Məhkəmə qərarları › İş №2-2(102)-370/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-370/2019

07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-370/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi, icarə müqaviləsinə dəyişiklik edilməsi, icarə haqqının artırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X6, vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-133/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: işin halları: İddiaçı ilə cavabdeh arasında 19.12.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 1400 kv.m qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. 10 il müddətinə bağlanılmış müqavilənin 3.1-ci bəndinə görə icarə haqqı qarşılıqlı razılaşma əsasında ƏDV xaric 10.000 manat müəyyən edilmiş, sonradan 19.12.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinə dəyişiklik edilməsi barədə 10.07.2013-cü il tarixli Razılaşmaya əsasən iddiaçının istifadəsində olan digər 250 kv.m qeyri-yaşayış sahəsi də cavabdehə icarəyə verilməklə, c əmi 1650 kv.m qeyri-yaşayış sahəsinə görə icarə haqqının məbləği 12.000 manat (Əlavə 1), 26.05.2016-cı il tarixli razılaşmaya əsasən isə ƏDV daxil 14.160 manat müəyyən edilmişdir (Əlavə 2). İddiaçı 15.02.2018-ci il tarixdə icarə haqqının məbləğinə yenidən baxılması ilə bağlı təklifinə münasibət bildirilməsi barədə cavabdehə yazılı bildiriş göndərmiş, lakin bildiriş 17.02.2018 və 07.04.2018-ci il tarixlərdə rəsmi qaydada cavabdehə təqdim edilməsinə baxmayaraq iddiaçının təkliflərinə yazılı münasibət bildirilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında 19 dekabr 2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinə edilmiş 26 may 2016-cı il tarixli 19 dekabr 2012-ci il tarixdə bağlanmış icarə müqaviləsinə dəyişiklik edilməsi barədə razıl aşmanın (əlavə-2) 1-ci bəndinin dəyişdirilərək icarə haqqının ƏDV xaric 30.000 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı firmanın direktoru X7 çox gənc olduğundan və təcrübəsizlikdən əsas müqavilə bağlanarkən mühüm şərtlər barədə səriştəsizlik göstərmiş və nəticədə də əsasən qarşı tərəfin maraqlarına xidmət edən müqavilə imzalanmışdır. Müqavilədə icarənin mühüm şərtləri, tərəflərin hüquq vəzifələri müəyyən edilmiş, həmçinin tərəflər razılaşdırmışlar ki, müqavilə ilə bağlı hər hansı əlavə dəyişiklik yaranarsa, müvafiq tərəf həmin əlavə və dəyişiklik barədə qarşı tərəfə əvvəlcədən məlumat verməlidir. Həmçinin müqavilənin 3.1-ci maddəsində aylıq icarə haqqı ƏDV xaric 12000 manat məbləğində müəyyən edilmişdi. Bundan əlavə, cavabdehin rəhbərliyi ilə razılaşdırılmışdır ki, əgər manatın ABŞ dollarına və ya “avro”ya nisbətdə məzənnəsində hər hansı bir dəyişiklik olarsa, bu dəyişiklik icarə haqqında öz əksini tapacaq və müvafiq surətdə müqaviləyə əlavə şəklində təsdiqlənəcək. Azərbaycan Respublikasında baş vermiş 2 devalvasiyadan sonra hazırda dolların manata nisbətdə məzənnəsi 1 dollar1,701 manat təşkil edir. Əsas müqavilədə devalvasiyadan əvvəl razılaşdırılmış icarə haqqına yenidən baxılması ilə iddiaçı tərəfindən irəli sürülmüş təklif əsasında 26 may 2016-cı il tarixdə müqaviləyə 2 saylı əlavə imzalandı və bu icarə haqqı ƏDV daxil olmaqla 14160 manat miqdarında razılaşdırıldı. Lakin həmin müddətdən sonra respublikada baş vermiş inflyasiya və istehlak malları xidmətlərdəki artım nəzərə alındıqda görünür ki, icarə haqqının indiki miqdarı real həqiqəti özündə əks etdirmir. Bununla əlaqədar icarə müqaviləsinin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılmasına ehtiyac vardır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 421.1, 422.2, 422.3, 423.2-ci maddələrinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(82)-439/2018 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X5 və X2, 2-2(103)-133/2019 saylı iş) 27 mart 2019-cu il tarixli qətnamə ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsi nin qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırıcı hissə: İşin hallarından görünür ki, 19.12.2012-ci il tarixli müqavilə əsasında iddiaçı ünvan 1 ünvanında yerləşən 1400 kv.m sahəni (icarə obyektini) 10 il müddətinə cavabdehə icarəyə vermişdir. 10.07.2013-cü il tarixli razılaşma əsasında 19.12.2012-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilmiş, iddiaçı əlavə olaraq cavabdehə 250 kv.m sahə də icarəyə vermişdir. 19.12.2012-ci il tarixli müqavilədə ƏDV xaric 10.000 manat məbləğində sabit aylıq icarə haqqı, 10.07.2013-cü il tarixli razılaşmada isə 1650 kv.m sahə üçün 12.000 manat sabit aylıq icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Bundan sonra 26.05.2016-cı il tarixli Razılaşmaya (Əlavə 2) əsasən 19.12.2012-ci il tarixli müqaviləyə dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən, cavabdeh iddiaçıya ƏDV daxil 1650 kv.m sahəyə görə 14.160 manat sabit aylıq icarə haqqı ödəyəcəkdir. Cavabdeh tərəfindən bu məbləğ hər ay iddiaçıya ödənilir. İddiaçı hesab edir ki, müqavilə bağlanan zaman tərəflər razılaşmışlar ki, müqavilə ilə bağlı hər hansı əlavə dəyişiklik yaranarsa, müvafiq tərəf həmin əlavə və dəyişiklik barədə qarşı tərəfə əvvəlcədən məlumat verməlidir. Həmçinin əgər manatın ABŞ dollarına və ya “avro”ya nisbətdə məzənnəsində hər hansı bir dəyişiklik olarsa bu dəyişiklik icarə haqqında öz əksini tapacaq və müvafiq surətdə müqaviləyə əlavə şəklində təsdiqlənəcək. Azərbaycan Respublikasında baş vermiş 2 devalvasiyadan sonra hazırda dolların manata nisbətdə məzənnəsi 1 dollar-1,701 manat təşkil edir. Əsas müqavilədə devalvasiyadan əvvəl razılaşdırılmış icarə haqqına yenidən baxılması ilə iddiaçı tərəfindən irəli sürülmüş təklif əsasında 26 may 2016-cı il tarixdə müqaviləyə 2 saylı əlavə imzalandı və bu icarə haqqı ƏDV daxil olmaqla 14.160 manat miqdarında razılaşdırıldı. Lakin həmin müddətdən sonra respublikada baş vermiş inflyasiya və istehlak malları xidmətlərdəki artım nəzərə alındıqda görünür ki, icarə haqqının indiki miqdarı real həqiqəti özündə əks etdirmir. Bununla əlaqədar icarə müqaviləsinin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılmasına ehtiyac vardır. Tərəflər arasında bağlanmış müqavilə və razılaşmalardan görünür ki, onlar gələcəkdə müqavilənin dəyişdirilməsi şərtləri ilə bağlı hər hansı razılığa gəlməmişlər. İddiaçı iddiasında manatın ABŞ dollarına və ya “avro”ya nisbətdə məzənnəsində hər hansı bir dəyişiklik olarsa bu dəyişikliyin icarə haqqında öz əksini tapacağı və müvafiq surətdə müqaviləyə əlavə şəklində təsdiqlənəcəyini bildirsə də, müqavilədə belə şərt nəzərdə tutulmamışdır. Bununla belə, müqavilə və razılaşmalarda müqavilənin dəyişdirilməsi nəzərdə tutulmasa da, bu sonradan tərəflərin razılaşması əsasında, belə razılaşma mümkün olmadıqda isə məhkəmə tərəfindən həll edilə bilər. Hər bir halda iddiaçı müqavilədə nəzərdə tutulan aylıq icarə haqqının dəyişdi rilməsini cavabdehə təklif etmiş, cavabdeh bundan imtina etmişdir. Odur ki, müqavilənin dəyişdirilməsi məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 422.2-ci madd əsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər... İddia tələbi müqavilənin dəyişdirilməsi ilə bağlı olduğundan mübahisəyə Mülki Məcəllənin 422.4-cü maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 422.4-cü maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qəra rı ilə yol verilir. Qanunvericiliyin tələbinə görə araşdırılmalı hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin mövcudluğudur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı bəyan edir ki, tərəflər arasında sonuncu razılaşmadan sonra respublikada baş vermiş inflyasiya və istehlak malları xidmətlərdəki artım nəzərə alınarsa icarə haqqının indiki miqdarı real həqiqəti özündə əks etdirmir. İddiaçı sonuncu dəfə 26 may 2016-cı il tarixli müqavilədə aylıq icarə haqqı 14.160 manat müəyyən edildikdən sonra inflyasiya və istehlak malları xidmətlərdəki artım olması, bu artımın ona mənfi təsir göstərməsi barədə məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi Mülki Məcəllənin 422.1-ci maddəsində əksini tapmışdır. Tərəflər arasında bağlanmış 26 may 2016-cı il tarixli müqavilə dən sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi işdə olan sübutlarla təsdiqini tapmamışdır. Manatın ABŞ dollarına və ya avroya nisbətdə məzənnəsində 26 may 2016-cı il tarixdən sonra hər hansı dəyişikliyə məruz qalmasına və belə dəyişikliyin mövcudluğunun icarə haqqının manatla ödənilməsi barədə razılığa gəlmiş iddiaçıya ziyan vurmasına dair iddiaçı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, 19 dekabr 2012-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan 26 may 2016-cı il tarixli razılaşmanın 3.1-ci bəndində tərəflər ƏDV daxil 1650 kv.m sahə üçün aylıq icarə haqqının 14.610 manat məbləğində olmasını müəyyən edərkən inflyasiya və istehlak malları xidmətlərdəki artıma, belə artımın iddiaçıya mənfi təsir göstərməsinə və hər hansı digər hal a istinad edilməmişdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçi nin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı iddiasının və şikayətinin dəlilinin əsası kimi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əs aslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-133/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar