Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-372/2020 20.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3 oğluna (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, X3 və X1 ibarət qarışıq tərkibdə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3 oğluna (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçü ncü şəxs “X5 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka olan əmlakın açıq hərracdan satılması və əmlak kompleksinin boşaldılması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq Müəyyən etdi:
1. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış xx.xx.2017-ci il tarixli BKN-0002700/17A saylı əsas kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli BKN-A002700/17Asaylı Əlavə kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixli BKX-B0027-00/17A saylı Əlavə kredit xətti müqaviləsin ləğv edilməsi, BKN-A0027-00/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 320152,64 manat əsas borc, 30.173,28 manat faiz məbləği, 58.309,16 manat dəbbə borcu, ümumilikdə 408.635,08 manat məbləğində borcun və BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 50.000 manat əsas borc, 5333,34 manat faiz məbləği, ümumilikdə 55.333,34 manat məbləğində borcun iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, cavabdehlər Cavabdeh4dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli BKMG-00027-00/17A saylı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Cavabdeh4-yə məxsus olan 0,77815 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisəy ə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh4-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması və cavabdehin ipotekaya qoyduğu əmlaka tutmanın yönəldilməsi ilə bağlı əmlak kompleksi kimi müəssisənin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Üçüncü şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə müvafiq rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, vəsatət onunla əsaslandırılmışdır ki, iş üzr ə 3 cavabdehdən ikisi fiziki şəxsdir, həmçinin həmin şəxslər fərdi sahibkar statusu əldə etmiş şəxslər də deyillər.
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 05 oktyabr tarixli, e-2-2(113)1873/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir (hakim – F.Qasımov).
4. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, e-2-2(113)1873/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, e-22(113)1873/2020 saylı qərardadından üçüncü şəxs “X5 tərəfindən verilmiş şikayət təmin olunmamış və iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – F.Qasımov).
5. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, X3 və X1 ibarət qarışıq tər kibi hesab edir ki, üçüncü şəxs “X5 şikayəti vəkil tərəfindən imzalanmadığı və şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün qaytarılmalı, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
7. Məcəllənin 408.1.3-cü maddəsinə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır.
8. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiy yətlərinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 2 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 4031.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Belə ki, MPM-in 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilməlidir. Şikayətə vəkilin orderi də əlavə olunur. MPM-in 67-ci maddəsinə əsasən də kassasiya və əlavə kassasiya şikayətləri, habelə m əhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
9. İş materiallarına əsasən üçüncü şəxs “X5 şikayəti nümayəndə Vəkil2 tərəfindən tərtib edilərək imzalansa da, şikayət vəkil tərəfindən imzalanmamış, şikayətə Ali Məhkəmədə baxılması üçün vəkilin müvafiq orderi əlavə edilməmişdir. İş materiallarının 133-cü vərəqindəki xx.xx.2020-ci il tarixli, 105508 saylı order isə mülki iş üçün birinci instansiya məhkəməsi olaraq Bakı Kommersiya Məhkəməsinə təqdim edildiyindən, bu hal Ali Məhkəməyə verilmiş şikayətin vəkil tərəfindən tərtib edilərək, imzalanması anlamına gəlmir.
10. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, İddiaçı2-nin cavabdehlər Cavabdeh4-nə, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka olan əmlakın açıq hərracdan satılması və əmlak kompleksinin boşaldılması tələbinə dair iş üzrə üçüncü şəxs “X5 şikayəti qaytarılmalı, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır.
11. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati K ollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3, 408.1.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı:
12. İddiaçı2-nin cavabdehlər Cavabdeh4-nə, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka olan əmlakın açıq hərracdan satılması və əmlak kompleksinin boşaldılması tələbinə dair iş üzrə üçüncü şəxs “X5 şikayəti qaytarılsın.
13. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın.