Məhkəmə qərarları › İş №2-2(102)-377/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-377/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-377/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X1 Təsərrüfatı” MMCyə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X1 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğvi, borcun tutulması və tut manın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh3 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli 2-2(105)-2/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC (bundan sonra “ASC”) ilə “X1 Təsərrüfatı” MMC (bundan sonra – “MMC”) arasında bağlanılmış 2018-ci il 4 may tarixli 1802 XK №-li kredit müqaviləsindən (bundan sonra "xxxx") görünür ki, həmin müqavilə ilə ASC tərəfindən MMC-yə 48 ay müddətinə illik 20% hesablanmaq şərtilə 450.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur.

2. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bi tdiyi gündən sonra ertəsi gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilməlidir.

3. Həmin müqavilənin 5.2-ci bəndində bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə hesablanması nəzərdə tutulmuşdur. 4. 2018-ci il 4 may tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, qeyd edilən kredit müqaviləsinin təminatı olaraq aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: İ) 2008-ci il 3 aprel tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh4 (bundan sonra-“Cavabdeh4”) mülkiyyətində olan S iyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0,0139 ha torpaq sahəsində yerləşən, 94,4 m2 yaşayış, 130,04 m2 köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi (bundan sonra-“17 nömrəli fərdi yaşayış evi”) (İpoteka predmeti 161.550 manat məbləğində qiymətləndirilmişdir); İİ) 2011-ci il 18 may tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 (bundan sonra-“Cavabdeh3”) mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli 534,42 m2 ümumi, 309,8 m2 tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binası (mağaza) (bundan sonra-“qeyri-yaşayış binası”) (İpoteka predmeti 228.100 manat məbləğində qiymətləndirilmişdir); İİİ) 2018-ci il 26 aprel tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əs asən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi, 148,2 m2 əsas, 510,4 m2 köməkçi sahədən ibarət əmlak kompleksi (bundan sonra- “1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksi) (İpoteka predmeti 625.500 manat məbləğində qiymətləndirilmişdir); İV) 2008-ci il 18 dekabr tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 (bundan sonra-“Cavabdeh2”) mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 42,3 m2 yaşayış, 36,2 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi (bundan sonra-“1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi”) (İpoteka predmeti 113.200 manat məbləğində qiymətlən dirilmişdir). 5. 2018-ci il 16 may tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. 6. 2018-ci il 16 may tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binasının (mağaza) ipotekasının dövlət qeydiyyatı aparılmışdır. 7. 2018-ci il 16 may tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. 8. 2018-ci il 16 may tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan əmlak kompleksinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. 9. 2019-cu il 13 noyabr tarixl i bildirişdən görünür ki, MMC-nin rəhbəri Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. 10. 2021-ci il 11 yanvar tarixli **********023 №-li bildirişlə Cavabdeh3, **********024 №li bildirişlə Cavabdeh2, **********025 №-li bildirişlə isə Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər.

11. İşdə olan, maliyyə arayışından görünür ki, Kredit Müqaviləsi üzrə MMC-nin ASCyə əsas borcu üzrə 396.507,22 manat məbləğində qalıq, ona hesablanmış 135.269,67 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14.091,44 manat məbləğində dəbbə pulu olmaqla cəmi 545.863,33 manat məbləğində məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı dəğv prosesində olan (bundan sonra-"xxxx") ASC cavabdehlər MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.

13. İddia tələbi yuxarıda göstərilən (bax yuxarıda §§ 1-11) hallarla əsaslandırılmış, iddia ərizəsində Kredit Müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, MMC-dən LPO ASCnin xeyrinə 396.507,22 manat əsas borcun, 135.269,67 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 14.091,44 manat gecikməyə görə hesablanan cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 manat notariat xərcinin tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binasına, əmlak kompleksinə, Cavabdeh4 mülkiyyətində olan 17 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə (bax yuxarıda §§ 4-8) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün LPO ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstər ilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

14. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 448-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli 2-2(119)-379/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, - Kredit Müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; - MMC-dən 396.507,22 manat əsas borc, 135.269,67 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14.091,44 manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 545.868,33 manat pulun tutularaq LPO ASC-yə ödənilməsi; - tutmanın Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayı ş binasının ilkin satış qiymətinin 228.100 manat məbləğində müəyyən edilməsi; - tutmanın Cavabdeh3 mülkiyyətində olan 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə ilkin satış qiymətinin 625.000 manat məbləğində müəyyən edilməsi; - tutmanın Cavabdeh4 mülkiyyətində olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 161.550 manat məbləğində müəyyən edilməsi; - tutmanın Cavabdeh2 mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, birlikdə ilkin satış qiymətinin 113.200 manat məbləğində müəyyən edilməsi; - ipoteka predmetlərinin açıq hərracda satılaraq, satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün LPO ASC-yə ödənilməsi; - ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldikdən sonra artıq vəsait qalarsa, qalan vəsaitin ipoteka predmetlərinin mülkiyyətçilərinə verilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada MMC-dən LPO ASC-nin xeyrinə tutulması; - məhkəmə məsrəfləri - LPO ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 manat dövlət rüsumu, k redit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 manat notariat xərcinin cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 manat notariat xərcinin əvəzi tutularaq, LPO ASC-yə ödənilməsi qət edilmişdir (hakim X.Tağıyev)

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MMC Kredit Müqaviləsi əsasında ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəri məni ASC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin MMC kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit borcunu, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, MMC Kredit Müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur.

17. Bu səbəbdən ASC müqavilələrin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

18. İddia əsaslı olduğuna görə təmin edilərək, Kredit Müqaviləsi vaxtından əvvəl ləğv edilməli, MMC-dən 396.507,22 manat əsas borc, 135.269,67 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14.091,44 manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 545.868,33 manat tutularaq LPO ASC-yə ödənilməli, tutma ipoteka predmetlərinə yönəldilməlidir.

19. İpoteka müqavilələrində tərəflərin razılığı ilə ipoteka predmeti olan 17 nömrəli fərdi yaşayış evinin 161.550 manat, qeyri-yaşayış binasının 228.100 manat, 1,0018 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinin 625.500 manat, 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 113.200 manat məbləğində qiymətləndirildiyini və ASC-nin nümayəndəsinin məhkəmədə ipoteka ilə yüklü edilmiş əmlakların həmin ilkin satış qiymətləri ilə ixtisaslaşdırılmış açıq hərraca çıxarılmasına etiraz etmədiyini nəzərə alaraq, sözügedən əmlakların ilkin satış qiyməti müvafiq ipteka müqavilələrində razılaşdırılmış məbləğlərdə müəyyən edilməli, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi həmin əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir.

20. İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait hesabına MMC-nin LPO ASC-yə olan borcları ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə verilməli, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borc ümumi qaydada MMC-dən LPO ASC-nin xeyrinə tutulmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 317.1, 317.2, 385.1, 421.2, 439.1, 442, 445.2 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 119.1-ci maddəsin, “İpoteka haqqında” Azərbaycan Re spublikası Qanununun 33, 34.1.2 və 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh KFT tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 iyul tarixli 2-2(105)-101/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur (sədrlik edənməruzəçi hakim Z.Məmmədov, hakimlər F.Məmmədov və S.Qafari): - Kredit Müqaviləsi üzrə alınmış kreditə görə MMC tərəfindən nə qədər pul vəsaiti qaytarılmış, ödənişlər nəzərə alınmaqla 2020-ci il 27 oktyabr tarixinə hesablanmış əsas və faiz borcu nə qədər təşkil edir? - Kredit Müqaviləsinin şərtləri və həmin müqavilə üzrə edilmiş ödənişlər nəzərə alınmaqla, ödənilməli olan əsas, faiz və cərimə borcunun məbləği müəyyən edilsin. - Cavabdeh4 mülkiyyətində olan 17 nömrəli fərdi yaşayış evinin likvid qiyməti nə qədər təşkil edir? - Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binasının likvid qiyməti nə qədər təşkil edir? - Cavabdeh3 mülkiyyətində olan 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid qiyməti nə qədər təşkil edir? - Cavabdeh2 mülkiyyətində olan 0,08 ha torpaq sa həsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin likvid qiyməti nə qədər təşkil edir?

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 6 sentyabr tarixli 9/5645 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. 1 və 2-ci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və Kredit Müqaviləsinin şərtlərini nəzərə alaraq MMC-nin ASC-yə sualda soruşulan tarixə, yəni 2020-ci il 27 oktyabr tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 396.458,30 manat; faiz borcu üzrə - 133.555,84 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumatlar (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün MMC-yə cərimə borcu hesablanmadı. 25. "xxxx" MMC-nin 2021-ci il 19 oktyabr tarixli 362/ATB/21, 363/ATB/21, 364/ATB/21, 365/ATB/21 nömrəli rəylərinə əsasən, ipoteka predmetlərinin 2021-ci il 19 oktyabr tarixinə olan likvid qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: İ) Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binası – 267.200 manat; İİ) Cavabdeh3 mülkiyyətində olan 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksi – 1.874.000 manat; İİİ) Cavabdeh4 mülkiyyətində olan 17 nömrəli fərdi yaşayış evi – 180.000 manat; İV) Cavabdeh2 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi – 150.000 manat.

26. LPO ASC təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəmə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 noyabr tarixli 2-2(105)-101/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir (sədrlik edən Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 noyabr tarixli 2-2(105)-101/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və aşağıdakılar qət edilmişdir: - Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli e-2-2(119)379/2021 saylı qətnaməsi qismən ləğv edilsin; - MMC-dən 396.458,30 manat əsas borc, 133.555,84 manat müqavilə müddəti üçün hesablanm ış faiz borcu, 14.091,44 manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 544.105,58 manat tutularaq LPO ASC-yə ödənilsin; - tutma Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış binasına yönəldislin, həmin qeyriyaşayış binasının likvid qiyməti 267.200 manat məbləğində müəyyən edilsin - tutma Cavabdeh3 mülkiyyətində olan 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilsin, həmin torpaq sahəsinin və əmlak kompleksinin birlikdə likvid qiyməti 1.874.000 manat məbləğində müəyyən edilsin; - tutma Cavabdeh4 mülkiyyətində olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evinin likvid qiyməti 180.000 manat məbləğində müəyyən edilsin; - tutma Cavabdeh2 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin birlikdə likvid qiyməti 150.000 manat məbləğində müəyyən edilsin; - qətnamə ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada MMCdən LPO ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin; - həmin hissədə iddia təmin edilməsin; - qətnamə kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 manat notariat xərcinin cavabdehlərə aid edilməsi, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 manat notariat xərcinin əvəzinin tutularaq, LPO ASC-yə ödənilməsi hissəsində ləğv edilsin; - həmin hissədə iddia təmin ed ilməsin; - qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın; - iş üzrə ekspertiza xərci 145 manat MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin; - iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1.200 manat MMC-dən tutularaq "xxxx" Consulting MMC-nin hesabına ödənilsin.

28. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, LPO ASC tərəfindən təqdim olunmuş maliyyə arayışı və məhkəmənin qətnaməsi ilə 396.507,22 manat əsas borcun, 135.269,67 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun olduğu qeyd edilsə də, ekspert rəyi ilə həmin borcun fərqli, yəni əsas borc üzrə - 396.458,30 manat, faiz borcu üzrə - 133.555,84 manat olduğu müəyyən edi lmişdir.

29. Bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

30. Apellyasiya şikayətinin kredit və faiz borcunun düzgün hesablanmaması barədə dəlili qismən əsaslıdır.

31. Belə ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində də qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, MMC tərəfindən ASC-yə kredit məbləğinin məxaric edildiyi tarixdən, yəni 2018-ci il 8 may tarixindən sualda borcun soruşulduğu tarixədək, yəni 2020-ci il 27 oktyabr tarixinədək 120.841,06 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 53.541,70 məbləğində olan hissəsinin əsas borca, 67.299,36 manat məbləğində olan hissəsinin isə faiz borcuna silinməsi müəyyən edilir.

32. MMC kredit müqaviləsi əsasında ASC-dən kredit almaq hüququna malik old uğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin MMC Kredit Müqaviləsi əsasında ASC-dən kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

33. Əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər.

34. İş materiallarından görünür ki, müqavilə üzrə öhdəlik MMC tərəfindən lazımınca icra edilmədiyindən, LPO ASC əsas öhdəliyin icrasının təmin edilməsi ü çün tutmanın ipoteka predmetinə yönəldilməsini də məhkəmədən xahiş etmişdir.

35. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən əsaslı hesab edilməlidir.

36. Belə ki, ipotekaya qoyulmuş əmlakların likvid qiymətinin müəyyənləşdirilməsi üzrə "xxxx" MMC-nin 2021-ci il 19 oktyabr tarixli rəylərindən görünür ki, 4 əmlak üzrə aparılmış qiymətləndirmə zamanı əmlakların qiymətlərindəki fərq birinci instansiya məhkəməsinin qətnaməsi ilə müqayisədə aşağıdakı kimi müəyyən edilmişdir: - qeyri-yaşayış binası üzrə 228.100 manat – 267.200 manat; - 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksi üzrə 625.000 manat – 1.874.000 manat; - 17 nömrəli fərdi yaşayış evi üzrə 161.550 manat – 180.000 manat; - 0,08 ha torpaq sahəsi və hə min torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi üzrə 113.200 manat – 150.000 manat.

37. Göründüyü kimi, əmlakların qiymətlərində əsaslı fərq yalnız Cavabdeh3 mülkiyyətində olan 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksi üzrə qeydə alınmışdır. Belə ki, qətnamə ilə həmin əmlakın ilkin satış qiyməti 625.000 manat məbləğində müəyyən edilmiş, qiymətləndirici tərəfindən isə əmlakın likvid dəyəri 1.874.000 manat məbləğində müəyyən olunmuşdur. 38. "xxxx" MMC-nin 2021-ci il 19 oktyabr tarixli rəyindən görünür ki, mütəxəssislərin bu zonada apardıqları monitorinq nəticəsində müəyyən olmuşdur ki, əmlakın yerləşdiyi ərazidə mülkiyyətdə olan 1 sot torpaq sahəsinin 2021-ci il 19 oktyabr tarixinə olan orta bazar dəyəri 1.500-2.500 manat aralığında təşk il edir. 1,12 (ha) x 2.000 = 224.000 AZN manat təşkil edir. Beləliklə, müqayisə yanaşması ilə əmlak kompleksinin likvid qiyməti 1.650.000 manatdır (monitorinq nəticəsində müəyyən olmuşdur ki, həmin ərazidə qeyriyaşayış binalarının 1 m2-nin orta bazar dəyəri 500-1.200 manat aralığında dəyişir) + 224.000 (əmlak kompleksinin torpaq sahəsi) = 1.874.000 manat (əmlak kompleksinin ümumilikdə likvid dəyəri) təşkil edir.

39. Rəylə müəyyən olunmuş əmlak kompleksinin ümumi xarakteristikası ilə müəyyən edilir ki, həmin əmlakın hüquqi sənəd üzrə sahəsi 658,6 m2, faktiki sahəsi isə 1.418,9 m2 təşkil edir.

40. Göründüyü kimi, əmlakın faktiki sahəsinin 2 dəfədən çox artırılması həmin əmlakın likvid dəyərinin də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş qiymətdən əsaslı şəkildə fərqlənməsinə səbəb olmuşdur.

41. Məhkəmə kollegiyasının iclasında LPO ASC-nin nümayəndəsi əmlakların qiymətlərinin əsassız şəkildə artırılmasına istinad etmiş və qeyd etmişdir ki, "xxxx" MMCnin 2021-ci il 19 oktyabr tarixli 363/ATB/21 nömrəli ekspert rəyi həqiqəti əks etdirmir, ekspert tərəfindən aparılmış tədqiqat şübhə doğurur. İş üzrə həqiqətə nail olmaq üçün təkrar ekspertiza keçirilməlidir. Belə ki, sözügedən ipoteka predmetləri artıq bir dəfə 2018ci il 18 aprel tarixində müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və yuxarıda qeyd olunmuş əmlakların likvid dəyəri müvafiq olaraq 205.290 manat, 562.950 manat, 145.395 manat və 101.880 manat müəyyən olunmuşdur. Qeyd edilən rəylə həm kredit alan, həm də ipoteka qoyanlar tanış olmuş, həmin şərtlərlə razı olduğunu bildirmiş və buna müvafiq olara q müştəriyə kredit ayrılmışdır. İpoteka predmetinə müxtəlif zamanlarda qoyulmuş iki müxtəlif likvid dəyər arasında bu cür böyük fərqin olması sonuncu ekspertin rəyini şübhə altına alır. Sözügedən əmlakın qiymətləndirilməsi barədə rəyin verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, əmlaklarda qiyməti bu cür əhəmiyyətli dərəcədə dəyişdirəcək yaxşılaşdırmalar aparılmamışdır.

42. Məhkəmə kollegiyasının 2021-ci il 19 noyabr tarixli qərardadı ilə LPO ASC-nin vəsatəti təmin edilməmişdir. Belə ki, həmin qiymətləndirmə hesabatı aparılarkən vəsatətin dəlillərinin əksinə olaraq, daşınmaz əmlakların ətraflı təsvir olunmuş fotoşəkilləri rəyə əlavə olunmuş, qiymətləndirmədə xərc metodu, gəlir metodu, uyğun satışların müqayisəsi metodu nəzərdən keçirilmişdir.

43. LPO ASC-nin vəsatətdə istinad etdiyi müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən də ipoteka predmeti Cavabdeh3 Siyəzən rayonu, Qara Siyəzən kəndində mülkiyyətində olan 1,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən çıxarış üzrə ümumi sahəsi 658,6 m2 və faktiki ümumi sahəsi 1.418,9 m2 təşkil edən əmlak kompleksi (şadlıq sarayı) 2018-ci il 18 aprel tarixindən sonra da, yəni 2018-ci il 28 sentyabr tarixində Cavabdeh3 təşəbbüsü ilə təkrar qiymətləndirilmiş, nəticədə həmin tarixə standartın tələbləri həddində aparılmış hesablamalara əsasən daşınmaz əmlakın bazar dəyəri 2.093.900 manat məbləğində ("xxxx" MMC-nin qiymətləndirməsi ilə müqayisədə daha yüksək qiymətlə) müəyyən olunmuşdur. 44. "xxxx" MMC tərəfindən aparılmış həmin qiymətləndirmə ilə müəyyən olunmuşdur ki, əmlak kompleksinin ərazisində A, B, C, D, E, F, H literalı binalar inşa edilmişdir. Bundan əlavə, “A” tikilisinə bitişik, ölçüləri 40 m x 20 m əlavə tikili inşa olunmuşdur ki, həmin xidmət sahəsində toy mərasimləri təşkil olunur. Tikilinin sahəsi 800 m2 təşkil edir, lakin bu əlavə tikili sənədlərdə öz əksini tapmayıb.

45. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsaslanaraq hesab etmişdir ki, qeyri-yaşayış binasının likvid qiyməti 267.200 manat məbləğində, 1,0018 ha torpaq sahəsi və üzərində yerləşən 658.6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiyməti 1.874.000 manat məbləğində, 17 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 180.000 manat məbləğində, 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin birlikdə likvid qiyməti 150.000 manat mə bləğində müəyyən edilməlidir.

46. İpoteka predmetlərinin satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borcun ümumi qaydada MMC-dən LPO ASCnin xeyrinə tutulması hissəsində iddia təmin edilməməlidir. Tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz.

47. Məhkəmə apellyasiya şikayətinin kredit müqavilələrinin etibarsızlığı dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin hallarla bağlı MMC heç bir sübut təqdim etməmişdir. MMC-nin vəkili məhkəmə iclasında kredit müqaviləsi və sonrakı ipoteka müqvilələrini mübahisələndirəcəklərini bildirmiş və qeyd etmişdir ki, kredit müqaviləsi MMC ilə imzalansa da, sonr akı ipoteka müqaviləsində kredit alan qismində Cavabdeh4 göstərilmişdir.

48. İş materiallarından və apellyasiya şikayətinin dəlillərindən də bəlli olmuşdur ki, MMC kredit müqaviləsi üzrə ödənişlər etmiş, yalnız sonradan sahibkarlıq fəaliyyətlərində baş vermiş ləngimələr və pandemioloji vəziyyət səbəbindən ödənişləri davam etdirə bilməmişdir. Bu səbəbdən məhkəmə apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab etmişdir.

49. Məhkəmə gəldiyi nəticəni MM-in 317.1, 385.1, 404.1, 404.2, 442, 448.1, 739.1 və 739.2-ci maddələri, MPM-in 384.0.2-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 39.3.3 və 41.1-ci maddələri, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

50. İddiaçı LPO ASC tərəfindən verilmiş kassas iya şikayətində həmin qətnamənin qismən-ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və işə yenidən ləğv edilmiş hissədə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kolegiyasının 2022-ci il 12 aprel tarixli, 2-2(102)-222/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qismən-Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsinin və onun üzərində yerləşən 658,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiymətinin 1.874.000 manat müəyyən edilmə si hissəsində ləğv edilmiş, iş ləğv edilən hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər- B.Qəribov və İ.Dadaşov).

52. Kassasiya instansiyası məhkəməsi məhkəmə aktının ləğv edilən hissəsində kassasiya şikayətinin ipoteka predmeti olan əmlaklardan dördüncüsünün (əmlak kompleksi) likvid qiyməti üzrə gətirilmiş dəlillərlə razılaşaraq, həmin əmlak üzrə aparılmış təkrar qiymətləndirmənin nəticəsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanunsuz və əsassız hesab etmişdir.

53. Qeyd olunmuşdur ki, sözügedən əmlak və onun yerləşdiyi torpaq sahəsi üzrə "xxxx" MMC-nin 2021- ci il 19 oktyabr tarixli müvafiq rəyi ilə müəyyənləşdirilmiş birgə likvid qiyməti ilə birin ci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyənləşdirilmiş qiymətlər arasındakı fərq ümumilikdə 1.249.000 manat (1.874.000 – 625.000 manat) təşkil etmişdir.

54. İşin apellyasiya instansiyası məhkəməsinin müəyyən edilmiş hallarından məlum olur ki, əmlak kompleksinin hüquqi sənəd üzrə sahəsi 658,6 m2, faktiki sahəsi isə 1.418,9 m2 təşkil edir. Əmlak kompleksinin ərazisində ölçüləri 40 m x 20 m olan əlavə tikili inşa edilmişdir ki, həmin xidmət sahəsində toy mərasimləri təşkil olunur. Tikilinin sahəsi 800 m2 təşkil edir, lakin bu əlavə tikili sənədlərdə öz əksini tapmayıb.

55. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmlakın faktiki sahəsinin iki dəfədən çox artırılması həmin əmlakın likvid dəyərinin də məhkəmə qətnaməsi ilə müəyyən olunmuş qiymətdən əsaslı şəkildə fər qlənməsinə səbəb olmuşdur.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə aşağıdakı səbəblərdən razılaşmamışdır; “İpoteka haqqında” Qanunun 6.1, 10.4, 11.1 və 11.2-ci maddələrinin tələblərindən aydın olur ki, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

57. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı ipotekanın predmeti barədə məlumat qeyd edilir.

58. Sözügedən məlumatın nədən ibarət olması “İpoteka haqqında” Qanunda konkretləşdirilmişdir. Belə ki, həmin Qanunun 10.5-ci maddəsinə görə, ipoteka müqaviləsində ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri göstərilməlidir.

59. Hazırkı işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən istinad etdiyi əmlakın faktiki sahəsinin 2 dəfədən çox – 800 m2 artırılması ilə əlaqədar ipoteka qoyan tərəfindən ipoteka saxlayan ASC-yə ümumiyyətlə məlumat verilməmiş, sonuncunun razılığı alınmamış, ən əsası isə, əlavə tikili sənədlərdə öz əksini tapmamış, ipoteka predmeti kimi dövlət qeydiyyatına alınmamışdır.

60. Yuxarıda istinad olunan hüquq normaları sözügedən qanunsuz inşa olunmuş və ipoteka predmeti kimi dövlət qeydiyyatına alınmamış 800 m2 əlavə tikilinin ipoteka predmeti kimi qiymətləndirilməsin ə yol vermir.

61. Apellyasiya instansiyası məhkəməsi isə əmlak kompleksinə münasibətdə təkrar qiymətləndirmənin nəticələri ilə razılaşarkən həmin normaların tələblərini nəzərə almamışdır.

62. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, nəticədə MPM-nin 217.1-ci maddəsinin tələblərinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

63. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 iyun tarixli 2-2(105)-69/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (səd rlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər H.Babayeva və L.Məmmədova).

64. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən tərtib edilmiş 2023-cü il 19 yanvar tarixli, 10/6626, 9/7331 saylı ekspert rəyində göstərilmişdir ki; İ. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq 2018-ci il 26 aprel tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi, 148.2 m2 əsas, 510.4m2 köməkçi sahədən ibarət əmlak kompleksinin ölçüləri 40mx20m, sahəsi 800 m2 olan əlavə tikili nəzərə alınmamaqla hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 405.000,0 manat məbləğində; İİ. Rəyin tədqiqat hissəsind ə göstərilənləri nəzərə alaraq 2018-ci il 26 aprel tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi, 148,2 m2 əsas, 510.4 m2 köməkçi sahədən ibarət əmlak kompleksinin ölçüləri 40mx20m, sahəsi 800 m2 olan əlavə tikili ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 794.000,0 manat məbləğində müəyyən edilmiş; İİİ. Üçüncü suala cavab olaraq isə göstərilmişdir ki, 2018-ci il 17 aprel tarixində tərtib olunmuş Texniki Pasportda öz əksini tapmayan 40x20 m ölçüdə olan zal tikilisi faktiki vəziyyətdə əmlak kompleksinin bir hissəsi olduğuna və təklikdə təyinatı üzrə istifadəyə yararsız olduğuna görə, həmin hissənin Texniki Pasportda öz əksini tapan hissədən təcrid olunması mümkün deyildir.

65. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli 2-2(105)-2/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-379/2021 nömrəli, 2021-ci il 29 aprel tarixli qətnaməsi qismən-Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 658.6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə ilkin satış qiymətinin 625.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsinin və onun üzərində yerləşən 65 8,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə likvid qiymətinin 405.000 manat müəyyən edilməsi, iş üzrə ekspertiza xərci-200 manatın cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər – H.Babayeva və L.Məmmədova).

66. Apellyasiya instansiyası məhkəaməsi ilk növbədə yeni apellyasiya baxışının hədləri ilə bağlı göstərmişdir ki, apellyasiya baxışının predmetini yalnız işin Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsinin və onun üzərində yerləşən 658,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin likvid qiymətinin müəyyən edilməsi hissəsi təşkil edir.

67. Həmin hissədə cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...qətnamədə 625.000 manat qiymətində göstərilən Siyəzən rayonu, Qara Siyəzən kəndi, 1.0018 ha torpaq sahəsində yerləşən 658.6 m göstərilən daşınmaz əmlakın (tam təmirli və evro şəraitli, müasir avropa standartlarına uyğun Qafqaz şadlıq evi) indiki həcmi 1.458,6 m olmaqla real bazar qiyməti ən pis halda 2.100.000 manat təşkil edir.”

68. İşin hallarından və istinad edilən sübutlarla 2018-ci il 26 aprel tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Siyəzən rayonu, Qara Siyəzən kəndində Cavabdeh3 mülkiyyətində olan müvafiq əmlak kompleksinin 1,0018 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi, 148,2 m2 əsas, 510,4 m2 köməkçi sahədən ibarət olması və həmin ölçülərdə ipoteka predmeti olması, lakin faktiki olaraq həmin kompleksdə “A” tikilisinə bitişik, ölçüləri 40 m x 20 m olan toy mərasimlərinin təşkil edildiyi əlavə tikilinin inşa olunması işin mübahisəsiz halıdır.

69. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili qeyd edilən əmlak kompleksinin dəyərinin həqiqətən qətnamədə göstərilən məbləğdən dəfələrlə artıq olduğunu, hətta həmin əmlak kompleksinin ipoteka qoyulmazdan əvvəl və sonradan "xxxx" MMC tərəfindən aparılan qiymətləndirilmələr zamanı da əlavə tikilinin mövcud olduğunu, əmlak kompleksinin əlavə tikili ilə birgə qiymətləndirilməli olduğunu bildirmiş, iddiaçının nümayəndəsi isə əmlak kompleksinin qiymətinin tərəflərin razılığı ilə müəyyən edilməsinə istinad etmişdir.

70. Məhkəmə ipoteka predmeti kimi əmlak kompleksinin yuxarıda qeyd edilən ekspert rəyi ilə müəyyən edilmiş (həm 800 m2 ola n əlavə tikili nəzərə alınmaqla, həm də nəzərə alınmamaqla) likvid dəyərini real hesab edərək qeyd etmişdir ki, rəy tərtib edilərkən ekspert daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı nəzərə alınmalı olan amilləri göstərməklə və uyğun satışların müqayisəsi yanaşmasından istifadə etməklə əmlakın likvid dəyərini müəyyən etmişdir və rəydə hər hansı ziddiyyətli hallar mövcud deyildir. 71. “İpoteka haqqında” Qanunun 6.1, 10.4, 11.1 və 11.2-ci maddələrinin tələblərinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

72. Qeyd olunmalıdır ki, birinci instan siya məhkəməsinin qətnaməsində tutmanın məhz 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə ilkin satış qiymətinin 625.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdeh isə apellyasiya şikayətinin müvafiq dəlillərində əmlakın dəyərinin daha artıq olmasına istinad etmişdir. Tərəflər birinci instansiya məhkəməsində yuxarıda qeyd edilən 800 m2 əlavə tikili ilə bağlı hər-hansı dəlil irəli sürməmiş, apellyasiya baxışı zamanı isə cavabdeh həm də məhz həmin əlavə tikilinin aparılması nəticəsində əmlakıln dəyərinin artmasına istinad etmişdir.

73. Mülki Məcəllənin və “İpoteka haqqın da” Qanunun yuxarıda qeyd edilən normalarının tələbləri baxımından əmlak kompleksinin ərazisində mövcud olan ölçüləri 40 m x 20 m, sahəsi 800 m2 təşkil edən əlavə tikili faktiki olaraq əmlakın tərkibi olmaqla onun dəyərinin artmasına səbəb olsa da, ipoteka qoyanın mülkiyyətə dair hüquqmüəyyənedici sənədlərində öz əksini tapmayaraq bunun nəticəsində də ipoteka predmeti kimi dövlət qeydiyyatına alınmadığından iddiaçının tələbi həmin əlavə tikiliyə yönəldilə bilmədiyi kimi, eyni zamanda həmin hissə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsində də nəzərə alınmamalıdır.

74. Bununla yanaşı təkrar apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza zamanı ipoteka predmeti olan əmlak kompleksi ilə sonradan inşa edilmiş ölçüləri 40 m x 20 m, sahəsi 800 kv.m olan əlavə tikilinin bir-birind ən təcrid edilmiş tikililər olub-olmaması, əgər deyilsə onların təcrid olunmasının mümkünlüyü ilə bağlı sual və həmin sualla əlaqədar ekspertin rəyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal tərəflərə sözügedən ipoteka predmeti ilə bağlı mübahisənin məhkmədənkənar qaydada, qarşılıqlı razılaşma əsasında həll edilməsinə şərait yaradılması ilə bağlı müəyyən edilsə də, tərəflərə təklif olunmasına baxmayaraq bununla bağlı hər hansı razılıq əldə edilməsi barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda isə qeyd edilən əlavə tikilinin hüquqi müqəddəratı hazırkı məhkəmə icraatı çərçivəsində həll olunmadığından, məhkəmə hesab etmişdir ki, iş üzrə yekun məhkəmə qərarının icrası zamanı tərəflərin qarşılıqlı razılığı ilə, yaxud qanunvericiliyin tələblərinə uyğun digər qaydada həll edilə bi lər.

75. İşin yuxarıda qeyd edilən halları və istinad edilən qanunvericilik normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti kimi əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı araşdırma aparmadan onun ipoteka müqaviləsində tərəflərin razılığı ilə 625.500 manat məbləğində qiymətləndirilməsinə və iddiaçının nümayəndəsinin məhkəmədə ipoteka ilə yüklü edilmiş əmlakların müqavilədə qeyd olunan qiymətlə ixtisaslaşdırılmış açıq hərraca çıxarılmasına etiraz etməməsinə istinad etməklə həmin məbləği ilkin satış qiyməti kimi müəyyən etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01 №-li qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

77. Yuxarıda istinad olunan normalara, habelə Ali Məhkəmənin iş üzrə qərarındakı mövqeyinə uyğun olaraq möhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən-əmlak kompleksinin dəyərinin qətnamədə müəyyən ediləndən artıq olmasına dair hissədə qismən əsaslıdır. Belə ki, təkrar apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə əsasən həmin əmlak kompleksinin ölçüləri 40mx20m, sahəsi 800 m2 o lan əlavə tikili ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 794.000 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 625.500 manatdan artıqdır.

78. Belə olan halda apellyasiya şikayəti baxılan hissədə qismən təmin olunmaqla əmlak kompleksinin (ölçüləri 40mx20m, sahəsi 800 m2 olan əlavə tikili nəzərə alınmadan) likvid dəyəri təkrar apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə uyğun olaraq 405.000 manat müəyyən edilməli, iddia təmin edildiyindən iş üzrə təkrar apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın xərci də cavabdeh MMC-dən tutulmalıdır.

79. Məhkəmə gəldiyi nəticəni MM-in 135.4, 139.1, 146.1, 146.2, 269.1, 269.2, 269.4, 269.6, 317.1, 317.2, 385.1, 404.1, 404.2, MPM-in 14.2, 77.1, 77.3, 88, 217.1-217.4, 365, 372.1, 372.6, 372.7, 384.0.2-ci, İpoteka haqqında qanunun 1.0.9, 4.1, 6.1, 10.4, 10.5, 11.1, 11.2, 33, 34.1.2, 39.3.3-cü, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 20.1ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01№-li qərardadına istinad etməklə əsaslandırmışdır.

80. Cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri

81. MM-nin 135.10-cu maddəsinin tələbləri pozulmuşdur-ipoteka predmeti olan əmlak kompleksinə bitişik mövcud ölçüləri 40 m x 20 m, sahəsi 800 m² təşkil edən əlavə tikili faktiki olaraq əmlakın tərkibi olmaqla onun dəyərinin artmasına səbəb olmuşdur. Əmlakın dəyərinin artması eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekpertiza tərəfindən verilən rəydə də qeyd olunmuşdur. Lakın apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin, məhkəmə tərəfindən təyin olunan tikinti texniki ekspertizası əsasında verilən ekspert rəyinə əsasən 2018-ci il 17 aprel tarixində tərtib olunmuş «Texniki Pasport»da öz əksini tapmayan 40x20 m ölçüdə olan zal tikilisi faktiki vəziyyətdə əmlak kompleksinin bir hissəsi olduğuna və təklikdə təyinatı üzrə istifadəyə yararsız olduğuna görə, həmin hissənin «Texniki Pasport»da öz əksini tapan hissədən təcrid olunması mümkün deyildir. Eyni zamanda, ekspert rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1,0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 m2 ümumi, 148,2 m2 əsas, 510.4 m2 köməkçi sahədən ibarət əmlak kompleksinin ölçüləri 40m x 20m, sahəsi 800 m² olan əlavə tikili ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 794.000 manat məbləğində müəyyən edilmişdir. Sonradan inşa edilmiş ölçüləri 40 m x 20 m, sahəsi 800 m² olan əlavə tikili əmlak kompleksindən təcrid edilmiş deyildir və həmin əlmak kompleksinin tərkib hissəsidir. Qeyd edilən həmin tikili ipoteka qoyulan zaman mövcud olmuşdur. İpoteka qoyan həmin hissəni bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verməmiş və bununla bağlı ipoteka müqaviləsində hər hansı xüsusi qeyd olmamışdır. Apellyasiya məhkəməsi isə bütün hallara qiymət verməmiş və qətnamə üzrə tələb olunan borcu əmlak kompleksinin 658,6 m2 hissəsinə tikiliyə yönəltmişdir. Lakın məhkəmə həmin tikiliyə tələb yönəltsədə, 40 m x 20 m, sahəsi 800 m² olan əlavə tikili hissəsinin dəyəri nəzərə almamış və əmlak kompleksinin tərkib hissəsi olan 800 kv.m əmlak komleksinin hansı formada həll olunması qeyri müəyyən qalmışdır. 82. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndi, 71-ci maddəsinin, 127-ci maddəsinin İİ bəndi pozulmuşdur- məhkəmə öz qətnaməsini düzgün əsaslandırmamış, yalnız öz fərziyyələ ri əsasında və düzgün hüquq normalarına istinad etmədən qərar qəbul etmiş, zəruri olan hüquq normalarına istinad etməmişdir. Bununlada cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının qanunsuz mövqeyini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin konstitu sion hüquqları pozulmuşdur.

83. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 nömrəli, 2005-ci il 24 noyabr tarixli Qərarının 2.4 və 6.2-cı bəndləri pozulmuşdur- qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutlarırədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Bu isə məhkəmə qətnaməsinin əsaslı olmamasını təsdiq edən hallardır. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

84. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

85. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

86. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

87. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və o nlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

88. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiy yətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. …” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ö hdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işt irakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 89. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında (2018-ci il 28 dekabr tarixədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə 33.İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanı n tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:... 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması;...” 90. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında (hazırda qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipo teka predmetinin satış (likvid) qiymətidir.” “Maddə 4.İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “Maddə 6.İpoteka predmeti 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquq ları qeydə alman daşınar əşya ola bilər. …” “Maddə 10.İpoteka müqaviləsi … 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiy mətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 11.İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumat ların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə 39.Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə 41.İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …” 91. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Qanununun mü vafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası “Maddə 20.İpotekanın dövlət qeydiyyatı 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir....” 92. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 45.Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus ol an digər əmlaka yönəldilir.... 93.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

93. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 94. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

95. Məhkəmə kollegiyası Cavabdeh3 kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

96. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

97. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 fevral tarixli 2-2(105)-2/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Ə.Abbasov E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar