Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsinin müddətinin uzadılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin müddətinin uzadılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli, 2-2(104)-82/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hall arı 1. 2007-ci il 27 aprel tarixli 06 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh Bozdağ ərazisində 21,23,24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsini qoyunçuluqla məşğul olmaq üçün 15 il müddətinə icarəçi İddiaçı icarəyə vermişdir.
2. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 2022-ci il 18 aprel tarixli 409 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur.
3. Cavabdeh Başçısının 2019-cu il 25 aprel tarixli 47 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "X6"sinə uyğun olaraq, taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı ilə əlaqədar, "Boz dağ" massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılmasının məqsədə müvafiq hesab edilməsi ilə əlaqədar olaraq "Boz dağ " massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qışotlaq sahələrindən ‘VEST MİLK" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən xahiş edilməsi, X5 kateqoriyasına keçirilməsi nəzərdə tutulan 1979,51 hektar torpaq sahəsinin suvarılması, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulması, hazırlanmış layihə smeta sənədlərinə uyğun olaraq, sözügedən ərazilərə aidiyyəti nazirliklərdən rəylərin alınmasının təmin edilməsi, sərəncamın icrasına nəzarətin İcra Hakimiyyəti başçısının müavini Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Q. Əliyevə həvalə edilməsi qərara alınmışdır.
4. Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ünvanlanan məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli 537s nömrəli sərəncamın icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Samux rayonunda əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan torpaq sahəsinə suvarma suyunun verilməsi” işçi layihəsinə əsasən su mənbəyi Şəmkir maşın kanalı müəyyən edilmişdir. Suqəbuledici qurğu vasitəsi ilə 0,65 kbm/san miqdarında su öz axını ilə diametri 800 mm olan şüşə lifli “Azkompozit” boru kəməri vasitəsi ilə layihədə nəzərdə tutulan həcmi 1000 kbm olan hovuza verilir. Mütəxəssislərin hesablamalarına görə boru kəməri axını ilə hovuza nəql etdirilməsində hər hansı bir çətinlik olmayacaqd ır.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qeyd olunan 1979,51 ha torpaq sahəsinin əkin üçün əlverişli relyef-iqlim şəraitinə malik olmasını və suvarma suyu ilə təminatı imkanlarının mövcudluğunu, həmçinin, əkin məqsədilə istifadəsinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, aqrar sektorun inkişafına xidmət edəcəyini nəzərə alaraq, həmin 1979,51 ha örüş sahəsinin təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə ekoloji baxımdan etirazı olmadığını bildirir. Eyni zamanda bildirilir ki, torpaq sahəsi təyinatı üzrə istifadə olunmalı, torpağın münbitliyinin itirilməsinə səbəb olan hallara yol verilməməlidir.
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 3.1 və 3.2-ci bəndlərinə əsasən təyinatının və kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinə aid zəruri məlumatların və sənədlərin təqdim olunduğunu, o cümlədən sözügedən ərazilərin əkinə yararlılığını və suvarma şəbəkəsi ilə təmin edildiyini, habelə qeyd olunan məsələnin Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X3 əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsinə dair məsələlərin icrasına xidmət edəcəyini nəzə rə alaraq “Boz Dağ” massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış otlağı sahələrinin (ümumilikdə 1979,51 hektar torpaq (örüş) sahəsi) heyvandarlığın inkişaf etdirilməsi, yem bazasının təmin edilməsində istifadə edilməsi şərti ilə təyinatının və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin etiraz etmədiyi bildirilmişdir.
7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubda göstərilmişdir ki, təyinatının dəyişdirilməsi təklif olunan 1979,51 ha torpaq sahəsində nəzərdə tutulmuş əkin fəaliyyəti X2sının obyektinə aid edilmədiyindən, həmin sahənin qeyd olunan məqsədlə istifadəsinə dair X2sı rəyinin bildirilməsi imkan xaricindədir. Sözügedən 1979,51 ha torpaq sah əsinin bitkiçiliyin inkişafı, taxıl əkinlərinin genişləndirilməsi məqsədilə təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən münasibət bildirilmişdir. Əkin məqsədilə istifadə üçün torpaqların təyinatının dəyişdirilməsi barədə vəsatətlərə X2sı rəyinin əlavə olunması zərurəti yoxdur.
8. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanan 2020-ci il 25 avqust tarixli məktubda Samux rayonunda iri taxılçılıq, yemçilik və heyvandarlıq komplekslərinin yaradılması üçün "Boz dağ" massivində yerləşən qış-otlaq sahələrindən 1979,51 hektar örüş sahəsinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdehnə (bundan sonra “cavabdeh”) qarşı bağlanmış icarə müqaviləsinin davamı olaraq yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bozdağ ərazisində 21, 23, 24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsinə dair onunla 15 il müddətinə icarə müqaviləsini bağlamaq öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi veteranı olan həyat yoldaşı, hərbi polkovnik-leytenant X1 ordudan təxris olunandan sonra Samux rayonunun «Bozdağ» ərazisində 400 hektar qış otlaq sahəsini icarəyə götürüb, qoyunçuluqla məşğul olurdu. Onun 200 3-cü il 4 dekabr tarixində baş vermiş ölümündən sonra cavabdeh qoyunçuluq təsərrüfatının rəhbəri kimi onunla 400 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanmasına dair 2007-ci il 27 aprel tarixli 66 nömrəli sərəncam vermişdir. Həmin qış otlaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 2015-ci il, 28 avqust tarixli ********** nömrə ilə və 2015-ci il 19 avqust tarixli ********** nömrə ilə qeydiyyata alınmışdır. Hazırda onun həmin sahələrdə 393,6 kv.m sahəli iri ferması var. Cavabdeh ilə 2007-ci il 27 aprel tarixində 15 il müddətinə bağladığı icarə müqaviləsinin müddəti 2022-ci il 27 aprel tarixində bitmişdir. Ona görə də hələ 2021-ci ilin dekabr ayında, yəni müqavilənin müddəti bitməmiş Cavabdeh başçısına icarə müqaviləsini təzələmək barədə rəsmi ərizə vermişdir. Başçının müavi ni 2022-ci il 14 yanvar tarixli 66 nömrəli məktubla ərizəsinə baxılacağını bildirsə də, müqavilə müddəti bitməsinə baxmayaraq icarə müqaviləsini təzələmək istəmirlər. Ona verilən rəsmi cavablar faktiki olaraq müqaviləni təzələməkdən imtina etməkdir. Belə ki, 2022-ci il 18 aprel tarixli 409 nömrəli məktubda İcra Hakimiyyəti başçısının müavini bildirir ki, ölkə başçısının ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2.000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. Halbuki Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları konkret olur, “Bozdağ” massivindəki qış otlaq sahəsinin əkin yerinə çevrilməsinə dair fərman və ya sərəncam verilsəydi, əvvəla, bunu hamı bilərdi, ikincisi, Azərbaycan Respublikası Baş Naziri, səlahiyyətinə uyğun olaraq mütləq müvafiq qərarla torpağın kateqoriyasını dəyişdirərdi. İcra hakimiyyəti başçısının müavininin cavabını qənaətbəxş saymayıb, yenidən cavabdehə müraciət etmişdir. Aldığı 2022-ci il 12 may tarixli 505 nömrəli cavabda yenə konkret olmayan sözlərlə bildirilmişdir ki, “...heyvandarlıqla məşğul olmaq üçün sizə (guya ona) rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur”. Belə cavab ya cavabsızlıqdır, y a da yeni müqavilə bağlamaqdan imtinadır. Belə cavablar ona bu iddia ilə məhkəməyə müraciət etmək hüququ verir, ona görə ki, icarəsində olan qış otlaq sahəsi boşdur, necə istifadə edirdisə, eləcə də istifadə edir, sahənin təyinatı dəyişdirilməmişdir. Həmin sahədə böyük ferması var. Əgər Azərbaycan Respublikası Prezidenti ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlarda onun icarədə olan qış otlaq sahəsinə dair nə isə bildirsəydi, torpağın təyinatı dəyişdirilsəydi, etirazı olmazdı. Onun həmin ərazidə mülkiyyəti, yəni iri ferması var. Ərazidən gedəsi olsa, qanuna görə, fermanın dəyərini icarəyəverən, yəni dövlət ödəməyə borcludur. Odur ki, yeni icarə müqaviləsini onunla bağlamaq (müqaviləni təzələmə k) həm dövlətə xeyirdir, həm də qanunidir, onun icarəçi hüququnun təmin edilməsidir. İcarə müqaviləsinin müddətinin bitməsindən 1 aydan artıq vaxt keçir. “İcarə haqqında” Qanunun 13.4 və 13.5-ci maddələrinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. “Torpaq icarəsi haqqında” Qanunun 17-ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların məqsədli təyinatı torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsəd li təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Cavabdeh nə onu müqavilənin pozulması haqqında xəbərdar etmiş, nə də müqaviləni pozmamışdır.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İcarə haqqında” Qanunun 13.4 və 13.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 720.1, 720.1.2 və 720.2-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə elektron qaydada təqdim olunmuş etirazda göstərilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti sona çatmışdır. Qış otlaq sahələrindən istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, icarəçi iddiaçı tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuşdur. O səbəbdən də icarə müqaviləsinin müddətinin bitməsindən iki ay əv vəl rəsmi məktubla iddiaçıya tərəflərindən bildirilmişdir ki, onunla yeni icarə müqaviləsinin bağlanması mümkün olmayacaqdır və torpaq sahəsi boşaldılmalıdır. Əvvəla vətəndaş icarə müqaviləsi şərtlərini pozmuşdur. İcarəyə verənin razılığı olmadan torpağı üçüncü şəxsə icarəyə vermi, ərazidə əsaslı tikinti işləri aparmışdır. Həmçinin onun təsərrüfatında heyvanları mövcud deyildir. Sadəcə qazanc əldə etmək məqsədilə torpağı icarəyə götürmək məqsədi vardır. İcarə müqaviləsinin müddətinin uzadılması barədə ərizəsində də heyvanların say tərkibi barədə təsdiqedici sənəd təqdim etməmişdir. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı həqiqətəndə heyvandarlıqla məşğul deyildir. İcarəyə götürdüyü qış otlaq sahəsini digər şəxslərin istifadəsinə verərək qanunvericiliyin tələbləri kobud fo rmada pozmuşdur. Bu səbəbdən onunla yeni icarə müqaviləsinin bağlanması qanunamüvafiq deyildir. Mübahisə olunan torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədilə 1919.51 ha qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Torpaq sahəsinin təyinatı dəyişdirildiyi zaman həmin ərazilər əkin dövriyyəsinə qatılacaqdır. Hazırda müvafiq sənədləşmə işləri aparılır. Əlavə olaraq, iddiaçı tərəfindən qanunvericilikdə tələb olunan sənədlər təqdim edilərsə, aidiyyəti dövlət qurumları qarşısında digər təklif olunan ərazidə onunla icarə mü qaviləsinin bağlanılması üçün müvafiq rəylərin alınması üçün müraciət edilə bilər.
13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli, e-2-2(115)2021/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (sədrlik edən hakim R.Məmmədov).
14. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadla (hazırki qərarın 1-8-ci bəndləri) göstərmişdir ki, tərəflər arasında bağlanmış torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti bitənədək, icarəçi müqavilənin müddətinin uzadılması barədə icarəyəverənə bildiriş göndərmiş, lakin icarəyəverən icarəyə verdiyi torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədilə 1919.51 ha qış otlaq sa həsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını bildirib, icarəçinin təklifini qəbul etməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, torpaq icarəsi müqaviləsinin müddəti bitdiyindən və icarə müqaviləsinin müddətinin uzadılması barədə icarəçinin təklifi icarəyə verən tərəfindən qəbul edilmədiyindən, icarə müqaviləsinin uzadılması barədə icarəçinin tələbi təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 390.3, 719.1, 720.1, 720.3 və 720.3.4-cü maddələrinə, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul o lunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli, 2-2(104)-82/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli, e-22(115)-2021/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
19. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 2007-ci il 27 aprel tarixli, 06 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh Bozdağ ərazisində 21, 23, 24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsini qoyunçuluqla məşğul olmaq üçün 15 i l müddətinə icarəçi iddiaçıya icarəyə vermiş və icarə müqaviləsinin müddəti 2022-ci il 27 aprel tarixində bitmişdir. İcarəyəverən cavabdeh icarə müqaviləsinin bağlanmasından imtina etmişdir ki, imtinasını, dövlət vəzifələrinin icrası ilə əlaqədar icarəyə verilmiş ərazinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi niyyəti ilə əsaslandırmışdır. Cavabdehin bu niyyətinin real olması işin materialları ilə sübut olunmuşdur. Belə ki, cavabdeh bu məqsədlə aidiyyəti dövlət orqanlarını və təşkilatlara müraciət edərək, müvafiq rəylər əldə etmiş və 2020-ci il 25 avqust tarixli məktubla örüş sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsi məqsədilə müvafiq qərarın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir. Cavabdehin müq avilənin müddətinin uzadılmasından bu əsasla imtinası MM-in 720.3.4-cü maddəsinin tələbinə uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz.
20. Bundan başqa məhkəmə qeyd etmişdir ki, MM-in 720.3.3-cü maddəsinin tələbinə görə müəssisənin icarəsi, müəssisə yaradılmasına kömək göstərən əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi haqqında müqavilə azı 18 il müddətinə, digər torpaq sahələrinin ic arəsi haqqında müqavilə azı 12 il müddətinə bağlandıqda icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Hazırkı işin hallarına görə isə icarə müqaviləsi 15 il müddətinə bağlanmışdır ki, MM-in 720.3.3-cü maddəsinin ikinci cümləsinin tələbinə əsasən icarəçi ilə bağlanmış müqavilənin müddəti 12 ildən artıq olduğundan və icarəyə verən müqavilənin uzadılmasından imtina etdiyindən, iddiaçı olan icarəçinin müqavilənin müddətinin uzadılmasını tələb etmək hüququ da istisna olunmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 719.1, 720.3, 720.3.3 və 720.3.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 217.3, 372.1 və 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğ v olunması və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 23. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, MM-in 6.2, 390.3, 719.1, 720.1 və 720.3-cü maddələrinin tələbləri pozulmuşdur-icarəyə verilmiş massiv dağdaş olduğu üçün orada nə heyvandarlıq kompleksi yaratmaq, nə də əkin əkmək mümkün deyil. Bu halı istənilən torpaqşünas mütəxəssis də təsdiq edə bilər. Buna baxmayaraq məhkəmələr sübutlarla deyil, cavabdeh tərəfin əsası olmayan mülahizələrini əsas götürmüşlər. İddiaçının icarəyə götürdüyü torpağın 1 hektardan artıq sahəsində tikilisi (ferması) var. Onun bazar qiyməti 100.000 manatdan aşağı deyil. Torpaq icarəsindən məhrum olduğu halda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən fermanın bazar dəyəri iddiaçıya dövlət büdcəsi hesabına ödənilməlidir.
24. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur- cavabdeh tərəf məhkəməyə icarə müqaviləsini təzələməməyə hüquq verən mötəbər sübut təqdim etməmiş və onun kassasiya məhkəməsində belə sübut təqdim etmək ehtimalı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir....” “Maddə
720. Torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi... 720.3. İcarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilməz:... 720.3.3. müəssisənin icarəsi, müəssisə yaradılmasına kömək göstərən əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi haqqında müqavilə azı 18 il müddətinə, digər torpaq sahələrinin icarəsi haqqında müqavilə azı 12 il müddətinə bağlandıqda; 720.3.4. icarəyə verən müvəqqəti icar əyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti bitənədək, iddiaçı müqavilənin müddətinin uzadılması barədə icarəyə verənə bildiriş göndərmiş, lakin cavabdeh icarəyə verdiyi torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədilə 1919.51 ha qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiy yəti orqanları qarşısında məsələ qaldırıldığını bildirib, icarəçinin təklifini qəbul etməmişdir.
35. Apellyasiya instansiyası məhkəaməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd olunan məqsədlə aidiyyəti dövlət orqanları və təşkilatlarına müraciət edilərək, müvafiq rəylər əldə edilmiş və 2020-ci il 25 avqust tarixli məktubla örüş sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsi məqsədilə müvafiq qərarın verilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir.
36. Məhkəmə müəyyən edilən həmin hallara düzgün olaraq MM-in 720.3.4-cü maddəsinin tələbinə uyğun qiymət vermiş və iddianın əsassız olması qənaətinə gəlmişdir. Belə ki, icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla mü əyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz.
37. Digər tərəfdən MM-nin 720.3 və 720.3.3-cü maddələrinə əsasən müəssisənin icarəsi, müəssisə yaradılmasına kömək göstərən əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi haqqında müqavilə azı 18 il müddətinə, digər torpaq sahələrinin icarəsi haqqında müqavilə azı 12 il müddətinə bağlandıqda icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz.
38. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında icarə müqaviləsi 15 il müddətinə bağlanmışdır. Bel ə olan halda iddiaçı ilə icarə müqaviləsinin davam etdirilməsindən imtina edilməsi MM-nin istinad olunan normasının tələbinə uyğun olmuşdur.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti tə min edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli 2-2(104)-82/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Ə.Abbasov