Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-38/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı “X18 Company” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliklərin icrası ilə bağlı əsassız varlanmaya görə pul tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “X18 Company” MMC-nin vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı “X18 Company” MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “əsassız varlanmaya görə pul” tələbinə, cavabdehin iddiaçıya qarşı “müqavilə üzrə yaranan borcun və zərərin tutulma sı” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-585/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Tərəflər arasında x xxxx 2015-ci il tarixdə 7 saylı xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçı ilə bu müqavilənin şərtlərinə uyğun 1 nömrəli əlavədə qeyd olunan qiymətlər və vaxt çərçivəsində şirkətə xidmətləri göstərməyi üzərinə götürmüşdür. Müqavilənin imzalanmasından 7 ay sonra iddiaçının təklifi ilə transfer sayından asılı olmayaraq göstəriləcək xidmətlərə görə aylıq daşınma üçün xidmət haqqı 32.000 manat ödəni lməsi təklif olunmuş, təklif müsbət qarşılanaraq x xxxxxxx 2015-ci ildən transfer sayından asılı olmayaraq göstəriləcək xidmətlərə görə daşınma üçün aylıq xidmət haqqı 32.000 manat müəyyən edilməsi razılaşdırılmışdır. Sonradan iddiaçının xahişi ilə qiymətlərə yenidən baxılaraq 2.000 manat endirim edilmiş, bununla bağlı tərəflər arasında x xxxxxx 2016-cı ildə müqaviləyə əlavə imzalanaraq aylıq xidmət haqqı 30.000 manat müəyyən edilmişdir. Müqavilənin 12.2-ci bəndinin tələblərinə uyğun olaraq iddiaçı xx xxx 2017-ci il tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 382.836,84 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh xx xxx 2017-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, müqaviləyə x xxxxxxx 2015 və x xxxxxx 2016-cı il tarixdə əlavələr imzalanmışdır və bu na əsasən də ödənişlər əlavələrdəki qaydada aparılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanmaya görə 382.836,84 və ödənilmiş dövlət rüsumunun əvəz olaraq 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2015-ci il 2 mart tarixdə xidmət müqaviləsi imzalanmışdır. Müqavilə imzalanmamışdan öncə cavabdeh tərəfindən nəqliyyat vasitələrinin icarəsi və insanların daşınması sahəsində ən sərfəli, rəqabətcil qiymət təklifləri ilk iddia üzrə iddiaçıya təqdim edilmiş, təqdim edilən digər şirkətlərin də təklifləri qiymətləndirildikdən sonra, ilk iddia üzrə iddiaçı tərəfindən məhz qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü şərtlər maliyyə bax ımından daha sərfəli hesab edilmiş, məhz buna görə də, onlar arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçı müqavilənin şərtlərinə uyğun 1 nömrəli Əlavədə qeyd olunan qiymətlər və vaxt çərçivəsində iddiaçıya xidmətlər göstərməyi öhdəsinə götürmüş, qeyd olunan qiymətlərə avtomaşınların sığortası, təmiri, sürücüsü və yanacağın qiyməti daxildir. İlk iddia üzrə iddiaçı şirkətdə auditor yoxlaması həyata keçirilmiş və 2017-ci il 19 may tarixli hesabat və rəy tərtib edilmişdir. Müəyyən edilmişdir ki, müqavilə üzrə təhvil-təslim aktlarına əsasən ilk iddia üzrə iddiaçı tərəfindən xidmət haqqına görə ƏDV ilə birlikdə qarşılıqlı iddia üzrə iddiaçıya 482.664,84 manat pul ödənilmişdir. Qeyd edilən müqavilənin və onun 1 saylı Əlavəsinin tələblərinə əsasə n xidmət haqqına görə ƏDV ilə birlikdə 99.828 manat pul ödənilməli olduğu halda, cavabdehə 482.664,84 manat pul ödənilməsi ilə sonuncu 382.836,84 manat məbləğdə əsassız olaraq varlanmışdır. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini və iddiaçıdan cavabdehin xeyrinə 57.140 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilmiş xidmətlərə görə ödəniş hesab-faktura təqdim edildikdən sonra 15 gün ərzində aparılmalıdır. Lakin may, iyun və iyul ayları ərzində göstərilən xidmətlərə görə hesab-fakturalar təqdim edilsə də, ödənişin dur durulması ilə bağlı heç bir yazılı əsas göstərilmədən bu günədək müvafiq ödənişlər aparılmamışdır. Bununla əlaqədar olaraq, həmin aylar ərzində ilk iddia üzrə iddiaçı göstərilən xidmətlərə görə ödənilməsi gecikdirilən ƏDV-siz 57.140 manat məbləğində borcun ödənilməsi barədə ilk iddia üzrə iddiaçıya dəfələrlə bildirilsə də, o cümlədən pretenziya təqdim edilsə də, bu günə qədər müvafiq borcun cavabdehə ödənilməsi təmin edilməmişdir. Beləliklə də, cavabdeh 2016-cı il ərzində, o cümlədən 2016-cı ilin may, iyun və iyul ayında üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirmiş olsa da, ilk iddia üzrə iddiaçı həmin aylar üçün üzərinə düşən öhdəliklərinə hər hansı səbəb göstərmədən əməl etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim- X3, 2-2(82)-44/2018 saylı iş) xx xxxxxx 2018 -ci il tarixli qətnaməsi ilə iddia və qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X11 və X15, 2-2(103)-573/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iddia qismən təmin olunaraq cavabdehdən 147.988 manat məbləğində pulun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X2 və X9, 2-2(102)169/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddia tələbinə münasibətdə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qarşılıqlı iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X10 və X12, 2-2(103)-585/2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018 tarixli qətnaməsi iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, cavabdehdən 382.836,84 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Müqavilələrə əlavələr MMC-nin baş meneceri Clive Smith tərəfindən deyil, imza etmək səlahiyyəti olmayan maliyyə direktoru Elmar Ağayev tərəfindən imzalansa da, həmin müqaviləyə əlavələr iddiaçıya məxsus möhürlə təsdiq edilmişdir. Cavabdeh xidmətlər göstərmiş, iddiaçıya müəyyən güzəştlər etmişdir. Məhkəmənin qəbul etdiyi qərarda dəymiş ziyanın kim tərəfindən ödənilməsi məsələsi göstərilməmişdir. Dəymiş ziyan dedikdə faktiki olaraq göstərilmiş və dəyəri ödənilməmiş xidmət haqqı nəzərdə tutulur. Tərəflər arasında olan müqavilə qüvvədə olduğu müddət ərzində xidmət göstərilmiş, lakin göstərilmiş xidmətin haqqı ödənilməmişdir, buna görə də qarşılıqlı iddia tələbi təmin edilməlidir. İlk iddia üzrə iddiaçının əsassız varlanması halı baş vermədiyindən ilk iddia tələbi təmin edilə bilməz. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM-in 1091-ci maddəsi). Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Haz ırkı halda, tərəflər arasında müqavilə hüquq münasibətləri olmuş və cavabdehin göstərilmiş xidmətlərə görə aldığı haqq müqavilə əsasına söykənmişdir. Apellyasiya instansiyası məhkəməsinin cavabdehdən 382.836,84 manat tutulmasına dair tələbi təmin edərkən bunu qətnamədə əsaslandırılmamış, sadə bir hesablama aparmaqla qeyd olunan məbləği müəyyən etmişdir ki, məhkəmənin belə bir nəticəyə gəlməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya di gər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə işə baxarkən MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. tərəflərin izahatı: İddiaçının vəkili şikayətin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının əvvəlki iclasında şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə iclası təxirə salındıqdan sonra sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olsa da cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: İşdə olan təhvil-təslim aktlarına, mühasibatlıq sənədlərinə, hesablama cədvəllərinə, eləcə də iddiaçı şirkətdə keçirilmiş auditor yoxlamasının nəticələrinə dair xx xxx 2017-ci il tarixli hesabat və rəyə əsasən, tərəflər arasında bağlanmış x xxxx 2015-ci il tarixli xidmət müqaviləsi ilə razılaşdırılmış 1 saylı Əlavədə göstərilən qiymətlərlə cavabdehin göstərdiyi xidmətlərin ümumi məbləği 99.828 manat təşkil etdiyi halda, iddiaçı şirkətə xidmət haqqı həmin müqavilə şərtlərinə zidd şəkildə olan x xxxxxxx 2015-ci il tarixdə tərtib olunmuş 1 saylı, x xxxxxx 2016-cı il tarixdə isə tərtib olunmuş 2 saylı Əlavələrdə göstərilən qiymətlərlə (1 saylı əlavə üzrə aylıq 32.000 manat və 2 saylı əlavə üzrə aylıq 30.000 manat olmaqla) hesablanmış və iddiaçı tərəfindən cavabdehə, ümumilikdə, 482.664,84 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh həmin ödənişlər hesabına 382.836,84 manat məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh əldə etdiyi 382.836,84 manatı ona qaytarmalıdır. Tərəflər arasında x xxxx 2015-ci il tarixdə xidmət müqaviləsi imzalanmış və həmin müqavilə ilə xidmətlərin xərci barədə 1 saylı Əlavə müqavilənin tərkib hissəsi kimi razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, xidmət göstərən şəxs bununla bu müqavilənin şərtlərinə uyğun 1 №-li Əlavədə qeyd olunan qiymətlər və vaxt çərçivəsində şirkətə xidmətləri göstərməyi üzə rinə götürür (1.1-ci bənd); Şirkət öz fəaliyyəti üçün istifadə olunacaq xidmətləri qəbul etməyi və ödəməyi üzərinə götürür bu şərtlə ki, xidmət göstərən şəxs müqavilənin keyfiyyət və müddət tələblərinə əməl etsin və müqavilənin şərtlərinə uyğun qaydada icra etsin (1.2-ci bənd); Şirkət bu müqavilə üzrə ödənişləri hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktı əsasında hazırlanmış hesab faktura əsasında aparılır (4.1-ci bənd); Xidmət göstərən şəxs Əlavə 1-də qeyd olunan qiymət və ya vaxt cədvəlində hər hansı dəyişiklik barəsində şirkətə 90 təqvim günü qabaqcadan yazılı bildiriş göndərməlidir. Hər hansı dəyişiklik yalnız müqavilə vasitəsilə qüvvəyə minəcəkdir (4.4-cü bənd). Müqavilənin 1 saylı Əlavəsində göstərilməli xidmətlər üzrə razılaşdırılmış qiymət lər aşağıdakılardan ibarət olmuşdur:
1. Oturacaqlarının sayı 45 ədəd olan “Mercedes-403” markalı avtomobilin aylıq xidmət haqqı 2700 manat;
2. Oturacaqlarının sayı 24-28 ədəd olan “Hyundai County” markalı avtomobilin aylıq xidmət haqqı 2050 manat;
3. Oturacaqlarının sayı 8-10 ədəd olan, “Hyundai H-1” markalı avtomobilin aylıq xidmət haqqı 1500 manat;
4. Oturacaqlarının sayı 15-20 ədəd olan “Mercedes Sprinter” markalı avtomobilin aylıq xidmət haqqı 2600 manat. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən göstərilən xidmətlərə görə xidmət haqqı iddiaçı şirkətə təhvil-təslim aktları əsasında təqdim olunmuş hesablarda müqavilənin 1 saylı Əlavəsində razılaşdırılan qiymətlər çərçivəsində deyil, müqavilənin 1.2-ci və 4.4-cü bəndlərinə zidd olaraq, sonradan x xxxxxxx 2015-ci il tarixdə tərtib olunmu ş 1 saylı və x xxxxxx 2016-cı il tarixdə tərtib olunmuş 2 saylı Əlavələrdəki qiymətlər əsasında həyata keçirilmişdir. Halbuki xidmət müqaviləsinin 4.4-cü bəndinə əsasən, xidmət müqaviləsi bağlandığı anda razılaşdırılan Əlavə 1-də qeyd olunan qiymətlərdə və ya vaxt cədvəlində hər hansı dəyişiklik edilməsi üçün cavabdeh xidmət göstərən iddiaçı şirkətə 90 təqvim günü qabaqcadan yazılı bildiriş göndərməli idi. Digər tərəfdən, müqavilənin şərtinə görə x xxxx 2015-ci il tarixli müqaviləyə 1 saylı Əlavəyə hər hansı dəyişiklik edilməsi yalnız müqavilə bağlanmaqla qüvvəyə minə bilərdi. Lakin Əlavə 1-də qeyd olunan qiymətlərdə və ya vaxt cədvəlində dəyişiklik edilməsi üçün cavabdehin iddiaçıya bildiriş göndərməsinə və dəyişikliyin müqavilə ilə təsdiq edilməsinə dair sübut mövcud olmamışdır. Sonradan x xxxxxxx 2015-ci il tarixdə və x xxxxxx 2016-cı il tarixdə tərtib edilmiş Əlavələr iddiaçı şirkət adından onun nümayəndəsi kimi “Clive Smith”in adı göstərilsə də, əslində, həmin Əlavələr müvafiq səlahiyyəti olmayan şəxs (“Elmar Ağayev”) tərəfindən imzalanmışdır. E.Ağayevin əsas müqavilənin 1 saylı Əlavəsində tərəfin təmsilçisi kimi çıxış edən “Clive Smith”in adından imza etməyə lazımınca vəkil edildiyinə dair işdə məlumat olmamışdır. Qeyd edilməlidir ki, bu hala Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli qərarında məhkəmə tərəfindən aşağıdakı qaydada münasibət bildirilmişdir. Mülüki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalan mış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 360-cı maddəsinin (Səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (360.1). Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Apellyasiya instansiyası məhkəməsi ilk iddiaçının şikayətinin yuxarıda qeyd edilən dəlillərinə həmin münasibətləri tənzimləyən normaların tələbləri nəzərə alınmaqla qiymət verməmişdir. Məhkəmə nəzərə almalı idi ki, əsas müqaviləyə Əlavədə tərəfin təmsilçisi kimi Clive Smith göstərildiyi halda, Əlavə onda göstərilən şəxs tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmışsa həmin şəxsin buna səlahiyyətli olub-olmadığının müəyyən edilməsi əqdin bağlanmış hesab edilib-edilməməsi (tərəflər arasında öhdəlik-hüquq münasibətlərinin yaranıb-yaranmadığı) nəticəsinə gəlmək üçün əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsinin Elmar Ağayevə elkektron imza səlahiyyətinin verildyinə, “xxxx” MMC ilə X6 arasında bağlanmış 2015-ci il 03 fevral tarixli əmək müqaviləsində maliyyə direktorunun əsas öhdəliklərinə, habelə onun imzasının möhürlə təsdiqinə istinadı da v əziyyəti özü-özlüyündə ilk iddiaçının zərərinə dəyişmir. Belə ki, həmin əmək müqaviləsinin şərtlərində maliyyə direktorunun öhdəliklərinə maliyyə və əlaqəli əməliyyatların aparılması ilə bağlı izlənmə (nəzarət), məsləhət, xərcləri təsdiqetmə və s. nəzərdə tutulsa da, işəgötürəni (hüquqi şəxsi) üçüncü şəxslər qarşısında təmsil etmək, onun adından müqavilələr bağlamaq səlahiyyəti nəzərdə tutulduğuna dair göstəriş yoxdur. Eyni ilə, E.Ağayevin əsas müqaviləyə Əlavədə tərəfin təmsilçisi kimi Clive Smithin adından imza etməyə lazımınca vəkil edildiyinə dair məlumat işdə yoxdur. Belə olan halda, məhkəmə MM-in 360.1-ci maddəsində nəzərdə tutulmuş təmsilçini (o, hətta əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək /məsələn, maliyyə sənədlərinin və s. təsdiqi/ üçün hüquqi şəxsi n möhüründən istifadə etmək imkanına malik olduqda belə) özü-özlüyündə əsas müqaviləni tamamlayan (yaxud onu dəyişdirən) razılaşmanın tərəfi kimi tanıya bilməz. Qeyd edilən halda əsas müqavilə tərəfinin iradəsi əlavə razılaşmada ifadə olunmamışdır. Həm də nəzərə alınmalıdır ki, müqaviləyə əlavə razılaşma öz təbiətinə görə əsas müqavilənin ayrılmaz tərkib hissəsidir və ondan ayrıca mövcud ola və icra oluna bilməz. Məhkəmə kollegiyası yuxarıdakı göstərişlərə uyğun apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilməsini nəzərə alaraq həmçinin qeyd edir ki, mübahisələndirilən sonrakı 1 və 2 saylı Əlavələr xidmət müqaviləsinin şərtlərinə zidd şəkildə tərtib olunaraq imzalandığından və müqavilə tərəfi olan iddiaçı şirkət tərəfindən mübahisələndirdiyindən həmin Əlavələr və onların do ğurduğu nəticələr etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan, etibarsız əqd üzrə alınan məbləğlərin geri alınması hissəsində gəlinən nəticə əsaslı olmuşdur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmada n başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Xidmət müqaviləsinin tərkib hissəsi sayılan 1 saylı Əlavədə şərtləndirilən qiymətlərdən kənar qiymətlərlə iddiaçıya hesablar təqdim olunaraq iddiaçının ödənişləri hesabına əlavə qazandığı pullar əsassız varlanma kimi qiymətləndirilməli, x xxxx 2015-ci il tarixli müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə nəzərdə tutulan qiymətlər deyil, lazımi qaydada iddiaçı tərəfindən imzalanmayan hesabatlar əsasında müəyyən edilən qiymətlər yuxarı da bəhs edildiyi kimi, Mülki Məcəllənin 360-cı maddəsinə uyğun iddiaçı tərəfindən bəyənilmədiyindən və bu səbəbdən onun üçün hüquq və vəzifələr (öhdəliklər) yaratmadığından x xxxx 2015-ci il x xxxxxxx 2015-ci il dövrü üçün də iddianı təmin edərkən apellyasiya məhkəməsi haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində həmçinin bildirmişdir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə ləğv edilərək qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, hazırda mübahisə predmeti olan apellyasiya instansiyası məhkəməsinin x xxxxxxx 201 9-cu il tarixli qətnaməsində qarşılıqlı iddia mübahisənin predmeti olmamışdır. Odur ki, bu hissədə də şikayətin dəlilləri əsaslı deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-585/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən qüv