Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-374/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "stansiya xidmətlərinə görə hesablanmış yığımın tutulması" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/202 2 saylı qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 1 avqust - 2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışa əsasən, göstərilən dövlər ərzində Cavabdeh MMC-nin yaranmış borc məbləği 103.076,03 manat təşkil etmişdir. 2. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil aşağıdakı məbləğlərdə müəyyən edilmişdir: - 2020-ci il 31 dekabr tarixli 1085 nömrəli hesaba əsasən, 26.970,05 manat; - 2020-ci il 1 dekabr tarixli 1016 nömrəli hesaba əsasən, 12.928,87 manat; - 2020-ci il 1 noyabr tarixli 950 nömrəli hesaba əsasən, 9.5 05,19 manat; - 2020-ci il 31 avqust tarixli 34 nömrəli hesaba əsasən, 3.875,16 manat; - 2020-ci il 1 oktyabr tarixli 872 nömrəli hesaba əsasən, 19.688,61 manat; - 2020-ci il 30 sentyabr tarixli 37 nömrəli hesaba əsasən, 2.834,36 manat; - 2020-ci il 1 sentyabr tarixli 773 nömrəli hesaba əsasən, 29.927,67 manat; - 2020-ci il 1 avqust tarixli 665 nömrəli hesaba əsasən, 6.517,24 manat; - 2021-ci il 31 dekabr tarixli 564 nömrəli hesaba əsasən, 9.342,36 manat; - 2021-ci il 30 noyabr tarixli 537 nömrəli hesaba əsasən, 13.786,99 manat; - 2021-ci il 31 oktyabr tarixli 520 nömrəli hesaba əsasən, 43.929,12 manat; - 2021-ci il 30 sentyabr tarixli 510 nömrəli hesaba əsasən, 25.533,59 manat; - 2021-ci il 31 avqust tarixli 501 nömrəli hesaba əsasən, 5.882,04 manat; - 2021-ci il 1 fevral tarixli 38 nömrəl i hesaba əsasən, 12.080,87 manat; - 2022-ci il 2 fevral tarixli 14 nömrəli hesaba əsasən, 8.110,68 manat. 3. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği aşağıdakı kimi olmuşdur: - 2020-ci il 4 dekabr tarixli, EBAT seriyalı, 461224 nömrəli elektron qaiməyə əsasən, oktyabr ayı üçün 9.505,20 manat; - 2020-ci il 30 dekabr tarixli, EBAV seriyalı, 596050 nömrəli elektron qaiməyə əsasən, noyabr ayı üçün 13.606,67 manat; - 2021-ci il 19 yanvar tarixli, EBAW seriyalı, 304138 nömrəli elektron qaiməyə əsasən, dekabr ayı üçün 26.970,04 manat; - 2020-ci il 21 avqust tarixli, EBAN seriyalı, 892046 nömrəli elektron qaiməyə əsasən, iyul ayı üçün 6.517,23 manat; - 2020-ci il 16 sentyabr tarixli, EBAQ seriyalı, 003354 nömrəli ele ktron qaiməyə əsasən, avqust ayı üçün 33.802,83 manat; - 2020-ci il 27 oktyabr tarixli, EBAR seriyalı, 800793 nömrəli elektron qaiməyə əsasən, sentyabr ayı üçün 22.523,60 manat; - 2019-cu il 13 dekabr tarixli, EBAD seriyalı, 830904 nömrəli elektron qaiməyə əsasən, noyabr ayı üçün 18.865,89 manat; - 2019-cu il 15 noyabr tarixli, EBAC seriyalı, 525135 nömrəli elektron qaiməyə əsasən, oktyabr ayı üçün 42624,46 manat; - 2019-cu il 14 oktyabr tarixli, EBAB seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən, sentyabr ayı üçün 20.224,95 manat; - 2019-cu il 19 sentyabr tarixli, EBAA seriyalı, 069578 nömrəli elektron qaiməyə əsasən, “avqust ayı üçün 11.727,12 manat; - 2019-cu il 15 avqust tarixli, EAAY seriyalı, 507551 nömrəli elektron qaiməyə əsasən, iyul ayı üçün 6.267 manat; - 2019-cu il 10 may t arixli, EAAU seriyalı, 254826 nömrəli elektron qaiməyə əsasən, aprel ayı üçün 1.421,22 manat; - 2019-cu il 16 aprel tarixli, EAAT seriyalı, 161253 nömrəli elektron qaiməyə əsasən, mart ayı üçün 9.583,60 manat; - 2019-cu il 14 mart tarixli, EAAR seriyalı, 675610 nömrəli elektron qaiməyə əsasən, fevral ayı üçün 15.249,98 manat; - 2019-cu il 17 yanvar tarixli, EAAP seriyalı, 275054 nömrəli elektron qaiməyə əsasən, dekabr ayı üçün 7.393,13 manat; - 2021-ci il 18 noyabr tarixli, EBBM seriyalı, 566926 nömrəli elektron qaiməyə əsasən, oktyabr ayı üçün 43.929,12 manat; - 2020-ci il 22 iyun tarixli, EBAL seriyalı, 413722 nömrəli elektron qaiməyə əsasən, may ayı üçün 20.558,01 manat; - 2020-ci il 14 fevral tarixli, EBAG seriyalı, 374513 nömrəli elektron qaiməyə əsasən, yanvar ayı üçün ümumi məbləğ i 4.205,70 manat; - 2020-ci il 17 yanvar tarixli, EBAF seriyalı, 183196 nömrəli elektron qaiməyə əsasən, dekabr ayı üçün 2.265,02 manat.
4. Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə aşağıdakı məbləğlərdə ödənişlər edilmişdir: - 2021-ci il 9 fevral tarixli debit haqqında bildirişə əsasən, 10.238,02 manat (ödənişin təyinatı – hesab 38); - 2021-ci il 9 fevral tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 1.842,85 manat (ödənişin təyinatı – hesab 38) ƏDV; - 2021-ci il 12 yanvar tarixli debit haqqında bildirişə əsasən, 22.855,97 manat (ödənişin təyinatı – hesab 1085); - 2021-ci il 12 yanvar tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 4.114,08 manat (ödənişin təyinatı – hesab 1085) ƏDV; - 2020-ci il 8 dekabr tarixli debit haqqında bildirişə əsasən, 10.956,67 manat (ödənişin t əyinatı – hesab 1016); - 2020-ci il 8 dekabr tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 1.972,20 manat (ödənişin təyinatı – hesab 1016) ƏDV; - 2020-ci il 5 noyabr tarixli debit haqqında bildirişə əsasən, 8.055,24 manat (ödənişin təyinatı – hesab 950); - 2020-ci il 5 noyabr tarixli debit haqqında bildirişə əsasən, 1.449,95 manat (ödənişin təyinatı – hesab 950) ƏDV; - 2020-ci il 5 noyabr tarixli debit haqqında bildirişə əsasən, 3.875,16 manat (ödənişin təyinatı – hesab 34); - 2020-ci il 14 oktyabr tarixli debit haqqında bildirişə əsasən, 16.685,26 manat (ödənişin təyinatı – hesab 872); - 2020-ci il 15 oktyabr tarixli ödəniş tapşırığına əsasən 3.003,35 manat məbləğində (ödənişin təyinatı – hesab 872) ƏDV; - 2020-ci il 6 oktyabr tarixli debit haqqında bildirişə əsasən, 2.402 mana t (ödənişin təyinatı – hesab 37); - 2020-ci il 4 sentyabr tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 432,36 manat (ödənişin təyinatı – hesab 37) ƏDV; - 2020-ci il 4 sentyabr tarixli debit haqqında bildirişə əsasən, 25.362,43 manat (ödənişin təyinatı – hesab 773); - 2020-ci il 4 sentyabr tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 4.565,24 manat (ödənişin təyinatı – hesab 773) ƏDV; - 2020-ci il 5 avqust tarixli debit haqqında bildirişə əsasən, 5.523,08 manat (ödənişin təyinatı – hesab 665); - 2020-ci il 5 avqust tarixli debit haqqında bildirişə əsasən, 994,16 manat (ödənişin təyinatı – hesab 665) ƏDV; - 2022-ci il 3 fevral tarixli debit haqqında bildirişə əsasən, 6.873,46 manat (ödənişin təyinatı – hesab 14); - 2022-ci il 3 fevral tarixli debit haqqında bildirişə əsasən, 1.237,22 manat (ödənişin təyinatı – hesab 14) ƏDV; - 2021-ci il 21 yanvar tarixli debit haqqında bildirişə əsasən, 7.917,25 manat (ödənişin təyinatı – hesab 564); - 2021-ci il 21 yanvar tarixli debit haqqında bildirişə əsasən, 1.425,11 manat (ödənişin təyinatı – hesab 564) ƏDV; - 2021-ci il 7 dekabr tarixli debit haqqında bildirişə əsasən, 8.933,89 manat (ödənişin təyinatı – hesab 537); - 2021-ci il 7 dekabr tarixli debit haqqında bildirişə əsasən, 1.608,10 manat (ödənişin təyinatı – hesab 537) ƏDV; - 2021-ci il 5 noyabr tarixli debit haqqında bildirişə əsasən, 31.612,5 manat (ödənişin təyinatı – hesab 520) ödəniş edilmişdir. - 2021-ci il 17 dekabr tarixli debit haqqında bildirişə əsasən, 8.365,57 manat (ödənişin təyinatı – hesab 520) ƏDV; - 2021-ci il 5 noyabr tarixli debit haqq ında bildirişə əsasən 5.690,25 manat (ödənişin təyinatı) ƏDV. - 2021-ci il 21 oktyabr tarixli debit haqqında bildirişə əsasən, QSC-yə 21.638,63 manat (ödənişin təyinatı – hesab 510); - 2021-ci il 21 oktyabr tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 3.894,96 manat (ödənişin təyinatı – hesab 510) ƏDV; - 2021-ci il 10 sentybar tarixli debit haqqında bildirişə əsasən, 4.984,78 manat (ödənişin təyinatı – hesab 501); - 2021-ci il 10 sentybar tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən, 897,26 manat (ödənişin təyinatı – hesab 501) ƏDV. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 7 aprel tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 6 aprel t arixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2020-ci il 1 avqust tarixindən 2021-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103.076,03 manat və 400 manat ödənilmiş dövlət rüsumu, cəmi 103.476,03 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 1 avqust tarixindən 2021-ci il 1 fevral tarixinə kimi stansiya xidmətləri göstərilmiş, iddiaçının Xırdalan və Kürdəmir stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilibgötürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 103.076,0 3 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 9 aprel tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş iddiaçının Nizamnaməsinin 3.2.29-cu yarımbəndinə əsasən, iddiaçının fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.
7. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1-ci; “Dövlət rüsumu haqqında” Azərba ycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevarl tarixli 36 nömrəli Qərarına istinad edilmişdir.
8. Cavabdeh tərəfindən 2022-ci il 18 may tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin 5 hektara yaxın ərazisi vardır və dalan yolu cavabdehə məxsusdur. Bununla belə, 200 ədəd cavabdehə məxsus vaqonlar vardır. Bu da o deməkdir ki, iddiaçının nə dalan yolundan, nə də vaqonlarından istifadə edir. Buna görə də hansısa bir rüsum ödəmək cavabdeh məcburiyyətində deyil. Cavabdeh iddiaçıya yükdaşımalara və stansiya xidmətlərinə görə hər il milyonlarla pul ödəmişdir. Bu qədər pulu ödəyən şirkət iddia ərizəsində göstərilən pulu niyə ödəməsin. B u da o deməkdir ki, yazılanlar əsassızdır və absurddur.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli e-2-2(113)-2011/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi ilə bağlı yazılı formada müqavilə bağlanmasa da, bu xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. Belə xidmətlərin göstərilməsini cavabdeh mübahisələndirməmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri ilə bağlı (ƏDV daxil) cavabdehə hesablar təqdim edilmiş, elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən onların əsası nda iddiaçının hesabına bank köçürmə yolu ilə ödənişlər edilmişdir.
11. Hazırda iddiaçı 2020-ci il 1 avqust tarixindən 2021-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103.076,03 manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir.
12. İddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təqdim etmişdir. İddia tələbində 2020-ci il 1 avqust - 2021-ci il 1 fevral tarixləri arasında yaranmış borc məbləği tələb edilsə də, həmin arayışda göstərilən borcun 2021-ci il 1 avqust - 2022-ci il 1 fevral tarixləri əhatə etdiyi qeyd edilmişdir. Bu uyğunsuzluq iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin 2020-ci il 1 avqust - 2021-ci il 1 fevral tarixləri arasında yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir.
13. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir.
14. Təqdim olunmuş sübutlarla təsdiq olunmuşdur ki, 2021-ci il 1 avqust - 2022-ci il 1 fevral tarixlərini əhatə edən dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan hesablar üzrə bütün ödənişlər edilmiş, cavabdehin həmin dövr üzrə iddiaçıya heç bir borcu yoxdur.
15. İddiaçının səlahiyyətli nümayəndəsi həmin ödənişlərin edilməsini təsdiq etmiş, lakin iddia tələbində göstərilən dövr ərzində cavabdeh tərəfindən edilmiş ödənişlərin cavabdehin əvvəlki dövrlər üzrə yaranmış borclarına silindiyini bildirmiş, bununla b ağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdehə təqdim edilmiş hesablarda borcun əvvəlki dövrlər üzrə yaranması qeyd edilməmiş və cavabdeh tərəfindən edilmiş ödənişlərdə ödənişin təyinatı kimi həmin hesablara istinad edilmişdir.
16. Beləliklə, iddia tələbində göstərilən dövr üçün cavabdehin iddiaçıya borcunun olması müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının diqqətinə çatdırılmışdır ki, iddiaçı digər dövrlər üzrə cavabdeh tərəfindən öhdəliklərinin icra edlilb-edilməməsini mübahisələndirmək hüququnu özündə saxlamışdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı 2022-ci il 2 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnaməsini ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də MPM-in 13.4-cü və MM-i n 11.1-ci maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazırki mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. İddiaçı bildirmişdir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil etmişdir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.
22. Belə ki, iddiaçı 2020-ci il 1 avqust tarixindən 2021-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103.076,03 manat vəsaitin tutulmasını tələb etmiş, həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış təq dim etmişdir.
23. İddia tələbində 2020-ci il 1 avqust - 2021-ci il 1 fevral tarixləri arasında yaranmış borc məbləği tələb edilsə də, həmin arayışda göstərilən borcun 2021-ci il 1 avqust - 2022-ci il 1 fevral tarixlərini əhatə etdiyi qeyd edilmişdir. Bu uyğunsuzluq birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin 2020-ci il 1 avqust - 2021-ci il 1 fevral tarixləri arasında yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir. Cavabdeh qeyd olunan dövr, eləcə də digər dövrlər üzrə göstərilən xidmətlərə görə iddiaçıya borcunun olmadığını bildirmişdir.
24. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş sənədləri ilə 2021-ci il 1 avqust 2022-ci il 1 fevral tarixlərini əhatə edən dövr üzrə iddiaç ı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan hesablar üzrə bütün ödənişlərin edildiyi, cavabdehin həmin dövr üzrə iddiaçıya heç bir borcunun olmadığı təsdiq olunmuşdur.
25. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində həmin ödənişlərin edilməsini təsdiq etmiş, lakin iddia tələbində göstərilən dövr ərzində cavabdeh tərəfindən edilmiş ödənişlərin cavabdehin əvvəlki dövrlər üzrə yaranmış borclarına silindiyini bildirmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
26. Cavabdehə təqdim edilmiş hesablarda isə borcun əvvəlki dövrlər üzrə yaranması qeyd edilməmiş, habelə cavabdeh tərəfindən edilmiş ödənişlərdə ödənişin təyinatı kimi həmin hesablara istinad edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2020-ci il 1 avqust 2021-ci il 1 fevral tar ixlərində xidmətlərin göstərilməsi barədə tərtib olunan digər Forma 869 təqdim edilməmişdir.
27. Halbuki işin hallarından müəyyən edilmişdir ki, tərəflər arasındakı işgüzar münasibətlər məhz bu şəkildə olmuş, yəni iddiaçı tərəfindən Forma 869 tərtib olunaraq cavabdehə təqdim edilmiş və onun əsasında cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Ona görə də iddiaçı tərəfindən təqdim olunan elektron qaimələr əlavə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
28. Bu baxımdan, iddia tələbində göstərilən dövr üçün cavabdehin iddiaçıya borcunun olması müəyyən edilmir və ona görə də iddia rədd edilməlidir
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci maddələrinə; “Elektron qaimə-fakturanın formasının, tətbiq i, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə; MPM-in 13.4, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 8 dekabr tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
31. İddiaçı 2023-cü il 13 yanvar tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(102)-174/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov).
33. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-1031/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
34. İddiaçı 2023-cü il 7 mart tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/2022 saylı qətnaməsinin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri
35. MM-in 385-ci maddəsi üzrə – Stansiya xidmətlə rinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ müəssisə yoxdur. Hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Stansiya xidmətlərinin göstərilməsi iş materiallarında olan kifayət qədər əsaslı sübutlarla təsdiq olunur. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf xidmət müqabilində yaranmış borcunu iddiaçıya ödəməmişdir.
36. MPM-in 88-ci maddəsi üzrə – Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş bank qəbzlərini iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətl əri müqabilində ödənilmiş xidmət haqqı olaraq qiymətləndirmiş, apellyasiya instansiya məhkəməsi də həmin mövqeyi təkrarlamışdır. Lakin bu qəbzlərin üzərində dəqiq ödəniş təyinatı, qəbzlərin iddiaçı tərəfindən cavabdehə göndərilmiş hansı elektron qaimə üzrə ödənildiyi barədə heç bir məlumat yoxdur. Qəbzlərin üzərində ödəniş təyinatı kimi ümumi olaraq “dəmir yol xidmətləri” qeyd edilib və bu, iddiaçı tərəfindən göstərilən bütün xidmət növlərini özündə əks etdirir. Bu qəbzlər əsasında iddiaçıya köçürülmüş pul məbləğinin məhz stansiya xidmətlərinə görə ödənildiyini müəyyən etmək mümkün deyildir. İddiaçı təqdim etdiyi elektron qaimələr cavabdehə stansiya xidmətlərinin göstərildiyini təsdiq edən yığım vərəqələri (FDU-92) əsasında verilmiş və elektron qaimələrdə də bu sənədə istinad edilmişdir. E lektron qaimələri təsdiq edən sənədlər məhkəməyə təqdim olunduğundan həmin elektron qaimələr iş üzrə sübut kimi qəbul olunmalıdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iş birinci instansiya məhkəməsində olarkən elektron kabinetə yüklədiyi sənədlərdən görünür ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Elektron qaimələrə cavab olaraq cavadbeh bildirmişdir ki, həmin elektron qaimələrin çox hissəsi 2019-cu ili əhatə edir və çox az bir hissəsi iddia tələbində olan dövrü əhatə edir ki, onu da cavabdeh zamanında ödəmiş və sübutları təqdim etmişdir. İddia ərizəsində göstərilən tarixlərlə maliyyə arayışında göstərilən tarixlər fərqli olsa da, hər iki tarix üzrə ödənişlər olunub və təqdim edilib.
38. Cavabdeh kassasiya şikayətinə cavab olaraq bir daha bildirmişdir ki, qeyd olunanlar əsassızdır. Belə ki, cavabdehin 5 hektara yaxın ərazisi vardır və dalan dəmir yolu cavabdehə məxsusdur, 200 ədəd cavabdehə məxsus vaqonları vardır. Bu da o deməkdir ki, cavabdeh iddiaçının nə dalan yolundan, nədə vaqonlarından istifadə edir və buna görə də hansısa rüsum ödəmək məcburiyyətində deyildir. Cavabdeh iddiaçıya yükdaşımalara və stansiya xidmətlərinə görə hər il milyonlarla pul ödəyir. Bu qədər pulu ödəyən şirkət iddia ərizəsində göstərilən pulu niyə ödəməsin. Bu da o deməkdir ki, yazılanlar əsassızdır və absurddur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)...” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşıl ıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxs in (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu.... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. İddiaçı 2020-ci il 1 avqust tarixindən 2021-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 103.076,03 manat vəsaitin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
45. İşə baxan məhkəmələrin qətnamələrindən aydın olur ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayış tə qdim etmişdir. İddia tələbində xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləği tələb edilsə də, həmin arayışda göstərilən borcun xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə etdiyi qeyd edilmişdir. Bu uyğunsuzluq birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsinin diqqətinə çatdırılsa da, nümayəndə maliyyə arayışında bir səhv olmadığını, lakin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında yaranmış borc məbləğinin tutulmasını xahiş etdiklərini bildirmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi ödəniş sənədləri ilə xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı təqdim olunan hesablar üzrə bütün ödənişlərin edildiyi, cavabdehin həmin döv r üzrə iddiaçıya heç bir borcunun olmadığı təsdiq olunur. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində həmin ödənişlərin edilməsini təsdiq etmiş, lakin iddia tələbində göstərilən dövr ərzində cavabdeh tərəfindən edilmiş ödənişlərin cavabdehin əvvəlki dövrlər üzrə yaranmış borclarına silindiyini bildirmiş, lakin bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehə təqdim edilmiş hesablarda isə borcun əvvəlki dövrlər üzrə yaranması qeyd edilməmiş, habelə cavabdeh tərəfindən edilmiş ödənişlərdə ödənişin təyinatı kimi həmin hesablara istinad edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə xidmətlərin göstərilməsi barədə tərtib olunan digər Forma 869 təqdim edilməmişdir. Halbuki sənədlərdən müəyyən edilir ki, tərəflər arasındakı işg üzar münasibətlər məhz bu şəkildə olmuş, yəni iddiaçı tərəfindən Forma 869 tərtib olunaraq cavabdehə təqdim edilmiş və onun əsasında cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Ona görə də iddiaçının təqdim etdiyi elektron qaimələr əlavə xidmətlərin göstərildiyini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
47. Kassasiya şikayətində göstərilən eyni və oxşar məzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
48. İddiaçı özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
49. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə t əkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 43) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-2(103)-1031/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.