Məhkəmə qərarları › İş №2-2(102)-376/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-376/2019

21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-376/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-376/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili X5 və cavabdehin vəkili Vəkil iştirakı, E.Lətifovun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin S ığortalanması Fondunun cavabdeh Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qərardadından cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamenti nin X15 Ticarət Birliyindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 200000 manat əsas, 20200 manat faiz, 4844.40 manat dəbbə pulu, 88000 manat cərimə olmaqla, cəmi 313044.40 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyi ilə “xxxx” (“xxxx”) ASC arasında bağlanmış xxx 2015-ci il tarixli, *** saylı revolver kredit xətti müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 9 faiz ödəmək şərtilə 200000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırda cavabdehin banka ödənilməmiş 200000 manat əsas, 20200 manat faiz, 4844.40 manat dəbbə pulu, 88000 manat cərimə olmaqla, cəmi 313044.40 manat məbləğində borcu qalmaqdadır. İlk iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edilmişdir. xxx 2018-ci il tarixdə Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyi Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi, sonradan isə qarşılıqlı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xxx 2016-cı il tarixli 06 №-li məktubunun icrası barədə, yəni alınmış 200000 (iki yüz min) manat kreditin və 02 fevral 2016-cı il tarixinədək hesablanmış faizlərin depozit müqaviləsinə əlavələrlə verilmiş kreditin və hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi müəyyənləşdirilmiş X1 və X2 hər birinin 65000 (altmış beş min) manat, X3 isə 70000 (yetmiş min) manat, cəmi 200000 (iki yüz min) manat hesablarında olan əmanət məbləğləri və bu əmanətlərə hesablanmış faiz məbləğləri ilə əvəzləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-207/2018 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, ilk iddia tələbi üzrə cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyindən 167 manat faiz, 400 manat dəbbə pulu, 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ilk iddia tələbi üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmiş, ilk iddia tələbi üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhər Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinin 02 fevral 2016-cı il tarixli 06 №-li məktubunun icrası barədə, yəni alınmış 200000 (iki yüz min) manat kreditin və xxx 2016-cı il tarixinədək hesablanmış faizlərin depozit müqaviləsinə əlavələrlə verilmiş kreditin və hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi müəyyənləşdirilmiş X1 və X2 hər birinin 65000 (altmış beş min) manat, X3 isə 70000 (yetmiş min) manat, cəmi 200000 (iki yüz min) manat hesablarında olan əmanət məbləğləri və bu əmanət lərə hesablanmış faiz məbləğləri ilə əvəzləşdirilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan “xxxx” ASC-dən tutularaq qarşılıqlı iddia tələbi üzrə iddiaçı Bakı şəhər Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinə ödənilməsi qət edilmişdir (hakim – A.Ə.Hüseyn). Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinin cavabdeh Ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair iqtisadi iş üzrə icraata xitam verilmişdir. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qərardadından cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan xxx 2016-cı il tarixli məktubun qəbulunun möhürlə təsdiqlənməməsinə görə həmin məktubun sübut əhəmiyyəti daşımadığını əsas gətirmiş, halbuki, mövcud qanunvericilikdə qəbul olunan məktubların möhürlə təsdiqlənməsi nəzərdə tutulmamışdır. Belə ki, Birlik tərəfindən xxx 2016-cı il tarixli məktubla “xxxx” ASC-yə müraciət edilərək, götürülmüş kreditin və hesablanmış faizlərin depozit müqaviləsinə əlavələrlə verilmiş kreditin və hesabla nacaq faizlərin qaytarılmasının təminatı kimi müəyyənləşdirilmiş X6 və X4 hər birinin 65.000 manat, X3 isə 70.000 manat, cəmi 200.000 manat hesablarında olan əmanət məbləğləri və bu məbləğlərə hesablanmış faiz məbləğləri ilə əvəzləşdirilməsi xahiş edilmiş, eyni zamanda sonradan xxx 2016-cı il tarixli, 10 nömrəli məktubla “xxxx” ASC-nin ləğvedicisinə eyni məsələ ilə bağlı müraciət edilmiş, lakin hər iki məktuba aiddiyatı tərəf hər hansı bir cavab verməmiş, bununla yanaşı kredit müqaviləsində müvafiq ödəniş tarixinə azı 10 (on) gün qalmış borcverən tərəfindən kredit üzrə hesablanmış faizlər haqqında borcalana məlumat verilməsi nəzərdə tutulmuş, həmçinin borcverənin yazılı poçt qəbz ilə təsdiq edilən bildiriş göndərməklə gecikdirilmiş borcu borcalanın hesabından silmək hüququ vardır, beləlikl ə, borcalanın borcverənin iddia etdiyi kimi öz öhdəliklərini yerinə yetirməməsinin də bütün səbəbləri borcverənin öz müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi və borcalanın müqavilə öhdəliklərinin icra edilməsinə dair məktublarına biganə, laqeyd, hərəkətsiz qalması və susmaqla cavab bildirməsidir, kredit müddətinin xxx 2016-cı il tarixdə saat 1800- da bitməsinə baxmayaraq, ləğvedici tərəfindən həmin tarixdə də borcalana bu barədə heç bir məlumat verilməmiş, yəni borcalan öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məlumatlandırılmamış, yalnız, guya ləğvedici tərəfindən Birliyə xxx 2017-ci il tarixli *** saylı xəbərdarlıq məktubu ünvanlanmış, halbuki, həmin xəbərdarlığın Birliyə çatması barədə hər hansı bir poçt qəbzi də yoxdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçının vəkili X9 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, tərəflərin vəkillərini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx Bank” ASC-nin “X1” filialı ilə “X15” arasında xxx 2015-ci il tarixli *** saylı “Təminatlı Revolver Kredit Xətti Müqavilə”si bağlanmış, müqaviləyə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə ilk iddia tələbi üzrə cavabdehə 200.000 manat məbləğində revolver kredit xətti açılmış, Kredit müqaviləsinin təminatı kimi X1, X7 və X8 tərəfindən əmanət kimi qoyulmuş, ümumilikdə 200.000 manat məbləğində pul təminat kimi göstərilmiş, “Təminatlı Revolver Kredit Xətti Müqavilə”sində də nağd vəsaitin təminat üsulu adlanacağı qeyd olunmuşdur. xxx 2016 və xxx 2016-cı il tarixlərində ilk iddia tələbi üzrə cavabdeh xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 200.000 manat məbləğində kreditin 200.000 manat əmanətlərlə bağlanmasını, kredit və əmanətlər üzrə faiz məbləğləri arasındakı fərqin isə Birliyin və Bakı Şəhər Ticarət və Xidmət Departament inin cari hesablarındakı məbləğlərlə əvəzləşdirilməsini xahiş etmiş, 10.02.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən “xxxx” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, hazırda ilk iddia tələbi üzrə iddiaçı əsas, faiz və cərimə məbləğlərinin ödənilməsini xahiş edir ki, ilk iddia tələbi üzrə cavabdeh isə borc məbləğinin 3 fiziki şəxs tərəfindən qoyulmuş və kredit müqaviləsinin təminatı olan əmanətlərlə əvəzləşdirilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehin qarşılıqlı iddiası bilavasitə iflas prosesində olan banka olan kredit borcunun əvəzləşdirilməsi ilə bağlıdır və qarşılıqlı iddiaçının tələbi mülki icraat qaydasında deyil, bilavasitə iflas proseduru çərçivəsində baxılmalı olan tələblərə daxil olduğundan iddiaçı Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinin cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasə n müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; təminatsız kreditorların tələbləri. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xxx 2017-ci il tarixli Qərarında qeyd edilir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina ol unmalıdır. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. İş materiallarına əsasən, qarşılıqlı iddia bilavasitə iflas prosesində olan banka olan kredit borcunun əvəzləşdirilməsi ilə bağlıdır və yuxarıda qeyd edilənlərə əsasən, bu tələb mülki icraat qaydasında deyil, b ilavasitə iflas proseduru çərçivəsində baxılmalı olan tələblərə daxil olduğundan, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinin cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun əvəzləşdirilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, Apellyasiya Məhkəməsi iş materiallarına istinad etməklə, iddiaçı Bakı şəhəri Ticarət və Xidmət Departamentinin X15 Ticarət Birliyinin cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qarşılıqlı iddia iflas prosesində olan banka olan kredit borcunun əvəzləşdirilməsi ilə bağlı olduğundan, bu tələbə mülki icraat qaydasında deyil, bilavasitə iflas proseduru çərçivəsində baxılmalı olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəld iyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-549/2018 saylı qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-549/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar