Məhkəmə qərarları › İş №2-2(102)-373/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-373/2023

12.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-373/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, e-2-2(103)-264/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmış dır. İşin halları 1. 2022-ci il 31 may tarixli, AMX-3007/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. 2. 2022-ci il 8 iyul tarixli ******* saylı və ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlar»dan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Salyan rayonunda yerləşən, iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın işləməməsi müəyyən edilərək, sayğac xəttən açılmış, Dövlət yoxlamasına göndərilmiş və müvəqqəti olaraq G400 markalı 80102837 nömrəli sayğac ilə qaz xətti bərpa olunmuşdur. 3. 2022-ci il 15 avqust tarixli SS seriyalı 29/1640-01699 saylı «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt»ın surətindən görünür ki, iddiaçıya məxsus qaz xəttinə quraşdırılmış G400 markalı 80081092 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2022-ci il 8 iyul tarixində xətdən çıxarılmış, 2022-ci il 5 avqust tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində ötürücü mexanizmin sıradan çıxması, hesablayıcı mexanizmin işləməməsi aşkar olunmuşdur. 4. 52001034 nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 174.778 kub.metr müəyyən edilmişdir.

5. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2022-ci ilin avqust ayına 38.451,16 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində (**********00000 abonent koduna) hesablanmış 38.451.10 manat cərimə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib edilmiş 2022-ci il 8 iyul tarixli, ******* və ******* saylı akt tərtib edilmişdir. Həmin aktlar əsasında iddiaçının sayğacı cavabdeh tərəfindən çıxarılaraq götürülmüşdür. Bundan sonra cavabdeh tərəfindən qanunsuz və əsassız ola raq guya cavabdeh tərəfindən 174.778 kub.metr qazın sərf edildiyi hesablanmış və nəticədə iddiaçıya 38.451.10 manat (174778*0.22) məbləğində cərimə hesablanmışdır. Cavabdeh SOCAR**********31791640X01699 saylı, 2022-ci il 7 iyul tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Salyan rayon xidmət sahəsinin iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G400 markalı, 80081092 nömrəli trubin tipli “Elster” qaz sayğacı 2022-ci il 8 iyul tarixində xətdən çıxarılmış, 2022-ci il 5 avqust tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında sayğacın yoxlanılması haqqında SS seriyalı 29/1640-01699 saylı akt tərtib edilmişdir. Adı çəkilən aktda yoxlamanın nəticəsi olaraq ötürücü mexanizmin sıradan çıxması hesablayıcı mexanizmin işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmadığı qeyd edilmişdir. Daha sonra cavabdeh tərəfindən guya iddiaçı tərəfindən 174.778 kub.metr qazın sərf edildiyi qənaətinə gələrək iddiaçı 38.451.10 manat cərimə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlamalar qanunsuz və əsassız olduğundan həmin yoxlamalar nəticəsində hesablanmış 38451.10 manat məbləğində cərimə də qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlamanın özü qanunsuz şəkildə aparılmışdır. Yəni cavabdeh tərəfindən aparılmış yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Cavabdeh tərəfindən aparılmış yoxlamalar nəticəsində əsassız olaraq hesablanmış cərimə məbləğinin silinməsi ilə bağlı cavabdehə pretenziya məktubu ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən ünvanlanmış məktuba hər hansı formada cavab verilməmişdir. Bundan sonra mübahisənin məhkəmədənkənar mediasiya prosesi tətbiq edilməklə həll edilməsinə dair cavabdehə mediasiya təklifi göndərilməsinə baxmayaraq, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Odur ki, hazırda mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparıl ması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli, e-2-2(113)-6304/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində (**********00000 abonent koduna) hesablanmış 38.451.10 manat borcun silinməsi, 205,35 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Pirverdiyev).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində qaz sayğacına baxış keçirilməsi məqsədilə həmin yo xlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.

12. Sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində cavabdeh tər əfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

13. Belə ki, təbii qazın təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.

14. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.

15. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya hesabladığı borc məbləğinin (38451,16 manat) iddiada tələb olunan məbləğdən (38451.10 manat) artıq olması müəyyən olunsa da, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır.

16. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.3, 2.1, 2.3, 3.1, 3.2, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, Azərbaycan Re spublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 80, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 dekabr tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

18. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, 2-2(103)-264/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli, e-2-2(113)6304/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının qaz təchizatı sisteminə baxış keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından yoxlama nəticəsində tərtib edilmiş aktın nəticələri etibarsızdır.

21. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 2021-ci il 23 may tarixində edilmiş dəyişikliyə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarətin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların mara qlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilməli olduğu qeyd edildiyindən, iddiaçının qaz sayğacı qurğusu müayinə edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilməsinə ehtiyac olmadığına dair mülahizə əsassızdır.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.1, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafi əsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə, 20-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1, 2.11-2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qət namənin ləğv olunması və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

24. MPM-in 9.1, 88, 386-cı maddələrinin tələbləri pozulmuşdur- cavabdehin X1 İstismar İdarəsi tərəfindən iddiaçıya məxsus müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının işləmə prinsipində nasazlıqlar olduğu üçün yoxlanılmış və qaz sayğacında olan nasazlığın yerində aradan qaldırılması mümkün olmadığı üçün 2022-ci il 8 iyul tarixində qaz xəttindən çıxarılaraq laboratoriyaya göndərilmiş və müəssisənin qaz xətti üzərinə müvəqqəti olaraq G-400 markalı, 80102837 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı cavabdehin Meterologiya Departamentində yoxlamadan keçirilmiş və yoxlama zamanı sayğacın ötürücü mexanizminin sıradan çıxması və hesablayıcı mexanizminin işləməməsi, qaz sayğacının arxiv göstəricilərinə əsasən sayğacın 174778 m3 (14699099 m3 – 14051772 m3 =647327 m3 x 0,27 m3 = 174778 m3 x 0,22 manat = 38451,16 manat) qaz sərfini qeydə almaması müəyyən edilmiş,hesabat aparılaraq qüvvədə olan təbii qazın tarif dəyərinə əsasən hesablanaraq 38.451,10 manat iddiaçının hesabına işlənmiş və hesablanmış borcun ödənilməsi üçün iddiaçıya elektron qaimə-faktura təqdim edilmişdir.

25. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin cavabdeh t ərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir.

26. İşə baxan məhkəmələr iş üzrə olan sübutları araşdırmadan, iddiaçıya məxsus qaz sayğacının işləməməsini, iddiaçıya məxsus sayğacın qaz sərfini qeydə almamasını nəzərə almadan, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini əsas götürməklə 38.451,10 manat borcun silinməsi barədə qətnamə qəbul etmişlər. Bu cür hallarda istehlakçıların təbii qazdan səmərəli istifadəyə laqeyid yanaşmasına zəmin yaradır və nəticədə cavabdehin zərər çəkməsinə səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, k assasiya baxışının hədləri

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassa siya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. faktiki halların yoxlanılması və araşdırılması kimi Tətbiq edilən hüquq 31. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstə rilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır....” “Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahib karlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”

32. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir...”

33. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tu tulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeyd iyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” 34. “Qaz təchizatı haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

3. Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir....” “Maddə

20. Yoxlama Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.”

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011- ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. QAZ QURĞULARİNİN QAZPAYLAYİCİ ŞƏBƏKƏYƏ QOŞULMASİ, İSTİSMARA QƏBULU VƏ İSTİSMARİ... 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylay ıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndiri lməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. İşin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği 2022-ci il 31 avqust tarixində cavabdeh tərəfindən iddiaçıya təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş 52001034 nömrəli akta əsasən hesablanmışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibə tdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 20-22-ci bəndləri).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların ged işində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

43. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda §35) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 22(103)-264/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar