Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə iddiaçı X5 cavabdehlər X7-ə, Cavabdeh1, Cavabdeh3 qarşı ilk iddiası; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh X5 qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərdən irəli gələn mübahisələr, real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı X5in cavabdehlər X7-yə, Cavabdeh1, Cavabdeh3 qarşı " zərərin ödənilməsi" tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh X5ə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 13 noyabr tarixli 123962 nömrəli Beynəlxalq Qaimədə (CMR) göstərilmişdir ki, "yük göndərən” X5 tərəfindən 2.300 ədəd taxta yeşiklərdə 20.100 kq (Brutto), 16.800 kq (Netto) çəkisində olan pomidor məhsulu "Daşıyıcı” X7-nin vasitəsilə yük alan "Karabaxskiy Bazar” MMC-yə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə "Daşıyıcı” X7 tərəfindən 2021-ci il 13 noyabr tarixində Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən X5dən təhvil alınmış və həmin tarixdə Azərbaycan Respublikasının Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. X2 16-cı və 23-cü bölmələrində "Daşıyıcı” və "Sürücü” sözlərinin qarşısında bilavasitəX7-nin adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir.
2. Cavabdeh2 MMC (Firma) ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında bağlanılmış 2021-ci il 10 avqust tarixli müqaviləyə əsasən, öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
3. Cavabdeh2 MMC (Firma) ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 2021-ci il 10 avqust tarixli müqaviləyə əsasən, öz nizamnaməsi əsasında cəmiyyət beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
4. Cavabdeh1 2029-cu il 12 sentyabr tarixinədək "X3” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 2021-ci il 6 avqust tarixli "Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 19 may tarixində Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra - birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı iddia ərizəsi il ə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26.900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İlk iddia ərizəsi işin yuxarıda göstərilən halları (bax § 1) ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsi və nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv o lmuşdur.
7. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, maddi zərərə görə 31.000 ABŞ dolları, mənəvi zərərə görə 2.000 ABŞ dolları olmaqla cəmi 33.000 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmayıb. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib, iddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O, özünə məxsus avtomobili idarə etmək üçün Cavabdeh1ə etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa, məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı üçün həmin iddia əsassızdır. Cavabdeh3 maşınının qoşqusuna 25.000 ABŞ dolları məbləğində, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün 2.000 ABŞ dolları, maşınını isə Azərbaycana gətirmək üçün 4.000 ABŞ dolları məbləğində pul verdiyini, 31.000 ABŞ dolları məbləğində vəsait xərclədiyini, Cavabdeh1 isə mənəvi stress, əzab-əziyyət çəkdiyini, maddi və mənəvi ziyana düşən onlar olduğu halda iddiaçının onlardan 26.900 ABŞ dolları məbləğində zərərin əvəzi kimi pul tələb etdiyini qeyd et mişdir.
9. MMC-nin direktoru Qanuni nümayəndə ilk iddiaya dair etiraz təqdim edərək iddianın ona qarşı əsassız olduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamışdır. O, MMC-nin direktoru olaraq, sürücü və mülkiyyəti olan maşın sahibləri ilə işləyir, bununla bağlı müqavilələr bağlayırlar. Onlar MMC olaraq maşın sahibi Cavabdeh3 və sürücü Cavabdeh1 ilə müqavilə bağlamışlar. MMC qanunvericiliklə qadağan olmayan bütün fəaliyyət növlərilə məşğul ola bilər. Tək iddiaçıya aid deyil, sürücüyə və maşın sahibinə də zərər dəymişdir.
10. Cavabdeh1 ilk iddiaya dair etiraz təqdim edərək iddianın yalan mülahizələr üzərində qurulduğunu qeyd etmiş və göstərmişdir ki, iddiaçı ilə onun arasında hər hansı müqavilə bağlanmamışdır. O, maşının sahibi Cavabdeh3 tərəfindən veril ən etibarnamə əsasında sürücü işləyir. Ona Rusiya Federasiyasına gedəndə məhsulun 50 faizini Omsk şəhərinə aparılıb orada boşaldılacağını bildirmişlər. O, Omsk şəhərinə məhsulu sağ salamat çatdırmış, Rusiyada gömrük qeydiyyatından keçirtmişdir. Lakin iddiaçı bütün verdiyi sözü tutmadığı kimi, Omsk şəhərində də məhsulu kimsə təhvil almamışdır. Məhsul avtomobildə yüklü vəziyyətdə bir neçə gün qalmış, telefonla məlumat versə də, daşıdığı məhsulu kimsə boşaltmamışdır. Məhsul yüklənən zaman dəfələrlə bildirməyinə baxmayaraq iddiaçı məhsulu sığorta etdirməmiş, ona da hər hansı sənəd verilməmişdir. Nəticədə də idarə etdiyi avtomobillə qəza törənmiş, avtomobil yoldan çıxmış və avtomobilin qoşqu hissəsi tam yararsız vəziyyətə düşmüş, motor hissəsi tam dağılmışdır. Yararsız vəziyyətə düşən avtomobil ə görə dəymiş ziyan 30.000 manatdan çoxdur. Bütün bunların səbəbi də ilk gündən olaraq iddiaçının verdiyi vədlər olmuşdur.
11. Məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq iş materialları baxılmaq üçün sonda Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 mart tarixli 9/1902 saylı ekspert rəyində iş materiallarında olan məlumatlardan istifadə edilməklə iddiaçıya məxsus 2.300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16.800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 31.416 manat (16.800 kq * 1,87 manat) müəyyən edilmişdir.
13. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 7 dekabr tarixli 2-2(121)-1931/2023 nömrəli qətnaməsi ilk iddia qismən tə min edilmiş, MMC-dən vurulmuş zərərə görə 26.900 ABŞ dolları, hüquqi yardım üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumuna görə 227,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, ilk iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi; qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (E.Abdullayev).
14. Birinci instansiya məhkəməsi ilki iddia üzrə qeyd etmişdir ki, hazırkı halda MMC-nin hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan vurulduğu həm cavabdehlərin izahatları, həm Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsi, həm də MMC-lə yük avtomobilinin sahibi Cavabdeh3 və Cavabdeh1 arasında beynəlxalq yük daşınmalarının həyata keçirilməsi ilə bağlı müqavilələrin bağlanılması ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) sadalanan normalarında göstərilən halların mövcudluğu tam sübuta yetirilir.
15. Məhkəmə, ilk iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd etmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Məhkəmə həmçinin Cavabdeh3 və Cavabdeh1 MMC-nin işçisi olduqlarını təsdiq edən halların mövcud olmadığın ı bildirmişdir.
16. Hazırkı işdə Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir.
17. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 mart tarixli 9/1902 saylı ekspert rəyi (bax § 12) ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
18. Həmçinin məhkəmə MMC-nin və Cavabdeh1 etirazlarında qeyd olunan hallara münasibət bildirərək qeyd etmişdir ki, etirazlarda qeyd olunan hallar ilk iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, MM-in 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçiri lməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər.
19. Məhkəmə qarşılıqlı iddiasına münasibətdə bu tələbin əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 14.2.1, 21.1-21.3, 385.1, 390.1, 442, 445.7, 448.1, 448.2, 850.1, 851, 854.1, 858.3, 859.1-859.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2-ci; “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 8ci; “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Q anununun 1.0.9, 4.0.6-cı maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2, 2.1.3, 3.7, 38.1-ci bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixl i 7 nömrəli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 115.0.1, 115.0.5 115.0.6, 119.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı təmin olunmadığı hissəsində ləğv olunması və ilk iddia tələbinin hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə olunmasını xahiş etmişdir.
22. MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir.
23. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi ilə iddiaçının və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - MMC-dən əldən çıxmış faydaya görə 8.420 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, MMC-dən iddiaçıya ödənilməli olan məbləğ 18.480 ABŞ dolları müəyyən edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və S.Mayılov).
25. Apellyasiya instansiyası məhkəməsi: iddiaçının apellyasiya şikayətinə münas ibətdə bildirmişdir ki, həm birinci instansiya məhkəməsindəki icraat, həm də apellyasiya baxışı zamanı yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisinin Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında rəsmi sənədlər baxımından "Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstərişin mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
26. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinə mü nasibətdə bildirmişdir ki, şikayət tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələlərinin birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. İşin hallarından iddiaçının Cavabdeh3 mülkiyyətində olan yük avtomobilinə ziyan vurulması sübuta yetirilmir. Yəni, həmin avtomobilə ziyan vurma ilə bağlı iddiaçının təqsirli və hüquqa zidd əməli, habelə bu əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, Cavabdeh3 iddiaçı tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesa b etmişdir ki, Cavabdeh3 apellyasiya şikayəti əsassızdır.
27. Məhkəmə kollegiyası MMC-nin apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, MMC qətnamənin ləğv edilməsini xahiş etməklə onu tam mübahisələndirmişdir. Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, yükün son çatdırılma yeri Novosibirsk şəhəri olmuşdur. Bunu iddiaçı, ayrı-ayrılıqda cavabdehlər də məhkəmə iclasında təsdiq etmişlər. Həmçinin iş üzrə yük göndərənin hər hansı təqsirli göstərişinin mövcud olmadığı da müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin Omsk şəhərində avtomobildən yükün yarısının boşaldılmaması və bunun baş vermiş qəzaya səbəb olan hallarla bağlı əsaslandırılması ilə razılaşmadığını qeyd etmişdir. Belə ki, iddiaçı yükün yarısının Omskda boşaldılması ilə bağlı cavabdehlərin fikirlərini inkar etmiş, bunu təsdiq etməmişdir. Həmçinin cavabdeh bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh özü qeyd edir ki, yükün son boşaldılacaq məntəqəsi Novosibirsk şəhəri olmalı idi. Bütün bunlara görə kollegiya apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir.
28. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış faydaya dair hissəsinə münasibətdə qeyd etmişdir ki, yük daşınması müqaviləsi üzrə məsuliyyət müəyyənləşdirən nəqliyyat qanunvericiliyinin əsas və başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, məhdud mülkihüquqi məsuliyyət prinsipindən çıxış edir. Bu, müasir nəqliyyat hüququnun ənənəvi prinsipidir. Məhdud məsuliyyət prinsipini həm də beynəlxalq nəqliyyat hüququ tanıyır. Nəqliyyat qanunvericiliyindən fərqli olaraq mülki qanunvericilik tam məsuliyyə t prinsipini müəyyənləşdirir (MM-in 21.2-ci maddəsi). Tam məsuliyyət prinsipi hüquq pozuntusu törədən şəxsin (zərərvuran şəxsin) zərərin əvəzinin tam həcmdə, yəni həm real zərərin, həm də əldən çıxmış faydanın əvəzinin ödənilməsini nəzərdə tutur. Nəqliyyat qanunvericiliyinin məhdud məsuliyyət prinsipinə görə isə daşıyıcı öz müqavilə öhdəliyini pozduğu hallarda yük sahibinə vurduğu ziyanın yalnız real zərər adlı hissəsinin əvəzini ödəyir. Həmin ziyanın əldən çıxmış fayda hissəsinin əvəzi isə alınmır.Buna görə də daşıyıcının məsuliyyəti məhdud xarakterə malikdir. Yük daşınması müqaviləsinin istənilən hər hansı şərtinin daşıyıcı tərəfindən pozulmasına görə məhdud məsuliyyət prinsipi tətbiq olunur. Başqa sözlə desək, nəqliyyat qanunvericiliyi daşıyıcının yük daşınması müqaviləsinin ayrı-ayrı ş ərtlərini deyil, istənilən şərtini pozmasına görə məhdud məsuliyyət prinsipi nəzərdə tutur. Belə ki, daşıyıcı yükün salamatlığını təmin etməyəndə də, yükün təyinat yerinə çatdırılmasını gecikdirəndə də, eləcə də digər hallarda da məhdud məsuliyyət daşıyır. Qeyd edilənlərdən başqa, ilk iddiaçı əldən çıxmış faydaya münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə (bax §17) yanaşı MM-in 570, 571-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən – iddianın əldən çıxmış faydanın təmin edilmədiyi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilmədiyi hissələrində ləğv edib, iddianın hər üç cavabdehə aid hissədə və tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. MMC kassasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
32. MM-in 1099.1-ci maddəsi üzrə - Aşağı instansiya məhkəmələri bu maddəyə istinad edərək hesab etmişlər ki, Cavabdeh3 və Cavabdeh1 MMC-nin işçiləri olmadığından ilk iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Lakin həmin cavabdehlər MMC-nin işçiləri olduqları təqdirdə, həmin maddə tətbiq edilməklə ilk iddia tələbi onlara münasibətdə təmin edilməyə bilərdi, bu əsasla ki, hüquqi şəxs öz iş çisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və işçisinin vurduğu zərərin əvəzini özü ödəməlidir.
33. MM-in 1113.1-ci maddəsi üzrə - İşdən görünür ki, iddiaçıya zərər vurulmasında cavabdehlərin hər biri təqsirkardır. Bu səbəbdən də mübahisənin həllinə bu maddə tətbiq edilməklə ilk iddia tələbi onların hər birinə münasibətdə təmin edilməli idi. b) MMC-nin kassasiya şikayətinin dəlilləri
34. MM-in 433.1, 433.2, 446.1, 446.2, 446.4, 446.5-ci maddələri üzrə - Cavabdehlər tərəfindən öhdəliyin qabaqcadan müəyyən edilmiş şərtlərinə uyğun olaraq yük ilk öncə salamat şəkildə birinci təyinat ünvanı üzrə Omsk vilayətinə çatdırılmışdır. Bundan sonra kreditor tərəfindən öhdəliyin icra yeri dəyişdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən öhdəlik tam şək ildə və vicdanla yerinə yetirilmişdir. Göründüyü kimi, öhdəlik cavabdehlər tərəfindən vaxtında və dəqiq şəkildə yerinə yetirilmişdir. Lakin kreditor, yəni iddiaçı malın təyinat ünvanına çatdıqdan sonra borclunun öhdəlik üzrə icrasını tam yerinə yetirdikdən sonra təyinat ünvanını dəyişdirmiş, yəni tələbkar ona vaxtında çatdırılmış malı qəbul etməmiş, borclu olaraq tələbkardan öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi məhsulun yarısını, yəni 20100 kq+16800 kq=36900kq:2=18450kq boşaldılaraq qəbul etməməsi nəticəsində icranı gecikdirmişdir. Belə olan halda bütünlükdə məhv olmuş malın dəyərinin ondan tutulması qanuni sayıla bilməz. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu kimi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmış, qeyd olu nan maddi hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmələr nəzərə almamışdır ki, tələbkarın icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Həm iddiaçı, həm də cavabdehlər işin mübahisəsi halı kimi qəbul edirlər ki, yükün 2 istiqamətdə çatdırılması nəzərdə tutulmuşdur. Yükün yarısı 1-ci təyinat ünvanı olan Omsk vilayətində boşaldılmalı, daha sonra isə digər yarısı 2-ci təyinat ünvanı olan Novosibirsk vilayətində boşaldılmalı idi. Belə olan halda isə daşıma zamanı maşının asması nəticəsində məhv olmuş malın hamısının deyil, icrası tələbkarın ucbatından mümkün olmayan yarısının məsuliyyəti onun üzərinə qoyula bilərd i.
35. MM-in 425.1-ci maddəsi üzrə - İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh MMC tərəfindən 2021-ci il 13 noyabr tarixində Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən iddiaçıdan təhvil alınmış və 2021-ci il 13 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. Əslində isə həqiqət ondan ibarətdir ki, yük 2021-ci il 16 noyabr tarixində yüklənmiş, 2021-ci il 17 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət X1 Federasiyasının ərazisinə keçirilmişdir. Lakin daşıma ilə bağlı hər hansı müqavilə bağlanmamışdır. İddiaçı ilə müvafiq danışıqlar əsasında yükün 2 istiqamətdə çatdırılması nəzərdə tutulmuşdur. Yükün yarısı 1-ci təyinat ünvanı olan Omsk vilayətində boşaldılmalı, daha sonra isə digər yarısı 2-ci təyinat ünvanı olan Novosibirsk vilayətində boşaldılmalı idi. Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi 1-ci təyinat üzrə Omsk vilayətinə çatdıqdan sonra yükün ora boşaldılacaq hissəsi qəbul edilməmişdir. Bundan sonra Cavabdeh3 iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlamış və yük göndərən iddiaçı tərəfindən yükün təyinat ünvanının dəyişdirildiyini, yükün hamısının Novosibirsk vilayətinə boşaldılacağı bildirilmişdir. Cavabdeh3 tərəfindən buna etiraz edilməsinə baxmayaraq iddiaçı tərəf yükün təyinat ünvanın dəyişdirildiyini və buna görə də yükün məcburi şəkildə hamısının Novosibirsk vilayətinə çatdırılmalı olduğunu bildirmişdir (Bununla bağlı telefon danışıqları iş materiallarına əlavə edilmişdir). Bundan sonra nəqliyyat vasitəsi tam dolu yük ilə Novosibirsk vilayətinə yola düşmüş və yolun təxminən yarı sında adı çəkilən hadisə baş vermişdir. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliyin hər bir iştirakçısı üzərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsinə, yəni məsələn borclu kreditorun tapşırığına uyğun olaraq öhdəlik üzrə üzərinə götürdüyü hərəkətləri vaxtında və dəqiq yerinə yetirməyə, kreditor isə borclunun həmin öhdəlikləri yerinə yetirməsi üçün lazımi şəraitin yaradılmasına cavabdehdir. Hazırki işdə öhdəliyin bir tərəfi olan iddiaçı 2.300 ədəd taxta yeşiklərdə 20.100 kq (Brutto), 16.800 kq (Netto) çəkisində olan pomidor məhsulunun Rusiya Federasiyanın Omsk və Novosibirsk vilayətlərinə çatdırılması üzrə cavabdehlər ilə razılığa gəlmişdir. Bu razılığın mahiyyəti isə ondan ibarətdir ki, yükün yarısı Omskda boşalaraq buna görə ödəniş edilməli, bundan sonra digər yarısı Novosibirsk vilayətində boşaldılaraq digər yarısına görə ödəniş olunmalı idi. Lakin iddiaçı yük Omsk vilayətinə çatdıqdan sonra yükün təyinat ünvanını dəyişdirmişdir. Yükün yarısının boşaldılmaması, nəqliyyat vasitəsini dolu şəkildə 600 km-dən artıq yol getməsinə, sürücünün yükün boşaldılmasına görə haqq ala bilməməsinə, istirahətsiz qalmasına səbəb olmuş, nəticədə nəqliyyat vasitəsi aşaraq yük xarab olmuşdur.
