Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-38/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fəhdav oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-798/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞ İN HALLARİ 1. "xxxx" ASC ilə "xxxx" ASC arasında 2015-ci il 03 iyun tarixli, 038 KM/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən "xxxx" ASC-yə 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Ləğv prosesində olan "xxxx" tərəfindən təqdim olunmuş 2020-ci il 31 avqust tarixli **********056 saylı maliyyə arayışına əsasən 2015-ci il 3 iyun tarixli, 038 KM/015 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin 2020-ci il 18 avqust tarixinə yaranmış ümumi borcu 3.447.158,06 ABŞ dolları təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan "xxxx" ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il 3 iyun tarixli №038 KM/015 saylı kredit xətti müqaviləsinə əsasən borc üzrə 2.133.680,39 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 747.474,98 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış faiz 564.002,69 ABŞ dolları, ümumilikdə isə 3.447.158,06 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 3 iyun tarixli, №038 KM/015 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 36 müddətinə, illik 12 faiz dərəcəsi olmaqla,10.000.000,00 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh 2015-ci il 3 iyun tarixli, №038 KM/015 saylı kredit xətti müqavil əsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə iddia olunan məbləğdə borc yaranmışdır. 5. 2015-ci il 3 iyun tarixli, №038 KM/015 saylı kredit xətti müqaviləsinin 3.1.10-cu bəndinin tələbinə görə kreditorun borc alan tərəfindən müqavilə şərtləri pozulduqda müqaviləyə xitam vermək və borc alanın hesabından krediti, ona hesablanılmış faizləri və digər ödənişləri borc alanın sərəncamı olmadan silmək hüququ vardır. Həmin müqavilənin 3.4.5-ci bəndində isə göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlıvaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borc alanın vəzifəsidir. Müqavilənin 3.4.8-ci bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək borc alanın vəzifəsidir.
6. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində v urduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan borclu risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 442, 445.1, 445.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə M PM) 149.4, 157.1, 158.1.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
9. İşə birinci instansiya qaydasında baxılarkən, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2020-ci il tarixli, 1056 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən müqavilənin müddətinin bitmə tarixinə yəni 03 iyun 2018-ci il tarixə və müqavilə bitdiyi tarixdən sonra ekspert rəyi verilən tarixə, yəni 27.01.2020-ci il tarixinə 5% dərəcəsi ilə hesablanmaqla cavabdeh "xxxx" ASCnin iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcu əsas borcu 2133522,00 manat, faiz borcu 748866,22 manat, ekspert rəyi verilən tarixə əsas borcu 2133522,00 manat və faiz borcu 1171303,58 manat təşkil edir.
10. Birinci instansiya məhkəməsinin 2020-ci il 13 oktyabar tarixli qərardadına əsasən yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2021-ci il tarixli, 9/4849 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 03.06.2015-ci il tarixli 038 KM/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC-nin 03.06.2018-ci il tarixədək (illik 12%-lə) banka olan əsas və faiz borcu 2882388,75 ABŞ dolları məbləğində, 03.06.2018-ci il tarixdən 14.11.2019-cu il tarixədək (illik 5%-lə) banka olan əsas və faiz borcu 3036772,80 ABŞ dolları məbləğində borc müəyyən edilir, o cümlədən 03.06.2018-ci il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), 14.11.2019cu il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 154384,05 ABŞ dolları (illik 5%-lə) və cavabdeh tərəfindən aparılmış ödənişlər təyinatı üzrə əsas faiz borcuna düzgün yönəldilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 06 aprel tarixli e-2-2(113)-68/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2133522,39 ABŞ dolları məbləğində əsas borc, 747474,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2880997,37 ABŞ dolları pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin 335 manat məbləğində hissəsinin cavabdehdən, 65 manat məbləğində hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Fərrux Qasımov).
12. Birinci instansiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Əsas və faiz borcunun məbləği hesablanarkən əsas borc üzrə məhkəməmühasibatlıq ekspertizasının 2021-ci il 8 fevral tarixli, 9/4849 №-li rəyində qeyd olunan məbləğ əsas götürülməlidir. İddia ərizəsində tələb olunan əs as borc 2.133.680,39 ABŞ dolları, müqavilə müddəti üçün hesablanılmış faiz borcu 747.474,98 ABŞ dolları göstərilsə də, ekspert rəyində əsas borc 2.133.522,39 ABŞ dolları və faiz borcu 748.866,36 ABŞ dolları müəyyən olunmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinə əsasən müəyyən olunmuş faiz borcun məbləği bank tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən faiz borcunun məbləğindən çox olduğuna görə məhkəmə hesab etmişdir ki, iddia əsas borca münasibətdə ekspert rəyinə, faiz borcuna münasibətdə isə maliyyə arayışında göstərilən məbləğə uyğun olaraq təmin olunmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, 2.133.522,39 ABŞ dolları məbləğində əsas borc, 747.474,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2.880.997,37 ABŞ məbləğində pul və saiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanılmış faiz olaraq, 564.002,69 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edilmişdir ki, ərizədə faiz borcunun hansı əsaslarla tutulmalı olduğu əsaslandırılmamış, ümumilikdə MM-in maddələri sadalanmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 427.3, 739, Azərbaycan Respublikası MPM-in 185.5, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, onun ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-798/2021 saylı q ətnaməsi ilə birinci instansiya məhkəməsinin 2021-ci il 06 aprel tarixli, e-2-2(113)-68/21 saylı qətnaməsi iddianın qismən təmin olunması hissəsində qətnaməsi dəyişdirilmədən saxlanılmış, dır (sədrlik edən Raqib Qurbanov, hakimlər Vüsalə Baxışova və Vidadi Məmmədov).
17. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddianın qismən təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərm işdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 3 iyun tarixli, 038 KM/15 saylı kredit müqaviləsinin 5-ci bəndinə əsasən bu müqavilənin məqsədlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. Bu səbəbdən hazırki işə Bakı Kommersiya Məhk əməsində baxılması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və prosessual qanunvericiliyin tələblərinə uyğundur.
19. Borc məbləğinin düzgün hesablanmaması barədə dəlillərə münasibətdə həmin məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir.
20. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün isə heç bir əsas mövcud deyildir. Əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Buna görə də iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 77.1, 102, 185.6, 443.0, 443.0.1, 443.0.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetinə 2021-ci il 18 sentyabr tarixində yerləşdirilmişdir. 23. 2021-ci il 29 sentyabr tarixində həmin qət namədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
24. İşə baxmış məhkəmələr tərəfindən məhkəmə aidiyyəti gözlənilməmiş, bununla da kobud prosessual pozuntuya yol verilmişdir. Belə ki, Rusiya Federasiyasında qeydiyyatda olan və fəaliyyət göstərən cavabdehə qarşı işə Bakı Kommersiya Məhkəməsində baxılması yolverilməzdir. Bu səbəbdən iddia tələbi üzrə işə xitam verilməlidir.
25. Bundan əlavə, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə kredit borcu iddiaçıya tam həcmdə qaytarılmışdır. Buna baxmayaraq, iddiaçı cavabdehdən əsassız olaraq ümumilikdə 3.447.158,06 ABŞ doll arı məbləğində borcun tutulmasını tələb etmişdir. Cavabdehdən ödənilməsi tələb edilən kredit borcunun məbləği düzgün hesablanmamış, faiz borcunun məbləği şişirdilmişdir. Məhkəmə-mühasibatlıq eskpertizası tərəfindən verilmiş rəylə də müəyyən edilmiş borc reallığı əks etdirmir. Belə ki, cavabdeh tərəfindən aparılmış ödənişlər nə ekspert tərəfindən, nə də işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır.
26. Apelyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən, Azərbaycan Respublikası MM-in 385.1, 739, 427.3-cü maddələrinə istinad olunsa da hazırki iş üzrə düzgün tətbiq edilməmişdir.
27. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 739, 427.3, Azərbaycan Respublikası MPM-in 35, 88, 103.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
30. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddəti ndə verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə cavabdeh kassasiya şikayətinin nəticə hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”
34. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etm əyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya insatnsiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 35), qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 20-22).
37. Cavabdehin kassasiya şikayətinin iş üzrə ekspert rəyi ilə bağlı (bax yuxarıda §27) dəlilinə münasibətdə Kollegiya həmçini n qeyd olunmasını zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
38. Müvafiq ekspert rəyi işə birinci instansiya məhkəməsində baxılarkən təqdim olunmuşdur. Lakin işin materiallarından, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsasla ndırılmış vəsatət təqdim etməsi müəyyən edilmir. Eləcə də cavabdehin kassasiya şikayətində həmin ekspert rəyi məhkəmələr tərəfindən qiymətləndirilərkən, hansı maddi və prosessual hüquq normasının pozulduğu, pozuntunun nədən ibarət olduğu qeyd olunmamışdır.
39. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilmiş (bax yuxarıda § 28), pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır.
40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq qərara ald ı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli 2-2(103)-798/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov