Məhkəmə qərarları › İş №2-2(102)-382/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-382/2021

20.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-382/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh 1, cavabdeh 2 və “cavabdeh 3-ə ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “Müəssisə”) 2018-ci il 19 noyabr tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda 2.5 ha özəl torpaq sahəsində Müəssisəyə məxsus fındıq emalı zavodunun giriş qapısının önündə inşa edilmiş piyada keçidinin sökülməsi və müvafiq qaydada təsdiq edilmiş layihəyə uyğun tikilməsinin cavabdehin üzərinə qoyulması, mövcud yolun təhlükəsizlik tələbini təmin edən mövcud şəhərsalma qaydalarına uyğun təsdiq edilmiş layihə əsasında bərpasına texniki cəhətdən əlaqələndirmə, tikinti işlərin aparılmasına şərait yaradılmasının cavabdeh 2-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli 2-2(113)-362/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımo v).

3. Müəssisə 2020-ci il 3 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2021 saylı qətnaməsi ilə Müəssisənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli 2-2(113)-362/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

5. Həmin qətnamə 2021-ci il 23 aprel tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixdə tərəflərə məktubla göndərilmişdir.

6. Müə ssisə 2021-ci il 25 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

405. Kassasiya şikayəti vermə mü ddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ edilməsi barədə kassasiya instansiyası

8. Aşağıda göstərilənlərə əsasən k assasiya şikayəti icraata qəbul edilməməlidir.

9. İşin materiallarında olan “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2021-ci il 23 aprel tarixli çıxarışdan (2-ci cild, i/v 202) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2021 saylı qətnaməsi Müəssisənin qanuni nümayəndəsi olan Vəkil1 “elektron kabinet”inə 2021-ci il 23 aprel tarixdə saat 12:31-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, Vəkil1 təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (huquq.dunyası@mail.ru).

10. Bu o anlama gəlir ki, Müəssisənin qanuni nümayəndəsi olan Vəkil münasibətdə MPM-in 135.8-ci maddəsinin (bax yuxarıda §7) yalnız birinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi) de yil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.

11. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

12. Bu baxımdan, işin materiallarından görünür ki, qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfə 2021-ci il 23 aprel tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə görə, lazımi qaydada çatdırılmışdır.

13. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2021 -ci il 23 aprel tarixində başlayaraq 23 iyun tarixində bitmiş olurdu.

14. İş materiallarından isə görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2021 saylı qətnaməsindən Müəssisə tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 2021-ci il 25 iyun tarixində, yəni Müəssisə qətnaməni aldıqdan 2 ay 2 gün sonra daxil olmuşdur.

15. Beləliklə, işin materiallarından kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində (bax yuxarıda §7) nəzərdə tutulmuş 2 aylıq müddətin ötürüldüyü görünür.

16. Bundan başqa, MPM-nin 10-1.3-cü (bax yuxarıda §7) maddəsinin tələbini pozaraq Müəssisə tərəfindən kassasiya şikayəti elektron qaydada deyil, poçt vasitəsilə göndərilmişdir.

17. Belə olan halda Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPMnin 411-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

18. Şərh olunanları nəzərə alaraq və MPM-in 10-1.3, 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-245/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar