Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: Kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Murad Mahmudovun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tut ulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(107)-16/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ödənilməmiş 9.609,23 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 462,50 manat faiz borcu, 1.279,86 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1.455,02 manat faiz məbləği olmaqla, cəmi 12.806,61 ma nat kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci və apellyasiya instansiyası məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 08 dekabr tarixli, e-2-2(117)-277/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 9.609,23 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri, X küçəsində yerləşən ipoteka predmeti 1 mərtəbəli 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax şəhəri X küçəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 39.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 manat pulun 175 manatının iddiaçıdan və 175 manatının Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Rüfət Məcidov). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(107)-16/2021 saylı qətnaməsi ilə apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Elçin Hüseynov, hakimlər Mirbahəddin Hüseynov və Gündüz Abbasov). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kass asiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışı zamanı iddiaçı ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək, tərəflər arasında məhkəmədənkənar qaydada yeni güzəştli restrukturizasiya müqaviləsinin bağlanması səbəbindən kassasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə kassasiya icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci m addəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Göründüyü kimi, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. MPM-in 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və ya qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina barədə ərizəsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, imtina qəbul edilməli və iddiaçıya münasibətdə kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli
Məhkəmə qərarları › İş №2-2(102)-378/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-378/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver