Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-48/2024 14.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı 7 cavabdehlər "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3 qarşı "zərərin ödənilməsi" tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh "Aras LTD” Müəssisəsinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əldən çıxmış fayda rədd X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 və ilkin iddia üzrə Cavabdeh3 iştirakı ilə, İlk iddia üzrə i7 cavabdehlər "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3 qarşı "zərərin ödənilməsi" tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçınə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-2(121)-1931/2023 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3, ilkin iddia üzrə cavabdeh "Az-Forvard” MMC və ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsi tərəfindən ayrı-ayrılıqda (hakim Elşən Abdullayev) verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Aras LTD” Müəssisəsi cavabdehlər "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh1 qarşı "zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlər "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "Aras LTD” Müəssisəsinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Zirə qəsəbəsindən "Aras LTD” MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) ümumi dəyəri 18480 ABŞ dolları olan təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı "AZ-FORVARD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində "Aras LTD” MMC-dən təhvil alınmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X2 Federasiyasının ərazisinə keçirilmişdir. 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və 01- ZA-405 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olmuşdur. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, maddi zərərə görə 31 000 ABŞ dolları, mənəvi zərərə görə 2000 ABŞ dolları olmaqla cəmi 33.000 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir müqavilə bağlanmayıb. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib. İddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı bir əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O,özünə məxsus bir avtomobili idarə etmək uçun sürücü Cavabdeh1 etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na uyğun olaraq yükdaşımalar həyata keçirilir. Bu Qaydada ilk olaraq göstərilir ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilir. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı görünür. Belə bir müqavilə yoxdursa və ona hər hansı bir yük təhvil verilməyibsə, hər hansı yükü onun tərəfindən imza atılmamışdırsa, ona məxsus avtomobil nəqliyyatı ilə həmin yüklərin daşınmasına görə hər hansı bir öhdəlik götürməmişsə, bu yükün ona məxsus avtomobillə daşınmasına görə hər hansı bir məbləğ ona ödənməyibsə və yaxud hər hansı bir məbləğdə pul vəsaitinin ona ödəniləcəyi barədə onunla iddiaçı arasında hər hansı bir müqavilə yoxdursa, ona qarşı bunlarla bağlı qaldırılan iddia da boş əsaslarla qaldırılan iddiadır. Yuxarıda qeyd etdiyi qanun da təsdiq edir və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"-nın 39.1 -ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşınması arasında bağlanan müqavilə ilə müəyyən edilir. Yəni, o, nə yükdaşıyıcı deyil, nə də sifarişçi deyil. Ona məxsus avtomobillə yük daşınması buna görə ona hər hansı bir məbləğdə pul ödənməliydi. Bununla bağlı onunla iddiaçı arasında hər hansı bir müqavilə, hər hansi bir anlaşma yoxdur. O, iddiaçıdan mal təhvil almayıb, həmin malı harasa, kiməsə təhvil verəcəyini öhdəliyini götürməyib, iddiaçı ilə onun arasında hər hansı bir məsuliyyət yaradan mülki anlaşma da yoxdur. Burdan da görünür ki,onun tərəfindən iddiaçıya heç bir zərər vurulmayıb. Vurmadığı zərərə görə də kimsə ona qarşı iddia qaldırıbsa bu iddia tam əsassız iddiadır. Sürücü Cavabdeh1 bildirdiyinə görə, 2021-ci ilin noyabr ayının 16-da 2300 ədəd pomidor yeşikləri Zirə qəsəbəsindən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənib. Gedib gömrükdən xx.xx.2021 ci ildə keçib. Göndərilən malın heç sığortası da olmayıb. Söhbətləri olub ki, malın 1 kq-ı 1 manat 10 qəpikdr. Vüsal və Murad adlı şəxlər parnikin sahibi adından danışıblar, hansı vəzifə daşıdıqları bilinmir. Sürücü Cavabdeh1 dediyinə görə Azərbaycanda pomidor manatla satılır, dollar söhbəti olmayıb. Ola bilər ki, Rusiya Federasiyasındakı şəxslərlə dollarla danışıb, burada manatla danışılır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sürücü Cavabdeh1, və onun maşınından istifadə edib, özü də qiyməti artırıb? Butun bunlara rəğmən 6 ay keçməsinə baxmayaraq, yaxınlaşıb, Nicata dəyən zərərlə və Yaqubun maşınına dəyən zərərlə belə maraqlanmayıblar. 2022-ci ilin iyun ayında Cavabdeh1 məhkəmədən məktub gəlib, iddia ərizəsi. O isə xx.xx.2022-ci ildə iddia ərizənin surətini imza edərək məhkəmədən götürüb. O, maşınının qoşqusuna 25000 ABŞ dolları məbləğində pul verib, maşın bazarından alıb, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün, 2000 ABŞ dolları məbləğində pul ödəyib, maşınını isə Azərbaycana gətirmək üçün 4000 ABŞ dolları məbləğində pul verib, 31 000 ABŞ dolları məbləğində pulu çıxan odur, mənəvi stres, əzab-əziyyət çəkən sürücü Nicatdır, maddi və mənəvi ziyana düşən onlar olduğu halda, zərər istəyən iddiaçı "Aras LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, onlardan 26900 ABŞ dolları məbləğində pul tələb edir. Qeyd olunanlara əsasən, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, ona vurulmuş maddi zərərə görə 31000 ABŞ dolları,mənəvi zərərə görə 2000 ABŞ dolları, cəmi 33000 ABŞ dolları məbləğində pulun və 250 manat dövlət rüsumunun "Aras LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh "Az-Forvard” MMC-nin direktoru Qanuni nümayəndə ilk iddiya dair etiraz təqdim edərək iddia ərizəsini qəbul etmədiyini, iddianın ona qarşı əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamışdır. O, "Az-Forvard” MMC-nin direktoru olaraq, sürücü və mülkiyyəti olan maşın sahibləri ilə işləyir, bununla bağlı müqavilələr bağlayırlar. Onlar MMC olaraq maşın sahibi Cavabdeh3 və sürücü X1 ilə müqavilə bağlamışlar. Onların Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Vurulan zərər tək iddiaçıya aid deyil, həm sürücüyə, həm maşın sahibinə zərər dəymişdir. "ARAS LTD” MMC-nin verdiyi ərizədə iddiaçının dəymiş ziyana görə onlara qarşı verdiyi iddia tam əsassızdır və rədd olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddiaçı "ARAS LTD” MMC tərəfindən "AZ-FORVARD” MMC-yə və qeyrilərinə qarşı qaldırılmış, 26900 ABŞ dollar məbləğinin, 210 manat hüququ yardımın dövlət rüsumuna görə ödənilmiş 227,19 manat məbləğinin alınaraq "ARAS LTD” MMC-yə ödənilməsi barədə verdiyi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 ilk iddiaya dair etiraz təqdim edərək iddia ərizəsini qəbul etmədiyini, iddianın yalan mülahizələr üzərində qurulduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir müqavilə bağlanmamışdır. O, maşının sahibi Cavabdeh3 tərəfindən verilən etibarnamə əsasında sürücü işlədiyini qeyd etmişdir. Ona Rusiya Federasiyasına gedəndə məhsulun 50 faizini Omsk şəhərinə aparılıb orada boşaldılacağını bildirmişlər. O, Omsk şəhərinə məhsulu sağ salamat çatdırmış, Rusiyada gömrük qeydiyyatından keçirtmişdir. Lakin iddiaçı bütün verdikləri sözü tutmadıqları kimi, Omsk şəhərində də məhsulu kimsə təhvil almamışdır. Məhsul avtomobildə yüklü vəziyyətdə bir neçə gün qalmış, telefonla məlumat versə də, daşıdığı məhsulu kimsə boşaltmamışdır. Məhsul yüklənən zaman dəfələrlə bildirməyinə baxmayaraq İddiaçı MMC məhsulu sığorta etdirməmiş, ona da hər hansı bir sənəd verilməmişdir. Bunun nəticəsində də idarə etdiyi avtomobillə qəza törənmiş, avtomobil yoldan çıxmış və avtomobilin qoşqu hissəsi tam yararsız vəziyyətə düşmüş, mator hissəsi tam dağılmışdır. Qeyd edir ki, yararsız vəziyyətə düşən avtomobilə görə dəymiş ziyan 30000 manatddan çoxdur. Bütün bunların səbəbi də ilk gündən olaraq "ARAS LTD” MMC- nin verdiyi vədlər olmuşdur. Buna görə də iddiaçının dəymiş ziyana görə onlara qarşı verdiyi iddia əsassızdır və rəd edilməlidir. Qeyd olunanların nəzərə alınaraq "ARAS LTD” MMC tərəfindən Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 26900 ABŞ dollar məblləğinin, 210 manat hüquqi yardımın və dövlət rüsumuna görə ödənilmiş 227,19 manat məbləğin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə verdiyi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(007)- 90/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi ilk iddia tələbinə dair, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(113)-2778/2023 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı/ilkin iddia üzrə Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə qarşılıqlı ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(119)- 994/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2-2(113)-2778/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(105)- 121/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilk, Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil1, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək cavabdeh "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 izahat verərək iddianın Cavabdeh1 münasibətdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-2(121)-1931/2023 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinin cavabdehlər "Az- Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3 qarşı "zərərin ödənilməsi" tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh "Az- Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərə görə 26.900 (iyirmi altı min doqquz yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), hüquqi yardım üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumuna görə 227,19 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinə ödənilməsi, ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinin iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh "Aras LTD” Müəssisəsinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın ilkin iddia üzrə cavabdeh "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissəsə iddianın təmin edilməməsinə dair hissədə ləğv edilərək, iddianın hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, kommersiya işində olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 (Firma) ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Firma beynəlxalq yükdaşımaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşımalarını keçirir. İşdə olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 (Firma) ilə yük avtomobilinin sahibi Cavabdeh3 Kəmallədin oğlu arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqavilədən grünür ki, öz nizamnaməsi əsasında Firma beynəlxalq yükdaşımaları təşkiledir, sahibkar öz sürücüsü ilə bu yük daşımaları həyata keçirir. İstinad edilən müqavilələrdən də göründüyü kimi sahibkar Cavabdeh3 Kəmallədin oğlu öz sürücüsü Cavabdeh1 ilə birlikdə özünə məxsus yük avtomobili və onun qoşqusu ilə beynəlxalq yükdaşımaları həyata keçirir. Digər tərəfdən iş üzrə məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilmişdir: “Sahibkar Cavabdeh3 Kəmallədin oğlu sürücüsü Cavabdeh1 vasitəsilə özünə məxsus ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusu ilə yükün 5.500 ABŞ dolları muzdun müqabilində Zirə qəsəbəsindən Novosibirsk şəhərinə daşınması ilə bağlı razılığa gəlmiş, bu razılıq əsasında yük həmin nəqliyyat vasitəsinə və onun qoşqusuna yüklənərək ilk iddiaçıdan Rusiyanın Novosibirsk şəhərinə daşınması üçün təhvil alınmışdır. Yükün daşınması üçün ödənilən muzdun 600-700 ABŞ dolları civarında bir hissəsi sürücünün zəhmət haqqı, 300 ABŞ dolları civarında bir hissəsi