Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-375/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh 1 və Cavabdeh 2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 15.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-35/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. LPO İddiaçı ASC (bundan sonra – “ASC”) 2020-ci il 3 sentyabr tarixində iddia ərizəsi ilə Şəki Kommersiy a Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ödənilməmiş 4.198,51 manat əsas borc, 785,95 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləği olmaq cəmi 5.610,86 manat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan Cavabdeh2-yə məxsus mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(117)-5/2021 saylı qətnaməsi ilə idd ia qismən təmin edilmiş, Cavabdeh1 4.198,51 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiymətinin 36.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim – R.Məcidov).
3. ASC 2021-ci il 9 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-35/2021 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(117)-5/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – M.Hüseynov, hakimlər – E.Hüseynov və G.Abbasov).
5. Həmin qətnamə 2021-ci il 21 aprel tarixində tərəflərə məktubla göndərilmişdir.
6. ASC 2021-ci il 23 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması, əmlakın ilki n satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyü Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərarda d çıxarılır....” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
9. İşin materiallarında olan ASC-nin iddia ərizəsində Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş 4.198,51 manat əsas borc, 785,95 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 626,40 manat faiz məbləği olmaq cəmi 5.610,86 manat kredit borcunun ödənilməsi xahiş edilmişdir.
10. Bununla da, qeyd olunan məbləğin on min manatdan az olması görünür.
11. İddia ərizəsində irəli sürülmüş digər tələb (borcun ipoteka predmeti olan Cavabdeh2 məxsus mənzilə y önəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ASC-yə ödənilməsi) isə yuxarıda qeyd olunan borc tələbinin ödənilməsinə yönəlmişdir. İpoteka predmeti olan mənzilin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etdiyi halda, qalan vəsait mənzil sahibinə qaytarılacaqdır.
12. Odur ki, kassasiya şikayəti MPM-in 404-1-ci maddəsi ilə (bax yuxarıda §7) nəzərdə tutulmuş tələbə uyğun deyildir.
13. Belə olan halda Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-35/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPM-nin 411-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
14. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı LPO İddiaçı ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-35/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.