Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-373/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı firması “xxxx” QSC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 21.08.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə vəkili Vəkil2 iştirakı ilə, İddiaçı firmasının cavabdeh “xxxx” QSC-yə qarşı maddi ziyan və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi, cavabdehin ona məxsus torpaq sahəsində fəaliyyətinə son qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-230/2019 saylı i ş üzrə 08 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iqtisadi işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı firması cavabdeh “xxxx” QSC-yə qarşı “qanunazidd hərəkət nəticəsində vurulmuş ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx ünvanında iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində fəaliyyətinin qanunsuz məhdudlaşdırılması nəticəsində dəymiş ******* (dörd milyon yeddi yüz otuz bir min altı yüz) manat məbləğində maddi ziyanın, işgüzar nüfuza vurulmuş 100000 (yüz min) manat məbləğində zərərin əvəzinin, ümumilikdə ******* (dörd milyon səkkiz yüz otuz bir min altı yü z) manat pulun cavabdeh “xxxx” QSC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyətinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması dənizdə istifadə olunan bütün qurğuların təmiri, sualtı texniki işlərin görülməsi ilə məşğuldur. Firma fəaliyyətini həyata keçirmək məqsədi ilə xxx ünvanında yerləşən ümumi sahəsi 4247,6 kv/m olan torpaq sahəsini özəlləşdirmiş və özəlləşdirməyə dair firmaya müvafiq şəhadətnamə verilmişdir. Qeyd edilən torpaq sahəsi hazırda da firmanın xüsusi mülkiyyətindədir. Firmanın gəmi, o cümlədən sualtı qurğuların təmiri sahəsində müvafiq mütəxəssis bazasına malik olması, təcrübə və biliyinin olması, eləcə də başqa ölkələrdə də bu istiqamətdə olan fəaliyyə ti, bu sahədə ixtisaslaşdırılmış müəssisə və mütəxəssislərin az olması səbəbindən firmaya qarşı marağı artırmış və firma ilə əməkdaşlıq arzusunu bir çox şirkət və şəxslər ifadə etmişlər. Firmanın ixtisaslaşdığı sahə üzrə Azərbaycan Respublikasında şirkətlərin olmaması, apardıqları marketinq araşdırmaları, həmçinin bir çox şirkətlərdən konkret sifarişlərin verilməsi ilə bağlı təkliflər əsas verir ki, şirkətin fəaliyyəti uğurludur. Qeyd edilən torpaq sahəsində firma fəaliyyətə başlamaq istərkən cavabdeh tərəfindən müxtəlif xarakterli qanunsuz maneə və hərəkətlərlə qarşılaşmışdır. Cavabdehə qanunsuz hərəkətlərınə son qoyulmasına qarşı irad və müraciətləri nəticə vermədikdə firma məcbur qalıb 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ilə müraciət edərək mülkiyyət hüquqlarının məhdudlaşd ırılmasına dair hərəkətlərin hazırki cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 09 mart 2012-ci il tarixdə iddia tələbini qismən təmin etmiş və buna dair müvafiq qətnamə çıxarmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və ondan şikayət verilməmiş, qətnamə mübahisələndirilməmişdir. Lakin qətnamə qanuni qüvvəyə mindiyi zamandan indiyədək olan dövr ərzində cavabdehin qanunazidd hərəkətləri davam etməkdədir. Cavabdehin qanunsuz hərəkətləri, onlara xüsusi mülkiyyət hüququ ilə məxsus olan əmlakdan, torpaq sahəsindən istifadəyə maneələrin törədilməsinin davam etməsi firmanın fəaliyyətinə və işgüzarlığına zərər vurmuş, fəaliyyətini faktiki iflic etmişdir. Firma nəzərdə tutulan kommersiya fəaliyyətini həyata keçirə bilməmiş və bu səbəbdən onlara külli miqdarda z ərər vurulmuşdur. Bunun səbəbi qanuni qüvvəyə minmiş qətnamənin icra edilməməsindən irəli gələrək, cavabdehin qanunsuz hərəkətlərində ehtiva olunur. Faktiki olaraq hazırda iddiaçıya məxsus əmlakın qanunsuz olaraq dağıdılması onu mülkiyyət hüququndan məhrumetməyə yönələn bir hərəkətdir. İddiaçının əmlakından istifadə edə bilməməsi, dolayısı ilə kommersiya fəaliyyətini həyata keçirə bilməməsi mülkiyyət hüququna qəsd kimi qiymətləndirilməlidir. Bundan əlavə, iddiaçının öz torpaq sahəsinə buraxılmaması nəticəsində ona külli miqdarda zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı o cümlədən əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Cavabdehin bu hərəkəti nəticəsində firmanın iş görə bilməməsi haqqında fikir formalaşmış, kontragentlərə, o cümlədən xarici kontragentlərə qan uni qüvvəyə minmiş qətnaməni göstərsə də, dövlət adından çıxarılmış qətnamənin dövlət orqanı tərəfindən qanunsuz icra edilməməsi, burada işgüzar fəaliyyətin həyata keçirilməsinə şübhələr yaratmış, məhkəmə aktlarının, icra olunmaması səbəbindən, deklarativ, əhəmiyyətsiz sənəd olması fikrini yaratmışdır. Nəticədə uzun illər boyu qazandığı işgüzar nüfuzuna ciddi zərər dəymiş, iş birliyində olduğu şəxslərlə münasibətlər aradan qalxmışdır. Bununla da firmanın işgüzar nüfuzuna ciddi zərər dəymiş, ona külli miqdarda ziyan vurulmuşdur. Bundan əlavə, iddiaçı illərlə yığdığı kontragent şəxslərlə münasibətin pozulması, işgüzar nüfuzuna xələl gətirilməsi nəticəsində maddi zərərlə yanaşı, mənəvi ziyana da məruz qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-141/2019 saylı iş üzrə qəbul etdiyi 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) İddiaçı firmasının cavabdeh “xxxx” QSC-yə qarşı “qanunazidd hərəkət nəticəsində vurulmuş ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı firması “SAQA Gəmi Təmiri” şirkəti ilə aralarında bağlanan 04 yanvar 2013-cü il tarixli icarə müqaviləsinin surətini iş materiallarına əlavə etsə də, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin həmin müqavilənin məhz onu n iddia etdiyi kimi cavabdehin hüquqazidd hərəkəti nəticəsində ləğv edilməsi və bu səbəbdən öz öhdəliklərini icra edə bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki iş üzrə iddiaçı əldən çıxmış fayda qismində ******* (dörd milyon yeddi yüz otuz bir min altı yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya məbləğini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apeilyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-230/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abi yeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(81)-141/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi qəbul etdiyi qətnamədə əsassız olaraq qeyd etmişdir ki, İddiaçı firması tərəfindən məhkəməyə ona vurulmuş maddi ziyan və əldən çıxmış faydanın məhz cavabdeh “xxxx” QSC-nin qanuna zidd hərəkətləri nəticəsində baş verməsi ilə bağlı lazımi sübutlar təqdim edilməmişdir. İddia çı kassasiya şikayətində MPM-nin 82-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli, 2in(82)-660/2012 saylı qətnaməsi ilə “xxxx” QSC-nin qanuna zidd hərəkətləri sübuta yetirilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, məhkəmə araşdırması zamanı xxx ünvanda İddiaçı firmasının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, cavabdeh “xxxx” QSC-yə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncam ilə ayrılmış torpaq sahələri üst-üstə düşür. İddiaçının vəkili apelyasiya məhkəməsində işə baxılarkən şifahi vəsatətlə çıxış edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)660/2012 saylı qətnaməsinin icrasını bilavasitə həyata keçirən Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurunun şahid qismində işə cəlb edilərək dindirilməsini xahiş etsə də, məhkəmə vəsatəti qanunsuz olaraq təmin etməmişdir. Halbuki, iş üçün bilavasitə icra məmurun ifadələri əhəmiyyətli olardı və beləliklə də məhkəmə öz qanunsuz qərarı ilə əhəmiyyətli sübutdan iddiaçını məhrum etmişdir. İşə baxan aşağı instansiya məhkəmələri torpaq sahəsinin GPS koordinatlarının, ortofotosunun və aerogörütüsünün əldə edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin mütəxəsislərinə şərait yaradılması üçün heç bir tədbir görməmişdir. Bundan başqa, iddiaçının bağladığı müqavilələr üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində öhdəliyin icra edilməməsi, məsələn “SAQA Gəmi Təmiri” şirkəti ilə bağlanmış müqavilənin icra edilməməsi nəticəsində iddiaçı alacağı faydadan məhrum olub. Vurulmuş maddi ziyan və əldən çıxmış fayda ilə bağlı sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutlara heç bir məhəl qoymamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyas ı hesab edir ki, iddiaçının kassasiya şikayəti aşağıdakı səbəblərdən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - iddiaçıya məxsus torpaq sahəsində cavabdehin fəaliyyətinin qanunsuz məhdudlaşdırılması nəticəsində dəymiş maddi ziyanın, işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi; - cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyətinə son qoyulması. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının tələbinin birinci hissəsinin təmin olunması ikinci hissənin təminindən asılıdır. Belə ki, ilk öncə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyəti sübut olunmalıdır ki, belə fəaliyyət nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi tələb olunsun. İşin hallarından görünür ki, xxx yerləşən 1214,8 kv.m qeyri-yaşayış sahəsi 05 sentyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında və xxx ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 4247,6 kv.metr torpaq sahəsi isə 02 oktyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı firmasının xüsusi mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın reyestr məlumatlarında müvafiq qeydlər aparılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 660/2012 saylı 09 mart 2012-ci il tarixli qərarı ilə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 450 saylı, 27.09.2011-ci il tarixli sərəncamı qismən, yəni İddiaçı firmasına məxsus 4247,6 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilmiş və İddiaçı firmasının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər cavabdeh Azə rbycan X1 edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra 18 aprel 2013-cü il tarixdə icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra hərəkətləri aparılmışdır. Kollegiya işin sadalanan hallarına əsaslanaraq qeyd edir ki, iddiaçının tələb etdiyi maddi ziyanın əsası kimi cavabdehin ona məxsus torpaq sahəsində qanunsuz faəliyyəti məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2011-ci il tarixli 90s nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq Cavabdeh “Xəzərdənizgəmitəmiri” İB-nin xxx, 2962, 2971 və 2236-cı məhəllədə ayrılmış əraziyə köçürülməsini təmin etmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyy əti Başçısının 27.08.2011-ci il tarixli 401 saylı sərəncamı ilə xxx 2962, 2971-ci məhəllələrdə ayrılmış torpaq sahəsinə Bakı şəhəri İcra Hakimiyyətinin 450 saylı, 27.09.2011-ci il tarixli sərəncamı ilə 4.4057 ha ərazi, o cümlədən İddiaçı firmasının mülkiyyətindəki 4247.6 kv.m torpaq sahəsi əlavə olunmuşdur. Məhkəmənin sözügedən qərarı ilə Bakı şəhəri İcra Hakimiyyətinin 450 saylı, 27.09.2011-ci il tarixli sərəncamı ləğv edilərək hazırki iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlər X1 olunmuşdur. Beləliklə, iddiaçının ona məxsus torpaq sahəsi ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası aradan qalxmışdır. İddiaçı isə kassasiya şikayətində cavabdehin onun mülkiyyət hüquqlarına müdaxilə etməkdə davam etdiyini iddia edərək ona məxsus torpaq sahəsində cavabdehin fəaliyyətinə son qoyulmasını mübahisələndirir, hüquqi əsas kimi 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2in(82)- 660/2012 saylı 09 mart 2012-ci il tarixli qərarına və AR MPM-in 82-ci maddəsinə istinad edir. İşdən isə görünür ki, 09 mart 2012-ci il tarixli məhkəmə qərarı icraya yönəlmişdir və həmin qərarın icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru və eyni zamanda İddiaçı firmasının direktoru X2 da iştirakı ilə tərtib edilən və iş materiallarında olan son akt 04 avqust 2013-cü il tarixlidir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə verilən torpaq sahəsinin 13/146 nömrəli ayrıc aktı ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.08.2013-cü il tarixli, 307 saylı sərəncamı ilə xxx küçəsi, 2962 məhəllədə cizgi də göstərilən ərazi daxilində 3.1171 ha torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün Cavabdehnə verilmişdir. Eləcə də, cavabdeh də iddiaya etirazında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.08.2013-cü il tarixli, 307 saylı sərəncamına əsasən gəmiçiliyə müvafiq torpaq sahələri ayrıldığını və buna müvafiq şəkildə fəaliyyətini davam etdirdiyini, iddiaçının qeyd etdiyi torpaq sahəsi ilə həmin torpaq sahəsinin eyni torpaq sahəsi olmadığını bildirmişdir. Belə olan halda, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 660/2012 saylı 09 mart 2012-ci il tarixli qərarının hazırki iş üzrə preyudisiallığı istisna edilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak ed ən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyət i eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Lakin yuxarıda da qeyd edildiyi kimi, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)660/2012 saylı 09 mart 2012-ci il tarixli qərarında Bakı şəhəri İcra Hakimiyyətinin 450 saylı, 27.09.2011-ci il tarixli sərəncamının qanuniliyi məsələsi araşdırılmış, həmin sərəncam ləğv edilmişdir. Hazırki işin hallarından isə görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.08.2013-cü il tarixli, 307 saylı sərəncamı ilə cavabdehə müvafiq torpaq sahələri ayrılmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbində mübahisələndirdiyi cavabdehin hərəkətləri nin hüquqi əsası dəyişmişdir. “AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında” qeyd olunub ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddianın predmeti – o hüquq münasibətidir ki, mövcudluğu ilə bağlı məhkəmə məsələyə baxmalı və tərəflər arasında hüquq və vəzifələrin təsdiq edilməsi barədə qərar çıxarmalıdır. Göründüyü kimi, qanunverici tələbin pr edmetinə dair sübut edilmiş halın yenidən sübut edilməsini qadağan edir. İddiaçı isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.08.2013-cü il tarixli, 307 saylı sərəncamını mübahisələndirməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 05.08.2013-cü il tarixli 307 saylı sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin dəqiq müəyyən edilməsi, həmin sərəncamın iddiaçının hüquq və mənafelərinə toxunub-toxunmadığına hüquqi qiymət verilməsi başqa bir məhkəmə mübahisəsinin predmeti ola bilər və həmin əsasın hazırki icraat çərçivəsində araşdırılmasına məhkəmə səlahiyyətli deyildir. Bu əsasdan çıxış edərək kollegiya qeyd edir ki, cavabdehin hərəkətlərinə son qoyulması barədə tələbini təmin etməyən apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində tələbinin əsası kimi ona istinad edir ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə cavabdehin ona məxsus torpaq sahəsində mülkiyyət hüquqlarının məhdudlaşdırılması qadağan edilmiş, iddiaçının ona məxsus torpaq sahəsində fəaliyyətinin cavabdeh tərəfindən məhdudlaşdırılması nəticəsində iddiaçı üçüncü şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliyini icra edə bilməmiş və nəticədə ona maddi ziyan dəymişdir. İddiaçının həmin maddi ziyanla bağlı təqdim etdiyi sənədlər aşağıdakılardan ibarət olmuşdur. - 04 yanvar 2013-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən İddiaçı firması gəmilərin dayanması və təmiri üçün istifadə ediləcək “H 102” barjasını olduğu kimi icarəçi “SAQA Gəmi Təmiri” şirkətinə verməyi, lazım gələrsə körpüdə da yanan gəmiləri içməli su və elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı 25000 manat təşkil edir. - 31 yanvar 2013-cü il tarixli, görülən işlərin təhvil-təslim aktının surətindən görünür ki, 22 dekabr 2010-cu il tarixli 10-01 nömrəli müqaviləyə əsasən, 31 yanvar 2013-cü il tarixinə qədər görülmüş işlərin spesifikasiyasında göstərilmiş işlər yerinə yetirilmişdir. İşin müqavilə qiyməti ******* (üç milyon beş yüz səksən bir min altı yüz qırx bir) manat təşkil edir. Mövcud akta əsasən görülmüş işlərin qiyməti ******* (üç milyon yüz iyirmi dörd min altı yüz altmış bir) manat təşkil edir. Görülmüş işlərə görə Sifarişçinin (İddiaçıxxxx” MMC) heç bir iradı yoxdur. Bu akt İddiaçı firması ilə “xxxx” MMC arasında mərhələli hesabat üçün tərtib edilmişdir. İddiaçı, “SAQA G əmi Təmiri” şirkəti ilə aralarında bağlanan 04 yanvar 2013-cü il tarixli icarə müqaviləsinə istinad etsə də, həmin müqavilə əsasında icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin həmin müqavilənin məhz onun (iddiaçının) iddia etdiyi kimi, cavabdehin hüquqazidd hərəkəti nəticəsində ləğv edilməsi və bu səbəbdən öz öhdəliklərini icra edə bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, apelyasiya məhkəməsi həmin icarə müqaviləsini iddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı firması cavabdeh “xxxx” QSC- nin fəaliyyəti nəticəsində firmanın işgüzar nüfuzuna zərər vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə də, cavabdehin iddiaçıya məxsus torpaq sahəsində fəaliyyəti, eləcə də belə fəaliyyət nəticəsində iddiaçıya dəymiş zərər sübuta yetirilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Y uxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı firması tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-230/2019 saylı iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-373/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-373/2019
21.08.2019 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver