Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-376/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu, sübutların qiymətləndirilməsi, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” t ələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-253/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il 28 oktyabr tarixli RB/KM16012 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə illik 14% ödəmək şərti ilə 12 ay müddətinə 253.000 manat məbləğində kredit verilmişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2022-ci il 28 oktyabr tarixli RB/KM-16012 saylı “Daşınar Əmlakın Girov Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMCyə məxsus olan istehsal avadanlıqları iddiaçı qarşısında yüklü edilm işdir. Girov qoyulmuş avadanlıqların təsviri müqavilənin 2.1-ci bəndində öz əksini tapmış, habelə avadanlıqların yüklülüyü barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.
3. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 2022-ci il 28 oktyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. 4. 2023-cü il 12 iyun tarixində İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə elektron qaydada göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məktubunda kredit müqaviləsi üzrə cəmi əsas borc və faiz borcunun (235.818 manat) ödənilməsi təklif olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – “MMC”) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 2023-cü il 24 may tarixində məhkəməyə müraciət edərək, cavabdehlərdən 2022-ci il 28 oktyabr tarixli, RB/KM-16012 saylı kredit müqaviləsinə görə 212.239,46 manat, faiz borcuna görə 17.334,34 manat, dəbbə borcuna görə 14.946,1 manat, cəmi 244.519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun iddiaçının xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus 2022-ci il 28 oktyabr tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov müqaviləsinin 2.1-ci bəndində öz əksini tapmış girov predmetlərinə - 1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer sli tter – scorer kesici); 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası (1000x420 seperatör makinası) yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 244.519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qe yd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci il 28 oktyabr tarixli, RB/KM16012 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin həmin kredit müqaviləsi üzrə əsas borcu 212.239,46 manat, faiz borcu 17.334,34 manat, dəbbə borcu 14.946,1 manat, cəmi borcu 244.519,9 manat təşkil etmişdir.
7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli 9/7734 nömrəli ekspert rəyinə görə, MMC-nin kredit müqaviləsi üzrə 2023cü il 26 iyul tarixinə olan əsas borcu 212.239,46 manat, faiz borcu 17.250,76 manat təşkil etmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli e-2-2(113)-4246/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 212.239,46 manat əsas borc, 17.250,76 manat faiz borcu, 10.000 manat cərimə, ödənilmiş 534,52 manat dövlət rüsumu olmaqla, ümumilikdə 240.024,74 manat məbləğind ə pulun tutularaq iddiaçıya ödənilməsi, tələb girov predmeti olan tam mülkiyyət hüququ ilə MMC-yə məxsus girov müqaviləsi üzrə yüklü olan girov predmetlərinə yönəldilərək onların açıq hərracdan satılması, əldə edilmiş vəsait hesabına ümumilikdə 240.024,74 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan vəsaitin MMC-yə qaytarılması, iddianın qalan hissədə rədd olunması, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 manat ekspertiza xərcinin MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
9. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlə rin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddia ərizəsində iddiaçı ödənilməli olan faiz borcunun məbləğinin 17.334,34 manat olmasını göstərsə də, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Bu səbəbdən iddia əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlərdən 212.239,46 manat əsas borc, 17.250,76 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cərimənin məbləğinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan 14.946,10 manat cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 10.000 manat məbləğində müəyyən edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 276.1, 295, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-253/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, faiz borcunun 14.023,69 manat, cərimə məbləğinin 6.000 manat, cəmi tutulmalı olan kredit borcunun isə 232.263,15 manat məbləğində müəyyən edilməsi, qətnamənin əsas borca aid hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun MMC-yə aid edilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
13. Qətnamədə qeyd olunmuşdur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız MMC tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, qətnamənin əsas lığı yalnız kredit borcunun məbləğinə aid hissədə yoxlanılır.
14. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və MM-in 739-cu maddəsinə əsaslanaraq hesab etmişdir ki, məhkəməsinin gəldiyi nəticə əsas borca aid hissədə qanuni və əsaslı, faiz borcuna aid hissədə isə işin hallarına uyğun deyil. Belə ki, iş materiallarından müəyyən edilir ki, 2023-cü il 12 iyun tarixində iddiaçı tərəfindən MMC-yə elektron qaydada göndərilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məktubunda kredit müqaviləsi üzrə cəmi əsas borc və faiz borcunun (235.818 manat) ödənilməsi təklif olunmuşdur. Göründüyü kim i, 2022-ci il 28 oktyabr tarixli kredit müqaviləsinin müddəti 12 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni 2023-cü il 12 iyun tarixində cavabdehə cəmi əsas borcun ödənilməsini təklif etməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.3.5-ci bəndində də göstərilmişdir ki, borc alan bu müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borc alandan t ələb edə bilər.
15. Qeyd olunanları, yəni tərəflər bağlanmış kredit müqaviləsinin 4.3.5-ci bəndində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, MM-in 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 2023-cü il 12 iyun tarixindən ləğv edilmiş hesab edilir. Bu baxımdan, iddiaçı yalnız həmin tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Həmin məbləğ isə belə hesablanmalıdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 25 oktyabr tarixli 9/7734 saylı rəyindən müəyyən edilir ki, 2023-cü il 8 fevral tarixinə hesablanan fai z borcu 3.331,17 manat, həmin tarixdən 2023-cü il 12 iyun tarixinə qədər olan müddət 124 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 86,23 manat təşkil edir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, 2023-cü il 12 iyun tarixinə olan faiz borcunun məbləği 14.023,69 manat təşkil edir (124 x 86,23 = 10692,52 + 3331,17 = 14023,69)
16. Kollegiya, həmçinin işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini, kredit üzrə aparılan ödənişləri və 2023-cü ilin fevral ayına qədər mütəmadi ödənişlərin aparıldığını, kredit müqaviləsinin 2023-cü il 12 iyun tarixindən ləğv edildiyini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq əsas borcun 3 %-i civarında 6.000 manat məbləğində müəy yən edilməlidir.
17. MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytrarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 440 və 741-ci maddələri üzrə - Bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışı, ödəniş cədvəlləri və s. sənədlərdən göründüyü kimi, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilmiş pul vəsaitləri həmin maddələrdə göstərilmiş ardıcıllıqla ümumi borc məbləğindən silinməmiş, borc qanuna müvafiq qaydada hesablanmamış, nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. İş üzrə aparılmış maliyyə-mühasibatlıq ekspertizasında da qeyd olunan məsələlərə diqqət yetirilməmişdir. Belə ki, həmin rəylərdə ödəniş ardıcıllığına riayət olunub-olunmaması, ödənilmiş məbləğlərin hansı ardıcıllıqla silinməsi, ödənilmiş məbləğlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin faizlərə silinməsi müəyyən olunmamışdır. Həmçinin kreditorun təqdim etdiyi və ekspert rəyində istinad olunmuş ödəniş qrafikindən göründüyü kimi faizlər MM-in 741-ci maddəsinin tələbinə zidd olaraq gündəlik hesablanmışdır.
19. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair" 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, "Banklar haqqında" Qanunun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Yəni borc öhdəliyi qismən icra olunduqda borc öhdəliyinin qalıq məbləği ilə yanaşı, həmin borc üzrə yaranmış faiz məbləği də müvafiq qaydada azalır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2009-cu il 9 iyul tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi iş lərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə isə borc məbləği hesablanarkən qeyd olunan xüsusatları nəzərə almamışdır.
20. MM-in 458-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarı üzrə - Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi tənasübsüz surətdə yüksək dəbbə pulu (cərimə) silinərkən onun 6.000 manat hissəsinin saxlanılması məhkəmə tərəfindən əsaslandırılmamışd ır. Halbuki məhkəmə tərəfindən qət edilmiş dəbbə pulu məbləğinin özü də kreditorun təqsiri üzündən formalaşmış, habelə cavabdehin maliyyə vəziyyətinin kreditorun onun öhdəliklərini süni şəkildə ağırlaşdırması nəticəsində yaranmışdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. İşin hallarından da göründüyü kimi, kredit müqaviləsinin girov təminatı vasitəsilə, yəni girov predmetlərinə tutma yönəldilməsi üsulu ilə naturada icrası məhz kreditorun özünün qərəzli hərəkətsizliyi nəticəsində ləngimişdir. Odur ki, burada cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusundan söhbət gedə bilməz.
21. MPM-in 13.7-ci maddəsi üzrə - Məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarının tətbiqi zamanı Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarındakı şərhləri nəz ərə almamışdır.
22. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə ekspert rəyini diqqətlə təftiş etməmiş, rəydə əsas borcun və faizlər hesablanarkən cavabdeh tərəfindən ödənilmiş məbləğlərin mülki qanunvericiliyin tələblərinə uyğun silinmə ardıclığı ilə (ən ağır öhdəliyin ilk növbədə ödənilməsi) silinməsinin təftiş olunub-olunmamasını, faizlərin hesablanma qaydasını aydınlaşdırmamışdır.
23. MPM-in 97, 102 maddələri üzrə - Qətnamədən görünür ki, apellyasiya məhkəməsi faiz borcunun məbləğini özü hesablamışdır. Halbuki qeyd olunan məsələ və aparılan hesablama maliyyə-mühasibat uçotu sahəsində xüsusi bilik tələb edən hesablamadır. Hakim və məhkəmə tərkibi bu sahədə biliklərə malik ola bilər, lakin bu ona əsas vermir ki, hakim xüsusi bilik tələb edən hesablamanı ekspertlərin əvəzinə özü hesablasın. Təsad üfi deyildir ki, analoji qaydada MPM-in 65.3-cü maddəsində göstərilmişdir ki, prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər. Belə olan halda məhkəmə iş üzrə təkrar maliyyə-mühasibatlıq ekspertizası təyin etməli idi.
24. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarı üzrə - Qətnamənin əsaslandırıcı hissəsində cərimə borcunun hansı səbəbdən məhz 3 % həddində saxlanmasını hər hansı normativ sənədlə əsaslandırılmamışdır.
25. Digər məsələlər üzrə - Məhkəmə kollegiyası girov predmetinə tutma yönəldilməsi proseduruna riayət edilib-edilməməsini, apellyasiya şikayətinin predmeti olmasa da, birbaşa vəzifəsi olmasına baxmayaraq mübahisə üzrə əqdlərin etibarsızlıq şərtlərini (kred it, zaminlik və girov müqavilələri) təftiş etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki h allarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə
440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. 440.3. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tə rəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi (zamana gör qüvvədə olan redaksiyası) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kred it müqaviləsi adlandırılır. “ “Maddə
741. Borc üzrə faizlər (zamana gör qüvvədə olan redaksiyası) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixi Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə if adəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır...”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayə t qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakı səbə blərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
33. Cavabdeh öz dəlillərində MM-in 440 və 741-ci maddələrinə istinad edərək bildirir ki, borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Hazırkı halda isə cavabdeh tərəfindən ödənilmiş pul vəsaitləri həmin ardıcıllıqla ümumi borc məbləğindən silinməmiş, borc qanuna müvafiq qaydada hesablanmamış, nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüş, həmçinin faizlər MM-in 741-ci maddəsinin tələbinə zidd olaraq gündəlik hesablanmışdır.
34. Əvvəla, MM-in 440.1-ci maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi, həmin maddə və onun davamı ola raq, MM-in 440.2 və 440.3-cü maddələri (bax § 29) yalnız o halda tətbiq edilə bilər ki, kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilsin və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli olmasın.
35. Hazırkı halda isə kreditorun borcluya qarşı tələbləri müxtəlif öhdəliklərdən (məsələn, borc, podrat, alqı-satqı və s.) irəli gələn bir neçə oxşar icradan (pul vəsaitlərinin ödənişi) deyil, yalnız bir kredit müqaviləsi üzrə borc öhdəliklərinin icrasından irəli gəldiyindən MM-in 440-cı maddəsinin baxılan mübahisəyə tətbiqi ümumiyyətlə mümkün deyildir və işə baxan məhkəmələr də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişlər.
36. Məhkəmə kollegiyası onu da xüsusi vurğulamağı zəruri hesab edir ki, MM-in 432.4-cü maddəsinin (bax § 29) tələblərinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə faizlərin, sonra isə əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hesablaması, məhkəmə kollegiyasının qənaətinə görə, MM-in 432.4-cü maddəsinin tələblərinə də zidd olmamışdır.
38. Cavabdehin istinad etdiyi MM-in 741-ci maddəsinin zamana görə qüvvədə olan redaksiyasına (bax § 29) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
39. İşin apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli kredit müqaviləsinin 4.3.5-ci bəndində göstərilmişdir ki, borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borc alandan tələb edə bilər.
40. Apellyasiya instansiyası məhkəməsi də 12 ay müddətinə bağlanmış mübahisəli kredit müqaviləsini işin hallarına istinadən haqlı olaraq, vaxtından əvvəl bank tərəfindən ləğv olunmuş hesab edərək, faiz borcunun birinci instansiya məhkəm əsi tərəfindən müəyyən edilmiş məbləğini azaltmaqla məhz ləğvetmə tarixinədək hesablamış, bu məqsədlə sadə riyazi hesablamalardan istifadə etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassator öz şikayətində məhkəmə tərəfindən konkret olaraq hansı hüququ pozuntusuna və hesablama səhvlərinə yol verildiyini tutarlı dəlillərlə əsaslandıra bilməmiş, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmişdir.
42. Bu baxımdan, məhkəmənin hökmən ekspertiza təyin etməli olduğuna dair dəlilləri də məhkəmə kollegiyası hesab etmir. O da nəzərə alınmalıdır ki, ekspertizanın təyin olunması MPM-in 97.1-ci maddəsinin (bax § 31) tələblərinə görə, məhkəmənin vəzifəsi deyil, hüququdur. Apellyasiya instansiyası məhkəməsi isə, mübahisələndirilən qətnamədən məlum olur ki, faiz borcu ilə əlaqədar birinci instansiy a məhkəməsinin mövqeyi ilə yalnız həmin borcun hesablandığı müddət baxımından razılaşmamış və faiz borcunun həcmini müqavilənin ləğv edilmə tarixinədək hesablamış, bu zaman iş üzrə alınmış ekspert rəyindən də yararlanmışdır. Kassator isə, yuxarıda qeyd olunduğu kimi, məhkəmənin özü tərəfindən aparılmış hesablamalar zamanı hansı səhvlərə yol verildiyini tutarlı və konkret dəlillərlə əsaslandıra bilməmişdir.
43. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin faiz borcu ilə bağlı gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
44. Kassasiya şikayətinin digər dəlilləri ondan ibarətdir ki, cərimə silinərkən onun 6.000 manat hissəsinin saxlanılması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Kredit müqaviləsinin girov təminatı vasitəsilə, yəni girov predmetlər inə tutma yönəldilməsi üsulu ilə naturada icrası məhz kreditorun özünün qərəzli hərəkətsizliyi nəticəsində ləngimişdir. Odur ki, burada cavabdehin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusundan söhbət gedə bilməz.
45. Əvvəla, bununla əlaqədar qeyd olunmalıdır ki, girovsaxlayanın girov predmetinə tələb yönəltməsi onun vəzifəsi deyil, hüququdur. Öhdəliyin icrasının girovla təmin edilməsi kreditoru müqavilə öhdəliklərinin pozulması üçün müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu borcludan tələb etmək hüququndan məhrum etmir.
46. Məhkəmənin cərimə ilə bağlı mövqeyinin əsaslandırmamasına dair kassatorun dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi məhz kredit məbləğini, kreditin verilmə tarixini, kredit üzrə aparılan ödənişləri və 2023-cü ilin fevral ayına qədər mütəmadi ödənişlərin aparıldığını, kredit müqaviləsinin 2023-cü il 12 iyun tarixindən ləğv edildiyini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, yəni konkret xüsusatları nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və cərimə məbləğini əsas borcun 3 %-dək azaltmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi istər MM-in 467-ci maddəsində (bax § 29) məhkəmələr üçün nəzərdə tutulmuş hüquqa (“məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”), istərsə də formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur.
48. Nəhayət kassatorun digər qənaətinə görə, məhkəmə mübahisə üzrə əqdlərin etibarsızlıq şərtlərini (kredit, zaminlik və girov müqavilələri) də təftiş etməli idi. 4
9. Məhkəmə kollegiyasının mövqeyinə görə isə, baxılan mübahisənin predmeti bölünən olduğundan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını yalnız kredit borcunun məbləğinə aid hissədə yoxlamaqla MPM-in 372.6-cı maddəsinin (bax § 31) tələblərini pozmamışdır.
50. O da qeyd olunmalıdır ki, cavabdeh tərəfin özünün də hazırkı məhkəmə icraatının gedişatı boyu mübahisə üzrə əqdlərin etibarsızlığı ilə əlaqədar hər hansı tutarlı dəlil, sübut təqdim etməsi iş materiallarından görünmür.
51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol vermə miş, işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-253/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 MMC-nin kassasiya şikayətinin təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 mart tarixli 2-2(103)-253/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü