Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh X34 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, İpotekanın dövlət qeydiyyatı, İpotekanın əlavə dövlət qeydiyyatı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh X34 Cəmiyyətinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli, 22(103)-92/2025 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs Dadaşov Nəsimi Cəfər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ilkin olaraq MH seriyalı ******* saylı, 2008-ci il 12 iyul tarixdə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən mülkiyyət hüququ əsasında Cavabdeh X34 Cəmiyyətinin adına qeydiyyata alınmışdır. 2. "xxxx" ASC (hazırda İddiaçı Bank Olm ayan Kredit Təşkilatı ASC) və Cavabdeh X34 Cəmiyyəti (ASC) arasında 2008-ci il 22 avqust tarixdə 185/08/PB saylı, 2008-ci il 21 oktyabr tarixdə 237/08/PB saylı kredit müqavilələri bağlanmış, ASC-yə 2008-ci il 22 avqust tarixli kredit müqaviləsi üzrə 36 ay müddətinə, 33 faizlə 100 000 manat və 12 ay müddətinə, 33 faizlə 5000 manat məbləğində plastik kart krediti, 2008-ci il 21 oktyabr tarixli kredit müqaviləsi üzrə isə 60 ay müddətinə, illik 7 faiz olmaqla 300 000 manat məbləğində kredit verilmişdir. 3. "xxxx" ASC (hazırda İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC - BOKT) və Cavabdeh X34 Cəmiyyəti (ASC) arasında 2008-ci il 22 avqust tarixli 185/08/PB saylı kredit müqaviləsinin təminatı kimi 2008-ci il 22 avqust tarixdə ipoteka müqaviləsi bağlanmış, daha sonra 2008-ci il 21 oktyabr tarixli 2 37/08/PB saylı kredit müqaviləsinin təminatı kimi, həmin ipoteka müqaviləsinə 2008-ci il 21 oktyabr tarixli 1 saylı əlavə imzalanmış, ASC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.m ümumi (1056,8 kv.m əsas, 511 kv.m köməkçi) sahədən ibarət qeyri-yaşayış sahəsi BOKTun xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. İpoteka müqaviləsi və ona edilən əlavə notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.
5. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 20,7 kv.m ümumi, 20,7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi BOKT-un razılığı ilə X3, adı çəkilən şəxsin əmlakın müvafiq hissəsi üzərində mülkiyyət hüququ 2008-ci il 26 avqust tarixdə qeydiyyata alınmışdır.
6. Cavabdeh ATSC ilə X16 arasında 2009-cu il 12 sentyabr tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, ATSC, ünvan 1 ünvanındakı binanın “A” tikilisində yerləşən 28,8 m2 yeməkxananı (20 saylı), 8,6 m2 ticarət sahəsini (21 saylı), 27,4 m2 ticarət sahəsini (22 saylı), 7,6 m2 ticarət sahəsini (50 saylı), 8,5 m2 ticarət sahəsini (51 saylı) və 258,4 m2 (52 saylı) ticarət talvarından 62,0 m2 sahəni "xxxx" ASCnin razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 40 000 manata Ağca Mustafayevaya satmış, həmin məbləğ tam şəkildə satıcıya ödənilmişdir.
7. Sözügedən əmlakın “A” tikilisində yerləşən 9,6 kv.m hissəsi Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2009-cu il 5 sentyabr tarixli 4Ə-5/688 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4.
8. Əmlakın “B” tikilisində yerləşən 4,5 kv.m iş otağı (№1), 11 kv.m iş otağı (№2), 2.8 kv.m sanitar qovşağı (№3) Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2009-cu il 11 sentyabr tarixli 4-Ə-5/713 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən 2009-cu il 16 oktyabr tarixdə X23 adına qeydiyyatdan keçmişdir.
9. Əmlakın X26 məxsus hissəsi Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2010-cu il 13 fevral tarixli 4Ə1/27 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə ə sasən X18 adına qeydiyyatdan keçmişdir.
10. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın “A” tikilisində 9,6 kv.m. ticarət sahəsi (23 saylı sahə) 2009-cu il 16 oktyabr tarixdə X13, “A” tikilsindən 28,8 m2 yeməkxana (20 saylı), 52,1 m2 ticarət sahəsi (21, 22, 50, 51 saylı), 62,0 m2 ticarət talvarı (52 saylı sahənin bir hissəsi) 2009-cu il 2 dekabr tarixdə X11 adına qeydiyyata alınmış, bundan sonra Cavabdeh ATSC-nin mülkiyyətində qalmış sahə (hissə) 1307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş, bununla əlaqədar 2010-cu il 5 mart tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmış, yüklülük müddəti 36 ay müəyyənləşdirilmişdir. 11. 2011-ci il 16 avqust tarixdə "xxxx" ATSC-nin səhmdarlarının ümumi yığı ncağı keçirilmiş, yığıncaqda ticarət sahəsinin bir hissəsinin satılması qərara alınmışdır. 12. 2011-ci il 12 sentyabr tarixdə "xxxx" ASC-nin İdarə heyətinin sədrinin 1-ci müavini notariusa ərizə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində Cavabdeh ASC-nin mülkiyyətindəki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü 1307,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 350 m2 hissəsinin yüklülüyün saxlanılması şərtilə satılmasına etiraz etmədiklərini bildirmiş, satışdan əldə olunan məbləğdən 80 000 manat vəsaitin "xxxx" ASC-nin işçisi X21 ödənilməsini xahiş etmişdir. 13. 2011-ci il 13 sentyabr tarixdə X11 nümayəndəsi qismində onu etibarnamə əsasında təmsil edən Mustafayev FəxrəddinYusif oğlu notariusa ərizə ünvanlaya raq, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh ASC və "xxxx" ASC arasında ipoteka müqaviləsi rəsmiləşdirildiyinin Ağca Mustafayevaya məlum olduğunu, Ağca Mustafayevanın Cavabdeh ASC-dən "xxxx" ASCdə ipotekada qalmaq şərtilə 80 200 manata əmlakı almaq istədiyini bildirmiş, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. 14. 2011-ci il 20 sentyabr tarixdə Cavabdeh ASC (satıcı) ilə X16 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh ASC-nin mülkiyyətində qalmış 1460,3 kv.m sahəsi olan qeyri yaşayış sahəsində “A” tikilisində yerləşən 196,4 kv.m sahəsi olan 52 nömrəli talvar, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 9,7 kv.m sahəsi olan 45 nömrəli anbar, 8,7 kv.m sahəsi olan 43 nömrəli anbar, 7,4 kv.m sahəsi olan 19 nömrəli ticarət sahəsi, 8,4 kv.m sahəsi olan 46 nömrəli ticarət sahəsi, 9,2 kv.m sahəsi olan 47 nömrəli ticarət sahəsi, 9,7 kv.m sahəsi olan 17 nömrəli ticarət sahəsi və 18 nömrəli ticarət sahəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80 200 manata X5, bu məbləğin 80 000 manatı banka, 200 manatı Cavabdeh ASC-yə ödənilmişdir.
15. Həmin alqı-satqı müqaviləsini X11 adından etibarnamə əsasında oğlu Fəxrəddin Mustafayev imzalamışdır.
16. X16 Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 2018-ci il 15 dekabr tarixli bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisində 258,4 kv.m 52 nömrəli ti carət talvarını, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxananı, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvarı, 28 kv.m sahəsi olan 42 nömrəli sahəni, 18,4 kv.m sahəsi olan anbarı, 95,3 kv.m ticarət sahəsini (№ 17, 18, 19, 21, 22, 46, 47, 50, 51) oğlu Fəxrəddin Mustafayevə bağışlamışdır (ümumilikdə 491 m2 ).
17. X16 Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 2018-ci il 15 dekabr tarixli digər bağışlama müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 200,8 m2 hissəsini oğlu Fəxrəddin Mustafayevə bağışlamış, həmin qeyri-yaşayış sahəsi 2021-ci il 7 aprel tarixdə Fəxrəddin Mustafayevin verdiyi etibarnamə əsasında Vüsal Əhmədov tərəfindən 70 000 manata X6, əmlak 2021-ci il 12 aprel tarixdə mülkiyyət hüququ üzrə X19 adına dövlət qeydiyyatına alınmışdır.
18. X2 7 Bakı şəhəri 19 saylı notariat ofisində 2021-ci il 13 aprel tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, X30 küçəsi 6 ünvanında yerləşən 200,8 m2 qeyri-yaşayış sahəsini 338 000 manata X9, əmlak 2021-ci il 15 aprel tarixdə Elçin Rzayevin adına dövlət qeydiyyatına alınmışdır.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 2024-cü il 11 iyun tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyri yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsi X13; ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin; “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarı, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxana, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 18,4 kv.m sahəsi olan anbar, 95,3 kv.m ticarət sahəsi (17, 18, 19, 21, 22, 46, 47, 50, 51) Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 15 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Fəxrəddin Mustafayevin mülkiyyətindədir (ümumilikdə 491 m2 ). 20. 2019-cu il 19 noyabr tarixli maliyyə arayışına əsasən, Cavabdeh ASC-nin BOKT-a 2008-ci il 21 oktyabr tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla cəmi 366 019,20 manat borcu vardır. 21. 2019-cu il 19 noyabr tarixli maliyyə arayışına əsasən, Cavabdeh ASC-nin BOKT-a 2008-ci il 22 avqust tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 hesablanmış dəbbə pulu o lmaqla cəmi 97 941,54 manat borcu vardır. 22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2020-ci il 29 oktyabr tarixli M230/20 saylı qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 320 000 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
23. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh X34 Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 22 avqust tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 81 2,71 manat faiz, 3348,04 manat dəbbə pulu olmaqla, cəmi 97 941,54 manatın, 2008-ci il 21 oktyabr tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla, cəmi 366 019,20 manatın, 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin cavabdehə məxsus, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.metr ümumi, 1056.8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100 000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddia tələbi işin hallarına isti nadən onunla əsaslandırılmışdır ki, cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəblə, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. İpoteka müqaviləsində girov qoyulmuş cavabdehə məxsus olan əmlak 100 000 manat dəyərində qiymətləndirilmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 22 avqust tarixli 185/08/PB saylı kredit müqaviləsi üzrə 58 780,79 manat əsas, 35 812,71 manat faiz, 3348,04 dəbbə pulu olmaqla cəmi 97 941,54 manatın, 2008-ci il 21 oktyabr tarixli 237/08/PB saylı kredit müqaviləsi üzrə 299 703,91 manat əsas, 62 136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla, cəmi 366 019,20 manatın, 30 manat dövlət rüsumunun tutulması, tələbin likvid qiyməti 320 000 manat müəyyən edilməklə cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1 567,8 kv.metr ümumi, 1056,8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim Z.Pirverdiyev).
26. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan 2008-ci il 21 oktyabr tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə 299703.91 manat və 2008-ci il 22 avqust tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780.79 manat məbləğlərində əsas borcları təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavi lələrin 9.2-ci bəndlərinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürdüyündən məhkəmə hesab etmişdir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış 2008-ci il 22 avqust tarixli 185/08/PB saylı İpoteka Müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 hatorpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567.8 kv.m ümumi, 1056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmi n edilməlidir. İpoteka predmetinin likvid qiyməti müstəqil qiymətləndirici tərəfindən 320.000 manat müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Belə olan halda, qeyri-yaşayış sahəsi, dəyəri 100000 manat qiymətlə hərraca çıxarıla bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1-ci, 319.1-ci, 421.1-ci, 421.2-ci, 423.2-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 739.1-ci, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
30. Qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən X15 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 20,7 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilərək tutma yönəldilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov, A.Tanrıverdiyev).
32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, 2008-ci il 22 avqust tarixli ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1567,8 kv.m olsa da, sonradan həmin sahənin bir hissəsi ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilmiş, cavabdehin mülkiyyətində qalmış hissə 1460,3 kv.m təşkil etmiş, bununla əlaqədar olaraq ipotekanın 2010-cu il 5 mart tarixdə əlavə qeydiyyatı aparılmışdır.
33. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işdəki sübutu nəzərə almadan qətnamədə tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567,8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən, cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X10 məxsus əmlaka da cavabdehin kredit borcuna görə tutma yönəldilm işdir.
34. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 25 avqust tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
35. X12 birinci instansiya məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona məxsus ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 691,8 m2 olan qeyri-yaşayış sahələrinə tutmanın yönəldilməsi hissəsində ləğv olunmasını və ona məxsus əmlaka aid hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraaat
36. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 18 fevral tarixli 2-2(103)-92/2025 nömrəli qətnaməsi ilə X8 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə məxsus Bakı şəhəri, S əbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1567,8 kv.metr ümumi, 1056,8 kv.metr əsas, 511 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi” hissəsində dəyişdirilmiş, ünvan 7 ünvanında yerləşən binanın 1-ci və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsinin cavabdehin iddiaçı qarşısında yaranmış kredit öhdəliyinə görə tutma yönəldilməli olan ümumi hissəsi cavabdehin mülkiyyətində qalmış hissə olaraq 740,2 kv.m müəyyən edilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Mahmudova, L.Əliyeva).
37. Məhkəmə §10-12-də göstərilən işin hallarına istinadən qeyd etmişdir ki, ipoteka predmeti olmuş əmlakın ümumilikdə 491 m2 hissəsi (digər hissə nəzərə alınmadan) ipotekasaxlayanın ra zılığı əsasında Ağca Mustafayevaya satılmış, müvafiq müqavilələrdə “ipoteka hüququnun qüvvədə qaldığı” şərti nəzərdə tutulsa da, satılan əmlakın dəyəri bir müqavilə üzrə satıcıya (cavabdehə), digər müqavilə üzrə isə bilavasitə ipotekasaxlayan banka ödənilmişdir. Ağca Mustafayeva mülkiyyətinə keçmiş həmin 491 m2 əmlakı oğlu Fəxrəddin Mustafayevə bağışlamış, əmlak 2018-ci il 19 dekabr tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.
38. Bundan başqa, ipoteka predmeti olmuş əmlakın nə 348,1 m2 hissəsinin X2, nə də əmlakın ümumilikdə 491 m2 hissəsinin Fəxrəddin Mustafayevə özgəninkiləşdirilməsindən sonra ipotekanın əlavə qeydiyyatı aparılmamışdır.
39. Əmlak üzərində ipoteka yüklülüyünün əlavə qeydiyyatının sonuncu dəfə 2010-cu il 5 mart tarixdə həyata keçirildiyini və yüklülük müddətinin 36 ay müəyyənləşdirildiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçının müvafiq iddia tələbinin əsasında dayanan 2008-ci il 22 avqust tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə 2008-ci il 21 oktyabr tarixli 1 saylı Əlavə əmlakın hazırda Fəxrəddin Mustafayevin mülkiyyətində olan 491 m2 və Solmaz Heydərovanın mülkiyyətindəki 9,6 m2 hissəsinə münasibətdə heç bir hüquqi nəticə doğura və həmin sənədə istinadən irəli sürülən iddia əmlakın 500,6 m2 hissəsinə münasibətdə təmin oluna bilməz.
40. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, iddiaçının idarə heyətinin sədrinin 1-ci müavini də 2011-ci il 12 sentyabr tarixdə notariusa ərizə ünvanlayarkən ipoteka ilə yüklü olan əmlakı “1307,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi” olaraq göstərmiş, həmin 1307,8 m2 sahənin 348,1 m 2 hissəsi Ağca Mustafayevaya satıldıqdan sonra ipotekanın əlavə qeydiyyatı aparılmamış, əmlakın yüklülük müddəti isə 2013-cü il 5 mart tarixdə başa çatmışdır.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, hazırda cəmi 1240,8 m2 sahəsi olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsinə (X13 mülkiyyətində olan sahə) və Fəxrəddin Mustafayevin mülkiyyətindəki “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarına, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxanaya, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvara, 28 kv.m sahəsi olan 42 nömrəli sahəyə, 18,4 kv.m sahəsi olan anbara, 95,3 kv.m ticarət sahəsinə (№ 17, 18, 19, 21, 22, 46, 47, 50, 51, ümumilikdə 491 m2 ) tutma yönəldilməli olduğu nəticəsinə gələrkən bir inci instansiya məhkəməsi səhvə yol vermişdir.
42. Məhkəmə xüsusi olaraq nəzərə almışdır ki, ipoteka predmeti olmuş əmlakın 9,6 m2 hissəsi ipoteka saxlayanın razılığı ilə Solmaz Heydərovaya satılarkən satılan hissə üzərində ipoteka yüklülüyünün qalması barədə qeyd-şərt nəzərdə tutulmamış (belə qeydşərtin aparıldığı hazırkı işə baxılarkən müəyyən olunmamışdır), əmlakın müəyyən hissəsinin Ağca Mustafayevaya satılmasından sonra isə cavabdehin mülkiyyətində qalmış sahə (hissə) 1307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş və ipotekanın əlavə qeydiyyatı da məhz bu zaman (2010-cu il 5 mart tarixdə) 1307,8 m2-ə münasibətdə aparılmış, beləliklə də bankla adı çəkilən şəxslər arasında ipoteka münasibətləri və öhdəliklər yaranmamışdır.
43. Həmçinin məhkəmə onu da qeyd etmişdir k i, hazırkı icraatın başlanmasına əsas verən iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına daxil olarkən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 1567,8 m2 deyil, 1240,8 m2 təşkil etmişdir. Bu isə o deməkdir ki, tutmanın 1567,8 m2 ölçülü əmlaka yönəldilməsi faktiki olaraq ümumiyyətlə mümkün deyildir.
44. Məhkəmə gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.1, 309.1, 309.2, 317, 319.1, 319.6, 385, 386.1, 404.1, 404.2, 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4, 11.1, 11.2, 11.3, 14.1, 14.2, 33, 34, 30.1, 30.2, 30.3, 30.4, 30.5, 31.1, 31.2, 48.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilmə sinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli Qərarına, MPM-in 76.1, 76.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
46. Üçüncü şəxs Dadaşov Nəsimi Cəfər oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri: 47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli Qərarı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 48-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad etsə də, həmin qərarın düzgün tətbiq etməmişdir. Bankın əmlak maraqlarının qorunması məqsədilə girov predmetinin yalnız bir hissəsinin, yüklülüyün saxlanılması şərti ilə satışına razılıq verilmişdi. Borc tam ödənildikdən sonra isə əmlak tam şəkildə girovdan azad edilməli idi. Halbuki məhkəmə qanunsuz olaraq 1567 kv.m sahəyə malik ipoteka predmetinin yarısını girovdan çıxarmışdır. Apellyasiya instansiyası ipoteka predmetinin yalnız 740 kv.m-lik hissəsinin saxlanılmasını əsaslandırmamış, qalan hissəyə xitam verilməsi üçün konkret hüquqi əs as göstərməmişdir. Nəticədə ipoteka predmetinin bir hissəsinin hansı qaydada etibarsız sayılması və ya ləğv edilməsi aydın deyil.
48. MPM-in 76.1, 77.1, 8.1, 9.1-ci maddələri üzrə - Kassasiya şikayətində göstərilir ki, iş materiallarında olan ipoteka müqaviləsi, ipotekanın yüklülüyünə dair çıxarışlar, girovda qalmaq şərti ilə verilmiş razılıq məktubları və digər sənədlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
49. İddiaçı kimi tələbi əsaslandıran sübutlar təqdim olunsa da, məhkəmə həmin sübutları qanunsuz şəkildə nəzərə almamışdır. Məhkəmə tərəflərin hüquq bərabərliyini pozaraq sübutlara qiymət verərkən X1 əsaslı hesab etmiş Bankın sübutlarını isə əsassız olaraq qəbul etməmişdir. Eyni zamanda, “yüklülüyün saxlanılması şərti ilə” verilmiş razılıq məktublarına düzgün qiymət verilməyərək, kredit borcu bağlanmadan ipotekanın bir hissəsinin girovdan azad edilməsinin hüquqi ziddiyyətləri nəzərə alınmamış və bu, ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olmuşdur. b) Üçüncü şəxs Dadaşov Nəsimi Cəfər oğlunun kassasiya şikayətinin dəlilləri:
50. MM-in 139.1, 139.3, 139-1.1, 139- 1.1.3, 149.2, 4 2 5.1, 420.2, 149.2-ci maddələri, “Torpaq Məcəlləsi”nin 86-cı maddəsinin 1-ci hissəsi, 93-cü maddəsinin 2- hissəsi, “İpoteka haqqında” Qanunun 1.0, 1.0.7, 10.5, 11.1, 11.2, 14.1, 14.1.4-cü maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 20.1, 20.5-ci maddələri üzrə - Mülki iş materiallarını yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytaran kassasiya instansiyası məhkəməsi qərarında üçüncü şəxs Fəxrəddin Mustaf ayevin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutmanın Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-298/2020 saylı 2020-ci il 10 dekabr tarixli qətnaməsi əsasında yönəldilməsi, həmin qətnamənin sonuncu tərəfindən mübahisələndirməməsinə dair mövqeyi əsaslı olsa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi digər kassatorların şikayətləri əsasında tam ləğv edildiyindən və üçüncü şəxs də kassasiya şikayətində qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdiyindən, onun şikayəti də məhz eyni prosessual nəticə baxımından təmin edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi üçüncü şəxs Fəxrəddin Mustafayevin kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinə hər hansı məzmunda göstəriş verməmiş, mübahisəli qeyriyaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutmanın Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-298/2020 saylı 2020-ci il 10 dekabr tarixli qətnaməsi əsasında yönəldilməsi, həmin qətnamənin sonuncu tərəfindən mübahisələndirməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Bundan başqa,apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsindəki 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1567.8 kv.m. olan qeyri-yaşayış sahəsinin nə 348,1 kv.m. hissəsinin Ağca Mustafayevaya satılmasından, nə də əmlakın ümumilikdə 491 kv.m hissəsinin Fəxrəddin Mustafayevə özgəninkiləşdirilməsindən sonra ipotekanın əlavə qeydiyyatı aparılmamışdır.
51. Bundan başqa Dadaşov Nəsimi Cəfər oğlu qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-298/2020 saylı 2020-ci il 10 dekabr tarixli qətnaməsinə əsasən, açıq hərracda satışa çıxarılmış Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0.13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1567,8 kv.m. olan qeyri-yaşayış sahəsini 464.000 manat ödəməklə almışdır. Bu barədə onunla “X7 Mərkəzi” MMC arasında hərracın nəticələrinə dair 2021-ci il 3 mart tarixli YP-85 nömrəli yekun protokol və həmin tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Dada şov Nəsimi Cəfər oğlunun açıq hərracdan daşınmaz əmlakı əldə etməsi zamanı onun vicdanlı davrandığı da nəzərə alınmalıdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSPASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zərur idir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sa hibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın....” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır....” “Maddə
309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipotek a olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ip oteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin ü zərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....”
56. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
10. İpoteka müqaviləsi... 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərə findən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir....” “Maddə
14. İpotekanın əlavə dövlət qeydiyyatı 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; 14.1.2. əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; 14.1.4. ipoteka predmeti özgəninkiləşdirildikdə. 14.2. İpotekanın əlavə dövlət qeydiyyatı haqqında ərizəyə ipoteka müqaviləsində dəyişikliklərin edilməsi, tələbin başqa şəxsə k eçməsi və ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə edilir....” “Maddə
30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 30.2.Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında hə min əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. 30.3. İpoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır. 30.4. İpoteka predmeti bölünməz əşyadırsa, yaxud başqa əsaslara görə ipoteka qoyanın vərəsələrinin ümumi mülkiyyətinə daxildirsə, vərəsələr birgə ipoteka qoyanlar olurlar. 30.5. Bu Qanunun tələblərini pozmaqla ipoteka predmeti başqa şəxslərə keçdikdə ipoteka qüvvəsini saxlayır və bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.” “Maddə
31. İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərs ə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; https://eqanun.az/framework/9902 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka sa xlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.”
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
58. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 59. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, a pellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
60. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya in stansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətlərin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
61. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 18 fevral tarixli 22(103)-92/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.