36. MM-in 850.1-ci maddəsi üzrə - Tələbkarın öz üzərinə düşən öhdəliyinin yerinə yetirilməməsi nəticəsində onun riski artmışdır. Çünki öhdəlik üzrə mal birinci təyinat ünvanına çatdıqdan sonra boşaldılması nəqliyyat vasitəsinin dekabr ayında soyuq vaxtda Rusiya Federasiyası ərazisində rahat hərəkətinə səbəb ola bilər və nəticədə nəqliyyat vasitəsinin aşmasının qarşısı alına bilərdi. Lakin kredi torun icranı gecikdirməsi nəticəsində nəqliyyat vasitəsi aşmış, nəticədə nəqliyyat vasitəsi aşmaqla cavabdehlərə maddi mənəvi zərər dəymişdir. Belə olan halda, təqsir kreditor, yəni iş üzrə iddiaçıya məxsusdur. Cavabdeh3 məxsus nəqliyyat vasitəsinin və nəqliyyat vasitəsinin qoşqusunun aşması nəticəsində xeyli miqdarda ziyana məruz qalmışdır. Bundan başqa, məhkəmələr iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları da aydınlaşdırmamışdr. Belə ki, həm birinci instansiya həm də apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətini təsdiq edən sənəd kimi 2021-ci il 13 noyabr tarixli Gömrük Bəyannaməsinə və 2021-ci il 13 noyabr tarixli Beynəlxalq Qaiməyə (CMR) istinad etmişdir. Hazırki işin hallarından görünür ki, məhkəmə 2021-ci il 13 noyabr tarixli Beynəlxalq Qaim əyə (CMR) istinad edib beynəlxalq yük daşıma müqaviləsi olmasa da, həmin qaiməni tərəflərin hüquq və vəzifəsinin yaranması əsası kimi qəbul etmişdir. Lakin qaiməyə nəzər yetirdikdə görünür ki, həmin qaimədə daşıyıcı və sürücü sözlərinin qarşısında “Cavabdeh2 MMC yazılsa da, yükün kimin tərəfindən göndərildiyi məlum deyildir. Halbuki qeyd olunan maddənin tələbləri baxımından yükün göndərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranması üçün əsas yük daşıma müqaviləsi olmalıdır. Hazırkı işdə tərəflərin arasında qanundan irəli gələn və onların hüquq və vəzifələrini müəyyən edən öhdəliyin, yəni qaiməni təsdiq edən müqavilənin olmadığı təqdirdə öhdəliyin vicdanlı icrasından necə söhbət gedə bilər. Məhkəmələrin qanunun qeyd edilən normalarını düzgün təfsir etmədən heç bir halı təsdiq etməyən 2021-ci il 13 noyabr tarixli Beynəlxalq Qaiməni hüquq və vəzifə müəyyən edən sənəd kimi qəbul etməsi işin faktiki halları ilə uzlaşmır. Həmçinin məhkəmələr iddiaçı tərəfindən beynəlxalq gömrük bəyannaməsinin tərtib olunma tarixinə diqqət yetirməmiş, bu hal araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, beynəlxalq gömrük bəyannaməsi 2021-ci il 13 noyabr tarixdə tərtib olunaraq malların həmin tarixdə Rusiya Federasiyası ərazisinə keçməsi göstərilsə də, Cavabdeh1 pasportuna nəzər yetirdikdə görünür ki, pasport üzərindəki möhürdə Cavabdeh1 nəqliyyat vasitəsinin sürücüsü kimi 2021-ci il 17 noyabr tarixində Samux sərhəd gömrük məntəqəsindən keçməsi təsdiq olunur. Bu halla bağlı Cavabdeh3 apellyasiya instansiyası məhkəməsində izahat verərək bildirmişdir ki, iddiaçı ilə danı şıq zamanı Omsk və Novosibirsk şəhərləri kimi uzaq yerlərə yük daşıya bilmədiklərini bildirdiyini, lakin iddiaçının onun xəbəri olmadan 2021-ci il 13 noyabr tarixində artıq gömrük bəyannaməsi tərtib etdirdiyini, buna görə də artıq nəqliyyat vasitəsinin gömrükdə yüklü kimi göründüyünə görə məcbur qalıb razılıq verdiyini bildirmişdir.
37. MPM-in 76, 77.1, 88, 217.3, 218.1, 220-ci maddələri üzrə - Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq hesab edirik ki, iş materialların əlavə edilən və tərəfimizdən təqdim edilən səs yazıları yükün təyin ünvanının iddiaçı tərəfindən dəyişdirilməsini təsdiq etdiyindən sübut növü kimi qəbul edilməli və işin faktiki halları ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi həmin səs yazısını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə tədqiq etmiş, nəticədə sübutetmə ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. Kassasiya baxışının hədləri
39. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən - əldən çıxmış fayda və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə iddianın təmin olunmadığı hissələrdə mübahisələndirsə də, şikayətində qətnamənin əldən çıxmış faydaya dair tələbin təmin olunmaması hissəsində əsassızlığına dair dəlillərini göstərmədiyi, MMC isə öz şikayətində qətnamənin iddianın təmin olunduğu hissəsini mübahisələndirdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanun iliyi və əsaslılığı hazırkı icraat çərçivəsində kassasiya şikayətlərinin dəlilləri baxımından yalnız qeyd olunan hissələrdə (yəni ilk iddianın əldən çıxmış faydaya dair tələbinin təmin olunmamasına dair hissə istisna olmaqla) yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. A zərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdiri lmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq və zifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə
571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçm əsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir.” “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük a lan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə
854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtl ər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ....” “Maddə
858. Yükün çatdırılması zamanı maneələr... 858.3. Daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır.” “Maddə
859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üç ün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 10 96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (deli kt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” “Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar....” 42. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nə zərdə tutulur: “Maddə
1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır: “nəqliyyat” - Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri; “nəqliyyat müəssisəsi” - qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir. “daşıyıcı” - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstər ən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. “Müştəri” - yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxsdir.” “Maddə
8. Nəqliyyatda iqtisadi fəaliyyətin əsasları...
3. Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər....” 43. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:... 1.0.9. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;...” “Maddə
4. Avtomobil nəqliyyatı ilə daşımaların növləri 4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:... 4.0.6. beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları....” “Maddə
40. Avtomobil nəqliyyatı ilə yük daşınmasının rəsmiləşdirilməsi... 40.1 (zamana görə qüvvədə olan redaksiyası). Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir.”
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Əsas anlayışlar 2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.1.2. beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımaları; 2.1.3. daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;...” “3. Yüklərin daşınmaya qəbul edilməsi qaydası... 3.7. Daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur....” “38. Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinə dair tələblər 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən v ə daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır....”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərində n onun predmetinin keyfiyyətinə dair keçirilir....”
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında müəyyən edilmişdir ki: “... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir....” 47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 2008-ci il 3 noyabr tarixli Qərarında müəyyən edilmişdir ki: “... “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin pr esedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki mə suliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur....”
48. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassızdır; iddiaçının kassasiya şikayətinin dəlilləri isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisəl əndirlən hissədə ləğvi üçün yetərlidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:
50. Cavabdehin kassasiya şikayətinin əsas dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdehlər tərəfindən öhdəliyin qabaqcadan müəyyən edilmiş şərtlərinə uyğun olaraq yük ilk öncə salamat şəkildə birinci təyinat ünvanı üzrə Omsk vilayətinə çatdırılmış, sonra isə kreditor tərəfindən öhdəliyin icra yeri dəyişdirilmiş, yəni iddiaçı ona vaxtında çatdırılmış malı qəbul etməmiş, borclunun öz öhdəliyini icra edə bilməsi üçün məhsulun yarısını boşaldıraraq qəbul etməməsi nəticəsində icranı gecikdirmişdir. Belə olan halda bütünlükdə məhv olmuş malın dəyərinin ondan tutulması qanuni sayıla bilməz. Cavabdeh hesab edir ki, yükün yarısının boşaldılmaması nəqliyyat vasitəsinin dolu şəkildə 600 km-dən artıq y ol getməsinə, sürücünün yükün boşaldılmasına görə haqq ala bilməməsinə, istirahətsiz qalmasına səbəb olmuş, nəticədə nəqliyyat vasitəsi aşaraq yük xarab olmuşdur.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin məsələ ilə əlaqədar qeyd olunmuşdur ki, “Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, yükün son çatdırılma yeri Novosibirsk şəhəri olmuşdur. Bunu iddiaçı, ayrı-ayrılıqda cavabdehlər də məhkəmə iclasında (kollegiyanın iclası zamanı verilmiş izahatlara bax) təsdiq etmişlər. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə yük göndərənin hər hansı təqsirli göstərişi mövcud olmamışdır. Belə ki, kollegiya cavabdehin Omsk şəhərində avtomobildən yükün yarısının boşaldılmaması və bunun baş vermiş qəzaya səbəb olan hallarla bağlı əsaslandırmaları ilə razılaşmır. Çünki, ilkin iddia çı yükün yarısının Omskda boşaldılması ilə bağlı cavabdehlərin fikirlərini inkar etmiş, bunu təsdiq etməmişdir. Həmçinin cavabdeh bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh özü qeyd edir ki, yükün son boşaldılacaq məntəqəsi Novosibirsk şəhəri olmalı idi.”.
52. Göründüyü kimi, kassatorun dəlillərində göstərilənlər nəinki işə baxan baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir, əksinə və ən əsası isə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, yük göndərənin hər hansı təqsirli göstərişi mövcud olmamışdır. Cavabdehin isə bunun təkzib edən sübutları məhkəməyə təqdim etməsi müəyyən edilməmişdir.
53. Yükün yarısının boşaldılmamasının, nəqliyyat vasitəsinin dolu şəkildə 600 km-dən artıq yol getməsinə, sürücünün istirahətsiz qa lmasına və nəticədə nəqliyyat vasitəsinin aşmasına səbəb olmasına, dair dəlillərə gəldikdə isə məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, həmin hadisələr arasında bilavasitə səbəbli əlaqənin olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
54. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 mülkiyyətində olan yük avtomobilinə ziyan vurma ilə bağlı iddiaçının təqsirli və hüquqa zidd əməlinin, habelə bu əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğunun öz təsdiqini tapmamasına dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
55. Bir sözlə, yükün itirilməsi və ya məhvinin yük göndərənin təqsiri və ya göstərişinin mövcudluğu nəticəsində baş verməsinin daşıyıcı tərəfindən sübuta yetirilməsi onun məsuliyyətdən azad olunması üçün əsas o lsa da (MM-in 859.3 və 859.3.2-ci maddələri - bax § 41), apellyasiya instansiyası məhkəməsi həmin maddələrin hazırkı işə tətbiqi üçün əsasların olmasını müəyyən etməmişdir.
56. Daha sonra cavabdeh öz dəlillərində hesab edir ki, məhkəmə 2021-ci il 13 noyabr tarixli Beynəlxalq Qaiməyə (CMR) istinad edib beynəlxalq yük daşıma müqaviləsi olmasa da, həmin qaiməni tərəflərin hüquq və vəzifəsinin yaranması əsası kimi qəbul etmişdir. Lakin qaiməyə nəzər yetirdikdə görünür ki, həmin qaimədə daşıyıcı və sürücü sözlərinin qarşısında “Cavabdeh2 MMC” yazılsa da, yükün kimin tərəfindən göndərildiyi məlum deyildir. Halbuki yükün göndərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranması üçün əsas yük daşıma müqaviləsi olmalıdır.
57. MM-in yük daşınmasına dair münasibətləri tənzimləyən 854.1 və 85 4.1.1-ci maddələrində (bax § 41) qaimənin, əksi sübuta yetirilənədək yük göndərən ilə daşıyıcı arasında müqaviləni təsdiq etdiyi nəzərdə tutulmuşdur.
58. Habelə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 40.1ci maddəsinin zamana görə qüvvədə olan redaksiyasına (bax § 43) görə, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir.
59. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 3.7-ci bəndinin (bax § 44) məzmununa görə, daşıyıcının müvafiq qaydada tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi - avtomobil nəqliyyatı ilə yük daşınmasının təşk ili haqqında müqavilənin bağlanmasına bərabər tutulur.
60. İstinad olunan olunan normaların əlaqəli təhlili onu deməyə əsas verir ki, yük daşıma ilə əlaqədar qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş qaydada tərtib edilən qaimə mövcud olduğu təqdirdə, ayrıca yazılı şəkildə tərtib edilmiş müqavilənin də mövcudluğu qanunvericiliklə tələb edilmir.
61. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə olan 2021-ci il 13 noyabr tarixli Beynəlxalq Qaiməyə (CMR) qiymət verərəkən mübahisələndirilən qətnamənin ləğvinə əsas ola biləcək hər hansı hüquq pozuntusuna yol verməmişdir.
62. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri isə ondan ibarətdir ki, gömrük bəyannaməsi 2021-ci il 13 noyabr tarixində tərtib olunaraq malların həmin tarixdə Rusi ya Federasiyası ərazisinə keçməsi göstərilsə də, Cavabdeh1 pasportuna nəzər yetirdikdə görünür ki, pasport üzərindəki möhrdə Cavabdeh1 nəqliyyat vasitəsinin sürücüsü kimi 2021ci il 17 noyabr tarixində Samux sərhəd gömrük məntəqəsindən keçməsi təsdiq olunur. Bu halla bağlı Cavabdeh3 apellyasiya instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, iddiaçı ilə danışıq zamanı Omsk və Novosibirsk şəhərləri kimi uzaq yerlərə yük daşıya bilmədiklərini bildirdiyini, lakin iddiaçının onun xəbəri olmadan 2021-ci il 13 noyabr tarixində artıq gömrük bəyannaməsi tərtib elətdirdiyini, buna görə də artıq nəqliyyat vasitəsinin gömrükdə yüklü kimi göründüyünə görə məcbur qalıb razılıq verdiyini bildirmişdir.
63. Məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən xüsusatların həqiqətə uyğun olduğu hətta fə rz edilsə edilsə belə, bu, mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli hesab edilə bilməz.
64. Belə ki, mübahisə tərəfləri arasında yük daşıması üzrə müqavilə münasibətlərinin yaranması, habelə iddiaçıya məxsus yükün daşınması zamanı Cavabdeh3 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsi və onun qoşqusunun sürüşüb yoldan çıxaraq aşması, nəticədə 18.480 ABŞ dolları dəyərində pomidorların tamamilə məhv olması, bununla da iddiaçıya zərər vurulması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarını təşkil edir. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:
65. İddiaçının kassasiya baxışının predmeti olan dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, hazırkı iş üzrə ilk iddia tələbləri cavabdeh MMC ilə yanaşı, həmçinin digər cavabdehlər olan Cavabdeh3 və Cavabdeh1 münasibətdə də təmin edilməlidir.
66. Birinci instansiya məhkəməsi ilk iddia tələblərini həmin fiziki şəxslərə aid hissədə rədd edərkən belə nəticəyə gəlmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində iddiaçı ilə “yük göndərən daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda qeyd olunan qanunvericilik və rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir.
67. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 və Ca vabdeh1 cavabdeh MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir.
68. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının bununla əlaqədar gətirdiyi dəlilləri əsassız hesab etmişdir.
69. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin bu məsələ ilə əlaqədar mövqeyi ilə razılaşmır.
70. Birinci instansiya məhkəməsi Cavabdeh3 və Cavabdeh1 cavabdeh MMC-nin işçisi olmadıqlarını müəyyən etdiyi halda, onların iddiaçıya zərər vurulması ilə nəticələnmiş daşıma əməliyyatının həyata keçirilməsində iştiraklarının hüquqi əsaslarına tam aydınlıq gətirə bilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə dair öz mövqeyini bildirməmişdir.
71. Belə ki, işə baxan məhkəmələrin qətnamələrində sübut kimi istinad olunan nəqliyyat-ekspeditor firması kimi cavabdeh MMC ilə “Sahibkar” adlanan sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 2021-ci il 10 avqust tarixli müqavilədən, habelə nəqliyyatekspeditor firması kimi cavabdeh MMC ilə “Sahibkar” adlanan yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında eyni tarixdə bağlanan eyniməzmunlu müqavilədən görünür ki, öz nizamnaməsi əsasında MMC beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə birlikdə bu daşınmaları həyata keçirir.
72. Göründüyü kimi, sözügedən müqavilələrdə MMC-nin beynəlxalq yük daşınmalarını təşkil etdiyi, sahibkarın isə öz sürücüsü ilə birlikdə bu daşınmaları həyata keçirdiyi nəzərdə tutulmuşdur.
73. Lakin işə baxan məhkəmələrin qətnamələrindən bununla əlaqədar hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır.
74. Həmçinin hazırkı işin həlli baxımından əhəmiyyət kəsb edə bilən digər diqqətçəkici məqam odur ki, sözügedən müqavilələrin 2.2.6 və 2.2.8-ci bənlərində malın tonnajına, kəmiyyətinə, keyfiyyətinə və dəyərinə görə məsuliyyət daşımaq, habelə bütün YNH və hüquqpozmalara görə məsuliyyət daşımaq “Sahibkar”ın, yəni yük avtomobilinin sahibi Cavabdeh3 və sürücü Cavabdeh1 vəzifələri kimi müəyyən edilmişdir.
75. Bununla belə, işə baxan məhkəmələr bu xüsusata da hər hansı hüquqi qiymət verməmiş, sözügedən fiziki şəxslərin konkret olaraq hansı subyekt – yük göndərən (iddiaçı), cavabdeh MMC, yoxsa hər ikisinin qarşısında məsuliyyət daşıdıqlarına aydınlıq gətirməmişlər.
76. Məhkəmə kollegiyasının qənaətinə görə, qəbul olunan qətnamədə Beynəlxalq Qaimədə "Daşıyıcı" və "xxxx" sözlərinin qarşısında cavabde h MMC-nin adının qeyd olunmasına istinad edilsə də, işin yuxarıdakı halları üzrə hüquqi dəyərləndirmə aparılmadığından, qətnamə MPM-in və 217.1 və 217.3-cü maddələrinin (bax § 48) tələblərinə müvafiq şəkildə, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış hesab edilə bilməz.
77. MM-in 1113.1-ci maddəsinin (bax § 41) tələblərinə görə, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
78. Lakin qeyd olunan qeyri-müəyyənliklərin mövcud olduğu hazırkı vəziyyətdə iddiaçının mübahisələndirdiyi məsələ üzrə, yəni məsuliyyətin cavabdeh MMC ilə birlikdə, həmçinin Cavabdeh3 və Cavabdeh1 da üzərinə qoyulmalı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Odur ki, qətnamə h əmin hissədə qüvvədə saxlanıla bilməz.
79. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətin təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddia üzrə İddiaçı iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
80. Yeni apellyasiya baxışı zamanı məhkəmə sözügedən nöqsanları aradan qaldırmalı, o cümlədən yuxarıda göstərilən məsələlər üzrə hüquqi dəyərləndirmə apararaq ilkin iddia tələbinin qeyd olunan hissəsində iş üzrə qanun i və əsaslı qətnamə qəbul etməlidir.
81. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5in kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(106)-48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddia üzrə İddiaçı iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a