Məhkəmə qərarları › İş №2-2(102)-374/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-374/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-374/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, müqavilə üzrə dəbbə pulu tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart t arixli 2-2(103)-53/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında 2021-ci il 3 mart tarixli **********088 nömrəli ‘‘Avadanlıqların xidmət və icarə müqaviləsi” (bundan sonra-“müqavilə”) bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən mülkiyyətində olan və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavədə göstərilən icarə obyektini icarəçinin yazılı sifarişi əsasında icrəçiyə verməyi, icarəçi isə hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddə tdə yerinə yetirməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən ödənişin 0.1%-i həddində cərimə ödənilməsini tələb edə bilər.

2. Müqaviləyə 1 saylı əlavədə qeyd olunmuş qiymətlərin razılaşdırılması protokolu ilə x mobil kranın 1 aylıq icarə haqqı 17.000 manat müəyyən edilmişdir.

3. Müqaviləyə 2022-ci il 8 aprel tarixli 2 nömrəli əlavə razılaşma bağlanmış və müqaviləyə aid 1 nömrəli əlavədə qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100-100tn texnikasının 1 aylıq icarə haqqı 15.300 manat, ** texnikasının 1 aylıq icarə haqqı 8500 manat və Terex AC160-160tn texnikasının bir aylıq icarə haqqı 15.300 manat müəyyən edilmişdir.

4. Müqaviləyə 2022-ci il 1 dekabr tarixli 3 nömrəli əlavə razılaşma bağlanmış və müqaviləyə aid 1 nömrəli əlavədə qiymətlərin razılaşdırılması protokoluna yeni icarə obyektləri əlavə edilərək Terex AC100-100tn texnikasının 1 aylıq icarə haqqı 16.150 manat müəyyənləşdirilmişdir. 5. 2022-ci il 21 iyun tarixli 88/12 nömrəli təhvil-təslim aktına görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2022-ci ilin may ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X2 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 160 tonluq, iki ədəd 100 tonluq, dörd ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 62.716,84 manat təşkil edir. 6. 2022-ci il 8 iyul tarixli 88/13 nömrəli təhvil-təslim aktına görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2022-ci ilin iyun ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X2 yenidə nqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 8826,84 manat təşkil edir. 7. 2022-ci il 8 avqust tarixli 88/14 nömrəli təhvil-təslim aktına görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2022-ci ilin iyul ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X2 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq mobil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 8500 manat təşkil edir. 8. 2022-ci il 7 sentyabr tarixli 88/15 nömrəli təhvil-təslim aktına görə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2022-ci ilin iyun ayında icarəçinin tapşırığına uyğun olaraq Heydər Əliyev adına X2 yenidənqurma və modernizasiya işləri layihəsində bir ədəd 45 tonluq m obil kran icarəyə verilmişdir. Hesablanmış aylıq icarə haqqı ƏDV xaric 4249,96 manat təşkil edir.. 9. “x” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə: - 2022-ci il 29 aprel tarixli PR012 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 420825 nömrəli elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının aprel ayı üzrə 10589,44 manat; - 2022-ci il 29 aprel tarixli PR013 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 421415 nömrəli elektron qaiməyə əsasən aprel ayı üzrə 15241,84 manat; - 2022-ci il 29 aprel tarixli PR014 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 421652 nömrəli elektron qaiməyə əsasən Terex AC100/4Ls/n 10297; H028 894 texnikasının aprel ayı üzrə 12047,65 manat; - 2022-ci il 29 aprel tarixli PR015 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 421751 n ömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507432, H029 804 texnikasının aprel ayı üzrə 2546,04 manat; - 2022-ci il 29 aprel tarixli PR016 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 422040 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507617, H029 662 texnikasının aprel ayı üzrə 9952,69 manat; - 2022-ci il 29 aprel tarixli PR017 nömrəli invoysa və 2022-ci il 17 may tarixli 422260 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının aprel ayı üzrə 10184,13 manat; - 2022-ci il 21 iyun tarixli PR018 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 442355 saylı elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının may ayı üzrə 15006,07 manat; - 2022-ci il 21 iyun tarixli PR019 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 442563 saylı elektron qaiməyə əsasən Terex AC100/4Ls/n 10297; H028 894 7 texnikasının may ayı üzrə 694,38 manat; - 2022-ci il 21 iyun tarixli PR020 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 443345 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507617, H029 662 texnikasının may ayı üzrə 8216,73 manat; - 2022-ci il 21 iyun tarixli PR021 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 445042 nömrəli elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının may ayı üzrə 18193,12 manat; - 2022-ci il 21 iyun tarixli PR022 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 447733 nömrəli elektron qaiməyə əsasən Terex AC160-2 texnikasının may ayı üzrə 23331,67 manat; - 2022-ci il 21 iyun tarixli PR023 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 448422 nömrəli elektron qaiməyə əsasən Terex RC45 s/n 408208 texnikasının may ayı üzrə 6905,11 manat; - 2022-ci il 21 iyun tarixli PR024 nömrəli invoysa və 2022-ci il 6 iyul tarixli 448826 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507432 texnikasının may ayı üzrə 1658,79 manat; - 2022-ci il 8 iyul tarixli PR025 nömrəli invoysa və 2022-ci il 15 iyul tarixli 011775 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10415,67 manat; - 2022-ci il 3 avqust tarixli PR026 nömrəli invoysa və 2022-ci il 8 avqust tarixli 494191 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının iyun ayı üzrə 10030 manat; - 2022-ci il 7 sentyabr tarixli PR027 nömrəli invoysa və 2022-ci il 7 sentyabr tarixli 372677 nömrəli elektron qaiməyə əsasən Terex A600s/n 507678, H029 663 texnikasının avqust ayı üzrə 5014,96 manat; - 2023-cü il 13 fevral tarixli P R028 nömrəli invoysa və 2023-cü il 13 fevral tarixli 031389 nömrəli elektron qaiməyə əsasən “Terex R100s/n, H 029810 texnikasının dekabr ayı üzrə 672,19 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir.

10. Cavabdeh MMC-nin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı 2023-cü il 16 mart tarixli PN-L-OUT-1195 nömrəli mediasiya təklifinə cavab məktubunda MMC-nin alacaqlarında müşahidə edilən gecikmələrin qeyri-ixtiyari subpodratçılara/ təchizatçılara/ icraçılara ediləcək ödənişlərə də yansıdığı, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ediləcək (ƏDV daxil) 160.028,29 manat məbləğində ödənişin onlar üçün prioritet olduğu, və 2023-cü ilin may ayından başlayaraq ödəmələrin hissə-hissə həyata keçiriləcəyi bildirilmiş və yaranmış durumun anlayı şla qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 160.700,47 manat əsas borcun, cərimə kimi 38.300 manat, mediasiya xərcləri üçün 500 manat, dövlət rüsumuna görə 500 manat olmaqla, ümumilikdə 200.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilsə də, cavabdeh 2021-ci il 3 mart tarixindən hazıra kimi 160.700,47 manat məbləğində pul u ödəməmişdir. Azərbaycan Respublikası Statistika Komitəsinin hesabatına əsasən 2022-ci ildə Azərbaycan Respublikasında inflyasiya həddi 13,9 faiz olmuş, cavabdehin borcu 2022-ci il 13 fevral tarixdən yaransa da, iddiaçı dəymiş ziyanı müqavilədə göstərildiyi kimi 2022-ci il 1 fevral tarixdən deyil, daha sonrakı tarixdən, yəni yalnız borcun ümumi məbləği olan 160.700,47 manat və maliyyə arayışında göstərildiyi kimi ödənilməli olduğu 2022-ci il 1 oktyabr tarixindən hesablamışdır. Müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi bu müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini bu müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirməzsə, icarəyə verən gecikdirilən hər gün üçün ödənişin 0,1 faizi məbləğində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icarəçi, icarəyə ver ənin hesab fakturalarını, onların təqdim edildiyi gündən 15 gün müddətində ödəməlidir. Digər gecikdirmələri və buna görə cərimələr nəzərə alınmazsa belə, 2022-ci il 1 oktyabr tarixdən 2023-cü il 31 may tarixinə qədər, ən azı 240 gün gecikdirməyə görə cavabdeh, iddiaçıya dəymiş ziyanın əvəzini ödəməyə borcludur. Eyni zamanda müqavilənin 2.3-cü və 5.7-ci bəndlərinə əsasən iddiaçı cavabdehdən gecikdirilən 240 gün üçün, ümumi məbləğin 0,1 faizi (160 manat) olan 38.400 manat (240 gün X 160 manat = 38.400 manat) cərimə tələb etmək hüququ yaranmışdır.

13. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində əsas borc məbləğini qəbul etdiklərini, cərimə məbləği isə müqavilənin bəndlərinə uyğun olaraq hesablanmadığından iddia tələbini cərimə hissəsində qəbul etmədiklərini bildirmişdir.

14. Bakı K ommersiya Məhkəməsinin 2023-cü il 21 avqust tarixli e-2-2(113)2851/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 2021-ci il 3 mart tarixli **********088 nömrəli X1 üzrə 160.700,47 manat əsas borc məbləği, 8.035 manat məbləğində dəbbə pulu, cəmi 168.735,47 manat və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 459 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim G.Namazova).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 160.700,47 manat borcu yaranmışdır.

16. Məhkəmə hesab etmişdir ki, icarəyə verilən avadanlıqların cava bdehə verilməsi təqdim olunmuş sübutlarla (ikitərəfli imzalanmış təhvil-təslim aktları, elektron qaimələrlə və cavabdehin özünün həmin avadanlıqların icarəsinə görə 160.700,47 manat borcun olmasını məhkəmədə və iddiaçıya ünvanladığı cavab məktubunda etiraf etməsi) təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcudur.

17. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 03 mart 2021-ci il tarixli, **********088 saylı müqavilənin 5.7-ci bəndinə əsasən hesablanmış 38300 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

18. Məhkəmə həmin tələbə qiymət verərkən MM-nin 462.1, 463.1 və 467-ci maddələrinin tələblərini, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəliklər i lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsinin nəzərdə tutulmasını əsas götürərək, belə qənaətə gəlmişdir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məblə ğ azaldılaraq 03 mart 2021-ci il tarixli, **********088 saylı müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 8.035 manat məbləğində müəyyən edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 399.1, 442, 462.1, 463.1, 467, 675, 684.1, 700.1 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü m addələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin olunduğu hissədə ləğv edilməsi və bu hissədə işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissəsinin isə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-53/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

23. Apellyasiya instansiya məhkəməsi ilk olaraq qeyd etm işdir ki, iddiaçı xarici hüquqi şəxsin filialı olduğundan tərəflər arasında olan münasibətlər xarici elementli mülki hüquqi münasibətlərdir. Bu baxımdan, hazırki iş üzrə tətbiq olunmalı hüquq normaları “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun müəyyən edilməlidir. Müqavilənin 9.1-ci bəndində müqavilə üzrə tərəflər arasında yaranan və müqavilə üzrə tənzimlənməyən hüquqi münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Məhkəmə müqavilənin qeyd olunan şərtini və “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.3cü maddəsinin tələblərini nəzərə alaraq hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməli olduğunu qeyd etmişdir.

24. Mübahisənin mahiyyətinə dair məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə müqavilə üzrə verilməli olan əmlakları icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

25. İşin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 yanvar 2024-cü il tarixli 9/9276 saylı rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, tərəflər arasında 3 mart 2021-ci il tarixli **********88 saylı «X1» və həmin müqaviləyə aid əlavə və razılaşmaların şərtləri nəzər alındıqda, İcarəçinin icarəyə verənə olan borcu 160.700,47 manat məbləğində, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 29/T/23 nömrəli “Texnikaların icarə dəyərlərinin qiymətləndirmə rəyi” məlumatlarında göstərilmiş texnikaların icarə haqları nəzərə alındıqda isə, Cavabdeh MMC-in İddiaçı Azərbaycan Filialına olan borcu 112.284,53 manat (ƏDV daxil) məbləğində müəyyən olunur.

26. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməyən icarə haqqı borcunun 160700,47 manat təşkil etməsi həm yazılı sənədlər (bax yuxarıda bu qərarın 5-10-cu bəndləri), həm də ekspert rəyi ilə təsdiq olunur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 700.1-ci maddəsinə əsasən müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 160028,29 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. 27..Cərimə borcunun tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə əsasən icarəçi müqavilə üzrə müəyyən olunmuş ödəniş öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icarəyə verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən şdənişin 0,1 faizi həddində cərimə ödənilməsini tələb edə bilər. Məhkəmə MM-nin 462.1-ci maddəsinin tələblərini, cavabdeh tərəfindən ödənişlərin gecikdirildiyi müddəti, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı 8.035 manat məbləğində cərimə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

28. Cavabdehin dəlillərinə dair məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlan mış 03 mart 2021- ci il tarixli müqavilənin cavabdehin nümayəndəsinin iddiaçı ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması və ona görə də, Mülki Məcəllənin 339.1ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün əsaslar mövcüd deyil. Çünki cavabdeh tərəfindən bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir.

29. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin 24 oktyabr 2023-cü il tarixli 29/T/23 nömrəli “Texnikaların icarə dəyərlərinin qiymətləndirməsi” rəyi isə bu halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəydə hər hansı mənbəyə istinad olunmayıb və qiymətləndiricinin hansı məlumatlar əsasında icarə qiymətlərini müəyyən etməsi məlum deyil. Eyni zamanda, müqavilədə müəyyən edilən icarə qiymətləri ilə qiymətləndirmə rəyində müəyyən edilən qiymətlər arasında kəsk in fərqlər mövcüd deyil. Həmin fərqlərə dair kollegiya qeyd edir ki, tərəflər Mülki Məcəllənin 6.1.2, 6.1.5, 390.1-ci maddələrinə əsasən öz iradələrinə uyğun və azad surətdə müqavilə bağlamış və onun məzmununu müəyyən etmişlər. Mülki Məcəllənin 398.1-ci maddəsində isə müəyyən edilmişdir ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

30. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki mübahisə üzrə cavabdehin ödəməli olduğu icarə haqqı borcu qiymətləndirmə rəyinə deyil, tərəflər arasında bağlanmış müqavilədəki qiymətlərə əsasən müəyyən edilməli və bununla bağlı cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Baxılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür

31. Apellyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni MM-nin 6.1, 6.1.2, 6.1.5, 339.1, 390.1, 398.1, 462.1 və 700.1-ci maddələrinə, MPM-in 14.1, 77.1, 78.1-1, 217.5, 372.2 və 387.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.3-cü maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2 və 8.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. MPM-in 88-ci maddəsi üzrə-ekspert rəyinə əsasən, cavabdehin iddiaçıya müqavilə üzrə 160.700,47 manat (ƏDV daxil olmaqla) əsas borcu, audit rəyinə əsasən isə 112.284,53 manat əsas borcu vardır. Ekspert rəyindən də göründüyü kimi, audit şirkətinin qiymətləndirmə rəyində cavabdehin iddiaçıya olan borcu iddia ərizəsində qeyd edilən borcdan 30-35 % az olmuşdur. Bu isə o deməkdir ki, cavabdehin iddiaçıya olan əsas borcu iddia ərizəsində qeyd edilən əsas borcdan 30-35 % azdır və bu məbləğ audit şirkətinin və ekspertin rəylərinin nəticələrində də qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlamışdır.

34. Kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində işin gedişatında cavabdeh MMC-nin daxilində dəyişiklik baş vermiş, onun baş direktoru Nümayəndə1 2023-cü il 8 avqust tarixindən tutduğu vəzifəsindən azad edilərək, əvəzinə yeni baş direktor Nümayəndə2 təyin edilmiş, təhviltəslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən iddia ərizəsində irəli sürülən 160.700,47 manat (ƏDV daxil olmaqla) əsas borca dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən icarəyə verilən icarə obyektlərinin icarə haqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin icarə obyektlərinin real icarə haqlarını müəyyən etmək üçün "xxxx" MMC şirkətinə müraciət etmiş və audit rəyi almışdır. Audit rəyində qeyd edilənlərdən iddiaçı tərəfindən borcun olduğundan 30-35% artıq tələb edildiyi aydın olmuş, məhz bu səbəbdən cavabdeh borc məbləği ilə razı olmadığından apellyasiya şikayəti vermişdir. Ape llyasiya instansiyasında cavabdeh məhkəməyə audit rəyini təqdim edərək borcun 30-35% artıq müəyyənləşdirilmiş olduğunu bildirmiş və məhkəməyə vəsatətlə müraciət edərək borcun düzgün müəyyən olunması üçün məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin etmiş və ekspertizanın nəticəsinə əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya müqavilə üzrə əsas borcunun 160.700,47 manat (ƏDV daxil olmaqla) əsas borcu, audit rəyinə əsasən isə 112.284,53 AZN əsas borcu vardır. Məhkəmə, ekspert rəyində audit şirkətinin qiymətləndirmə rəyinə əsasən borcun 112.284,53 AZN qeyd edildiyinə baxmayaraq, heç bir əsas olmadan əsas borcu 160.700,47 manat (ƏDV daxil olmaqla) müəyyən etmişdir. Cavabdeh bu halla razı deyil. Həmçinin, münbahisələndirilən qətnamədə "xxxx" MMC-nin 2023-cü il 24 oktyabr tarixli 29/T/23 nömrəli “Texnikaların icarə dəyərlərinin qiymətləndirilməsi” rəyində hər hansı mənbəyə istinad olunmadığından və qiymətləndiricinin hansı məlumatlar əsasında icarə qiymətlərini müəyyən etməsi məlum olmadığından həmin rəyin sübut kimi qiymətləndirilə bilinmədiyini göstərmişdir. Cavabdeh bildirir ki, mənbədən istinadlar və icarə haqqında məlumatlar mövcuddur (hazırki kassasiya şikayətinin qoşmasına əlavə edilmişdir). Əgər məhkəmə mənbədən istinadlar və icarə haqqında məlumatlar əldə etmək istəyirdisə, o təqdirdə cavabdehdən həmin istinad və məlumatları tələb etməli idi. Məhkəmə, cavabdehin "xxxx" MMC-dən əldə etdiyi “Texnikaların icarə dəyərlərinin qiymətləndirməsi” rəyində yer almış mənbədən istinadlarla və icarə haqqında məlumatlarla bağlı nöq sanlarını qətnamədə bildirmişdir. Halbuki məhkəmə baxışında həmin mənbədən istinadlar və icarə haqqında məlumatlar cavabdehdən tələb olunsaydı, cavabdeh onları məhkəməyə təqdim edərdi. Lakin, məhkəmə həmin istinad və məlumatları istəməmişdir və cavabdeh də öz növbəsində həmin istinad və məlumatları məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmuş və göstərilmişdir ki, şikayət heç bir hüquqi əsas olmadan formal mülahizələrlə verilmiş və əsas məqsəd məhkəmə prosesinin müddətinin uzadılmasıdır. Kassasiya şikayətində cavabdeh Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən hansı maddi və ya prosessual hüquq normalarının pozulmasına konkret olaraq göstərilməmiş və əsaslandırılmamışdı r. Şikayətdə daha çox işin faktiki hallarına istinad edilir, halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi işin faktiki hallarına baxmır, maddi və prosessual hüquq normalarının pozulmasına baxır. Həm apellyasiya, həm də kassasiya şikayətinə cavabdeh işə birbaşa aidiyyatı olmayan və tərəflərin müqavilə azadlığı hüququnu pozan, heç bir hüquqi əhəmiyyəti olmayan, hüquqi xarakter daşımayan və təsdiq olunmayan internet çıxarışları əlavə edir və bununla da, qanunla heç bir hüququ əsası olmayan etirazını əsaslandırmağa çalışır. Tərəflər arasında məhkəmə prosesinə 2023-cü ilin mart ayından start verilib. Bu tarixdən, yəni 2023-cü il 10 mart tarixdən - 2023-cü il 21 avqust tarixə qədər məhkəmə qərarı qəbul edilən günə qədər təqribən 6 ay vaxt keçmişdir. Cavabdeh apellyasiya və kassasiya şikayəti ndə həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmadığından məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.

36. Həmçinin, işdə iddianı sübut edən kifayət qədər sənədlər və cavabdehin etirafları mövcud olduğundan apellyasiya məhkəməsində iş üzrə ekspertizanın keçirilməsinin də hüquqi əsası olmamışdır. 2023-cü il 10 mart tarixdən - 2023-cü il 21 avqust tarixə qədər olan 6 ay müddətdə cavabdehin iddianı qəbul etdiyi barədə kifayət qədər sübutlar iş materiallarında da mövcuddur. Bu sənədlər aşağıdakılardır: cavabdehin iddiaçıya yazdığı 160.700. 47 manat məbləğində borcun qəbul edilməsi barədə 2023-cü il 16 mart tarixli məktubu, birinci instansiya məhkəməsində olan məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iddian ın qəbul edilməsi barədə etirafları, özünü cavabdehin hüquq şöbəsinin rəisi kimi təqdim edən Zaur adlı şəxsin onların hüquqşünas və nümayəndəsi Nümayəndə4 vatsap yazıları və səs qeydləri. MM-ə uyğun olaraq bağlanmış müqavilələrdə onun məbləğini nə ekspert rəyi, nə internet yazısı, nə də digər hallar müəyyən edə bilməz, bu məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə təsdiq edə bilər və belə bir müqavilə də mövcuddur. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;...” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayə ndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavi lələr də bağlaya bilərlər....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə 70

0. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” 41. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.... 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kolle giyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə müqavilə üzrə verilməli olan əmlakları icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir (mətni üçün bax bu qərarın 39-cu bəndi).

45. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməyən icarə haqqı borcunun 160.700,47 manat təşkil etməsi işə mahiyyəti üzrə baxılarkən təqdim olunmuş yazılı sənədlər (bax yuxarıda bu qərarın 5-10-cu bəndləri), həm də apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş ekspert rəyi ilə təsdiq olunmuşdur (bax bu qərarın 25-ci bəndi). Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı MM-nin 700.1-ci maddəsinə əsasən müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 160.028,29 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır.

46. Cavabdehin kassasiya şikayətində maddi hüqu q normalarının pozulması ilə bağlı hər hansı dəlili irəli sürülməmiş, prosessual hüquq normalarının pozulmasına dair dəlillərində iddiaçıya olan borcunun 160.028,29 manat deyil, 112.284,53 manat təşkil etməsinə dair audit şirkətinin rəyinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilmədiyinə istinad olunmuşdur.

47. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən təqdim edilmiş, sözügedən rəylə bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq qeyd edir ki, həmin rəydə hansı metodla qiymətləndirmənin aparılması, hansı məlumatlara əsasən icarə qiymətlərinin müəyyən edilməsi barədə heç bir qeyd aparılmamış, yalnız aparılmış təhlillər nəticəsində borcun 112.284,53 AZN olduğu qeyd edilmiş və bu təhlillərin nədən ibarət olması rəydə açıqlanmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

48. Kassasiya şikayətinə əlavə edilmiş sübutlara münasibətdə nəzərə alınmalıdır ki, işin hazırki mərhələsində sübutlar qəbul edilə və işin yeni faktiki halları müəyyən edilə bilməz. Qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşır (bax bu qərarın 42-ci bəndi). Ona görə də, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-nin 407.2-ci maddəsi).

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli, 22(103)-53/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar