Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(105)-121/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilk, Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafaridən və X3 ibarət tərkibdə, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilkin və Cavabdeh3 İddiaçınə qarşı «maddi və mənəvi zərərin ödənilməsi barədə» qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Satıcı (yük göndərən) İddiaçı tərəfindən alıcı (yükü alan) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır.
2. 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədən (CMR) görünür ki, “yük göndərən” İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu “Daşıyıcı” Cavabdeh2 vasitəsilə yük alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə “Daşıyıcı” Cavabdeh2 tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən İddiaçındən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X4 Federasiyasının ərazisinə keçirilmişdir. X5 16-cı və 23-cü bölmələrində “Daşıyıcı” və “Sürücü” sözlərinin qarşısında bilavasitə Cavabdeh2 adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir.
3. Nəqliyyat-ekspeditor firması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sürücü fiziki şəxs – (bundan sonra sahibkar adlanacaq) Cavabdeh1 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli Müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Cəmiyyət beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
4. Nəqliyyat-ekspeditor firması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yük avtomobilinin sahibi fiziki şəxs– (bundan sonra sahibkar adlanacaq) Cavabdeh3 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli Müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir.
5. Cavabdeh1 12 sentyabr 2029-cu il tarixədək “X6” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 06 avqust 2021-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında Etibarnamə verilmişdir.
6. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı İmişli rayonu Cəfərli kəndində yerləşir.
Birinci instansiya məhkəmələrində icraat
Bakı şəhəri Nizami Rayon Məhkəməsində icraat
7. İddiaçı 19 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh1 qarşı “zərərin ödənilməsi“ tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlər Cavabdeh2ndən, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsindən İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) ümumi dəyəri 18480 ABŞ dolları olan təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində İddiaçı MMC-dən təhvil alınmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X4 Federasiyasının ərazisinə keçirilmişdir. 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən 01-CD330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olmuşdur”.
8. Bakı şəhər Nizami Rayon Məhkəməsində araşdırma aparılarkən Cavabdeh3 08 iyul 2022-ci ildə İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, maddi zərərə görə 31000 ABŞ dolları və mənəvi zərərə görə 2000 ABŞ dolları olmaqla cəmi 33000 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun cavabdeh İddiaçındən iddiaçı Cavabdeh3 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı ilə cavabdeh arasında hər hansı bir Müqavilə bağlanmamışdır. Cavabdeh3 iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş, iddiaçıdan heç bir mal təhvil almamışdır. İddiaçının hər hansı bir əmlakının daşınması barədə ona heç bir ödəniş edilməmişdir. Özünə məxsus avtomobili idarə etmək üçün o, sürücü Cavabdeh1 etibarnamə versə də, həmin etibarnamə əvvəldən verilmişdir. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilmiş etibarnamə olmamışdır. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na görə yüklərin daşınması müqavilə əsasında həyata keçirilir. Lakin, iddiaçı tərəfindən verilən iddia ərizəsindən belə bir müqavilənin olmadığı görünür”.
9. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2(007)- 90/2023 nömrəli qərardadı ilə (hakim F.Mirzəyev) İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi ilk iddia tələbinə dair, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır.Ona görə də mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Bakı Kommersiya Məhkəməsində icraat
11. Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin kommersiya işi 08 may 2023cü ildə icraata qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Hazırlıq iclasında qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2- 2(113)-2778/2023 nömrəli qərardadı ilə (hakim N.Əhmədova) ikin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı/ilkin iddia üzrə Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə qarşılıqlı ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini Cavabdeh2 MMC-nin yük daşımalarını təşkil etməsi, Cavabdeh3 öz sürücüsü ilə birlikdə daşımanı həyata keçirməyi öhdəsinə götürməsi və yük göndərən İddiaçı ilə Cavabdeh3 arasında şifahi daşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olması ilə əsaslandırmışdır. İş üzrə iddianın yüklərin daşınma müqaviləsindən əmələ gələn yük daşıyana qarşı olmasını, qarşılıqlı tələbə ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsində baxılmalı olmasını, yük daşıyanın fərdi sahibkar olmasını nəzərə alan Bakı Kommersiya Məhkəməsi hesab etmişdir ki, hazırkı işə yük daşıyan qismində çıxış edən Cavabdeh3 rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 qeydiyyat ünvanı Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndidir. Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir, ona görə də iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
Sumqayıt Kommersiya Məhkəməsində icraat
13. Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(119)- 994/2023 nömrəli qərardadı ilə (hakim Z.Sadiqov) Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2-2(113)-2778/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Apellyasiya instansiya məhkəmə məhkəmələr arasında yaranmış fikir ayrılığına tərəflər iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 851. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Maddə 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.
17. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Daşıyıcı - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Maddə 8.3. Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər.
18. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. Daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Maddə 4.0.6. Beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımalarıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydaları: Bənd 2.1.2 Beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımalarıdır. Bənd 2.1.3. Daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Bənd 3.7. Daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. Bənd 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra-CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İlkin olaraq məkəkəmə kollegiyası qeyd edir ki, kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Mülki prosessual qanunvericiliyin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır. Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli Plenum Qərarının 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
22. Hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, istinad edilən hüquq normalarının tələblərinə uyğun olaraq kollegiya hesab edir ki, işə məhz kommersiya məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında ərazi aidiyyətlə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyətinin müəyyən edilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən məlum yükün daşınması üçün müvafiq qaydada tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədə qeyd olunan rəsmi məlumatlar nəzərə alınmayaraq, məhkəmə iclasında verilmiş izahatlara əsaslanmaqla “yükü aparan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 “daşıyıcı” olması”na dair qənaətə gəlmiş və işi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir.
25. Sumqayıt Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq kommersiya işinin ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq iş üzrə cavabdeh – "daşıyıcı" Cavabdeh2 hüquqi ünvanı İmişli rayonunun Cəfərli kəndində olduğundan, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə də həmin cavabdehin hüquqi ünvanının qeydə alındığı inzibati ərazinin aid olduğu Şirvan Kommersiya Məhkəməsidir. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdeh3 “daşıyıcı” qismində qəbul olunduğu halda belə, bu işin Bakı şəhəri ərazisində qeydiyyatda olan Cavabdeh1 (ünvan 3 ünvanına görə Bakı Kommersiya Məhkəməsinə verilməsi və ərazi aidiyyət qaydalarına görə həmin məhkəmədə baxılması tamamilə qanuni olduğu üçün Bakı Kommersiya Məhkəməsi həmin işə mahiyyəti üzrə özü baxmalı idi, yəni işi icraatından çıxararaq Sumqayıt Kommersiya Məhkəməsinə göndərməli deyildi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir.
26. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:
27. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilkin, Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
28. Belə ki, məlum yük daşıması ilə əlaqədar tərtib edilmiş yuxarıda qeyd olunan rəsmi sənədlərlə müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyasına daşınması ilə əlaqədar 13 noyabr 2021-ci ildə tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimədə “Daşıyıcı” nəqliyyat təşkilatı olaraq bilavasitə Cavabdeh2 qeyd olunmuş və həmin sənəd onun ştempeli ilə təsdiq edilmişdir. Həmin “Daşıma” münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 bu “daşıma”da İddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etməsi, yəni qeyd olunan yükün digər ölkəyə daşınmasında (beynəlxalq daşımada) yuxarıda şərh olunan Qanunvericilik və rəsmi sənədlər baxımından “daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir.
29. Kollegiya hesab edir ki, iş materiallarındakı rəsmi sənədlərə təsdiq olunur ki, mübahisə predmeti olan “daşıma” münasibətlərində yük göndərən iddiaçı üçün daşıyıcı qismində Cavabdeh2 iştirak etmişdir (bu xüsusat - 13 noyabr 2021-ci ildə müvafiq qaydada tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimə ilə təsdiq olunur). Həmin sənəddə Cavabdeh3 adı heç bir statusda qeyd olunmamışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 İddiaçı ilə qanunvericiliyin tələb etdiyi əsaslar üzrə (müqavilə, qaimə və s.) hər hansı bir daşıma münasibətlərində olmamışdır. Cavabdeh3 ilə Cavabdeh2 arasında olan müqavilə münasibətləri də göstərir ki, firma beynəlxalq yük daşınmaları təşkil etməyi, sahibkar – Cavabdeh3 öz sürücüsü ilə bu yük daşınmalarını həyata keçirməyi ödəsinə götürmüşdür.
30. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddianı predmetini yüklərin daşınma müqavilələrindən əmələ gələn mübahisə təşkil edir. Qeyd olunan mübahisələrə isə MPM-nin göstərişinə uyğun olaraq müstəsna aidiyyət qaydaları tətbiq edilməlidir.
31. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
32. Kollegiya qanunvericiliyin qeyd olunan göstərişindən çıxış edərək qeyd edir ki, MPM-nin 39.3-cü maddəsinin tətbiqi baxımından, hazırkı ilkin iddia ərizəsi üzrə iddiaçının cavabdehlərdən hansı ilə “daşıma” münasibətlərində olması nəzərə alınmalı, daşıyıcışın olduğu yerə üzrə adiyyət qaydası müəyyən ediməlidir. Qarşılıqlı iddia üzrə məhkəmə bildirir ki, mülki məhkəmə icraatı qaydasında qarşılıqlı iddia Mülki Prosessual Məcəllədə nəzərə tutulan aidiyyət qaydalarından asılı olmayaraq ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməlidir.
33. Kollegiya araşdırması zamanı toplanmış sübutlarlar müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı ilə daşıma münasibətində olan tərəf, yəni iddiaçı və cavabdehlər arasında mövcud mübahisə üzrə İddiaçı – “yük göndərən”, hüquqi ünvanı İmişli rayonu Cəfərli kəndində olan Cavabdeh2 – “daşıyıcı”, Abşeron rayonu ərazisində qeydiyyatda olan Cavabdeh3 – mülkiyyətində olan nəqliyyat vasitəsini daşıyıcı Cavabdeh2 MMC-nin və sürücü Cavabdeh1 istifadəsinə verən – “fərdi sahibkar”, Bakı şəhəri ərazisində qeydiyyatda olan Cavabdeh1 isə – “sürücü” qismində iştirak etmişdir.
34. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegyiası bu nəticəyə gəlir ki, Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq iş üzrə cavabdeh – "daşıyıcı" Cavabdeh2 hüquqi ünvanı İmişli rayonunun Cəfərli kəndində olduğundan, hazırkı mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə həmin cavabdehin hüquqi ünvanının qeydə alındığı inzibati ərazinin aid olduğu Şirvan Kommersiya Məhkəməsidir. Odur ki, kommersiya işi baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
35. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 39- 45, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilk, Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.