Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-381/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh 1, Cavabdeh 2 və Cavabdeh 3 -ə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs A olmaqla) iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsindən üçüncü şəxs A tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı MMC 2018-ci il 5 noyabr tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən “Mercedes Benz” markalı **JE-*** nömrəli X avtomobili barədə qiymətləndirmənin və bununla bağlı Cavabdeh 3 tərəfindən keçirilmiş açıq hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Kərimli).
3. Cavabdeh 3 2019-cu il 18 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsi ilə Cavabdeh 3-ün apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – E.Nağıyeva və H.Həmidov).
5. Həmin qətnamə 2020-ci il 5 mart tarixində tərəflərə məktubla göndərilmişdir.
6. Cavabdeh 3 2020-ci il 18 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 iyun tarixli qərardadı ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir (hakim – İ.Dadaşov).
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli 2-2(103)-53/2020 saylı qərardadı ilə Cavabdeh 3-ün kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – E.Nağıyeva və H.Həmidov). 9. 2021-ci il 8 iyun tarixində üçüncü şəxs A tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, şikayətdə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Həmçinin kassasiya şikayəti ilə birlikdə eyni tarixdə daxil olan ərizədə kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən həmin müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizədə qeyd olunmuşdu r ki, ərizəçi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)53/2020 saylı qətnaməsi barədə məlumatlı olmamış, qətnamə ona göndərilməmiş və o, qətnaməni almamışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veril ir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
12. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
13. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barəsində 2020-ci il 17 yanvar tarixli bildirişinin (İİ cild, i/v 34) üz ərində olan imzadan, həmçinin SMS bildirişdən və arayışdan (İİ cild, i/v 37-38) görünür ki, 3-cü şəxs A 2020-ci il 27 fevral tarixində keçiriləcək məhkəmə iclası haqqında lazimi qaydada xəbərdar edilmişdir. 14. 3-cü şəxs A məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsi “Elektron Məhkəmə” informasiya sisteminə 2020-ci il 28 fevral tarixində daxil edilmiş və imzalanmışdır.
16. Bununla belə, X2 “Elektron Məhkəmə” informasiya sistemində elektron kabineti olmamışdır.
17. Eyni zamanda, hazırkı kassasiya şikayəti verilənədək A məhkəmə icraatında nümayəndə ilə təmsil olunmamışdır.
18. Bundan başqa, qətnamənin A-ya göndərilməsi, çatdı rılması və ya şəxsən təqdim olunması da işin materiallarından görünmür.
19. Həmçinin kassator tərəfindən ötürülmüş şikayətvermə müddətinin bərpasına dair ərizə ilə bağlı məhkəmənin qəbul etdiyi qərardad(lar) da işin materiallarında yoxdur.
20. Halbuki MPM-in 133.4 və 133.5-ci maddələrinin tələblərinə görə prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməli və ya müddətin bərpasından imtina barədə qərardad çıxarılmalıdır.
21. Beləliklə, 1 il 3 ay sonra daxil olmuş hazırkı kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində (bax yuxarıda §11) nəzərdə tutulmuş 2 aylıq müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi işin materiallarından məlum olmur.
22. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPMin 411-ci maddəsinə (bax yuxarıda § 11) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
23. Şərh olunanları nəzərə alaraq və MPM-in 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Üçüncü şəxs A tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 fevral tarixli 2-2(103)-53/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.