yanacaq, yemək və sair bu kimi xərclər, qalan hisəssi isə sahibkar Cavabdeh3 həmin yükün daşınmasından əldə edəcəyi gəlir olmuşdur”. Belə olan halda hesab edirlər birinci instansiya məhkəməsi ilk iddia tələbini həmin cavabdehlərə münasibətdə təmin etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 digər Cavabdeh2 işçiləri olmadığından ilk iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Lakin onların düşüncəsinə görə həmin cavabdehlər digər Cavabdeh2 işçiləri olduqları təqdirdə, həmin maddə tətbiq edilməklə ilk iddia tələbi onlara münasibətdə təmin edilməyə bilərdi, bu əsasla ki, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və işçisinin vurduğu zərərin əvəzini özü ödəməlidir. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsinin tələbinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Kommersiya işindən görünür ki, ilk iddiaçıya zərər vurulmasında cavabdehlərin hər biri təqsirkardır. Bu səbəbdən də mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsi tətbiq edilməklə ilk iddia tələbi onların hər birinə münasibətdətəmin edilməli idi. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Qətnamədən ilkin iddia üzrə cavabdeh "Az-Forvard” MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Məhkəməyə səs yazıları təqdim edilsə də, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, digər tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə etirazlarını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsinə dair hissədə ləğv edilərək, iddianın hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, malları onlardan Cavabdeh3 təhvil almışdır. Daşıyıcı Az-Forvard həmin malları son çatacaq nöqtəsi olan RF-sı Novosibirsk şəhərinə çatdırmalı idi. Həmin çatdırılma işdə olan 13 noyabr 2021- ci il tarixli Gömrük Bəyannaməsi və 13 noyabr 2021-ci il tarixli, 123962 nömrəli Beynəlxalq Qaimə ilə (CMR) təsdiq olunur. X6 və Qaimə daşıma müqaviləsini əvəz edir. Malın Omsk şəhərində 50%-nin boşaldılması ilə bağlı cavabdehlərin arqumentlərini qəbul etmirlər. Daşıyıcıya bildirilmişdir ki, zərurət yaranacağı təqdirdə 2-3 polet mal Omskda boşaldıla bilərdi. Lakin belə bir zərurət yaranmamış və mal Novosibirsk şəhərinə çatdırılmalı idi. Avtomobil buzlu yolda Cavabdeh1 tərəfindən sürətlə idarə olunub və qəza törədərək aşmışdır. Qəza nəticəsində pomidorlar açıq havaya tökülmüşdür. Bayırda isə 30-40 dərəcə şaxta olduğundan pomidorları şaxta vurmuş və mallar tamamilə məhv olmuşdur. Mal alan şəxslər Novosibirsk şəhərindən başqa “Fura” tutaraq gəlib malları yığıb aparmaq istəmişlər. Onlar hadisə yerinə gəlmiş, lakin malların məhv olduğunu görmüşlər. Omskdan Novosibirskə qədər olan məsafə 642 km-dir. Hadisə isə Omskdan təxminən 300 km getdikdən sonra baş vermişdir. Cavabdehlərin malın 50 %-nin boşaldılmaması, boşaldılardısa yükünün azalacağı, qəza şəraitinin yaranmayacağı və daha az zərərə məruz qalacaqları ilə bağlı fikirlərini qəbul etmirlər. Hadisə sürücünün təqsiri üzündən baş verib. Bunlara dair onlarda sübut yoxdur. Həmin sübutlar Nicatda ya da Yaqubda ola bilər. 8420 ABŞ dollar əldən çıxmış faydaya münasibətdə qeyd etmişdir ki, hər kq pomidora görə 35-36 sent hesablayıblar. İlkin iddia üzrə cavabdeh "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, digər tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə onlar arasında hər hansı bir yük daşıma müqaviləsi olmamış, buna görə də onların iddiaçı qarşısında hər hansı öhdəliyi yarana bilməzdi. İddiaçı ilə aralarında hər hansı yazılı razılaşma olmasa da yük göndərənin təqsirli göstərişi nəticəsində qəza baş vermişdir. Belə ki, iddiaçı onlara bildirmişdir ki, yüklərin 50%-i Omsk, digər hissəsi isə Novosibirsk şəhərində boşaldılmalı idi. Lakin yük Omsk şəhərinə çatandan sonra həmin şəhərdə yükün 50%-i boşaldılmamış və avtomobil həmin yüklə də Novosibirk şəhərinə doğru hərəkət etmişdir. Yükün 50%-i boşaldılmadığından sürücü yolda qəza törətmiş və qəza nəticəsində bütün mallar məhv olmuşdur. Hesab edirlər ki, malın 50 %-nin boşaldılmaması nəticəsində qəza baş vermişdir, yük boşaldılsatdı azalardı və sürücü qəza törətməzdi. Bunun da nəticəsində daha az zərərə məruz qalardılar. Qarşılıqlı iddiaçı Cavabdeh3 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, digər tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun 4 ədəd “DAF FTXF 105” markalı yük avtomobili var və RF-na yük daşıma ilə məşğul olur. Avtomobilləri idarə etməsi üçün ayrı-ayrı şəxslərə etibarnamə verir. Belə bir etibarnamənin birini də Nicat Mütəlimova vermişdir. O heç vaxt Omsk və Novosibirsk kimi uzaq yerlərə yük aparılmasına razılıq verməmişdir. Əsasən Rostov, Saratov, Maxaçqala və s. kimi yaxın yerlərə yük daşınmasına razılıq vermişdir. Qeyd edilən yükün Novosibirsk şəhərinə başqa yerdən yük götürə bilmədiklərinə və avtomobillərinin Gömrükdə artıq yüklü kimi qeyd olunduğuna görə məcbur olub razılıq vermişdir. Yük gömrükdən xx.xx.2021-də keçmişdir. Yükün yarısı Omsk, yarısı isə Novosibirskdə boşaldılmalı idi. Lakin Omsk şəhərində malın yarısı boşaldılmamışdır. Buna görə də yük göndərən onlara demişdir ki, malın hamısını Novosibirsk şəhərinə aparsınlar. Yükün yarısı onsuz da Novosibirsk şəhərinə aparılmalı idi. Lakin malın yarısı boşaldılmadığından avtomobil qəza edərkən riskdən qaçmaq mümkün olmamışdır. Belə ki, yük boşaldılardısa avtomobilin yükü azalmış olardı, bu zaman da qəza şəraitindən çıxmaq mümkün olardı. Həmçinin qəza baş vermiş olsa idi belə onlar daha az zərərə məruz qalardılar. Qeyd etmişdir ki, qəza Omsk şəhəri ilə Novosibirsk şəhəri arasında olmuşdur. Həmin şəhərlər arasındakı məsafə 642 km-dir. Hadisə avtomobil Omskdan təxminən 300 km getdikdən sonra baş vermişdir. Hadisəyə səbəb yük avtomobilinin qarşısına qarşıdan gələn avtomobilin qismən çıxması olmuşdur. Qəza nəticəsində mallar ətrafa səpələnmiş və don (şaxta) vurması nəticəsində məhv olmuşdur. Mal alan şəxslər Novosibirsk şəhərindən başqa “Fura” tutaraq gəlib malları yığıb aparmaq istəmişlər. Onlar hadisə yerinə gəlmiş, lakin malların məhv olduğunu görmüş və buna görə də heç nə yığa bilməmişlər. Qəza nəticəsində onun avtomobilinə də 33000 dollar ziyan dəymişdir. İlkin iddia üzrə Cavabdeh1 apellyasiya baxışında iştirak etməmişdir. İlkin iddia üzrə cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın təmin edilməyən hissəsində, ilkin iddia üzrə cavabdehlər isə tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaçıya və qarşılıqlı iddia üzrə cavabdehlərə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: "Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, daşıyıcı - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü bəndinə əsasən, nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən, beynəlxalq daşımalar - avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımalarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımalarıdır. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən, daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəənəqliyyat qaiməsi tərtib etməsi - avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. Həmin Qaydaların 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMRin birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinin tələblərinə görə, daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Qeyd olunan Məcəllənin 858.3-cü maddəsinə görə daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 859.3-cü maddəsinə görə əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Həmin Məcəllənin 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia üzrə cavabdeh "Az-Forvard” MMC-nin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, digər apellyasiya şikayətləri isə əsassızdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən-ilkin iddia üzrə əldən çıxmış faydaya görə "Az-Forvard” MMC-dən ilkin iddiaçının xeyrinə 8420 ABŞ dollarının tutulması hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı (yük göndərən) "Aras LTD” Müəssisəsi tərəfindən alıcı (yükü alan) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədən (CMR) görünür ki, "yük göndərən” "Aras LTD” Müəssisəsi tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu "Daşıyıcı” "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə yük alan "Karabaxskiy Bazar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) çatdırılması üçün 01-CD- 330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə "Daşıyıcı” "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən "Aras LTD” Müəssisəsindən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X2 Federasiyasının ərazisinə keçirilmişdir. X3 16-cı və 23-cü bölmələrində "Daşıyıcı” və "Sürücü” sözlərinin qarşısında bilavasitə "AZ- Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. İşdə olan nəqliyyat-ekspeditor firması "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti (Firma) ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Cəmiyyət beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. İşdə olan nəqliyyat-ekspeditor firması "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti (Firma) ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. İşdən görünür ki, Cavabdeh1 12 sentyabr 2029-cu il tarixədək "X4” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 06 avqust 2021-ci il tarixli "Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 9/1902 saylı ekspert rəyində iş materiallarında olan məlumatlardan istifadə edilməklə "Aras LTD” MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 31416 manat (16800 kq * 1,87 manat) müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı (yük göndərən) "Aras LTD” Müəssisəsi tərəfindən alıcı (yükü alan) "xxxx" Şirkətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021ci il tarixli Gömrük Bəyannaməsinə əsasən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır. 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaiməyə (CMR) əsasən "yük göndərən" "Aras LTD” Müəssisəsi tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu "Daşıyıcı" AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə yük alan "xxxx" Şirkətinə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə "Daşıyıcı" Cavabdeh2 tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində iddiaçı/yük göndərən "Aras LTD” Müəssisəsindən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X2 Federasiyasının ərazisinə keçirilmişdir. Yuxarıda qeyd edilən Beynəlxalq Qaimənin 16-cı və 23-cü bölmələrində "Daşıyıcı" və "Sürücü" sözlərinin qarşısında Cavabdeh2 adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Həmçinin müəyyən olunur ki, yükün daşınması zamanı Cavabdeh3 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən 01- CD-330 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusu sürüşüb yoldan çıxaraq aşmış, nəticədə 18480 ABŞ dolları dəyərində pomidorlar tamamilə məhv olmuşdur. Bu hal cavabdeh (sürücü) Cavabdeh1 məhkəmə iclasında vermiş izahatlarla və həmin qəzanın görüntülərini əks etdirən video disklə də təsdiq olunur (həmin disk işə əlavə edilmişdir). İddiaçı tərəfindən cavabdehlərə pretenziya (xəbərdarlıq) göndərilərək borcun ödənilməsi tələb edilsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yük daşıması ilə əlaqədar tərtib edilmiş rəsmi sənədlərlə iddia tələbinin predmetini təşkil edən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyasına daşınması ilə əlaqədar 13 noyabr 2021-ci ildə tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimədə "Daşıyıcı” nəqliyyat təşkilatı olaraq bilavasitə "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunduğundan və həmin sənəd onun ştempeli ilə təsdiq edildiyindən hazırkı mübahisə üzrə daşıyıcının "Az-Forvard” MMC olması işin mübahisəsiz halıdır. Birinci insatnsiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 MMC-nin hərəkətləri nəticəsində iddiaçı hüquqi şəxsə ziyan vurulduğu həm cavabdehlərin izahatları, həm cavabdeh (sürücü) Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsi, həm də Cavabdeh2 ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 və sürücü fiziki şəxs Cavabdeh1 arasında beynəlxalq yük daşınmalarının həyata keçirilməsi ilə bağlı müqavilələrin bağlanılması ilə Mülki Məcəllənin yuxarıda sadalanan normalarında göstərilən halların mövcudluğu tam sübuta yetirilir.
1. İlkin iddiaçının apellyasiya şikayətinə münasibət: Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - ilkin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsinə dair hissədə ləğv edilərək, iddianın hər üç cavabdehə aid hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi ilkin iddiaçı iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə də təmin edilməməsini xahiş edir və apellyasiya şikayətinin dəlilləri də bundan ibarətdir. Lakin həm birinci instansiya məhkəməsinin həm də apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində İddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda qeyd olunan qanunvericilik və rəsmi sənədlər baxımından "Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Buna görə də kollegiya ilk iddiaçının apellyasiya şikayətini əsassız hesab etmişdir.
2. Cavabdeh3 apellyasiya şikayətinə münasibət: Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün mövcudluğu, zərər vuranın təqsirli və hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İşin hallarından İddiaçı Cavabdeh3 mülkiyyətində olan yük avtomobilinə ziyan vurulması sübuta yetirilmir. Yəni, həmin avtomobilə ziyan vurma ilə bağlı İddiaçı təqsirli və hüquqa zidd əməli, habelə bu əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, qarşılıqlı iddiaçı "Aras LTD” Müəssisəsi tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayəti əsassızdır.
3. Cavabdeh2 MMC-nin apellyasiya şikayətinə münasibət: Qətnamədən ilkin iddia üzrə cavabdeh "Az-Forvard” MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yük daşıma müqaviləsinin olub-olmaması, qaimənin hansı hüquq və vəzifələr müəyyən etdiyi, yükün təyinat ünvanının sonradan iddiaçı tərəfindən dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Məhkəməyə səs yazıları təqdim edilsə də, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Göründüyü kimi Cavabdeh2 MMC qətnamənin ləğv edilməsini xahiş etməklə onu tam mübahisələndirmişdir. Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, yükün son çatdırılma yeri Novosibirsk şəhəri olmuşdur. Bunu iddiaçı, ayrı-ayrılıqda cavabdehlər də məhkəmə iclasında (kollegiyanın iclası zamanı verilmiş izahatlara bax) təsdiq etmişlər. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə yük göndərənin hər hansı təqsirli göstərişi mövcud olmamışdır. Belə ki, kollegiya cavabdehin Omsk şəhərində avtomobildən yükün yarısının boşaldılmaması və bunun baş vermiş qəzaya səbəb olan hallarla bağlı əsaslandırmaları ilə razılaşmır. Çünki, ilkin iddiaçı yükün yarısının Omskda boşaldılması ilə bağlı cavabdehlərin fikirlərini inkar etmiş, bunu təsdiq etməmişdir. Həmçinin cavabdeh bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh özü qeyd edir ki, yükün son boşaldılacaq məntəqəsi Novosibirsk şəhəri olmalı idi. Bütün bunlara görə kollegiya apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. 4.İddia tələbinin əldən çıxmış faydaya dair hissəsinə münasibət: İddia ərizəsinin məzmununa nəzər sadıqda müəyyən olunur ki, ilk iddiaçının tələbi 18480 ABŞ dolları real zərər və 8420 ABŞ dolları əldən çıxmış fayda olmaqla iki hissədən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, iddia tam (18480+8420=26900 ABŞ dolları) təmin edilmişdir. Birinci instansiya məhkəməsi 8420 ABŞ dolları əldən çıxmış faydanı müəyyən edərkən öz mövqeyini əsaslandırmamış və bununla da iddianı əldən çıxmış fayda hissəsində təmin edərkən haqlı olmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, aydındır ki, yük daşınması müqaviləsi üzrə mülki-hüquqi məsuliyyət mülki qanunvericiliklə tənzimlənir. Belə ki, yük daşınması müqaviləsindən mülki-hüquqi öhdəlik əmələ gəlir ki, buna da yükdaşıma öhdəliyi deyilir. Yükdaşıma öhdəliyi mülki-hüquqi öhdəliyin növlərindən biridir. Buna görə də yükdaşıma öhdəliyi pozulan hallarda yaranan məsuliyyətə mülki qanunvericiliyin ümumi normaları tətbiq edilir. Həmin normalar MM-in 23-cü fəslində öz əksini tapmışdır. Yük daşınması müqaviləsi üzrə mülki-hüquqi məsuliyyət həm də nəqliyyat qanunvericiliyinin tənzimetmə predmetinə daxildir. «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndində göstərilir ki, yükdaşıma öhdəliyinin icra edilməməsinə görə məsuliyyət ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllə və nizamnamələrlə müəyyənləşdirilir. Yük daşınması müqaviləsi üzrə məsuliyyət müəyyənləşdirən nəqliyyat qanunvericiliyinin əsas və başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, məhdud mülki-hüquqi məsuliyyət prinsipindən çıxış edir. Bu, müasir nəqliyyat hüququnun ənənəvi prinsipidir. Məhdud məsuliyyət prinsipini həm də beynəlxalq nəqliyyat hüququ tanıyır. Nəqliyyat qanunvericiliyindən fərqli olaraq mülki qanunvericilik tam məsuliyyət prinsipini müəyyənləşdirir (MM-in 21.2-ci maddəsi). Tam məsuliyyət prinsipi hüquq pozuntusu törədən şəxsin (zərərvuran şəxsin) zərərin əvəzinin tam həcmdə, yəni həm real zərərin, həm də əldən çıxmış faydanın əvəzinin ödənilməsini nəzərdə tutur. Nəqliyyat qanunvericiliyinin məhdud məsuliyyət prinsipinə görə isə daşıyıcı öz müqavilə öhdəliyini pozduğu hallarda yük sahibinə vurduğu ziyanın yalnız real zərər adlı hissəsinin əvəzini ödəyir. Həmin ziyanın əldən çıxmış fayda hissəsinin əvəzi isə alınmır. Buna görə də daşıyıcının məsuliyyəti məhdud xarakterə malikdir. Yük daşınması müqaviləsinin istənilən hər hansı şərtinin daşıyıcı tərəfindən pozulmasına görə məhdud məsuliyyət prinsipi tətbiq olunur. Başqa sözlə desək, nəqliyyat qanunvericiliyi daşıyıcının yük daşınması müqaviləsinin ayrı-ayrı şərtlərini deyil, istənilən şərtini pozmasına görə məhdud məsuliyyət prinsipi nəzərdə tutur. Belə ki, daşıyıcı yükün salamatlığını təmin etməyəndə də, yükün təyinat yerinə çatdırılmasını gecikdirəndə də, eləcə də digər hallarda da məhdud məsuliyyət daşıyır. Qeyd edilənlərdən başqa kollegiya həmçinin qeyd edir ki, ilkin iddiaçı əldən çıxmış faydaya münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "Aras LTD” Müəssisəsinin apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməməli, ilkin iddia üzrə cavabdeh "Az-Forvard” MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-2(121)- 1931/2023 saylı qətnaməsi - ilkin iddia üzrə cavabdeh "Az-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldən çıxmış faydaya görə 8420 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, "Az-Forvard” MMC-dən İddiaçınə ödənilməli olan məbləğ 18480 ABŞ dollar müəyyən edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 114 manat dövlət rüsumunun 40 manat hissəsinin əvəzi "Aras LTD” Müəssisəsindən tutularaq "Az- Forvard”MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "Aras LTD” Müəssisəsinin apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh F apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-2(121)-1931/2023 saylı qətnaməsi- ilkin iddia üzrə cavabdeh F əldən çıxmış faydaya görə 8420 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçı "Aras LTD” Müəssisəsinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh2ndən iddiaçı X ödənilməli olan məbləğ 18480 ABŞ dolları (on səkkiz min dörd yüz səksən dollar) (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 114 manat dövlət rüsumunun 40 manat hissəsini əvəzi X tutularaq "Az-Forvard”MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.