Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-370/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməkə tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(105)-34/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 2020-ci il 13 mart tarixli 200842870755/1 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə Cavabdeh2 18 ay müddətinə illik 25% dərəcəsi ilə 15.000 manat məbləğində kredit verilmişdir. 2. 2020-ci il 13 mart tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və vaxtlarda ödənilməsi nəzərdə tutulmuş, ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 2021ci il 13 sentya br müəyyən olunmuş, ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir.
3. İddiaçı ASC zamin Cavabdeh1, borcalan Cavabdeh2 olmaqla bağlanmış 2020-ci il 13 mart tariхli 200842-870755/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 2020-ci il 13 mart tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi əsasında aldığı kredit üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
4. İddiaçı ASC ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 mart tarixli **********55/1 nömrəli girov müqaviləsinə əsasən bankla borcalan kreditin təminatı olaraq müqavilədə qeyd edilmiş əmlakın girova qoyulması barədə razılığa gəlməlidirlər. 5. 2020-ci il 13 mart tarixli ******* nömrəli “Girovun təkrar qiymət ləndirilməsi” Aktından görünür ki, bankın pul anbarında ******* nömrəli xüsusi paketdə saxlanılan və eyni tarixli kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh2 tərəfindən girov qoyulmuş 21 ədəd qızıl-zinət əşyası yenidən qiymətləndirilərək, dəyəri 6.864 manat (63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq 3.445,20 manat; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq 1.818,60 manat; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük 1.600,20 manat) məbləğində müəyyən edilmişdir. 6. 2022-ci il 10 may tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 2020ci il 13 mart tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə borcverən İddiaçı ASCyə 15.000 manat məbləğində əsas bоrcu və 7.594,51 manat faiz borcu оlmaqla, cəmi 22.594,51 manat m əbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 757 gün təşkil edir.
7. İddiaçı ASC tərəfindən 2022-ci il 12 aprel tarixində Cavabdeh1 və borcalan Cavabdeh2 xəbərdarlıq məktubu göndərilərək 22.302,82 manat kredit borcunun ödənilməsi xahiş olunmuş, borcun 2022-ci il 18 aprel tarixinədək ödənilməyəcəyi təqdirdə məhkəmə qarşısında iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 8. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1” və “Cavabdeh2”) qarşı 2022-ci il 2 iyun tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 15.000 manat məbləğində əsas bоrc, 7.594, 51 manat məbləğində faiz borcu оlmaqla, cəmi 22.594,51 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi və tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa, 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağa, 3 cüt sırğaya, 1 ədəd qolbağa, 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 mart tariхli 200842-870755/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 15.000 manat məbləğində krеdit vеrilmişdir. 2020-ci il 13 mart tariхli 200842 870755/1 nömrəli girov müqaviləsinə əsasən həmin krеdit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh2 tərəfindən girov qoyulmuş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük qəbul edilmə aktına (№1845262) əsasən xüsusi paketə qoyularaq bankın pul anbarına saxlanca verilmişdir. Еyni zamanda, bank və Cavabdeh1 arasında 2020-ci il 13 mart tariхli 200842-870755/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin v ə cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş, krеditin ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 2022-ci il 10 may tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15.000 manat məbləğində əsas bоrcu və 7.594,51 manat faiz borcu оlmaqla, cəmi 22.594,51 manat məbləğində kredit bоrcu yaranmışdır. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə borclu öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, iddiaçının girov pr edmetinə tutma hüququ yaranmışdır.
10. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad olunmuşdur.
11. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli e-2-2(119)811/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 13. 2022-ci il 14 noyabr tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və krеdit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu müqavilə müddətinin bitdiyi 2021-ci il 13 sentyabr tarixinə əsas borc 15.000 manat və faiz borcu 5.622,51 manat, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla maliyyə arayışında göstərilən tarixə faiz borcu 577,08 manat müəyyən edilmişdir. İddia ərizəsində adları sadalanan qızılzinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12.892 manat müəyyən edilir.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli e-2-2(119)811/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 15.000 manat məbləğində əsas borc, 6.199,59 manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 21.399,59 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarın a saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağıya, 3 cüt sırğaya və 1 ədəd qolbağa; 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməsi, həmin qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyərinin 12.892 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə 153,60 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).
15. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 2020-ci il 13 mart tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri müqavilə şərtlərinə uyğun ödənilmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun məbləğləri müəyyən edilərkən 2022-ci il 14 noyabr tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 2022-ci il 10 may tarixinə hesablanaraq tələb edilən “7.594,51 manat məbləğində” faiz borcu həmin ekspertiza rəyi ilə təsdiq olunmadığından müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır.
16. Məhkəmə 2020-ci il 13 mart tariхli 200842-870755/1 nömrəli zaminlik müqaviləsinə istinadən zaminin borcalanı n öhdəliklərinin icrasına münasibətdə onunla birgə məsuliyyət daşıdığını bildirməklə iddianın zamin Cavabdeh1 münasibətdə də qismən təmin edilməli olması nəticəsinə gəlmişdir.
17. İddiaçı ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 2020-ci il 13 mart tarixli 200842-870755/1 nömrəli girov müqaviləsinin 3-cü bəndinə əsasən, girov qoyan verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını “Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı”na (1 nömrəli Əlavə) əsasən bankın sahibliyinə verir. Girov predmeti müstəqil qiymətləndirici tərəfi ndən 6.864 manat dəyərində qiymətləndirilmişdir.
18. Həmin girov müqaviləsinin 5-ci bəndinə əsasən, girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Girov predmetinin satışı nəticəsində əldə edilmiş məbləğ girov ilə təmin edilmiş öhdəliyin tam ödənilməsinə kifayət etmədikdə, tutma məhkəmə qaydasında girov qoyanın digər əmlakına yönəldilə bilər.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269, 270.1, 295.1, 297 425.1, 427.3, 442, 445.7, 448, 449.1, 470.1, 472.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına 2021-c i il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Qətnamə 2022-ci il 12 dekabr tarixdə iddiaçının şəxsi elektron kabinetinə yerləşdirilmiş, 2022-ci il 9 dekabr tarixdə cavabdehlərə göndərilmiş, qətnaməni 2022-ci il 16 dekabr tarixdə rəsmi qaydada əldə edən Cavabdeh2 2023-cü il 16 yanvar tarixində ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(105)-34/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – F.Məmmədov və İ.Dəmirov).
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin öhdəliyin cavabdehdən asılı olmayan pandemiya ilə əlaqəli qapanma nəticəsində icra oluna bilməməsinə dair dəlilinə münasibətdə bildirmişdir ki, cavabdeh hazırda da öhdəliklərini icra etmək şansını itirməmiş və məhkəmə prosesi müddətində öhdəliklərinin icra olunması üçün ona vaxt verilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində hər hansı tədbir görməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269, 270.1, 295, 296.1, 297, 385.1, 425.1, 427.3, 442, 445.7, 448, 449.1, 470.1, 472.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarına, MPM-in 14.2, 77.1, 80, 88, 89.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Qətnamə 2023-cü il 15 mart tarixdə iddiaçının şəxsi elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə cavabdehlərə məktubla göndərilmişdir.
25. Cavabdeh2 həmin qətna mədən 2023-cü il 17 may tarixdə kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 425.1-ci maddəsi üzrə - “Covid 19” pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan qapanma cavabdehin kredit borcunu ödəyə bilməməsi, girovla təmin edilmiş öhdəliyin icra etməməsinə səbəb olmuşdur. Belə olduğu halda cavabdehin öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməsindən söhbət gedə bilməz. Cavabdeh sadəcə vaxt verilməsini və bundan sonra borcunu ödəyəcəyini bildirsə də, məhkəmə ona kifayət qədər vaxt verməmişdir. Qətnamədə tərəflərə barışıq təklif edilməsi qeyd olunsa da, əslində tərəflərə barışıq təklif olunmamış, onlara kifayət qədər vaxt verilməmişdir. Kifayət qədər müddət verilsəydi, cavabdeh üzərinə düşən öhdəliyi icra edəcəkdi. Belə ki, pandemiyadan sonra təzəlikcə cavabdehin işləri qaydasına düşməyə başlamışdır. Borcun girov predmetinə yönəldilməsi cavabdehin borcdan daha yüksək qiymətə olan əmlakını itirməsi ilə nəticələnəcəkdir. Qanunvericilik məhkəməyə borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutmanın girov qoyulmuş əşyaya yönəldilməsi səlahiyyətini vermişdir. Hazırkı halda, girov əmlakın dəyəri ilə borcun məbləği arasında fərq olduğundan məhkəmə tutmanı işin halına uyğun olaraq girov əmlaka yönəltməyə də bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı e tiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır....” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəli yinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov sa xlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün ver ilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə
296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edild iyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir....” “Maddə
297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldır a biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdi rilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsi n kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə g ötürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına 2021-ci il 14 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan ç ıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır....”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının ş ərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarında müəyyən edilmişdir ki: “...kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübut ları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmu ş çıxarış təqdim edilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. İddiaçı kredit üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış girov müqaviləsinin 3-cü bəndinə əsasən, girov qoyan verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını “Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı”na əsasən bankın sahibliyinə verir. Girov predmeti müstəqil qiymətləndirici tərəfindən 6.864 manat dəyərində qiymətləndirilmişdir. Həmin girov müqaviləsinin 5-ci bəndinə əsasən, girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Girov predmetinin satışı nəticəsində əldə edilmiş məbləğ girov ilə təmin edilmiş öhdəliyin tam ödənilməsin ə kifayət etmədikdə, tutma məhkəmə qaydasında girov qoyanın digər əmlakına yönəldilə bilər.
38. Cavabdehin “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan qapanma nəticəsində kredit borcunu ödəyə bilmədiyinə, girovla təmin edilmiş öhdəliyini icra etməmə səbəbinin ondan asılı olmadığına, məhkəmənin tərəflərə mübahisəni barışıqla həll etməyi təklif etmədiyinə dair dəlillərini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin borcu ödəmək imkanı hazırda da itirilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında mübahisənin həll edilməsi üçün tərəflərə vaxt verilməsinə baxmayaraq, cavabdehlər tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir... Həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir.
39. Cavabdeh öz öhdəliyinin icra olunmamasını aşağı məhkəmə icraatlarında və kassasiya şikayətində fors-major hadisəsi kimi hesab etdiyi pandemiya ilə əlaqələndirmişdir.
40. Əvvəla, cavabdehin öhdəliyinin icra olunmamasının səbəb(lər)inin məhz forsmajor hadisəsi ilə bağlı olması ümumiyyətlə işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
41. İkincisi, MM-in 448.4-cü maddəsinə (bax yuxarıda § 31) görə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir.
42. Hətta mübahisəli kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən də, fors-major hal(lar)ına istinad edən Tərəf bu hal(lar)ın baş verməsi haqqında digər Tərəfə yazılı məlumat verməlidir.
43. Lakin hazırkı halda cavabdehin borc öhdəliyinin icrasına maneçilik törədən forsmajor hesab etdiyi hal barədə iddiaçını rəsmi qaydada məlumatlandırması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
44. Üçüncüsü və ən əsası isə, MM-in 739-cu maddəsinə (bax yuxarıda § 31) uyğun olaraq, borc müqaviləsinə görə, borc verən pula mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi, borc alan aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürürlər. Borc müqaviləsinin məbləği pul olduqda, o, kredit müqaviləsi a dlanır.
45. MM-in 135.1-ci maddəsinin (bax yuxarıda § 31) məzmunundan aydın olur ki, pullar da əşyadır.
46. Konstitusiya Məhkəməsi Plenumunun MM-in 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair 2015-ci il 14 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 34) görə, kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
47. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hər hansı fors-major hadisəsi kreditorun mülkiyyəti olan pulun borclu tərəfindən geri qaytarılmaması üçün əsas ola bilməz. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iddia tələbini haqlı hesab edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
48. Cava bdeh kassasiya şikayətində bildirir ki, o, sadəcə vaxt verilməsini və bundan sonra borcunu ödəyəcəyini bildirsə də, məhkəmə ona kifayət qədər vaxt verməmiş, tərəflərə barışıq təklif etməmişdir. Kifayət qədər müddət verilsəydi, cavabdeh üzərinə düşən öhdəliyi icra edəcəkdi.
49. Əvvəla, iş materiallarından görünür ki, cavabdeh tərəf ona apellyasiya instansiyası məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir məhkəmə iclasında iştirak etməmiş, o cümlədən borcunun iddiaçıya qaytarılması üçün ona vaxt verilməsini hər hansı şəkildə əsaslandırmamış, mövqeyini məhkəməyə inandırıcı dəlillərlə izah etməmişdir.
50. İkincisi isə, cavabdehin borcu ödəmək imkanı hazırda da itirilməmişdir. Lakin hazırkı iş üzrə iddianın məhkəməyə daxil olmasından bir ildən artıq vaxt keçməsinə, pandemiyanın artıq uzun müddətdir ki, səngiməsinə, hazırda isə bitməsinə baxmayaraq cavabdeh öz borcunu hələ də ödəməmişdir.
51. Kassatorun növbəti dəlili isə ondan ibarətdir ki, girov əmlakın dəyəri ilə borcun məbləği arasında fərq olduğundan, yəni girov predmeti borcdan daha dəyərli olduğundan məhkəmə tutmanı işin halına uyğun olaraq girov əmlaka yönəltməyə də bilərdi.
52. Məhkəmə kollegiyasının mövqeyinə görə, bu dəlillər də əsassızdır. Belə ki, birincisi, tələbin girova yönəldilməsi hüququ tərəflər arasında bağlanmış girov müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Girov əmlakın dəyərinə gəldikdə isə qeyd olunmalıdır ki, işə baxan məhkəmələrin qətnamələrindən məlum olur ki, həmin dəyər məhkəmənin təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyən olunmuş, cavabdeh həmin rəyin əsaslılığı nı qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. Kassasiya şikayətində isə cavabdeh yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, məhkəmənin gəldiyi nəticələri tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Halbuki girov predmetinin ümumi dəyərinin hazırkı iddia ilə tələb olunan borcun məbləğindən dara artıq dəyərə malik olması iş materiallarından görünmür.
53. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(105)-34/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 mart tarixli 2-2(105)-34/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.