Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-367/2024 24.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı1 Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli, 2-2(103)-249/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətininin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı1 (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin təqsiri üzündən ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşyış binasına dəymiş real maddi zərərin əvəzi olaraq 14.646 manat və əldən çıxmış faydanın əvəzi kimi 30.000 manat-cəmi 44.646 manat maddi zərərin müəyyən edilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat, mediasiya prossesi üçün ödənilmiş 203 manat, dövlət rüsumu üçün ödənilmiş 217 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıy a ödənilməsi qət edilmişdir (hakim Leyla Əliyeva). Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli, 2-2(103)-249/2024 nömrəli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)1798/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov). Həmin qətnamədən hər iki tərəf kassasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət verilərkən MPM-nin 407.4 və 408.1.1-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Belə ki, kassasiya şikayəti ele ktron qaydada iddiaçının adından nümayəndə kimi Vəkil1 tərəfindən 2024-cü il 7 may tarixində imzalanmışdır. Lakin iddiaçı tərəfindən Vəkil1 verilmiş etibarnamənin müddəti 2023-cü il 24 dekabr tarixində bitmişdir. Bu isə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cava b vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan əlavə, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki halda iddia qiyməti 44.646 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 111,97 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, cəmi 105 manat məbləğində dövlət rüsumu ödənilmiş, bununla da qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməs i tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli, 2-2(103)-249/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov V.T.Həsənov
Məhkəmə qərarları › İş №2-2(102)-367/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-367/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver