Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-38/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-38/21 Bakı şəhəri xx xxxx 2021-ci il 16.03.2021 Açar sözlər: icarə müqaviləsinin ləğvi; icarə haqqının tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Aqil Abbasov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin direktoru XXX və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ramil Qədimquliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın xx xxxxxx 2020-cı il tarixli, 2-2(103)-376/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti (bundan sonra mətndə ilk iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunması və ilk iddia üzrə iddiaçıdan 490.087 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulması barədə qətnamə qəbul olunmasını xahiş et mişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı (bundan sonra mətndə ilk iddia üzrə iddiaçı) məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İlk iddia üzrə iddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış torpaq sahəsi icarəyə verilmişdir. İddiaçıya ayrılmış 11 hektar torpaq sahəsinin 7 hektarı sonrad an Bakı şəhər İcra Başçısının xx xxxx 2007-ci il tarixli sərəncamı ilə “xxxx” MMC-yə verilmiş, habelə iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş mehmanxana və istirahət kompleksi də digər şirkətlərin mülkiyyətinə keçmişdir. Göstərilənlərə əsasən və iddiaçı fəaliyyətini dayandırdığından, müqaviləyə xitam verilməsi barədə cavabdehə müraciət olunmuş, lakin müraciəti təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, xx xxxxxx 2005-ci il tarixdən xx xxxx 2007-ci il tarixədək Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində 11 hektar torpaq sahəsi, xx xxxx 2007-ci il tarixdən isə həmin ərazidə 4 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında ilk iddia üzrə iddiaçının istif adəsində olmuşdur. Lakin iddiaçı torpaq sahəsinə görə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində icarəçi tərəfindən hər il 188.496.000 manat icarə haqqının ödənilməsi, habelə müəyyən edilmiş müddətdə icarə haqqının ödənilməməsi halında hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)140/2019 saylı qətnaməsi ilə (hakim Aytən Oruczadə) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisəli icarə müqaviləsinə əsasən, 11 hektar torpaq sahəsi ilk iddia üzrə iddiaçının istifadəsinə verilsə də, torpaq sahəsinin 7 hektarlıq hissəsi 2007-ci ildən, digər hissəsi isə 2010-cu ildən faktiki olaraq onun istifadəsində olmamış və iddiaçının ondan istifadə edərək bəhər əldə etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı icarə müqaviləsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Müqavilə faktiki olaraq mövcud olmadığından. icarəyəverən tərəfindən icarə haqqının tələb olunması üçün 5 illik müddət ötmüşdür. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(103)-438/2019 saylı qətnaməsi ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) ilk iddia üzrə ca vabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, ilk iddia tələbi təmin edilməməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək onun qismən – ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv, ilk iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)8/2020 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytar ılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərə mülkiyyət hüquqlarının ilk iddia üzrə iddiaçıdan başqa şəxslərlə keçməsi, həmin şəxslərin torpaqdan hər-hansı qanuni əsas olmadan istifadə etmələri üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, sonradan torpaq sahəsinin 7 hektarlıq hissəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən başqa şəxsə icarəyə verildiyindən ilk iddia üzrə iddiaçının torpaq sahəsinin 7 hektarlıq hissəsinin icarəçisinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmək öhdəliyi yaranmamış, habelə torpaq sahəsinin həmin hissəsi bilavasitə cavabdeh tərəfindən digər şəxsin istifadəsinə verildiyindən cavabdehin qarşılıqlı iddia tələbində torpaq sahəsinin həmin hi ssəsindən də istifadəyə görə ilk iddia üzrə iddiaçıdan icarə haqqını tələb etməsi əsaslı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-376/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, ilk iddia qismən - tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0641 saylı müqavilə üzrə 7 hektar torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə tərəflərin müqavilə öhdəliklərinə xitam verilməsi hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamı və xx xxxxxxx 2005-ci il tarixli, 11838 saylı inşaat pasportu əsasında – tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə 0641 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ilkin iddiaçıya mehmanxana və istirahət kompleksinin tikintisi üçün 49 il müddətinə 11 ha torpaq sahəsinin icarəyə verilmişdir. Həmin kompleksinin tikintisi 2007-ci ildə başa çatmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən (DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin) xx xxxx 2007-ci il tari xli, 008952 saylı MH seriyalı çıxarışa əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə - Əzizbəyov rayon İH-nin məktubu, “xxxx” MMC-nin xx xxxx 2007-ci il tarixli müraciəti və İddiaçı MMC-nin xx xxxxx 2007-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Bakı ŞİHB-nın xx xxxxxx 2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində “xxxx” MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi, eyni məqsədlə “xxxx” MMC-yə aid edilmişdir. 2010-2013-cü illərdə iddiaçının mülkiyyətində olan əmlak kompleksinin ayr-ayrı qeyriyaşayış və digər təyinatlı tiklili sahələri özgəninkiləşdirilmiş və ayrı-ayrı şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İcarə müqaviləsini n bağlandığı xx xxxxxx 2005-ci il tarixdən iddia qaldırılan xx xxxx 2018-ci il tarixinədək olan dövrlərdə iddiaçının icarə haqqına görə ödənilməyən borcu vardır. Bakı şəhər İcra Hakimiyyəti xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə xx xxxxxx 2004-cü il tarixli, 305 saylı sərəncama dəyişiklik edilərək iddiaçıya ayrılmış 11.0 ha ərazidən 7.0 ha hissəsi “xxxx” MMC-yə aid edilsə də, xx xxxxxx 2005-ci il tarixli icarə müqaviləsinə müvafiq dəyişiklik edilməsində təşəbbüskar olmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin 7 hektar hissəsinin ilk iddia üzrə iddiaçıdan alınaraq digər şəxsə icarəyə verilməsi həmin hissəyə münasibətdə ilk iddia üzrə iddiaçının ondan istifadə etmək və gəlir götürmək imkanını istisna etmiş və onun tərəfindən həmin hissəyə münasibətdə icarə haqqının ödənilməsi öhdəliyi aradan qalxmışdır. Torpaq sahəsi ilk iddia üzrə iddiaçıdan alınaraq digər şəxsə icarəyə verildiyindən torpaq icarəsi haqqında müqaviləyə müvafiq düzəlişlərin edilməsi vəzifəsi də ilk iddia üzrə cavabdehə aid olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, bununla da tərəflər arasında bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilənin həmin torpaq sahəsinin 7 hektar hissəsinin icarəyə verilməsinə münasibətdə tərəflərin müqavilə öhdəliklərinə xitam verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Bundan başqa bildirilmişdir ki, mülki qanunvericilikdə 30 ildən artıq müddətə bağlanmış müqavilənin bir iştirakçısı tərəfindən digər tərəfə həmin müddətdən tez müqavilən in ləğvinə dair bildirişin verilməsinin yolverilməz olduğu nəzərdə tutulmuşdur. Hazırkı halda mübahisəli müqavilə tərəflər arasında 49 il müddətinə bağlanıldığından icarəçi icarəyə verənə yalnız 30 il keçdikdən sonra müqavilənin ləğvi barədə bildiriş göndərməkdə haqlı olardı. Bu səbəbdən, tərəflər arasında bağlanmış müqavilənin torpaq sahəsinin 4 hektar hissəsinə münasibətdə tərəflərin öhdəliklərinə xitam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, torpaq icarəsi haqqında qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərə məxsus daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsindən daxilolmalara nəzarət səlahiyyəti Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinə məxsus olduğundan, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının icarə haqqını tələb etməkdə subyektiv hüququ olmamışdır. Lakin, göstərilən hal ilk iddia üzrə iddiaçını müqavilə öhdəliklərinə əmək etmək vəzifəsindən azad etmir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi, “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun 2.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 557.1, 700, 717.1, 719.4, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayəti verərək onun qismən – ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilmə si barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı şikayətində bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilə üzrə tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədikdə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. 2010-cu ildə icarəyə götürdüyü ərazidə mehmanxana və istirahət kompleksi inşa edilərək, istismara verilmişdir. Daha sonra bu kompleks tam şəkildə başqa şirkətə, sonradan isə müxtəlif fiziki şəxslərin mülkiyyətinə verilmişdir və artıq 9 ildir ki, iddiaçı icarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir. Bundan başqa bildirilmişdir ki, torpaq haqqında qanunvericiliyin tələblərinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə xitam verilir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 422.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73, 75.2-ci maddələrinə istinad olunmuşdur. Sonuncu qətnamədən həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən qarşılıqlı iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, mübahisəli müqavilə hazırkı iş üzrə tərəflər arasında bağlanmış və qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından müqavilə əsasında tərəflərin hüquq və vəzifələrini müəyyən edilmişdir. Müqaviləyə görə isə, icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüququ kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaçının icarə haqqını tələb etmək üçün subyektiv hüququnun olmadığını qeyd etsə də, qarşılıqlı iddiaçının iş üzrə əsl tərəflə əvəz olunması məsələsinə münasibət bildirməmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, müqaviləyə torpaq sahəsinin 7 hektar hissəsinə münasibətdə xitam verərkən apellyasiya məhkəməsi xitamın hansı tarixd ən müəyyən edilməli olduğunu dəqiq göstərməmişdir. Belə ki, mübahisəli müqavilə bağlandıqdan sonra torpaq sahəsi xx xxxx 2007-ci il tarixədək ilk iddia tələbi üzrə iddiaçı müəssisənin istifadəsində olmuş, yalnız həmin tarixdən sonra digər müəssisənin istifadəsinə verilmişdir. Belə olan halda, 1 il 7 ay müddət təşkil edən dövr üçün icarə haqqının kimin tərəfindən ödənilməsi məsələsinə aydınlıq gətirilməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, Azərbaycan Respublikas Mülki Məcəlləsinin 386.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasınd an şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkməsi hesab etmişdir ki, mülki qanunvericilikdə 30 ildən artıq müddətə bağlanmış müqavilənin bir iştirakçısı tərəfindən digər tərəfə həmin müddətdən tez müqavilənin ləğvinə dair bildirişin verilməsinin yolverilməz olduğu nəzərdə tutulmuşdur. Mübahisəli müqavilə tərəflər arasında 49 il müddətinə bağlanıldığından icarəçi icarəyə verənə yalnız 30 il keçdikdən sonra müqavilənin ləğvi barədə bildiriş göndərməkdə haqlı olardı. Bu səbəbdən, tərəflər arasında bağlanmış müqavilənin torpaq sahəsinin 4 hektar hissəsinə münasibətdə tərəflərin öhdəliklərinə xitam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Bu mövqeyi mübahisələndirən il k iddia üzrə iddiaçının dəlillinə görə, mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilə üzrə tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədikdə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. 2010cu ildə icarəyə götürdüyü ərazidə mehmanxana və istirahət kompleksi inşa edilərək, istismara verilmişdir. Daha sonra bu kompleks tam şəkildə başqa şirkətə, sonradan isə müxtəlif fiziki şəxslərin mülkiyyətinə verilmişdir və artıq 9 ildir ki, iddiaçı icarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qitmətləndirmənin aparılmasını zəruri hesab edir. İlk iddia üzrə tələblə iddiaçı xx xxxxxx 2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında” 0641 saylı müqavilənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti ilə mübahisələndirilən məsələ həmin müqavilənin 4 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk olaraq iddia tələbinin qanuni əsaslarını təşkil edən maddi hüquq normaları müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Beləliklə, sadalanan qanunvericiliyin tələblərinə görə, torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Müqavilələrin ləğv edilməsi qaydası həmin Məcəllənin “Ümumi hissəsində” yerləşmiş, xüsusi olaraq torpaq icarə müqaviləsindən irəli gələn münaisbətlərin tənzimləməsi qaydası isə Məcəllənin “Xüsusi hissəsində” nəzərdə tutulmuşdur. Bununla isə məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, iddia tələbinə münasibə tdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münaibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Cavabdeh tərəfindən müqavilənin mübahisələndirilən hissədə əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmiş və bu hissə ilə bağlı iddiaçı kassasiya şikayətində dəlillərini bildirməmişdir. Beləliklə, məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq müqavilənin ləğv edilməsi tələbinə qiymət vermişdir. Apellyasiya məhkəməsi iddia tələbinin mübahisələndirilən etməyərək Mülki Məcəllənin 719.4-cü maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin: hissəsini təmin - 719.4-ci maddəsinə əsasən, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Maddənin tələblərindən göründüyü kimi, tənzimlənən qayda torpaq icarəsi müqaviləsinin 30 ild ən çox müddətə bağlandığı hala və onun ləğv edilməsi qaydasına aiddir. Sonuncu məsələnin yalnız 30 ildən sonra həll edilməsi müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi, tərəflər arasında torpaq icarəsi müqaviləsi xx xxxxxx 2005-ci il tarixdə 49 il müddətinə bağlanmışdır. Bu hala münasibətdə apellyasiya məhkəməsinin tətbiq etdiyi qaydanın 30 ildən sonra müqavilə iştirakçısının həmin müqavilənin ləğvinə dair tələbinin olduğu halda nizamlanmasını nəzərdə tutmuşdur. İddiaçı tərəfindən 2018-ci il tarixində müqavilənin ləğvinə dair qaldırdığı iddianın qanuni əsasını bu maddə təşkil etmədiyi üçün, ona istinadı məhkəmə kollegiyası düzgün hesab etmir. İlk iddia üzrə iddiaçı tələbinin təmin edilməsinin hüquqi əsası kimi Mülki Məcəllənin 422-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin: - 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. - 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqd a müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1 – 422.2.4. Maddələrin mənasına görə, tərəflərin müqavilə bağlanan zaman əsas götürdükləri şəraitin dəyişməsi onu nəzərdə tutur ki, müqavilə bağladıqdan sonra tərəflərdən asılı olmayaraq şəraitin dəyişməsi nəticəsində müqavilənin şərtlərinin yerinə yetirilməsi qeyrimümkün olur və əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni fərqli şərtlərlə bağlayar və yaxud bağlamazdılar. İşin hallarına görə, ilk iddia üzrə iddiaçı icarəyə götürdüyü torpaq sahəsinin 4 ha ölçüdə olan hissəsində daşınmaz əmlakı inşa etmiş, daha sonra isə onlar özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ist inad etdiyi hallar ondan asılı olmayan hallar kimi, bununla da şəraitin ondan asılı olmayaraq dəyişməsi kimi qiymətləndirilə bilməz, çünki həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinin mümkünlüyü qanunla müəyyən edilmiş qaydada nəzərdə tutulmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər apellyasiya məhkəməsinin tətbiq etdiyi hüquq, istərsə də ilk iddia üzrə iddiaçının tətbiq edilməli hesab etdiyi hüquq ilk iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməməsinin və ya təmin edilməsinin qanuni əsasını təşkil etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin tələbin təmin edilməməsinin qanuni əsasını yuxarıda istinad edilmiş Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri təşkil edir. Çünki həmin maddədə nəzərdə tutulmuş şərtlə r (müqavilənin ləğvi üçün onun əhəmiyyətli dərəcədə pozulması, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş halların müəyyən edilməsi) mövcud olmadığından, ilk iddia üzrə iddiaçı tərəfindən torpaq icarə müqaviləsinin mübahisələndirilən hissədə ləğv edilməsi tələbinin təmin edilməsinin hüquqi əsasları yoxdur. Kassasiya şikayətinin dəlilində ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsaslanmaqla iddia tələbinin mübahisələndirilən hissədə qanuni olduğunu bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu ö zgəninkiləşdirdikdə; (11) tikili və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə; - 75-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2-ci bəndinə ə sasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 6-ci bəndinə əsasən, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Göstərilmiş maddələrin tələblərinə görə, torpaq sahəsindən könüllü imtina və yaxud həmin torpaq sahəsində olan tikiliyə mülkiyyət hüququnun başqasına keçməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsasdır. Məhkəm ə kollegiyası qeyd edilmiş müddəaların tətbiqini o əsasla düzgün hesab etmir ki, tənzimləmə qaydası hüquq münasibətlərinin xitam edilməsi ilə bağlıdır. Halbuki, sonuncu iddia tələbi ilə ilk iddia üzrə iddiaçı torpaq icarə müqaviləsinin ləğvini xahiş etmişdir. Yuxarıda aparılmış hüquqi qiymətləndirmədən göründüyü kimi, torpaq icarəsi müqailəsi münasibətlərinə xitamın verilməsi və ya müqavilənin ləğv edilməsi müxtəlif hüquqi anlayışlar olmaqla müxtəlif qaydalar üzrə tənzimlənmiş və müxtəlif hüquqi nəticələrə səbəb ola bilər. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin hüquqi əsaslandırması tam düzgün olmasa da, lakin ilkin iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya məhk əməsi həmçinin hesab etmişdir ki, torpaq icarəsi haqqında qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərə məxsus daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsindən daxilolmalara nəzarət səlahiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğundan, ilk iddia üzrə cavabdehin icarə haqqını tələb etməkdə subyektiv hüququ olmamışdır. Bu mövqeyi mübahisələndirilən ilk iddia üzrə cavabdehin dəlillərinə görə, mübahisəli müqavilə hazırkı iş üzrə tərəflər arasında bağlanmış və qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqaviləyə görə isə, icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəz arət etmək icarəyəverənin hüququ kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İşin hallaqına ğörə, tərəflər arasında xx xxxxxx 2005-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında” 0641 saylı müqavilə bağlanmışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər; - 10-cu maddəsinə əsasən, dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanını n rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır; - 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır; - 18-ci maddəyə əsasən, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Habelə, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu i tarixli Fərmanına əsasən, həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutul muş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini (...) qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Sadalanmış qanunvericiliyin normalarından bəlli olur ki, dövlət mülkiyyətində olan torpaqlarla bağlı icarəyə verən kimi Azərbaycan Respublikası adından həmçinin yerli icra hakimiyyəti orqanları çıxış edə bilər və icarə münasibətlərinin yaranmasının əsası kimi tərəflər arasında icarə müqaviləsinin bağlanması müəyyən edilmişdir. Müqavilə münasibətlərin mövcudluğu isə onu nəzərdə tutur ki, həmin müqavilə ilə tərəflərin qarşılıqlı hüquq və vəzifələri, sonuncu ilə bağlı isə tərəflərin öhdəlikləri müəyyən edilməlidir. İcarə müqaviləsindən irəli qələn münasibətlərin tərəfləri isə icarəyəverən kimi yerli icra hakimiyyəti orqanları, icarəçi isə hüquqi və ya fiziki şəxslər ola bilərlər. Bu müqavilə münasibətlərində digər şəxslərin hüquq və vəzifələri müəyyən edilməmişdir. Bununla yanaşı, həmin Qanunun 14-cü maddəsi icarə haqqı ilə bağlı məsələləri tənzimləmiş və aşağıdakıları nəzərdə tutmuşdur: - qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür; - dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli Fərmanı ilə müəyyən olunmuşdur ki, həmin qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini (...), habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir; Apellyasiya məhkəməsi məhz sonuncu müddəaya əsaslanmaqla bildirmişdir ki, icarə haqqının dövlət budcəsinə daxil olmasına nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildiyindən, icarə haqqının icarəçilərdən tələb etmək hüququna həmin qurum malikdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bildirdiyi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən “daxilolmalara nəzarət” anlyışı düzgün təfsir edilməmişdir. Belə ki, istinad edilmiş Qanunun: - 19-cu maddəsinə əsasən, icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir; - 23-cü maddəsinə əsasən, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. Qeyd edildiyi kimi, torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanları ilə hüquqi və ya fiziki şəxslərlər arasında olan münasibətlər müqavilə əsasında yaranmışdır. İstinad edilmiş sonuncu müddəalarda isə bir tərəfdən müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqının icarəçi tərəfindən dövlət büdcəsinə ödənilməsi vəzifəsi müəyyən edilmiş, digər tərəfdən isə icarəçi tərəfindən bu vəzifənin icra edilib-edilməməsinə nəzarət icarəyəverənə həvalə olunmuşdur. Yəni, məhz icarəyəverən kimi yerli icra hakimiyyəti orqanları icarəçidən icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olmuşdurlar. Lakin icarəyəverən tərəfindən icarə haqqının dövlət büdcəsinə daxil edilməsinin təmin olunmasına nəzarət isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyət orqanları inzibati orqanların siyahısına daxil edildiyindən, sonuncu tərəfindən icarə haqqının dövlət büdcəsinə daxil olması təmin edilmədiyi və bu halı Dövlət Komitəsi müəyyən etdiyi təqdirdə, yalnız yuxarı inzibati orqana inzibati qaydada müraciət etməklə həmin qurum qanunla müəyyən edilmiş “icarəyə veri lməsindən daxilolmalara nəzarəti” həyata keçirilmiş olur. Məhkəmə kollegiyası o məqamı da qeyd etməyi zəruri hesab edir ki, artıq illər ərzində formalaşmış məhkəmə təcrübəsinə görə də torpaq icarə müqavilələri üzrə icarə haqqının tələb edilməsi ilə bağlı iddia hüququnun yerli icra hakimiyyəti orqanlara məxsus olması barədə mübahisələr üzrə qanunvericiliyin yuxarıda əks olunmuş tələbləri üzrə eyni qiymət verilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin dəlili qismən əsaslıdır və qarşılıqlı iddia tələbi ilə icarə haqqının və ona hesablanmış cərimənin tutulması hissəsində iddia tələbinə yenidən baxılması üçün işin yenidən apellyasiya məhkəməsinə qaytarılmısını zəruri etmişdir. İlk iddia üzrə cavabdehin kassasiya şikayətinin dəlilində ilk iddianın təmin olunmuş hissədə apellyasiya məhkəməsinin qətnaməsinin nəticəsi mübahisələndirilmiş və qətnamənin bu hissədə ləğv olunmaqla ilkin iddianın rədd edilməsi xahiş olunmuşdur. Lakin dəlillərin hüquqi əsaslandırılması barədə bildirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, istinad edilən dəlil üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edi lməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məh dudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normalarının tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması tətbiq edilmiş torpaq qanunvericiliyin tələblərinin düzgün təfsir edilməməsindən irəli gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin aşağıdakı müddəalarının tətbiq edilməsini zəruri hesab: - 417.1.3-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; - 386-ci maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; - 419.2.11-ci maddəsinə əsasən, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstərilməlidir. Məhkəmə kollegiyası bildirir ki, işin yenidən baxışı zamanı yuxarıda göstərilmiş məsələlər təhlil edilməli və torpaq və mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada işin hallarına müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin qismən ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası qərara a l d ı: ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Elqant-M” MMC-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ramil Qədimquliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-376/2020 saylı qətnaməsi qismən - ilk iddia üzrə iddiaçıdan 490.087 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilsin və həmin hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxl anılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-38/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-38/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver