Məhkəmə qərarları › İş №2-2(102)-379/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-379/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-379/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi öhdəliyin icra edilməməsi və sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri 53 saylı Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) icarə müqaviləsinə xitam verilməsi, cavabdehin obyektdən çıxarılması, obyektin geri qaytarılması və icarə haqqı tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 22(103)-948/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X6 ilə Cavabdeh MMC arasında 2017-ci il 31 avqust tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilədə icarəverən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.9 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçiyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilə üzrə aylıq icarə haqqı 2.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin: - 4.2-cü bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. - 7.1.7-ci bəndinə əsasən icarəçi bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. - 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilməsi şərtləşdirilmişdir.

2. X3 məxsus "xxxx" ASC-də olan hesabdan çıxarışa görə, Cavabdeh tərəfindən 2023-cü il 12 yanvar tarixində 6.000 manat, 2023-cü 21 fevral il tarixində 12.000 manat, 2023-cü il 13 mart tarixində 5.000,30 manat, 2023-cü il 4 iyul tarixində 7.000,42 manat məbləğində ödənişlər edilmişdir.

3. X6 tərəfindən Cavabdeh MMC-yə göndə rilmiş pretenziya məktubunda 2017-ci il 31 avqust tarixində bağlanmış icarə müqaviləsinə xitam verdiyini, 2023-cü il 6 oktyabr tarixədək icarədə olan yaşayış sahəsinin təhvil verilməsi xahiş olunmuşdur.

4. Cavabdeh MMC tərəfindən X1 2023-cü il 18 sentyabr tarixli pretenziya məktubuna cavab verilərək qeyd edilmişdir ki, İcarə müqaviləsinin 2.1-ci bəndində müqavilənin qüvvəyə minməsi 2017-ci il 1 oktyabr tarixi hesab olunur və bu müqavilə 2017-ci il 31 avqust tarixində bağlandığı üçün icarəyə verən 2023-cü il 31 avqust tarixinə qədər müraciət etməli idi. İcarəyə verənin müraciəti icarəçiyə gec təqdim olunduğu üçün avtomotik müqavilə müddəti 1 il uzadılmış və yenilənmiş hesab edilir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 31 avqust tarixində onunla cavabdeh X9 arasında bağlamış icarə müqaviləsinə (bundan sonra – “icarə müqaviləsi”) müddətin bitdiyinə görə xitam verilməsi və cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 528-ci məhəllə bina B-də yerləşən 203,9 kv.m sahədən çıxarılması (bundan sonra – “qeyri-yaşayış”) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İşə məhkəmə icraatında baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə təqdim edərək, iddia tələbində cavabdeh kimi qeyd olunan X4 Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti ilə əvəzləşdirilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən, X9 əsl cavabdeh olan Cavabdeh Məhdud Məsulyyətli Cəmiyyəti (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmiş dir.

7. İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icarə müqaviləsinin müddəti bitdiyinə görə xitam verilməsi, cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılaraq onun iddiaçıya təhvil verilməsi, icarə müqaviləsinə əsasən cavabdehdən 108.000 manat icarə haqqı qismində pulun və işin məhkəməyə verilməsinə görə ödənilmiş 199 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı adından qardaşı X5 tərəfindən X9 ilə iş üzrə icarə müqaviləsi bağlanılmışdır və Bakı şəhəri 53 saylı Notariat kontorunda müqavilə təsdiq olunmuşdur. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsini icarəyə verilmişdir. İcarə müqaviləsinin 2017-ci il 31 avqust tarixində bağlanmasına baxmayaraq, müqavilənin 2.1-ci maddəsinə əsasən 2017-ci il 1 oktyabr tarixindən qüvvəyə minmişdir. Cavabdeh ona rəsmi olaraq bildirmişdir ki, müqavilə 31 avqust tarixində bağlanıb və iddiaçı ona rəsmi olaraq 18 sentyabr tarixində müraciət etmişdir, bu səbəbdən icarə müqaviləsi 1 il müddətinə uzadılmış hesab olunur. Müqavilə 2017-ci ildə 31 avqust bağlansa belə, müqavilənin qüvvəyə minməsi 2017-ci il 1 oktyabr hesab olunur. İcarə müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin bu bəndində yazılı surətdə müraciət etməyi nəzərdə tutulmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyu n tarixli e-2-2(113)-2512/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilməsi, cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılaraq həmin sahənin iddiaçı təhvil verilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq qeyri-yaşayış sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox, 52 aylıq icarə haqqını ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bir illik müəyyən edilsə də, müqavilənin qüvvə də olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi üçün, müqavilə ardıcıl olaraq bir il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapdığından, iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır.

11. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçəməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi cavabdeh tərəf müqavilədən irəli gələn öhd əliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı müqavilədən imtina edərək ona xitam verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə 2023-cü ilin sentyabr ayında pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq tərəflər arasında imzalanmış icarə müqaviləsi xitam verilmiş sayılır.

12. Bundan başqa iddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş 108.000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir.

13. İcarə müqaviləsinin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə preteziya məktubunun təqdim edildiyi tarixə qədər 6 il, 72 aylıq müddət keçmişdir. Hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən iddiaçıya icarə haqqı məbləği ki mi 30 000 manat ödəniş edilmişdir, həmin ödəniş isə 15 aylıq müddəti əhatə etdiyindən geridə qalan 57 ay üçün cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Cavabdeh tərəfindən bu halın əksini təsdiq edən, yəni digər aylar üzrə də icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır.

14. Hətta iddiaçı qalan 57 aylıq müddət üçün ödənilməli olan 114.000 manat icarə haqqı tələb etmək hüququ olduğu halda, cavabdehdən 108.000 manat icarə haqqının ödənilməsini tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinə əsasən tələbdən kənara çıxa bilmədiyi üçün iddiaçının tələbi üzrə qətnamə çıxarır.

15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 421.2, 425.1, 442, 447.1, 684.1, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, MPM-in 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-948/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L. Əliyeva və Z.Şirinov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini işin hallarına uyğun və əsaslı, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassız hesab edərək qeyd etmişdir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin digər vəkili apellyasiya şikayətinə əlavə edilən sübutları birinci instansiya məhkəməsində təqdim etməmiş, həmin hallarla bağlı araşdırılma aparılmamışdır. Qanunv ericiliyin imperativ normasını rəhbər tutaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən yeni təqdim edilən sübutları qəbul etməmiş, qəbul edilməmiş sübutlara istinad edilməsi isə qeyri-mümkündür. Digər tərəfdən qəbul edilməyən sübutlar arasında icarə haqqının ödənilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iş materiallarına həmçinin icarə haqqının ödənilməsi ilə bağlı sübutlar birinci instansiya məhkəməsində əlavə edilməmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin artırılması iddiaçıya MPM-nin 53-cü maddəsi ilə verilmiş hüquqdur, bu hüquqdan istifadə edilməsi, icarə haqqı borcunu əvvəldən tələb etməməsi cavabdehin icarə borcunun olmadığı anlamına gəlmir. İddiaçı tərəfindən pretenziya qaydasında riayət edilmiş, icarə sahəs ini tərk etmək xahiş olunmuşdur. Məhz icarə haqqının pretenziyada tələb edilməməsi icraata xitam verilməsi üçün əsas deyil. Belə ki, MPM-nin 261.0.9-cu maddəsi bu şərti tələb etmir. Həmin normanın məzmununa əsasən mübahisə ilə bağlı müəyyən qaydaya əməl edilməsi kifayət edir. Mübahisə icarə münasibətləri ilə bağlı olduğu üçün icarə sahəsindən çıxarılma ilə bağlı pretenziya məktubu cavabdehə təqdim edilmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 684.1, 685.2, 685.2.1, 685.2.2, 697.1, 697.2, 700.1, 700.3 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, MPM-in 53, 107, 119.1 və 372.2-ci maddələrinə i stinadla əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 423.2-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilə 2017-ci il 1 oktyabr tarixində qüvvəyə minmişdir. Müqavilənin 10.1-ci bəndinə görə əgər tərəflərdən heç biri müddətin başa çatmasına bir ay qalmış müqaviləyə xitam verilməsi barədə bildiriş təqdim etməzsə, müqavilə avtomatik olaraq 1 il müddətinə uzadılmış hesab edilir. İddiaçı tərəfindən cavabdehə yalnız müqavilə müddətinin bitməsinə istinad edilən və sahənin 2023-cü il 6 oktyabr tarixədək təhvil verilməsini x ahiş edən məktub 2023-cü il 18 sentyabr tarixində çatdırılmışdır. Bu isə müqavilədə nəzərdə tutulan bildiriş müddətinə uyğun deyildir. Bununla belə, iddiaçı sonradan iddia ərizəsində cavabdehin icarə haqlarını gecikdirməsini əsas gətirərək müqaviləyə xitam verilməsini istəmiş, daha sonra tələblərini dəyişdirərək müqaviləyə xitam verilməsini, qeyri-yaşayış sahənin təhvilini, həm də 108.000 manat icarə haqqının və 199 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Lakin cavabdehdən pul tələbi ilə bağlı heç bir pretenziya təqdim olunmamış, bu barədə e-taxes.gov.az sistemində bildiriş göndərilməmiş və poçtla da məktub təqdim edilməmişdir.

23. MPM-in 150.1, 150.1.6, 150.2, 88 və 261.0.9-cu maddəsi üzrə - İddiaçı qanunvericiliyə zidd şəkildə cavabdehdən 108.000 manat icarə haqqı qismində pul un tutulmasına dair pretenziya məktubunu e-taxes.gov.az saytından cavabdehə məxsus kabinetə əlavə etməmiş, həmçinin poçt vasitəsi ilə göndərməmişdir. Buna görə də, Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalı idi. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd olunan bu xüsusatı da nəzərə almamışdır. Məhkəmə qətnamə çıxararkən yalnız bank hesabından çıxarışa istinad etmiş və bu əsasla cavabdehin 52 ay ərzində icarə haqqını ödəmədiyi nəticəsinə gəlmişdir. Halbuki, 2017-ci il 31 avqust tarixli icarə müqaviləsinin 4-cü bəndində icarə haqqının bank köçürməsi ilə ödənilməli olduğuna dair heç bir müddəa nəzərdə tutulmamışdır. Müqavilədə belə bir öhdəlik müəyyən edilmədiyi halda, məhkəmənin təkcə bank hesabından çıxarışa əsaslanaraq cavabdehdən 108.000 m anat məbləğində pulun tutulması və Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməni qüvvədə saxlaması əsassız və yolverilməzdir. Cavabdeh ödənişləri bəzən kartla, bəzən isə nağd qaydada həyata keçirmişdir ki, bu hal şahid ifadələri, iddiaçının etirafı və təqdim edilmiş videogörüntülərlə sübuta yetirilmişdir. Videomateriallarda cavabdehin direktorunun nağd ödəniş etdiyi aydın görünür. Əgər icarə haqları ödənilməsəydi, müqavilənin 6 il müddətində qüvvədə qalması da mümkün olmazdı. Qeyd edilməlidir ki, "xxxx" ASC-də açılmış bank hesabı yalnız 2022ci il 14 dekabr tarixdə cavabdeh Nümayəndə1 təqdim olunmuş, bundan əvvəlki dövr üzrə bank hesabı haqqında məlumat verilmədiyindən icarə haqları nağd qaydada ödənilmişdir. Buna baxmayaraq məhkəmə həmin müddətdə bank hesabına vəsaitin köçürülməməsini əsas götürərək cavabdehdən iri məbləğdə vəsaitin tutulmasına qərar vermişdir. Belə yanaşma işin faktiki hallarının və təqdim edilmiş sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmaması ilə nəticələnmişdir.

24. MPM-in 106.3-cü maddəsi üzrə - iş materiallarında olan ilkin iddia ərizəsindən də göründüyü kimi iddiaçı qeyd etmişdir ki, cavabdeh pulu gecikməklə ödədiyi üçün müqavilənin xitam verilməsini tələb edir. Yəni iddiaçı etiraf edərək əslində cavabdehin ödənişləri həyata keçirdiyini təsdiqləmişdir. Sadəcə ödənişlərin gecikmə ilə həyata keçirilməsindən şikayətlənmişdir. Yəni cavabdeh daim icarə haqqlarını ödəmiş, lakin müqavilədə nəzərdə tutulan cari ayın “5”ci günündə bu reallaşdırılmadığı üçün iddiaçı narazı olmuşdur. İddiaçının da icarə haqlarının ödənilməsini iddia ərizəsində yazar aq etiraf etməsi cavabdehi bu faktı sübut etmək vəzifəsindən azad edir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almayaraq iddia tələbini tam təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır.

25. MPM-in 372.2-ci maddəsi üzrə - Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 108.000 manat məbləğində borcun mövcud olmamasını təsdiqləyən sübutlar təqdim edilmişdir. Lakin məhkəmə həmin sübutları qəbul etməmiş, qəbul edilməmiş sübutlara istinad edilməsini isə mümkün saymamışdır. Məhkəmə bu mövqeyini MPM-in müddəalarına əsaslandıraraq, sübutların yalnız birinci instansiya mərhələsində, hazırlıq iclası yekunlaşanadək təqdim edilməli olduğunu bildirmiş, apellyasiya instansiyasının yeni sübutları araşdırmaq səlahiyyətinin olmadığını qeyd etmişdir. Cavabdehin əvvəlki v əkili Vəkil2 işin gedişi barədə ona məlumat vermədiyi üçün cavabdeh 108.000 manat məbləğində tələbdən xəbərsiz olmuş və birinci instansiyada sübut təqdim edə bilməmişdir. Bu səbəbdən sübutlar apellyasiya mərhələsində təqdim olunmuşdur. Bununla bağlı cavabdeh Nümayəndə1 Vəkil2 barəsində Vəkillər Kollegiyasına müraciət etmiş, bu müraciət 2024-cü il 9 dekabr və 17 dekabr tarixli cavab məktubları ilə təsdiq olunmuşdur. 2024-cü il 2 iyul tarixli ərizədə isə Nümayəndə1 məhkəmə sisteminə daxil olmaq, iş materialları ilə tanış olmaq və sübutları təqdim etmək imkanının təmin edilməsini xahiş etmişdir. Onun mobil nömrəsinə məhkəmə bildirişləri göndərilməmiş, bu da məlumatlandırma öhdəliyinin pozulmasına səbəb olmuşdur. Beləliklə, cavabdehin sübut təqdim edə bilməməsi üzürlü səbəbdən baş vermişdir və bu hal MPM-in 372.2-ci maddəsi ilə tənzimlənir. Tərəflər arasında baş vermiş danışıqlardan da görünür ki, 2023-cü ilin avqust ayında cavabdeh yalnız həmin ayın icarə haqqının gecikdiyini bildirmişdir. Belə ki, 2023-cü il 10 avqust tarixində Nümayəndə1 tərəfindən Anar Həbibliyə göndərilmiş səs yazısında bu ayın icarəsinin bir qədər gecikəcəyi bildirilmiş, qarşı tərəf isə buna razılıq vermişdir. Heç bir danışıqda 6 il müddətinə icarə haqqının ödənilmədiyi iddia olunmamışdır. Hətta 2023-cü il 13 avqust tarixli danışıqlarda Nümayəndə1 icarə haqlarının ödənildiyini, yalnız sentyabr ayından etibarən borcun yaranacağını qeyd etmişdir. X7 da danışıqlarda cavabdehin 108.000 manat borclu olduğunu təsdiqləyən heç bir fikir səsləndirməmişdir. Tərəfimizdən təqdim olunan səs yazıları, o cümlədən 9.00 0 və 16.000 manat məbləğində ödənişlərin müzakirəsi, icarə haqqının ödənilməsini təsdiqləyən video və səs materialları, 2017-ci ildən 2023-cü ilin sentyabr ayınadək cavabdeh tərəfindən iddiaçının əvəzinə verilmiş gəlir vergisinin ödənişinə dair vergi bəyannamələri, həmçinin bir neçə şahidin - X8, Gökhan Aydın, X10, X2 ödənişlərin aparılması ilə bağlı ifadələri təqdim olunmuşdur. Bununla belə, məhkəmə kassatorun vəsatətini təmin etməmiş, şahidlərin dindirilməsinə və təqdim olunmuş sübutların qiymətləndirilməsinə şərait yaratmamışdır. Bütün bu sübutlara baxmayaraq, qətnamədə cavabdeh tərəfindən icarə haqqının ödənilməsinə dair heç bir sübut təqdim olunmadığı qeyd edilmişdir ki, bu da məhkəmənin qeyri-obyektiv mövqe sərgilədiyini göstərir. Əgər cavabdehin borclu olmadığı təqdim edilmiş mötəbə r sübutlarla aydın şəkildə sübuta yetirilirsə və MPM-nin 372.2-ci maddəsi belə hallarda sübutların təqdim edilməsini nəzərdə tutursa, Bakı Apellyasiya Məhkəməsinin bu sübutları formal əsaslarla rədd etməsi, Bakı Kommersiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlaması yolverilməz, qanunun mahiyyətinə və ədalət prinsipinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh müqavilə üzrə icarə haqqını ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə ödənişi gecikdirmişdir. Cavabdeh kassasiya şikayətində tərəflər arasında əvvəlki dövrlərdə də icarə münasibətlərinin mövcud olduğunu qeyd etmişdir. Həmçinin qeyd edilmişdir k i, məhz həmin əvvəlki müqavilələr üzrə öhdəliklər vaxtında icra olunmadığından iddiaçı tərəfindən bank hesabı açılmış və cavabdehə bundan sonra ödənişlərin yalnız bank hesabına edilməli olduğu bildirilmişdir. Buna baxmayaraq cavabdeh öhdəliklərini yenə də yerinə yetirməmişdir. İddiaçı dəfələrlə cavabdehi qeyri-yaşayış sahəsini təhvil verməyə çağırsa da, cavabdeh nə öhdəliklərini icra etmiş, nə də sahədən çıxmışdır. Nəticədə, 2023-cü ilin avqust ayında cavabdehə rəsmi pretenziya məktubu göndərilmiş və bundan sonra məhkəməyə müraciət edilmişdir. Artıq təxminən iki ildir ki, məhkəmə çəkişməsi davam edir, lakin cavabdeh obyektdən könüllü şəkildə çıxmaqdan imtina edir. Cavabdehin iddiaçıya icarə haqqı borcu olması iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlarla sübuta yetirilmişdir. Bu səbəbdən, iddiaçı MM-in 700.1-ci maddəsinə əsaslanaraq bildirmişdir ki, iddiaçının cavabdehdən icarə haqqını tələb etmək hüququ vardır. Şikayətdə cavabdeh tərəfindən bütün ödənişlərin həyata keçirildiyi və bununla bağlı sübutların mövcud olduğu iddia edilsə də, hələ birinci instansiya mərhələsində cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etmiş və qarşılıqlı iddia da vermişdir. Cavabdehin “Asan imza”sı mövcuddur və məhkəmə icraatına dair məlumatlar ona elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bu səbəbdən, cavabdehin işin gedişindən xəbərsiz olduğunu iddia etməsi əsassızdır. Əgər təqdim olunacağı sübutlar həqiqətən mövcud olsaydı, onlar birinci instansiya məhkəməsində irəli sürülərdi. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apelly asiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

684. Əmlak kirayəs i üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir....” “Maddə

685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini geci kdirdikdə. …” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hü quq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. …” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən – cavabdehdən 108.000 manat icarə haqqı borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd ed ir ki, tərəflər arasında 31 avqust 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqavilə müddəti bitdikdən sonra tərəflər müqaviləni faktiki olaraq davam etdirmiş, lakin 2023-cü ilin sentyabr ayında iddiaçı müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş göndərmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin icarə müqaviləsinin xitam verilməsi ilə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır, əlavə qiymətləndirmə aparılmasına zərurət görmür və hesab edir ki, apellyasiya instansiyası bu hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Lakin məhkəmə kollegiyası 108.000 manat məbləğində icarə haqqının tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qənaətini aşağıdakı səbəblərdən qanuna uyğun hesab etmir.

34. Belə ki, tərəflər arasında 2017-ci il 31 avqust tarixində bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinə görə icarə haqqı 2 000 manat təşkil edir. Eləcə də həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmayaraq ödənilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə icarə haqqının məbləği və nə zaman ödənilməsi ilə bağlı qaydalar tənzimlənmişdir.

35. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı qeyd olunan icarə müqaviləsinin ləğvi ilə bağ lı məhkəməyə 2023-cü ilin oktyabrında müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, cavabdeh icarə haqqını demək olar hər dəfə gecikməklə ödəmişdir. Belə ki, yalnız iddia ərizəsinə dəqiqləşdirməsində cavabdehin 108.000 manat icarə haqqı borcunun qaldığını bildirmişdir. Bundan başqa iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubunda da 108.000 manat yaranmış icarə haqqının ödənilməsi ilə bağlı hər hansı fikir irəli sürməmişdir. Həmçinin qeyd olunmalıdır ki, icarə münasibətlərinin mövcud olduğu 6 ilə yaxın müddət ərzində iddiaçının cavabdehə uzun müddət ödənilməməsi ilə əlaqədar yaranmış borcun tələb edilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut da mövcud deyildir. Belə olan təqdirdə cavabdehin 6 ilə yaxın müddət ərzində icarə haqqını ödəməməsinə baxmayaraq icarə münasib ətlərinin qarşılıqlı razılıq əsasında davam etdirilməsi inandırıcı görünmür.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 108.000 manat məbləğində icarə haqqını ödəmədiyinə dair əvvəlki instansiya məhkəmələri tərəfindən formalaşdırılmış qənaətləri ağlabatanlıq meyarlarına cavab verməməklə yanaşı, onların şübhə altına alınmasına əsas verir.

37. Belə ki, MPM-in 217.1-ci maddəsinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını şübhə altına salır. Həmçin həmin Məcəllənin 218.1-ci maddəsinə görə hakim qətnamə qəbul edərkən iddianın təmin olunub-olunmadığını, iş üzrə tətbiq olunacaq qanunu, tərəflər arasındakı hüquqi münasibətləri, iş üçün əhəmiyyətli olan və olmayan hall arı, müəyyən edilmiş və edilməmiş faktları müəyyən etməli, həmçinin sübutlara hüquqi qiymət verməlidir. Bu qiymətləndirmə zamanı sübutların mümkünlüyü, aidiyyəti və mötəbərliyi bu Məcəllənin 80, 81 və 88-ci maddələrin tələbi baxımından nəzərə alınmalıdır.

38. Həmçinin məhkəmə kollegiyası onu da bildirir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbə rdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir (MPM-in 9.3, 14.1 və 165-ci maddələrinə əsasən).

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfiundən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, icarə haqqı borcunun hansı tarixdən etibarən yaranmağa başla nması və onun ümumi məbləğinin müəyyənləşdirilməsi məsələləri MPM-in 14.1-ci və digər yuxarıda sadalanan normaların tələblərinə uyğun həll edilməlidir.

40. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

41. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-948/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh MMC-dən 31 avqust 2017-ci il tarixli İcarə müqaviləsinə əsasən 108 000 (yüz səkkiz min) manat icarə haqqının tutulması hissəsində ləğv edil sin, bu hissədə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar