Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-376/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 aprel tarixli 2-2(104)-80/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-iddiaçı) Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh”, “Cavabdeh1”, “Cavabdeh4” və “Cavabdeh2”) qarşı iddia ərizəsi və iddia tələbinə dair düzəliş ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.503,40 manat əsas borcun, 3.250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28.653,64 manat borcun və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(115)-303/2024 nömrəli qətn aməsi ilə iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il 1 may tarixli MK/40989/91/29 saylı kredit sazişi üzrə yaranmış 24.503 manat 40 qəpik kredit borcu, 3250 manat 66 qəpik faiz borcu və 899 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 28.653 (iyirmi səkkiz min altı yüz əlli üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən müştərək qaydada 175 (bir yüz yetmiş beş) manat 96 (doxsan alt) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim G.Quliyeva).
3. Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılması xahi ş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov).
5. Cavabdeh2 həmin qətnamədən 2024-cü il 14 dekabr tarixində kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 24 yanvar tarixli 2-2(102)106/2025 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər Ə.Xıdırov və B.Məmmədli).
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 fevral tarixli, 2-2(104)-161/2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov).
8. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli e-2-2(115)-303/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 mart tarixli 2-2(104)-80/2025 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin qeyri- mümkün hesab edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli e-22(115)-303/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin hüquqi qiymət verilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Cavabdeh1 tərəfindən 2025-ci il 8 aprel tarixində verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 mart tarixli 22(104)-80/2025 nömrəli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə ma hiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 aprel tarixli 2-2(104)-80/2025 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 mart tarixli 2-2(104)-80/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması, qərardadla müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 mart tarixli 2-2(104)-80/2025 nömrəli qərardadan şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dar ərizənin verilməsi üçün 3 (üç) gün müddət müəyyən edilməsi qərara alınmışdır (sədrlik edənməruzəçi hakim R.Məcidov, hakimlər Ş.Rzaquliyev və İ.H əsənov).
12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə deyil, poçt vasitəsi ilə verilmiş, həmçinin, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və vəkil orderi əlavə edilməmişdir.
13. Həmçinin, məhkəmə qeyd etmişdir ki, şikayət müəllifi Cavabdeh1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabineti mövcuddur, şikayət verilən 2025-ci il 17 mart tarixli qərardad sonuncunun “elektron kabinet”inə yerləşdirilməklə ona təqdim olunmuşdur. Sonuncu qərardaddan şikayət verilməsi nəzərdə tutulan son gün 2025-ci il 3 aprel tarixində şikayəti poçt şöbəsinə təqdim etmişdir.
14. Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 mart tarixli, 2-2(104)-80/202 5 nömrəli qərardadından 2025-ci il 14 aprel tarixində yenilən verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və apellyasiya şikayətininin icraata götürülməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli 2-2(104)-80/2025 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il 17 mart tarixli 2-2(104)80/2025 nömrəli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim R.Məcidov, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
16. Məhkəmə qeyd etmişdir ki, 2025-ci il 10 aprel tarixli qərardadda kassasiya şikayəti verən tərəfə qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayəti verilməsi üçün təkrarən şikayət ilə müraciətə ötürülmüş prosessual müddətin bərpasın a dair ərizənin verilməsi və bunun üçün üç gün ağlabatan müddət təyin edilməsi əks edilmişdir.
17. Hazırki halda Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilməmiş və məhkəmə tərəfindən müəyyən edilmiş 3 günlük müddət ötürülmüşdür.
18. Mübahisə predmeti olan qərardad Cavabdeh1 elektron kabinetinə 2025-ci il 24 mart tarixində yerləşdirilməklə təqdim edilmiş, qərardaddan şikayət müddəti 2025-ci il 25 mart tarixindən başlamış və 2025-ci il 3 aprel tarixində saat 24:00-da bitmişdir. Cavabdeh qərardaddan şikayəti 2025-ci il 3 aprel tarixində, yəni qərardaddan şikayətin verilməsinin sonuncu günü poçt vasitəsi ilə məhkəməyə ünvanlamış və şikayət 2025-ci il 8 aprel tarixində məhkəməyə daxil olmuşdur. Cava bdeh kassasiya şikayətinin verilməsi müddətini artıq ötmüşdür.
19. Apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il tarixli 27 fevral Qərarında əks olunmuş mövqeyə əsasən hesab etmişdir ki, şikayətin vəkil tərəfindən tərtib edilməsi və Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə verilməsi üçün 3 gün müddət kifayət qədər ağlabatandır. Belə ki, cavabdehin kağız daşıyıcıda olsa da tərtib edilmiş şikayəti mövcuddur və şikayətin mətninin elektron kabinetə yerləşdirilməsi bir saat içində mümkündür.
20. Cavabdehin vəkillə müqavilə bağlanması ilə bağlı qeyd edilməlidir ki, qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
21. Cavabdeh1 tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 17 aprel tarixli 2-2(104)-80/2025 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinin icraata götürülməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikası MPM-in 129.2 və 129.3-cü maddələri üzrə-işdən göründüyü kimi apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərardadı 2025-ci il 17 aprel tarixində qəbul etmiş, həmin qərardadı o elektron informasiya sistemində yaradılmış şəxsi kabinetində həmin günü oxumuşdur. Apellyasiya instansiya məhkəməsi 2025-ci il 10 aprel tarixli qərardadında onun kassasiya şikayətini geri qaytararkən ona nöqsanların aradan qaldırılması üçün 3 günlük müddət vermişdir. Təəssüf doğurucu haldır ki, məhkəmə 2025-ci il 17 aprel tarixli qərardadında həmin 3 günlük müddətin də ötürüldüyü qənaətinə gəlməklə, bir başa yuxarıda qeyd olunan prossesual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, 2025-ci il 10 aprel tarixli qərardad həftənin 4-cü günü qəbul edilmiş, məhkəmənin verdiyi 3 günlük müddəti 11 apreldən başlamış 13 aprelədək davam etmiş, lakin 13 aprel bazar gününə, yəni qeyri-iş gününə düşdüyünə görə artıq ondan sonrakı gün (14 aprel) müddətin başa çatdığı gün sayılmışdır. Onlar da şikayətini 14 apreldə vermişlər. Məhkəmə 2025-ci il 10 aprel tarixli qərardadı ilə 3 gün müddət verən zaman nəzərə almamışdır ki, bu müddətin sonu qeyri-iş gününə düşür və o həmin müddətədək bu və ya digər vəkillə müqavilə bağlayaraq şikayət verməyinə imkan olmamışdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsi üzrə-apellyasiya instansiya məhkəməsi 2025-ci il 17 aprel tarixli qərardadında göstərmişdir ki, o 2025-ci il 17 mart tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prossesual müddəti ötürmüşdür. 2025-ci il 10 aprel tarixli qərardadında da qeyd etmişdir ki, cavabdeh qərardaddan şikayəti 2025-ci il 3 aprel tarixdə, yəni qərardaddan şikayətin verilməsinin sonuncu günü poçt vasitəsi ilə məhkəməyə ünvanlamış və şikayət 2025-ci il 8 aprel tarixində məhkəməyə daxil olmuşdur. Bu baxımından cavabdehin kassasiya şikayətinin verilməsi müddəti artıq ötmüşdür. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Belə ki, apellyasiya i nstansiya məhkəməsinin 2025-ci il 17 mart tarixli qərardadı həmin məhkəmə tərəfindən 2024-cü il 24 mart tarixində imzalanaraq şəxsi kabinetinə yerləşdirilmiş, beləliklə, onun bu qərardaddan kassasiya şikayəti vermək üçün 2025-ci il 25 mart tarixindən müddəti hesablanmağa başlanmış, həmin müddət 2025-ci il 3 aprel tarixinədək davam etmiş, yəni gecə saat 24dək onun kassasiya şikayəti vermək üçün müddəti olmuşdur. O da həmin tarixdə kassasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Onun kassasiya şikayətinin 2025-ci il 8 aprel tarixində apellyasiya instansiya məhkəməsinə çatması o anlama gələ bilməz ki, 2025-ci il 17 mart tarixli qərardaddan kassasiya şikayəti vermək müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, o öz iradə ifadəsini ortaya qoyaraq 2025-ci il 17 mart tarixli qərard addan vaxtında kassasiya şikayəti vermişdir. Əgər həmin kassasiya şikayətində nöqsan olmuşdursa (bunu 2025-ci il 10 aprel tarixli qərardadı oxuyandan sonra qəbul edir ki, kassasiya şikayətini vəkillə birlikdə verməli idi) apellyasiya instansiya məhkəməsi də ona 3 gün ağlabatan müddət verməzdi. Hərçənd həmin 3 günün də ağlabatan müddət olması özü mübahisəlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 3 günlük müddətin sonu həftənin bazar gününə düşür, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu halı onun ziyanına şərh edərək hesab edir ki, o həmin 3 günlük müddəti də ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin ona qarşı tutmuş olduğu bu mövqe qərəz xarakteri daşıyır, hansı ki, onun bu mövqeyi prosessual tələblərdən kənar olan bir addımdır və bu vəziyyət onun məhkəməyə müra ciət etmək imkanına məhdudiyyət yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hall arına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Ele ktron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti.... 405.0.2. qərardad işdə iştir ak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər....”
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsi nə dair” 2024-cü il 27 fevral tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq y enidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 2025ci il 17 mart tarixli qərardaddan verdiyi kassasiya şikayəti geri qaytarılaraq ona istinad edilmişdir ki, 2025-ci il 10 aprel tarixli qərardadda kassasiya şikayəti verən tərəfə qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayəti verilməsi üçün təkrarən şikayət ilə müraciətə ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin verilməsi və bunun üçün üç gün ağlabatan müddət təyin edilməsi əks edilmişdir. Lakin kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilməmişdir.
31. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən kassatorun apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini qərardadın ləğvi üçün əsas hesab etmir.
32. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 17 mart tarixli qərardadından kassasiya şikayəti vaxtında verilsə də, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi səbəbindən geri qaytarılmışdır. Bununla belə, yenidən müraciət zamanı artıq müddətin keçəcəyi nəzərə alınar aq, müvafiq nöqsanların aradan qaldırılması və yenidən müraciət edilməsi, həmçinin prosessual müddətin bərpasına dair ərizənin verilməsi üçün 3 gün müddət təyin edilmişdir (bax § 28).
33. Cavabdeh tərəfindən məhkəmənin 2025-ci il 17 mart tarixli qərardadından kassasiya şikayəti yenidən tərtib edilərək təqdim olunsa da, prosessual müddətin bərpasına dair ərizə verilməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin 2025-ci il 17 mart tarixli, 2-2(104)-80/25 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürüldüyündən və müddətin bərpasına dair ərizə verilmədiyindən, kassasiya şikayətinin geri qaytarılması MPM-nin 408.1.4-cü maddəsinin tələblərinə uyğun olmuşdur (bax § 27). 3
5. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 aprel tarixli 2-2(104)-80/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.