kserosurətə etiraz edərək, müqavilənin əslinin təqdim edilməsini tələb edir, iddiaçı isə müqavilənin əslini təqdim edə bilmir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə ilə eyni tarixdə həmçinin xüsusi qərardad qəbul edilərək, tərəflər arasında imzalanmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən 19.680.909 ABŞ dolları məbləğində vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı bankın əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir.

19. İddiaçı qətnamədən verdiyi kassasiya şikayətində qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (məruzəçi X7, hakimlər Bəhman Fərhad oğlu Qəribov və X1) 2023-cü il 27 sentyabr tarixli 2-2(102)-413/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkməyə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinin 1.2-ci bəndindən görünür ki, sözügedən kredit cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə ayrılmışdır. Göründüyü kimi, cavabdeh özünün biznes fəaliyyətinin yaxşılaşdırılması məqsədilə kredit üçün müraciət etmiş və onunla mübahisəli müqavilə bağlanmışdır. Bununla belə, hazırkı iddia ərizəsi məhkəməyə verilənədək, yəni iki ildən artıq müd dətdə, ayrılmış kreditdən hər hansı vəsaitin müvafiq məqsədlə istifadəsi mümkün olmasa da, cavabdehin banka bu barədə müraciət etməsi, eləcə də sözügedən kreditin onun razılığı olmadan bank tərəfindən digər kredit borcuna yönəldilməsinə hər hansı formada etiraz etməsi iş materiallarından görünmür. Bütün bunlar öz biznesinin inkişafı üçün iri həcmli kreditə ehtiyacı olan cavabdehin hazırkı mövqeyinin əsaslılığına ciddi şübhələr yaradır. Belə ki, dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehin iddiaçıdan faktiki ala bilmədiyi kredit həcmində digər banklardan kredit əldə etməsi iş materiallarından görünmür. Üstəlik, cavabdeh kreditin iddiaçı tərəfindən silindiyi bildirilən 024 BFHŞ nömrəli digər kredit müqaviləsinin bağlanmadığını məhkəməyə bildirsə də, vaxtında bankın bu cür hərəkətlə rinin qarşısının alınmasını, tapşırıqsız (ödəmə tələbnaməsi olmadan) silinən vəsaitin bərpa olunaraq məhz 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ona verilməsini bankdan tələb etməməsi bu şübhələri daha da artırır. Lakin apellyasiya məhkəməsi qeyd olunan məsələlərin, yəni cavabdehin ona ayrılmış kreditin alınması üçün hər hansı aktivlik göstərməməsinin səbəblərini öyrənməyə çalışmamışdır. Halbuki həmin xüsusatlar işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edə bilər.

22. Bundan başqa, “Kredit büroları haqqında” Qanunun 2.0.8, 13.2, 13.2.1, 13.2.2 və 13.2.3-cü maddələrinin məzmunundan aydın olur ki, yalnız məlumat təchizatçıları, kredit tarixçəsinin subyekti deyil, icraatlarında olan işlərlə əlaqədar məhkəmələr də kredit bürosundan kredit hesabatlarını almaq hüququna malik subyektlər, yəni məlu mat istifadəçisi hesab olunurlar. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin kredit tarixçəsi ilə bağlı məlumatların təqdim edilməsini nə iddiaçıya təklif etmiş, nə də özü belə məlumatların alınması üçün tədbir görmüş, mübahisənin həllinə formal yanaşmışdır. Halbuki mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyirci mövqeyi tutmasını şərtləndirmir.

23. Həmçinin yeni apellyasiya baxışında iş üzrə qəbul edilmiş xüsusi qərardad əsasında başlanmış müvafiq cinayət işinin cari vəziyyəti və nəticələri üzrə hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olubolmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində diqqətə alınması imkanları da nəzərdən keçirilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X11, hakimlər X8 və X10) 2024-cü il 14 fevral tarixli 2-2(103)-64/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

25. Məhkəmə kollegiyası birinci apellyasiya icraatında qəbul edilmiş qətnamədəki mövqeləri təkrarlayaraq (bax § 15-17), iddiaçının tərəflər arasında bağlanılmış 2008-ci il 11 fevral tarixli bank hesabı müqaviləsinin 2.1.14-cü bəndinə istinad edərək, müştərinin sərəncamı olmadan hesabından pul tutula bilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, sözügedən müqavilə 2008-ci il tarixdə, hazırkı mübahisənin predmeti olan müqavilə isə 2019-cu il mart ayında bağlanmışdır və aradan 11 ildən çox müddət keçmişdir. Əvvəlki müqavilədə müştərinin sərəncamı olmadan silinmənin aparıla bilinməsi qeyd olunsa da, artıq günümüzə daha yaxın müqavilədə ödəmə tələbnaməsinin olması kimi şərt əlavə edilmişdir ki, bu da işgüzar münasibətlərin illər keçdikcə inkişafından və hüquqi risklərin minimallaşdırılmasından irəli gəlir. Mübahisənin predmeti olan 2019-cu il 29 mart tarixli kredit müqaviləsində bankın krediti, faizləri və kredit alana qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edildiyindən, məhkəmə tərəfindən həmin tələbnamənin qarşı tərəfdən tələb olunması əs aslı olmuş, tələbnamənin olmaması isə silinmənin qanunsuz aparılmasını deməyə əsas vermişdir. Qeyd olunanlar iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də öz əksini tapmışdır.

26. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq tərəflər arasında kredit tarixçəsinə dair məlumatların (kredit müqavilələrinin tarixi və nömrəsi, həmin kredit müqavilələri üzrə cari və ödənilmiş borclar və s.) təqdim edilməsi barədə məhkəmə qərardadının əsasında Azərbaycan Kredit Bürosu tərəfindən ünvanlanmış 2024-cü il 19 yanvar tarixli D0075/24 saylı cavab məktubu ilə cavabdehin Büronun məlumat bazasından çıxarışı təqdim olunmuş və əlavə olaraq bildirilmişdir ki, Büroda məlumat təchizatçılarının (bank, bank olmayan kredit təşkilatı və s.) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların dəqiqliyi Büro tərəfindən yoxlanılmır. Göründüyü kimi, kredit reyestrində borc məbləğinin göstərilməsi hələ həmin kreditin şübhəsiz olaraq borcalan tərəfindən götürülməsi və müqavilənin birmənalı subyekti olması anlamına gəlmir. Çünki qeyd edildiyi kimi kredit bürosu məlumat təchizatçıları, yəni hazırki iş üzrə Bankdan zəruri məlumatları alaraq yalnız texniki formada yoxlamaqla onu reyestrə daxil etməklə məsuldurlar və həmin məlumatların təhrif olunmuş formada təqdim edilməsi məsuliyyəti Bankın öz üzərinə düşür. Ona görə də kredit reyestrində borcun olduğunun göstərilməsi hələ həmin məlumatlara mübahisəsiz etimad edilməsi anlamına gəlməməli və bu hal məlumat təchizatçısı olan Bankı həmin məlumatı büroya təqdim etməsinə əsas olmuş sənədlərin özündə sax lanması məsuliyyətindən azad etməməlidir.

27. Həmçinin, iddiaçı kassasiya instansiyası məhkəməsinə verdiyi şikayətdə bildirmişdir ki, cavabdehin əlavə etdiyi mənfəət vergisi bəyannaməsinə əlavə №1-in 2.2.1.1 bəndindən (bank kreditləri) açıq şəkildə görünür ki, hesabat dövrünün əvvəlinə cəmiyyətin kredit öhdəlikləri üzrə qalığı 61.615.316,83 manat, dövr ərzində cəlb edilmiş ümumi kredit məbləği 61.717.470,06 manat, dövr ərzində kredit öhdəliklərinin icrasına yönəldilmiş ümumi məbləği isə 92.219.268,58 manat təşkil etmişdir və dövrün sonuna kredit borcları üzrə qalıq öhdəlikləri cəmi 31.113.518,31 manat olmuşdur. Göründüyü kimi, cavabdeh vergi orqanına kredit vəsaitlərinin cəlb edilməsini və istifadə edilməsini bəyan etməklə yanaşı, faiz gəlirlərini xərclərə salmış, eyni zamanda, iddiaçıdan aldığı kredit vəsaitini borc vəsaiti kimi göstərmişdir. Kollegiya buna münasibətdə qeyd etmişdir ki, iddiaçının özünün də qeyd etdiyi kimi bəyannaməyə əlavələrdə cəmiyyətin kredit öhdəliklərinin qalıq məbləği ümumi formada göstərilmiş, həmin məbləğlərin konkret olaraq yaranma mənbələri, yəni bağladığı hansı kredit müqavilələrindən dolayı yaranması ilə bağlı qeyd öz əksini tapmamışdır. Bu zaman həmin qalıq öhdəliklərinin məhz iddiaçının cavabdehə verdiyi kredit üzrə ödənilməyən borcdan yarandığını demək düzgün olmaz və sadəcə ehtimallara əsaslanan mülahizə olmuş olar.

28. Kassasiya məhkəməsinin göstərişinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinə müraciət edilmiş, Xidmət tərəfindən xx.xx.2024-ci il tarixli cavab məktubu ilə bildirilmişdir k i, cinayət işinin ibtidai istintaqı zamanı məlum olmuşdur ki, 2014-2019-cu illərdə tərəflər arasında bağlanılmış kredit müqavilələrinə əsasən kreditlərin verilməsi zamanı Bankın kredit portfeilinin sağlamlaşdırılması görüntüsü yaratmaq məqsədi ilə Bankın vəzifəli şəxsləri tərəfindən “Banklar haqqında” Qanununun 40.1-ci maddəsi, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmaqla vəzifə saxtakarlığı edilmiş, əməliyyatların izlənilməsi qaydasına nəzarət funksiyasını həyata keçirən BƏS sisteminə qanunsuz müdaxilə edilmişdir. Qeyd edilən halların yoxlanılması məqsədi ilə 2023-cü il 18 dekabr tarixində təftiş təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 25 yanvar tarixli mütəxəssis rəyindən görünür ki, 2014-2019-cu illər ərzində cavabdehə 15 sayda kredit məbləğlərinin ayrılması rəsmiləşdirilmiş, həmin kredit məbləğlərinin bir qismi ilkin mənbədən birbaşa mal-materiala və digər xərclərə yönəlmiş, digər qismi isə əvvəlcədən ayrılmış kreditlərin restrukturizasiyası və prolonqasiyası olmuşdur. Habelə 2015-ci il 18 dekabr tarixli 48BFKX nömrəli kredit müqaviləsi barədə ilk qeydiyyatlar BƏS sistemində 2016-cı il 16 fevral tarixində aparılmışdır. Bu isə onu göstərir ki, 2015-ci il 18 dekabr tarixli 48BFKX nömrəli kredit müqaviləsi BƏS sisteminə sonradan müdaxilə olunaraq aparılmış yazışmaların nəticəsidir. Ona görə də həmin müqavilə, eləcə də onun sonradan restrukturizasiyası və prolonqasiyası olmuş müqavilələr bir-biri ilə bağlı olduğundan onlar üzrə hesablamalar hazırkı tədqiqat zamanı nəzərə alınmır və etibarsız hesab edilir.

29. Göründüyü kimi, tərəflər ar asında hələ 2015-ci il 18 dekabr tarixində bağlanılan müqavilə ilə bağlı məlumatlar artıq müəyyən müdaxilələrə məruz qalmış və sistemə çox sonradan əlavə olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında da iddiaçının nümayəndəsi onların özü tərəfindən sistemə bu tipli kənar müdaxilədən şübhələndiklərini qeyd etmişdir. Bununla da ondan sonra bağlanmış müqavilələrin də öncəki müqavilələrlə yaranmış borcun bağlanması və öhdəliklərin qarşılanması məqsədi ilə bağlandığı iddia olunursa, artıq zəncirvari şəkildə həmin müqavilələrin də etibarlılığı və nəzərdə tutduğu məbləğlərin miqdarı şübhə altına düşür. Hazırda da əgər iddiaçı öz iddia ərizəsində və mövqelərində mübahisə predmeti olan 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinin ondan öncə bağlanmış kredit müqaviləsinin restrukturizasiya olunması məqsədi ilə bağlandığını iddia edirsə, yuxarıdakı mövqeyə əsasən hazırkı müqavilənin dəyəri olan məbləğin də hesablanması və verilmə qaydası artıq şübhə doğurur və müdaxilə edilmiş sistemin tərkib hissəsinə çevrilmiş olur.

30. Məhkəmə kollegiyası işin halları ilə bağlı tam təsəvvürün yaradılması məqsədilə əlavə olaraq qeyd etmişdir ki, işin hallarından məlum olduğu kimi cavabdeh MMC-nin təsisçisi “Aikon SPİT” şirkətidir. Həmin şirkətin 3 təsisçisi vardır və həmin 3 təsisçidən biri olan, şirkətin paylarının 51%-nə sahib olan Əşrəf Kamilov adlı şəxs kredit verilən dövrdə iddiaçının Müşahidə Şurasının sədri, yəni aidiyyəti şəxs statusunda olmuşdur. Dövlət Təhkükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmanın da nəticəsində Bankın vəzifəli şəxsləri tərəfindən “Ban klar haqqında” Qanunun 40.1-ci maddəsi, eləcə də digər normativ hüquqi aktların tələbləri pozulmaqla vəzifə saxtakarlığı edilməsi, əməliyyatların izlənilməsi qaydasına nəzarət funksiyasını həyata keçirən BƏS sisteminə qanunsuz müdaxilə edilməsi faktı öz təsdiqini tapdığından, məhz yuxarıda adı çəkilən Kamil Əşrəfov adlı şəxsin kredit verilən dövrdə öz səlahiyyətlərindən sui-istifadə edərək qeyd edilən vəzifə saxtakarlığını törətməsi və sistemə qanunsuz müdaxilə etməsini deməyə əsaslı şübhələr verir.

31. Cavabdehin kredit məbləğinin onun sərəncamına verilməsi barədə heç bir aktivlik göstərməməsinə səbəb də həmin təsisçinin qərarı (Kamil Əşrəfov qeyd edildiyi kimi həmin vaxt eyni zamanda iddiaçının Müşahidə Şurasının sədri olmuşdur və bu hərəkətsizliyin edilməsi onun özünə lazım olan hal olm uşdur) və tərəflər arasında olan işgüzar münasibətlərdən doğan inam olmuşdur. Belə ki, iş materiallarından və ekspert rəyindən də göründüyü kimi tərəflər arasında işgüzar biznes münasibətləri hələ 2014-2015-ci illərdən etibarən başlanmış, həmin dövrlərdən bəri tərəflər arasında kreditor-borclu münasibətləri mövcud olmuşdur. X4 Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsi də işin bütün halları və qeyd olunanlarla məcmu halında təhlil edildikdə, Bankın vəzifəli şəxsi, eyni zamanda cavabdehin təsisçisi olan şəxsin, həqiqətən də, bu hərəkətsizlikdə özünün də marağının olması ilə bağlı şübhələri əhəmiyyətli formada artırmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 741-ci, MPM-in 14.2, 77.1, 420-ci maddələrinə, “Kredi t büroları haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2013-cü il 30 iyul tarixli “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 55-ci bəndinə istinadla əsaslandırmışdır.

33. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. Kassator qeyd etmişdir ki, MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuş, kassasiya məhkəməsinin göstərişlərinə əməl edilməmiş, araşdırılması vacib olan məsələlər araşdırılmamışdır. Belə ki, “Banklar haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, bankın idarə olunması və fə aliyyətinin həyata keçirilməsi üçün məsuliyyəti idarə heyəti daşıyır. Müşahidə şurası yalnız bankın idarə olunmasına və fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Belə olan halda, cavabdeh MMC-nin təsisçisi "xxxx" MMC-də 51% pay sahibi, həm də bankın Müşahidə şurasının sədri olmuş Kamil Əşrəfovun bankla bağlanmış kredit müqaviləsi üzrə ayrılmış vəsaitin bankdan tələb olunmamasına hər hansı formada müdaxilə etmək səlahiyyəti olmamışdır. İkincisi, hər yeni kredit müqaviləsi bağlanılarkən kredit vəsaitinin bir qisminin (bəzən hamısının) ondan əvvəl bağlanılmış kredit müqaviləsi üzrə yaranmış borclara silinməsi cavabdehin hər hansı etirazı ilə müşayiət olunmamış və hər hansı formada mübahisələndirilməmişdir. Eləcə də, bu qədər iri məbləğdə kredit öhdəliyinin olması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatlar əks olunsa da, cavabdeh illərdir kredit öhdəliyinin reyestrdən silinməsini məhkəmə qaydasında mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən, cavabdehin ona ayrılmış kreditin alınması üçün hər hansı aktivlik göstərməməsinin səbəbini konkret hansısa şəxslə əlaqələndirməsi əsassızdır.

35. Digər tərəfdən, iş üzrə qəbul edilmiş xüsusi qərardad əsasında aparılan araşdırmanın nəticəsi barədə nə istintaq orqanının qərarı, nə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud olmadığı halda, apellyasiya məhkəməsinin istinad etdiyi Dövlət Təhlükəsizlik Xidmətinin cavab məktubunda yalnız "xxxx" MMC-nin ilkin mütəxəssis rəyindən bəzi xüsusatlar qeyd olunmuşdur ki, həmin mütəxəssis rəyinin mötəbərliyi sual altındadır və doğruluğu istintaq orqanı tərəfindən təsdiqlənməmişdi r. Yəni məhkəmənin qeyd etdiyi kimi “bank əməliyyat sisteminə kənar müdaxilə” və ya “kredit vəsaitinin mənimsənilməsi” faktının təsdiqi MPM-in 82.4-cü maddəsinə əsasən mümkün deyil. Həmçinin, apellyasiya məhkəməsi həmin cinayət işi yekunlaşanadək icraatı dayandırmalı olduğu halda dayandırmamış, kassasiya məhkəməsininin həmin göstərişini müzakirə belə etməmiş, bununla da MPM-in 254.1.4 və 420-ci maddələrinin pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instan siyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun i ştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.”

40. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

265. Məhkəmənin xüsusi qərardadları 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

42. İlk növbədə qeyd edilməlidir ki, Ali Məhkəmədə oxşar mübahisələr üz rə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 22(102)-239/2021, 2-2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları). Hazırkı iş üzrə birinci instansiya məhkəməsinə kredit müqaviləsi təqdim olunsa da, yuxarıda göstərilən digər lazımi sənədlər təqdim olunmamışdır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq, iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərardad proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri barədə prokurora xəbər verilməsi mənasını daşıyır. Məhkəmənin belə məlumatın verilməsi ilə bağlı müvafiq istintaq orqanı tərəfindən araşdırmanın başlanılıb-başlanılmamasını, belə araşdırma aparılırsa, bu araşdırmanın nəticələrini gözləmək vəzifəsi qanunvericilikdə nəzərdə tu tulmamışdır. Hər halda, bu qərarın 42-ci abzasında göstərilən mülahizələr nəzərə alınaraq, hazırkı işin həllinə xüsusi qərardad əsasında başlanılmış araşdırma təsir göstərə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin birinci qərarında verilmiş göstərişlərin yerinə yetirilməsi bu işin daha səmərəli, qanuni və ədalətli şəkildə həll olunmasına xidmət etmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Göstərilənlərə əsasə n məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-64/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar