Məhkəmə qərarları › İş №2-2(102)-371/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-371/2025

27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-371/2025 27.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-54/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli 2(006)356/2021 nömrəli qətnaməsi ilə: - “X6 Azərbaycan” QSC-nin iddiası qismən təmin olunmuş, Cavabdeh 1.787.969,58 manat əsas, 880.580,60 manat faiz borcu, 100.000 manat cərimə borcu, habelə 1.354 manat sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.769.934,18 manat pulun alınaraq “X6 Azərbaycan” QSC-yə ödənilməsi; - tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 180.000 manat müəyyən edilməklə, açıq hərracda satılması; - tutmanın ipoteka qo yulmuş X2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m, əsas sahəsi 28,5 kv.m, köməkçi sahəsi 22,7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 225.000 manat müəyyən olunmaqla, açıq hərracda satılması; - tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə, açıq hərracda satılması; - tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m olan qe yri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 30.000 manat müəyyən olunmaqla, açıq hərracda satılması; - tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m, 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 360.000 manat müəyyən edilməklə, açıq hərracda satılması; - tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m, 4 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 310000 manat müəyyən olunmaqla, açıq hərracda satılması; - satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı “X6 Azərbaycan” QSCyə olan kredit borcunun ödənil məsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pulun müvafiq olaraq cavabdehlər Cavabdeh və X3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1.800 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 22(103)-154/2023 nömrəli qətnaməsi ilə: - Cavabdeh apellyasiya şikayətinin qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli 2(006)-356/2021 nömrəli qətnaməsi qismən, yəni əsas və faiz borc un məbləği, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş; - Cavabdeh alınmalı olan əsas borcun məbləğinin 1.786.369,58 manat, faiz borcun məbləğinin 204.055,57 manat, əsas və faiz borcun, cərimənin, sığorta haqqının və dövlət rüsumu əvəzinin cəminin isə 2.091.809,15 manat müəyyən edilməsi; - ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 443.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 205,7 kv.m olan 51 nömrəli mənzilin ilkin satış qiymətinin 410.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 177,18 kv.m olan 51 nömrəli mənzilin ilkin satış qiyməti nin 353.000 manat, ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.750.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320.000 manat, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 42.000 manat müəyyən olunması qət edilmiş; - qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatlarının ümumi dəyərinin - 300 manatın 150 manatının “X6 Azərbaycan” QSC-dən, 150 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qiymətl əndiricinin xidmət haqqı 900 manatın 450 manatının “X6 Azərbaycan” QSC-dən, 450 manatının isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid olunması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 2 aprel tarixli 2(102)-563/2024 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 9 oktyabr tarixli 2(106)-154/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 4. “X6 Azərbaycan” QSC tərəfindən tərtib olunmuş 2023-cü il 21 noyabr tarixli arayışda Cavabdeh 2018-ci il 27 fevral tarixli 210/21176/2018/1 nömrəli kredit müqaviləsi əsas borcdan qalan 1.787.969,58 manat pulun ödənil məsinin 826 gün gecikdirilməsinə görə dəymiş zərər məbləğinin 202.309,98 (hesablama: 1.787.969,58 manat * 5% / 360 gün * 826 gün = 202.309,98 manat) təşkil etdiyi qeyd olunmuşdur. 5. “X6 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 2023-cü il 18 avqust tarixli pretenziya məktubu ilə məhkəmə qətnaməsinin icra olunmadığına görə dəymiş zərərin 5 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə maddi zərərin tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. “X6 Azərbaycan” QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 22 noyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.787.969,58 manat pulun ödənilməsinin gecikdirilməsi n əticəsində dəymiş zərərin əvəzi kimi 2023-cü il 21 noyabr tarixinə 202.309,98 manat, mediasiya xərcinin əvəzi kimi 400 manat pul və 92,31 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 27 fevral tarixində kredit verilməsi haqqında 210/21176/2018/1 nömrəli müqavilə bağlanmış həmin kredit müqaviləsi ilə cavabdehə 13 ay müddətində, illik faiz dərəcəsi 16 % olmaqla 1.800.000 manat kredit verilmiş, kredit müqaviləsinin icrasının təmin еdilməsi məqsədilə ipoteka müqavilələri də bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və işə baxan Nəsimi Rayon Məhkəməsinin 2021- ci il 17 avqust tarixli 2(006)-356/2021 nömrəli qətnaməsi ilə cavabdehdən cəmi 2.769.934,18 manat məbləğin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət olunmuşdur. Göründüyü kimi cavabdehin 2021-ci il 17 avqust tarixinə əsas borc üzrə 1.787.969,58 manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur. Cavabdeh 2021-ci il 17 avqust tarixindən sonra bu günədək hər hansı ödəniş etməmiş və hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləği tələb etmək hüququ yaranmışdır. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 1.787.969,58 manat hissəsi ödənilməmiş qalmaqdadır. 2021-ci il 17 avqust tarixind ən 2023-cü il 21 noyabr tarixinə qədər bank qarşısında icra olunmamış pul öhdəliyi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanmış məbləğ 202.309,98 manat təşkil edir.

8. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, qətnamə qəbul olunduqdan sonra pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti veriləndən sonra birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş və xeyli məbləğdə azalma olmuşdur. Faiz və cərimə məbləği də azaldılmışdır. Əgər ipoteka predmeti varsa və həmin predmetə yönəldilmə mövcuddursa, bu zaman 5 faiz məbləğin hesablanması qanunsuzdur. Bununla bağlı kifayət qədər məhkəmə təcrübəsi mövcuddur.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 may tarixli 2-2(113)-564/2024 nömrəli qətnamə si ilə iddia qismən təmin olunmuş, cavabdehdən 1.786.369,58 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi illik 5 faizlə hesablanan 202.128,90 manat, 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,31 manat olmaqla, cəmi 202.621,21 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Z.Axundova).

10. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı 2021-ci il 17 avqust tarixindən 2023cü il 21 noyabr tarixinədək qətnamənin icra edilmədiyini bildirərək gecikdirilmiş vaxt (826 gün) üçün illik beş faiz məbləğin cavabdehlərdən tutulmasını tələb etmişdir.

11. Cavabdehin 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinədək olan dövr ərzində iddiaçıya olan faiz borcunun hesablanması barəd ə təqdim edilən arayışda cavabdehin 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinədək olan dövr ərzində iddiaçıya 5%-lə hesablanmış faiz borcunun 202.309,98 manat təşkil etdiyi qeyd olunur. Həmin arayışdan görünür ki, göstərilən dövr üzrə hesablama aparılarkən, ödənilməsinin gecikdirildiyi iddia edilən məbləğ 1.787.969,58 manat, il üzrə günlərin sayı 360 gün, gecikdirilmiş günlərin sayı isə 826 gün qeyd olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 9 oktyabr tarixli 2-2(103)-154/2023 nömrəli qətnaməsindən göründüyü kimi, əsas borc 1.786.369,58 manat müəyyən edilmişdir. Bu hal nəzərə alan məhkəmə həmin qətnamə ilə müəyyən olunan 1.786.369,58 manat əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinəd ək olan dövr üzrə 5%-lə hesablanmış məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Həmin məbləğ 202.128,90 manat (1.786.369,58x5:100:365x826 =202.128,90) təşkil etmişdir.

13. Beləliklə, mübahisələndirilən dövr üzrə əsas borca 5%-lə hesablanmış ümumi məbləğ 202.128,90 manat təşkil etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları, qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçının gecikdirməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olması, cavabdehin etirazının isə əsassız olması qənaətinə gəlmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 442, 445.1, 445.2.1, 445.7, 448.1 və 739 -cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Məhkəmə-mühasibat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 6 dekabr tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 27 fevral tarixli 210/21176/2018/1 nömrəli müqavilə üzrə müəyyən olunan 1.786.36 9,58 manat məbləğində əsas borca 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinə qədər olan müddət üçün illik 5%-lə hesablanmış faiz məbləği 201.959,01 manat təşkil etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-54/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakimlər: L.Əliyeva – sədrlik edən və məruzəçi, Z.Şirinov və T.Mahmudova).

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını MM-in 445.7-ci maddəsi təşkil etmişdir. Hazırkı halda cavabdeh tərəfindən 2018-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan 1.786.369,58 manat əsas borcun ödənilməsinin gecikdirilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

19. Digər tərəfdən, mülki hüquqda təşəkkül tapmış təqsirlilik prezumpsiyasına əsasən öhdəliyi pozmuş şəxs əksi sübuta yetirilənədək öhdəliyin pozulmasında təqsirli hesab olunur. Hazırkı halda isə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinədək olan müddət ərzində gecikdirilməsində təqsirli olmamasını sübuta yetirə bilməmişdir. Belə ki, kreditin təminatı olaraq daş ınmaz əmlakın ipoteka ilə yüklü edilməsi və öhdəliyin ipoteka predmetinə tutma yönəldilməsi hesabına icra ediləcəyi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə kollegiya ilk növbədə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin ipoteka təminatının olması faktı özü-özlüyündə kredit alanın öhdəliklərinin icrasının gecikdirilməsinə görə məsuliyyətdən azad olunması üçün əsas hesab edilmir. Digər tərəfdən, cavabdehin istinad etdiyi hallar borclunun öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmamasının müəyyən edilməsinə yönəldilmiş dəlillər kimi nəzərdən keçirilərsə, qeyd olunmalıdır ki, məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilməsi müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra həyata keçirilir. Bu baxımdan ipoteka qoyanın ipoteka predmeti olan əmlakı hərrac keç irilməsi üçün təqdim etməsi, hərracın keçirilməsinə hər hansı maneəçilik törətməməsi kimi hallar yalnız qətnamənin icra edilməsi mərhələsində borclunun öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmamasına dəlalət edən hallar kimi qəbul edilə bilər. Hazırkı halda isə iddiaçının faizlərin tutulmasını tələb etdiyi müddət kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qanuni qüvvəyə minənədək olan müddət olduğundan, cavabdehin istinad etdiyi dəlillər cavabdehin öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmaması barədə nəticəyə gəlmək üçün kifayət etməmişdir. 20. “Faizlərin tutulmasının tələb edildiyi müddət ərzində kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə yuxarı instansiya məhkəmələrində baxılması, iş üzrə yekun məh kəmə aktının yalnız 2024-cü il 2 aprel tarixində qüvvəyə minməsi, belə olan halda icranın tərəfindən gecikdirilməməsi” barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən qətnamənin icrasının gecikdirilməsinə deyil, 2018-ci il 27 fevral tarixli kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə istinad etmişdir. Odur ki, tərəflər arasında məhkəmə mübahisəsinin davam etməsi kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasına obyektiv maneə yaradan, onun icrasını qeyri-mümkün edən hal olmadığından, öhdəliyin icrasına möhlət verilməsi və ya borclunun gecikdirilməyə görə məsuliyyətdən azad edilməsi üçün əsas verməmişdir.

21. Beləliklə, iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinədək olan dövr üçün həmin müqavilə üzrə əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

22. Tutulmalı olan faizlərin məbləğinə gəldikdə kollegiya qeyd etmişdir ki, ekspert rəyi ilə 1.786.369,58 manat əsas borca 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinə qədər olan müddət üçün illik 5%-lə hesablanmalı olan faiz məbləğinin 201.959,01 manat təşkil etməsi müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində əks olunmuş hesablama cədvəlindən görünür ki, sözügedən faiz məbləği 8 14 günlük gecikdirmə müddəti üçün hesablanmışdır. Halbuki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı 826 gün üçün (2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinə qədər olan) hesablanmış faizlərin tutulmasını tələb etmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, adi riyazi hesablama ilə 2021-ci il 17 avqust tarixindən 2023-cü il 21 noyabr tarixinə qədər olan müddətin 814 gün deyil, məhz 826 gün təşkil etməsini müəyyən etmək mümkündür (2021-ci il 17 avqust - 2022-ci il 17 avqust– 365 gün, 2021-ci il 17 avqust - 2022-ci il 17 avqust – 365 gün, 2023-cü il 17 avqust - 2023-cü il 21 noyabr – 96 gün cəmi 826 gün).

23. Belə olan halda məhkəmə ekspert rəyi ilə razılaşmayaraq cavabdehdən tutulmalı olan faiz məbləğinin ekspert rəyindəki hesablama cədvəlində əks olunmu ş bir gün üçün faiz məbləği (248,11 manat) əsas götürülməklə 826 gün üçün hesablanması qənaətinə gəlmişdir. Odur ki, iddia ərizəsində tələb olunan müddət üçün cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 826 gün x 248,11 manat = 204.938,86 manat təşkil etmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 445.2.1, 445.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun l əğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Kassator şikayətində MM-in 445.7-ci maddəsi üzrə bildirir ki, apellyasiya məhkəməsi iddia tələbinin qanuni əsasının MM-in 445.7-ci maddəsinin təşkil etməsinə əsaslanaraq həmin normanı mübahisəyə tətbiq etmişdir.

27. Lakin cavabdeh 2021-ci il 17 avqust tarixindən, yəni Nəsimi rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli qətnaməsi qəbul edildikdən sonra əsas borc üzrə olan 1.787.969,58 manat məbləğində kredit borcunun ödənilməsinin gecikdirilməsinə yol verməmiş və həmin borcun ödənilməməsində təqsirli deyil. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2023-cü il 9 oktyabr tarixli qətnaməsi ilə cavab dehin apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli qətnaməsi qismən, yəni əsas və faiz borcun məbləği, eləcədə ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmişdir. Ali Məhkəmənin 2024-cü il 2 aprel tarixli qərarı ilə tərəflərin verdiyi kassasiya şikayətləri təmin edilməmiş və apellyasiya məhkəməsinin 2023-cü il 9 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının iddia tələbi üzrə qəbul olunmuş yekun məhkəmə aktı 2024-cü il 2 aprel tarixində qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçı qəbul edildikdən sonra apellyasiya şikayəti verilmiş və qismən ləğv edilmiş olan Nəsimi rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli (hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunan zaman) qə tnaməsinə əsaslanaraq əsas borc üzrə olan 1.787.969,58 manat kredit borcunun ödənilməməsinə görə əsassız olaraq illik 5% olmaqla gecikdirilmiş faiz məbləği tələb edir.

28. Həmçinin işdə olan məhkəmə aktı ilə müəyyən olunur ki, cavabdehin götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehin dəyəri yüksək olan kifayət qədər daşınmaz əmlakları açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin olunması qət edilmişdir. Göründüyü kimi həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsi halları mövcud deyil, kredit müqaviləsi üzrə yekun borcun məbləği məhkəmə aktına əsasən müəyyən edilmiş və borcun ödənilməsi ipoteka predmetləri hesabına təmin olunacaqdır.

29. Buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi qeyd olunan halları, ümumiy yətlə, nəzərə almamış, MM-in 445.7-ci maddəsini mübahisəyə tətbiq etməli olmadığı halda tətbiq etmiş, bununla da həmin maddi hüquq normalarının tələblərinin pozulmasına yol vermişdir.

30. MPM-in 2.2-ci maddəsi üzrə - kassasiya şikayətinin dəlillərində göstərilənlər qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət olunmamaqla, MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir.

31. MPM-in 217-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, eləcə də iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından - MPM-in 217.1-217.3-cü maddələsinin tələbləri pozulmuşdur.

32. MPM-in 372.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxarkən, işdə olan sübutları və işi n hallarını tam və hərtərəfli araşdıraraq hüquqi qiymət verməmiş, bununla da sözügedən normanının tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasi ya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası ü çün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... kredit mü qaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”

38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

40. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələlərin düzgün hüquqi qiymətləndirilməsi aparılmışdır.

41. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında sonuncu tərəfin məruz qaldığı zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciəti həmin müddətdən sonrakı dövr üçün də öhdəliyin icra edilməməsinə görə onun Mül ki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizin tutulmasını tələb etmək hüququndan məhrum olması, eləcə də bu müddət daxilində zərər vuranın mülki məsuliyyətdən azad olunması kimi qiymətləndirilmə mülki hüququn vəzifə və prinsiplərinə zidd olmaqla yanaşı hüquqdan sui-istifadə hallarının yaranmasına səbəb olar.

42. Hazırkı işdə də cavabdeh tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcun ödənilməsinin gecikdirilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmişdir. Belə olan təqdirdə iddiaçının hazırkı iddianı irəli sürməsinə yuxarıda qeyd olunanlara görə hüquqi əsası yaranmış və aşağı instansiya məhkəmələri də bu iddiaya maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə doğru nəticəyə gəlmişdir. Ona görə də hazırkı məhkəmə kollegiyası bu mövqe ilə razılaşır.

43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq olunmuşdur.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəl ir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 22(103)-54/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar