Məhkəmə qərarları › İş №2-2(102)-369/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-369/2023

23.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-369/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-369/23 Açar sözlər: akt əsasında hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər X1 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 fevral tarixli, 2- 2(104)-67/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 8 oktyabr tarixli, AMX-6209/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsində qeyd olunmuşdur ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 2022-ci il 16 may tarixli, SS29/1640-00938 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00938 saylı 2022-ci il 15 aprel tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80102135 nömrəli turbin tipli "ELSTER" qa z sayğacı 2022-ci il 21 aprel tarixində xətdən çıxarılmış (Forma-2 №9029139), 2022-ci il 11 may tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü normal olmuşdur. Sayğaca hava vurulmuşdur, hesablayıcı mexanizm işlək olmuşdur. Ekranda A işarəsi var. Göstəricilər arasında fərq var. Korrektor tərəflərindən açılmış yapışqan (0032342) plomb və daxili impuls xətləri normaldır. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 2021-ci il 7 dekabr - 2022-ci il 21 aprel tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, komeksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 21 aprel tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir. Təzyiq borusu yoxlanıldı, sızma var. Xətalar normaya uyğundur. Batareya, impuls ötürücüsü və təzyiq borusu tələb olunur.

3. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il 31 may tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-dən daxil olmuş 2022-ci il 16 may tarixli, SS-29/1640-00938 nömrəli akta əsasən 2021-ci 7 dekabr - 2022-ci il 21 aprel tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, komeksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 21 aprel tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir.

4. Dəymiş ziyanın bərpasına dair 2022-ci il 31 may tarixli tələbnamədən görünür ki, PR 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələri n aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 52372 m3, əmsal 1.68 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (52372x1.68=87985 m3 x 0.22 manat =19356 manat 70 qəpik).

5. Abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin may ayında qalıq və aktlar üzrə 19.356,70 manat məbləğində borc daxil edilmişdir.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 30 iyul tarixli arayışda göstərilmişdir ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindək i icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2022-ci il 31 may tarixli, ******* nömrəli akt əsasında hesablanmış 19.356,70 manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o özünə məxsus olan Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 3 hektar istixanasında kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin maya ayında qaz sayğacı cavabdeh idarənin əməkdaşları tərəfindən sökülərək yoxlanıl ması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu Şəmkir RQİİ-nə çağıraraq ona sayğacın impuls ötrücüsündə nasazlıq olduğu üçün sayğacın göstəricisinin sərf olunan qazı qeydə almadığını bildirmiş və yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb etmişdirlər. O isə onların qeyd etdikləri ilə razılaşmayaraq cavabdehin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödədiyini və heç bir borcunun olmadığını bildirmişdir. Bundan sonra cavabdehin 2022-ci il 31 may tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim olunaraq imzalaması tələb edilmiş, iddiaçı isə həmin aktla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Həmin akt əsasında onun hesab ına 19.356,70 manat məbləğində borc hesablamışdır. Onun istifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyəti göstərdiyi ərazidə deyil, cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Beləliklə də onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 560.1, 560.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – “Qaz təchizatı Qanunu”) 13.8-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, istehlakçı İddiaçı hal-hazırda Şəmkir RQİİ-nə 61.111,70 manat borcu mövcuddur. Həmin məbləğin 41.755,00 manatı 2021-2022-ci mövsümü ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənmilməsi üçün möhlət verilmişdir. Hazırda iddiaçı tərəfindən iddiada qeyd olunan məbləği 2022-ci ilin may ayında baxış keçirilmiş istixana sayğacının arxiv məlumatlarında istehlak edilmiş laki n hesabatda nəzərə alınmayan təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərəkən müəyyən edilmişdir ki, sayğacda korreksiya olunmamış 273 m3 qaz həcmi qeydə alınmış, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372m3 azdır. Beləliklə istixananın qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatmı tam qeydə almadığı qaz sərfinin dəyəri olaraq 19.356,70 manat müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə gö rə qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər (3cü maddənin 1-3-cü hissələri). Həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın (bundan sonra – “Qaydalar”) 2.3-cü bəndinə əsasən “İstehlakçı”nın əsas vəzifələrindən biri qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməkdir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda(götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin “Qaydalar’ın 5.3 və 5.5-ci bəndlərinin tələblərinə görə istifadə olunan qazın dəyəri yal nız bank və poçt şöbələri vasitəsilə ödəniiir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, e-2-2(115)2057/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya (abonent kodu: **********00060) hesablanmış 19.356,70 manat məbləğində dəymiş ziyanın əvəzi olaraq borcun cavabdeh tərəfindən silinməsi qət edilmişdir (hakim – R.Məmmədov).

12. Məhkəmənin mövqeyi belə olmuşdur ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz.

13. Məhkəmə iş materiallarında olan sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasının qanuni olmaması nəticəsinə gəlmişdir.

14. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron göstəricisinin işləməməsi əsası ilə hesablama mexaniki göstəriciyə və öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir.

15. Gəldiyi n əticəni məhkəmə Qaydaların 4.8, 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamə 2022-ci il 14 noyabr tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2022-ci il 13 dekabr tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 fevral tarixli, 2-2(104)-67/2023 saylı qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ə.Abdullayev, hakimlər – A.İsgəndərova və Ş.Rzaquliyev).

18. Məhkəmə kollegiyası bildirmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda, qaz sayğacının nasazlığına görə fiziki şəxs olan abonentin heç bir təqsiri olmadığı halda barəsində tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

19. Abonentin istifadəsində olan sayğaca məhz sonuncu tərəfindən müdaxilə olunması, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində sayğaca hər hansı bir müdaxilə edilməsi iş materialları ilə, o cümlədən apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və ist ismara qəbulu haqqında” 2022-ci 21 aprel tarixli, ******* nömrəli aktla təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin olmadığını bildirmişdir. Məhz işin bu halları baxımından kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

20. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Qaydaların 5.2, 5.5, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Qətnamə 2023-cü il 20 fevral tarixdə iş üzrə tərəflərə göndərilmiş, qətnaməni 2023cü il 14 mart tarixdə rəsmi qaydada əldə edən cavabdeh ondan 2023-cü il 8 may tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tə ləbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 22. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 1-ci və 7-ci, həmçinin 6-cı maddəsinin 2-ciu hissələri üzrə pozuntu - İstehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Apellyasiya instansiya məhkəməsi isə qətnamə qəbul edərkən göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etmiş, bununla da pozuntuya yol vermişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.3, 3.3, 4.1, 4.8-ci bəndinin pozuntusu üzrə - Sənaye qaz qurğularından istifadə ed ən fiziki şəxslərlə də Qaydaların 3 nömrəli əlavəsinə uyğun olaraq “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” bağlanılır. Sənaye qaz qurğularından istifadə edən istehlakçılar qaz qurğularının istiliktexniki (rejim) sazlanmasını yerinə yetirməli, qaz qurğu və avadanlıqlarının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini təmin etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən sənaye qaz qurğularının istifadəsi üçün qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların göstərilən bəndlərinə əsasən sənaye qaz qurğularından istifadə edən fiziki şəxslərə münasibətdə də qaz say ğacı istehlakçının hesabına quraşdırılır və qeyd olunan istehlakçılar qaz qurğu və avadanlıqlarının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyırlar. Kommersiya işinin materiallarına nəzər saldıqda görürük ki, iddiaçı qaz sayğacını standarta uyğun saxlamadığına görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmin normaları hazırki işə düzgün tətbiq etməmiş və yalnız “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etməklə düzgün olmayan qətnamə qəbul e tmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilmişdir və hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Z ərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq m üddəalarında nəzərdə tutulmuşdur:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı “... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar....”

5. Qazın dəyərinin ödəmə şərtləri “... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcı sı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

30. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid ed ilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir his səsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏN İN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 fevral tarixli, 2-2(104)-67/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, İstehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. İddiaçı qaz sayğacını standarta uyğun saxlamadığına görə sayğac sərfiyyatı düz gün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. Apellyasiya instansiya məhkəməsi isə qətnamə qəbul edərkən göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almamış, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə istinad etmiş, bununla da pozuntuya yol vermişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işdən göründüyü kimi iddiaçıya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindəki istixanaya quraşdırılmış sayğacın impuls ötürücünün nasazlığı səbəbindən abonentin hesabına 19.356,70 manat borc hesablanmışdır.

34. Qaz təchizatı haqqında Azərbbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir.

35. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.

36. Qaydaların 4.8-ci bəndinə əsasən isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işl ək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

37. Göründüyü kimi, fiziki şəxs olan istühlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda, qaz sayğacının nasazlığına görə fiziki şəxs olan iddiaçının heç bir təqsiri olmadığı halda barəsində barəsində tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməli olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

38. Eyni zamanda işdən göründüyü kimi abonentin istifadəsində olan sayğaca məhz sonuncu tərəfindən müdaxilə olunması, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində sayğaca hər hansı bir müdaxilə edilməsi iş materialları ilə, o cümlədən apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş “qaz sayğacını n çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2022-ci 21 aprel tarixli, ******* nömrəli aktla təsdiq olunmamış, habelə cavabdehin nümayəndəsi də apellyaisya məhkəməsində məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin olmadığını bildirmişdir.

39. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları il ə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

40. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

41. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edi lməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunmasını sübut edə bilməmişdir.

43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 fevral tarixli, 2-2(104)-67/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 fevral tarixli, 2-2(104)-67/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar