Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-1931/2023 07.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, həmçinin nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1, həmçinin nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı/ilkin iddia üzrə Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh1 qarşı “zərərin ödənilməsi“ tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 26900 ABŞ dolları məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,19 manat pulun cavabdehlər Cavabdeh2ndən, Cavabdeh3 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Zirə qəsəbəsindən İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq (Brutto), 16800 kq (Netto) ümumi dəyəri 18480 ABŞ dolları olan təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində İddiaçı MMC-dən təhvil alınmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X3 Federasiyasının ərazisinə keçirilmişdir. 05 №-li Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi. Lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olmuşdur. Həmçinin, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, maddi zərərə görə 31 000 ABŞ dolları, mənəvi zərərə görə 2000 ABŞ dolları olmaqla cəmi 33.000 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 250 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir müqavilə bağlanmayıb. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib. İddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı bir əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O,özünə məxsus bir avtomobili idarə etmək uçun sürücü Cavabdeh1 etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni, bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na uyğun olaraq yükdaşımalar həyata keçirilir. Bu Qaydada ilk olaraq göstərilir ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilir. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı görünür. Belə bir müqavilə yoxdursa və ona hər hansı bir yük təhvil verilməyibsə, hər hansı yükü onun tərəfindən imza atılmamışdırsa, ona məxsus avtomobil nəqliyyatı ilə həmin yüklərin daşınmasına görə hər hansı bir öhdəlik götürməmişsə, bu yükün ona məxsus avtomobillə daşınmasına görə hər hansı bir məbləğ ona ödənməyibsə və yaxud hər hansı bir məbləğdə pul vəsaitinin ona ödəniləcəyi barədə onunla iddiaçı arasında hər hansı bir müqavilə yoxdursa, ona qarşı bunlarla bağlı qaldırılan iddia da boş əsaslarla qaldırılan iddiadır. Yuxarıda qeyd etdiyi qanun da təsdiq edir və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"-nın 39.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşınması arasında bağlanan müqavilə ilə müəyyən edilir. Yəni, o, nə yükdaşıyıcı deyil, nə də sifarişçi deyil. Ona məxsus avtomobillə yük daşınması buna görə ona hər hansı bir məbləğdə pul ödənməliydi. Bununla bağlı onunla iddiaçı arasında hər hansı bir müqavilə, hər hansi bir anlaşma yoxdur. O, iddiaçıdan mal təhvil almayıb, həmin malı harasa, kiməsə təhvil verəcəyini öhdəliyini götürməyib, iddiaçı ilə onun arasında hər hansı bir məsuliyyət yaradan mülki anlaşma da yoxdur. Burdan da görünür ki,onun tərəfindən iddiaçıya heç bir zərər vurulmayıb. Vurmadığı zərərə görə də kimsə ona qarşı iddia qaldırıbsa bu iddia tam əsassız iddiadır. Sürücü Cavabdeh1 bildirdiyinə görə, 2021-ci ilin noyabr ayının 16-da 2300 ədəd pomidor yeşikləri Zirə qəsəbəsindən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənib. Gedib gömrükdən xx.xx.2021ci ildə keçib. Göndərilən malın heç sığortası da olmayıb. Söhbətləri olub ki, malın 1 kq-ı 1 manat 10 qəpikdr. Vüsal və Murad adlı şəxlər parnikin sahibi adından danışıblar, hansı vəzifə daşıdıqları bilinmir. Sürücü Cavabdeh1 dediyinə görə Azərbaycanda pomidor manatla satılır, dollar söhbəti olmayıb. Ola bilər ki, Rusiya Federasiyasındakı şəxslərlə dollarla danışıb, burada manatla danışılır. İddiaçı “ARAS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti, sürücü Cavabdeh1, və onun maşınından istifadə edib, özü də qiyməti artırıb? Butun bunlara rəğmən 6 ay keçməsinə baxmayaraq, yaxınlaşıb, Nicata dəyən zərərlə və Yaqubun maşınına dəyən zərərlə belə maraqlanmayıblar. 2022-ci ilin iyun ayında Cavabdeh1 məhkəmədən məktub gəlib, iddia ərizəsi. O isə xx.xx.2022-ci ildə iddia ərizənin surətini imza edərək məhkəmədən götürüb. O, maşınının qoşqusuna 25000 ABŞ dolları məbləğində pul verib, maşın bazarından alıb, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün, 2000 ABŞ dolları məbləğində pul ödəyib, maşınını isə Azərbaycana gətirmək üçün 4000 ABŞ dolları məbləğində pul verib, 31 000 ABŞ dolları məbləğində pulu çıxan odur, mənəvi stres, əzab-əziyyət çəkən sürücü Nicatdır, maddi və mənəvi ziyana düşən onlar olduğu halda, zərər istəyən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti, onlardan 26900 ABŞ dolları məbləğində pul tələb edir. Qeyd olunanlara əsasən, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, ona vurulmuş maddi zərərə görə 31000 ABŞ dolları,mənəvi zərərə görə 2000 ABŞ dolları, cəmi 33000 ABŞ dolları məbləğində pulun və 250 manat dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə ilk iddiya dair etiraz təqdim edərək iddia ərizəsini qəbul etmədiyini, iddianın ona qarşı əsassız olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmamışdır. O, Cavabdeh2 MMC-nin direktoru olaraq, sürücü və mülkiyyəti olan maşın sahibləri ilə işləyir, bununla bağlı müqavilələr bağlayırlar. Onlar MMC olaraq maşın sahibi Cavabdeh3 və sürücü X2 ilə müqavilə bağlamışlar. Onların Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Vurulan zərər tək iddiaçıya aid deyil, həm sürücüyə, həm maşın sahibinə zərər dəymişdir. İddiaçı MMC-nin verdiyi ərizədə iddiaçının dəymiş ziyana görə onlara qarşı verdiyi iddia tam əsassızdır və rədd olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq İddiaçı MMC tərəfindən Cavabdeh2 MMCyə və qeyrilərinə qarşı qaldırılmış, 26900 ABŞ dollar məbləğinin, 210 manat hüququ yardımın dövlət rüsumuna görə ödənilmiş 227,19 manat məbləğinin alınaraq İddiaçı MMCyə ödənilməsi barədə verdiyi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 ilk iddiaya dair etiraz təqdim edərək iddia ərizəsini qəbul etmədiyini, iddianın yalan mülahizələr üzərində qurulduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında hər hansı bir müqavilə bağlanmamışdır. O, maşının sahibi Cavabdeh3 tərəfindən verilən etibarnamə əsasında sürücü işlədiyini qeyd etmişdir. Ona Rusiya Federasiyasına gedəndə məhsulun 50 faizini Omsk şəhərinə aparılıb orada boşaldılacağını bildirmişlər. O, Omsk şəhərinə məhsulu sağ salamat çatdırmış, Rusiyada gömrük qeydiyyatından keçirtmişdir. Lakin iddiaçı bütün verdikləri sözü tutmadıqları kimi, Omsk şəhərində də məhsulu kimsə təhvil almamışdır. Məhsul avtomobildə yüklü vəziyyətdə bir neçə gün qalmış, telefonla məlumat versə də, daşıdığı məhsulu kimsə boşaltmamışdır. Məhsul yüklənən zaman dəfələrlə bildirməyinə baxmayaraq İddiaçı MMC məhsulu sığorta etdirməmiş, ona da hər hansı bir sənəd verilməmişdir. Bunun nəticəsində də idarə etdiyi avtomobillə qəza törənmiş, avtomobil yoldan çıxmış və avtomobilin qoşqu hissəsi tam yararsız vəziyyətə düşmüş, mator hissəsi tam dağılmışdır. Qeyd edir ki, yararsız vəziyyətə düşən avtomobilə görə dəymiş ziyan 30000 manatddan çoxdur. Bütün bunların səbəbi də ilk gündən olaraq İddiaçı MMC-nin verdiyi vədlər olmuşdur. Buna görə də iddiaçının dəymiş ziyana görə onlara qarşı verdiyi iddia əsassızdır və rəd edilməlidir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 26900 ABŞ dollar məblləğinin, 210 manat hüquqi yardımın və dövlət rüsumuna görə ödənilmiş 227,19 manat məbləğin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə verdiyi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(007)- 90/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi ilk iddia tələbinə dair, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2-2(113)-2778/2023 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı/ilkin iddia üzrə Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə qarşılıqlı ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(119)- 994/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair e-2-2(113)-2778/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(105)- 121/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə ilk, Cavabdeh3 İddiaçınə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil1, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 izahat verərək Cavabdeh2nə münasibətdə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Həmçinin, Cavabdeh1 nümayəndəsivəkili Vəkil2 izahat verərək iddianın Cavabdeh1 münasibətdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı (yük göndərən) İddiaçı tərəfindən alıcı (yükü alan) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaimədən (CMR) görünür ki, “yük göndərən” İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu “Daşıyıcı” Cavabdeh2 vasitəsilə yük alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **- ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə “Daşıyıcı” Cavabdeh2 tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində yük göndərən İddiaçındən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X3 Federasiyasının ərazisinə keçirilmişdir. X4 16-cı və 23-cü bölmələrində “Daşıyıcı” və “Sürücü” sözlərinin qarşısında bilavasitə Cavabdeh2 adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. İşdə olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 (Firma) ilə sürücü fiziki şəxs Cavabdeh1 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Cəmiyyət beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. İşdə olan nəqliyyat-ekspeditor firması Cavabdeh2 (Firma) ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 arasında bağlanılmış 10 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, öz nizamnaməsi əsasında Firma beynəlxalq yük daşınmaları təşkil edir, sahibkar öz sürücüsü ilə bu yük daşınmaları həyata keçirir. İşdən görünür ki, Cavabdeh1 12 sentyabr 2029-cu il tarixədək “X5” markalı **-ZA- *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə etmək səlahiyyətinin verilməsi ilə əlaqədar Cavabdeh3 tərəfindən 06 avqust 2021-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 9/1902 saylı ekspert rəyində iş materiallarında olan məlumatlardan istifadə edilməklə İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 31416 manat (16800 kq * 1,87 manat) müəyyən edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı (yük göndərən) İddiaçı tərəfindən alıcı (yükü alan) "xxxx" Şirkətinə (Rusiya Federasiyası) ümumi dəyəri 18480 ABŞ dolları olan pomidor məhsullarının Rusiya Federasiyasına çatdırılmaqla, sonuncuya satılması ilə bağlı tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli Gömrük Bəyannaməsinə əsasən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyası ərazisinə keçirilməsi ilə əlaqədar müvafiq gömrük sənədləşdirilməsi aparılmışdır. 13 noyabr 2021-ci il tarixli 123962 nömrəli Beynəlxalq Qaiməyə (CMR) əsasən "yük göndərən" İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu "Daşıyıcı" AZ- Forvard” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsilə yük alan "xxxx" Şirkətinə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **- ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə "Daşıyıcı" "AZ-Forvard” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Zirə qəsəbəsində iddiaçı/yük göndərən İddiaçındən təhvil alınmış və 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X3 Federasiyasının ərazisinə keçirilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, sözügedən Beynəlxalq Qaimənin 16-cı və 23-cü bölmələrində "Daşıyıcı" və "Sürücü" sözlərinin qarşısında Cavabdeh2 adı qeyd olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Bundan əlavə, müəyyən olunur ki, yükün daşınması zamanı Cavabdeh3 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusu sürüşüb yoldan çıxaraq aşmış, nəticədə 18480 ABŞ dolları dəyərində pomidorlar tamamilə məhv olmuşdur. Bu hal cavabdeh (sürücü) Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatlarla və həmin qəzanın görüntülərini əks etdirən video disklə də təsdiq olunur (həmin disk işə əlavə edilmişdir). İddiaçı tərəfindən cavabdehlərə pretenziya (xəbərdarlıq) göndərilərək borcun ödənilməsi tələb edilsə də, cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri yüklərin daşınması ilə bağlı tərtib edilmiş yuxarıda qeyd edilən sənədlərdən (müqavilələrdən) irəli gəlir. Məhkəmə, avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş mülki hüquq məsuliyyətinə dair aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, daşıyıcı - haqq müqabilində sərnişin, baqaj, yük və poçt daşımaları üzrə xidmətləri göstərən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü bəndinə əsasən, nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən, beynəlxalq daşımalar – avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımalarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, beynəlxalq yük daşımaları — avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımalarıdır. Həmin Qaydaların 2.1.3-cü bəndinə əsasən, daşıyıcı — daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəənəqliyyat qaiməsi tərtib etməsi - avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. Həmin Qaydaların 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMRin birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinin tələblərinə görə, daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə, qanunverciliyin yuxarıda qeyd olunan normalarının hazırki mübahisəyə tətbiqi baxımından hesab edir ki, yük daşıması ilə əlaqədar tərtib edilmiş rəsmi sənədlərlə iddia tələbinin predmetini təşkil edən 18480 ABŞ dolları dəyərində (2300 ədəd taxta yeşiklərdə - 20100 kq (Brutto), 16800 kq (Netto) pomidorun Rusiya Federasiyasına daşınması ilə əlaqədar 13 noyabr 2021-ci ildə tərtib olunmuş 123962 nömrəli Beynəlxalq Qaimədə “Daşıyıcı” nəqliyyat təşkilatı olaraq bilavasitə Cavabdeh2 qeyd olunduğundan və həmin sənəd onun ştempeli ilə təsdiq edildiyindən hazırki mübahisə üzrə daşıyıcının Cavabdeh2 MMC olması işin mübahisəsiz halıdır. Belə olduğu təqdirdə, məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçının zərərin ödənilməsi ilə bağlı tələbində cavabdeh (daşıyıcı) Cavabdeh2 təqsirinin mövcud olubolması əsas şərtlərdən biridir. Yəni, ilkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcudluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Qeyd olunan Məcəllənin 858.3-cü maddəsinə görə daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 859.3-cü maddəsinə görə əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Hazırki halda Cavabdeh2 MMC-nin hərəkətləri nəticəsində hüquqi şəxsə ziyan vurulduğu həm cavabdehlərin izahatları, həm cavabdeh (sürücü) Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsi, həm də Cavabdeh2 ilə yük avtomobilinin sahibi fiziki şəxs Cavabdeh3 və sürücü fiziki şəxs Cavabdeh1 arasında beynəlxalq yük daşınmalarının həyata keçirilməsi ilə bağlı müqavilələrin bağlanılması ilə Mülki Məcəllənin yuxarıda sadalanan normalarında göstərilən halların mövcudluğu tam sübuta yetirilir. Məhkəmə, eyni zamanda bildirir ki, Cavabdeh2 Mülki Məcəllənin 859.3-cü maddəsində nəzərdə tutulmuş hallar nəticəsində yükün məhv olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə, ilk iddia üzrə iddianın digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilməməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yük daşıma münasibətləri üzrə tərtib olunmuş sənədlərdə məlum yükün daşınmasında istifadə olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh3 və sürücü Cavabdeh1 da daşıma münasibətlərində İddiaçı ilə “yük göndərən - daşıyıcı” münasibətlərində olması və qeyd olunan yükün göndərilməsində “daşıyıcı” qismində iştirak etmələri, yəni qeyd olunan yükün bu beynəlxalq daşımada digər ölkəyə daşınmasında yuxarıda qeyd olunan qanunvericilik və rəsmi sənədlər baxımından “Daşıyıcı” olmasını təsdiq edən hər hansı bir qeyd və yaxud göstəriş mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normaların məzmununa əsasən qeyd edir ki, hazırki işdə Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğunu təsdiq edən hallar mövcud deyildir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 9/1902 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə ki, ekspert rəyində İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə olan netto çəkisi 16800 kq təzə pomidor yükünün (1 kq=1,87 manat nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 31.416 manat (18.480 ABŞ dolları) olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 etirazlarında qeyd olunan hallara münasibət bildirərək qeyd edir ki, etirazlarda qeyd olunan hallar ilk iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. İşdən görünür ki, 13 noyabr 2021-ci il tarixində 123962 nömrəli Beynəlxalq Qaimə (CMR) tərtib edilmiş. Həmin qaimə əsasında “yük göndərən” İddiaçı tərəfindən 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto) çəkisində olan pomidor məhsulu “Daşıyıcı” Cavabdeh2 vasitəsilə yük alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Rusiya Federasiyası) çatdırılması üçün **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və **- ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənərək Azərbaycan Respublikasının Dövlət X3 Federasiyasının ərazisinə keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi Cavabdeh3 və Cavabdeh1 münasibətdə rədd edilməli, Cavabdeh2nə münasibətdə isə təmin edilərək Cavabdeh2ndən 18.480 ABŞ dolları real zərər və 8.420 ABŞ dolları əldə çıxmış fayda olmaqla, ümumilikdə 26.900 ABŞ dolları məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 maddi və mənəvi zərərə görə pulun cavabdeh İddiaçındən iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddiası ilə bağlı qeyd edir ki, həmin iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün mövcudluğu, zərər vuranın təqsirli və hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İşin hallarından İddiaçı təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda, qarşılıqlı İddiaçı tərəfindən ona maddi zərərə görə 31.000 ABŞ dolları məbləğində zərərin vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi maddi zərərə görə 31 000 ABŞ dolları məbləğində pulun İddiaçındən tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə, eyni zamanda qarşılıqlı iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 2.000 ABŞ dolları ödənilməsi”nə dair hissəsinə münasibət bildirərək aşağıdakı normaların qeyd olunmasını zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qarşılıq iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddiaçının iddiası bu hissədə də rədd edilməlidir. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən mövcud iddia tələbləri əsassızdır. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə, ilk iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 210 manat xərcin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, o cümlədən ilk iddia tələbi üzrə yalnız Cavabdeh2 mülki hüquq məsuliyyəti daşıdığından məhkəmə hesab edir ki, 210 manat məbləğində pul Cavabdeh2 MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 227,19 manat məbləğində dövlət rüsumu Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1, Cavabdeh3 qarşı “zərərin ödənilməsi“ tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh2ndən vurulmuş zərərə görə 26.900 (iyirmi altı min doqquz yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), hüquqi yardım üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumuna görə 227,19 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. İlkin iddia üzrə İddiaçı iddia tələbi Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ilkin iddia üzrə Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-1931/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-1931/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver