Məhkəmə qərarları › İş №2-2(102)-37/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-37/2019

06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-37/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və AR Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxs xxx)qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının direktoru Nümayəndə və vəkili Vəkil1 cavabdehin vəkilləri Vəkil2 və Vəkil3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və AR Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxs xxx) qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 31 may 2018-ci il tarixli 2-2(103)-398/2018 qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 mart 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və AR Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiaçı tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 210000 manat məbləğində pulun cavabdehlərdən tutularaq “xxxx” MMC-yə, “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 23072,04 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya, Cavabdeh1 ASC tərəfindən cəmi 233072,04 manata görə gecikdirilmiş vaxt üçün Azərbaycan xxx tərəfindən müəyyən edilmiş 15% bank uçot dərəcəsinin qaytarılacağı gün üçün hesablan maqla, borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun, məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli iş № 2-2(81)-326/2018, (sədrlik edən hakim M.Əkbərov) qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçının Cavabdeh1 ASC-nin mərkəz filialında olan hesablaşma hesabından “xxxx” MMC-nin “xxxx” ASC-nin baş filialında olan hesabına köçürülmüş 210000 manat pulun cavabdehdən tutularaq “xxxx” MMC-yə ödənilməsi, “xxxx” MMC tərəfindən iddiaçının Cavabdeh1 AS C-də olan hesabına köçürülmüş 23072,04 manat pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan növbəliyə uyğun qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalanLəğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiyaşikayəti verərək birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31 iyul 2018-ci il tarixli iş № 2-2(103)-398/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H. Həmidov və M.Məmmədov) qərardadı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 210000 manat məbləğində pulun cavabdehlərdən tutularaq “xxxx” MMC-yə, “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 23072,04 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya, Cavabdeh1 ASC tərəfindən cəmi 233072,04 manata görə gecikdirilmiş vaxt üçün Azərbaycan xxx tərəfindən müəyyən edilmiş 15% bank uçot dərəcəsinin qaytarılacağı gün üçün hesablanmaqla, borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun, məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsitələbinə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclası 16 yanvar 2019-cu il tarixdə saat 16:10-a təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili ərizə verərək çıxışında qeyd etmişdir ki, işin hazırkı mərhələsində tərəflər arasında barışıq üçün danışıqlar aparılır və tərəflərin barışması üçün ehtimallar mövcuddur. Bu səbəbdən də iş üzrə tərəflərin barışması üçün şərait yaratmaq məqsədi ilə möhlət verilməsini və bununla əlaqədar həmin tarixə təyin edilmiş məhkəmə iclasının uzun müddətə təxirə salınmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərə alaraq məhkəmə tərkibi məhkəmə iclasını 06 mart 2019cu il tar ixə saat 16:10-a təxirə salmışdır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsinin 27.12.2017-cı il tarixli qərarı ilə "xxxx” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Əmanətlərin Sığortalanması Fondu (ADİF) “xxxx” ASC-yə ləğvedici təyin olunub.Qeyd olunanları nəzərə alaraq tərəflərindən 27 dekabr 2017-ci il tarixli Pretenziya məktubu ilə Cavabdeh1 ASC-nin Baş ofisinə, surəti Azərbaycan Respublikasının xxxnın sədri cənab Elman Rüstəmova, surəti Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Siğortal anması Fonduna müraciət olunaraq, İddiaçı MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 210000 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin hesabına köçürülməsi, eyni zamanda “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 23072,04 məbləğində pul vəsaitinin 3 gün müddətində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir.Lakin, Pretenziyada göstərilənlər Cavabdeh1 ASC tərəfindən bu günədək icra olunmamış və icra olunmamasının səbəbləri barədə onlara heç bir məlumat verilməmişdir.Göründüyü kimi, Cavabdeh1 ASC tərəfindən apelyasiya şikayətində İddiaçı MMC tərəfindən 210000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASCnin hesabına köçürülməsi və eyni zamanda “xxxx” MMC tərəfindən 23072,04 məbləğində pulun Cavabdeh1 ASC-nin hesabına köçürülməsini etiraf etmiş və bu hallar işi n mübahisəsiz hallarıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.1 və 72.1.2-ci maddələrindən göründüyü kimi yalnız banklara qarşı qaldırılmış iddia tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan işlərin MPM-nin 261.0.1 maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və p rosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru Nümayəndə də, iddiaçının vəkili Vəkil1çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətna məsinin qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının direktorunun və vəkilinin, cavabdehin vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbay can Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qərardadı ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 210000 manat məbləğində pulun cavabdehlərdən tutularaq “xxxx” MMC-yə, “xxxx” MMC tərəfindən Cavabdeh1 ASC-nin hesabına köçürülmüş 23072,04 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya, Cavabdeh1 ASC tərəfindən cəmi 233072,04 manata görə gecikdirilmiş vaxt üçün Azərbaycan xxx tərəfindən müəyyən edilmiş 15% bank uçot dərəcəsinin qaytarılacağı gün üçün hesablanmaqla, borc pulun qaytarılacağı gün üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun, məhkəməyə iddia verilməsi məqsədilə id diaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsitələbinə dair iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1.1, 72.1.2, 72.1.3-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinin qəbulundan imtina etməli olduğu halda bunu etməmiş və mübahisəyə baxaraq mahiyyəti üzrə qətnamə qəbul etmişdir, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiya sının 27 dekabr 2017-ci il tarixli, 2-1(102)-3194/2017 saylı qərarının surətindən görünür ki, həmin qərarla Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, Cavabdeh1 ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun onun ləğvedicisi təyin edilməsi qərara alınmışdır. “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, “Cavabdeh1" ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanması barədə qanuni qüvvəyə minmiş məhkəm ə qərarı olduğu üçün iddiaçı hazırkı tələblə bağlı ayrıca icraatda deyil “Cavabdeh1" ASC-nin iflas proseduru çərçivəsində iddia qaldırmalı idi. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarındakı əsas hüquqi mövqelərdən biri ondan ibarət olmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olu nmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılması deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2018-ci il tarixli, 22(103)-398/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar